HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə28/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   24   25   26   27   28   29   30   31   ...   76

Hindistan etnoqrafiyası
85
ordusu, ikincisi isə feodalların əmrindəki ordular vardı. Hökmdar 
Krişnadevarayanın öz ordusu təxminən 100.000 piyada, 20.000 
süvari və 900-dən çox fildən ibarət idi. Bu sayı 1.1 milyondan çox 
olan ordunun yalnız bir hissəsi idi. Belə bir ordu rəqib dövlətlər 
üçün ciddi təhlükə idi.
Bicapur  sultanı Ali Adil  şah  hindu Vicayanaqar  dövləti  ilə 
ittifaqların bölgədəki müsəlmanların əleyhinə olduğunu, son nə-
ticədə Dekkanın müsəlman dövlətlərinin Vicayanaqarın hakimiy-
yəti altına düşəcəyini anlamışdı. Onun səyi nəticəsində 1564-cü 
ildə dörd müsəlman dövləti Vicayanaqara qarşı birləşdi. Müsəl-
man Bicapur, Bidar, Ahmednaqar və Qolkonda dövlətləri ilə Vi-
cayanaqar imperatorluğu arasında 1565-ci ilin yanvar ayında baş 
verən Talikota döyüşü Hindistanın cənubunda yeni hərbi-siyasi 
vəziyyət yaratdı. Bu döyüşdə müsəlman ordusunun top atəşləri-
nin  qarşısında  müqavimətləri  qırılan  hinduslar  məğlub  oldular, 
müsəlmanlar paytaxt Vicayanaqarı ələ keçirdilər. Talikota döyü-
şündən sonra üstünlük qazanan müsəlmanlar XVIII əsrin sonuna 
qədər bölgədə geniş yayıldılar. Vicayanaqar hökmdarı ilə birlik-
də Penukondaya çəkilən Rama Rayanın qardaşı Tiramula 1570-
ci ildə özünü imparator elan etdi ve Aravidu sülaləsinin əsasını 
qoydu. Lakin bu imperatorluq regional üstünlüyünü itirmiş, Mad-
ras İngiltərənin “Ost-Hind” şirkətinə verilmiş, dövlətin tənəzzü-
lü dövrü başlamışdır, III Venkata 1672-ci ildə paytaxtı Velloreya 
köçürmüşdür. Bu dövrdə zəifləyən imperiyanın əraziləri Bicapur 
və Qolkonda sultanlıqları tərəfindən tutulmuş, Maysor və Naya 
sülalələri isə müstəqilliyini elan etmişlər.
Əsası Bəhmənilər dövlətinin naibi Yusif Adilxan tərəfindən 
1489-cu ildə qoyulmuş Bicapur dövlətini Adilşahlar sülaləsi idarə 
etmişdir, iki yüz ilə yaxın bu dövlət mövcud olmuşdur. Lakin Şi-
vacinin rəhbərliyi altında marathaların üsyanları, feodal mühari-
bələri Bicapur dövlətini zəiflətmiş, 1689-cu ildə Baburşahlar bu 
dövlətin varlığına son qoymuşdur .


Bəhmən Əliyev-Ayvazalı
86
Baburşahlar  (Moğol)  impеriyası.  Maqadha-Mauri,  Qupt 
imperiyaları kimi, Moğol-Baburşahlar impеriyası da Hindistanın 
“qızıl çağı” sayılır. Mövcud olduğu dövrdə bu imperiyaya Babur 
şah (1526-1530), Humayun şah (1530 -1539, 1555-1556) Əkbər 
şah (1556 - 1605), Cahangir şah (1605- 1627), Cahan şah (1627 
-  1658),  Övrənqzəb  Aləmgir  şah  (1658-1707),  I  Bahadur  şah 
(1707-1712),  Cahandar  şah  (1712-1713),  Fərrux  Siyar  (1713-
1719), Məhəmməd şah (1719-1748), Əhməd şah (1748-1754), II 
Aləmgir şah (1754-1759), II Aləm şah (1759-1806), II Əkbər şah 
(1806—1837), II Bahadur şah (1837-1858) hökmranlıq еtmişlər.
  Baburşahların  hakimiyyəti  dövründə  Hindistanda  mərkəz-
ləşmiş dövlət yaranmışdı. Bu dövrdəki güclü rəhbərlik nümunə-
sinə yalnız Aşokanın hakimiyyəti illərində və Britaniyanın işğalı 
dövrlərində yaxınlaşmaq mümkün оlmuşdur. 
Zahirəddin  Mühəmməd  ibn  Ömər  Şeyx  Mirzə  Baburun 
(1483-1530)  adı  tarixdə  Baburşahlar  (Türk-Hind)  imperatorlu-
ğunun qurucusu kimi qalmışdır. О, Əmir Teymurun oğlu Miran-
şahın  nəvəsi  Fərqanə  vilayətinin  hakimi  Ömər  Şeyx  Mirzə  ilə 
Çingiz xanın nəvəsi Doğu Cağatay xanı, Daşkənd hakimi Yunus 
xanın qızı Qutluğ Nigar xanımın övladıdır. Zahirəddin Mühəm-
məd görkəmli alimlər, müəllimlərdən təhsil almış, ərəb və fars 
dillərini,  hərb  sənətini  öyrənmişdir.  Sufi  alimi  Xoca  Əhrardan 
təhsil-təlim alan Zahirəddin Mühəmməd şeirlər yazmış, “Babur” 
(Bəbir-Aslan) təxəllüsünü götürmüşdür. Atasının vəliəhdi kimi, 
1494-cü  ildə  taxtda  oturan  Zahirəddin  Mühəmməd  ibn  Ömər 
Şeyx Mirzə 1519-cu ildə Pəncabı ələ keçirmiş, 1524-cü ildə Del-
hi  sultanı  İbrahim  Lodini  yenərək  Lahora  girmişdir.  Delhinin 
ardınca Aqranı da tutan Zahirəddin Babur hind sərkərdəsi Rano 
Sanqonu yenərək, Şimali Hindistanın Benqaliyayadək olan his-
səsini ələ keçirmişdir. O, ilk dövrlər Aqranı paytaxt elan etməklə 
1526-cı ildə üç əsr yarım davam etmiş Baburşahlar imperatorlu-
ğunun  əsasını  qoymuşdur. 


Hindistan etnoqrafiyası
87
Baburşahın  nəvəsi,  Humayunun  oğlu  Əkbər  Cəlaləddin 
Məhəmməd  (1542-1605)  1556-cı  il  fevral  ayının  15-də  taxta 
çıxmışdır. Əvvəlcə türkmən vəziri Bayramxanın himayəsi ilə ha-
kimiyyətini sürdürən Əkbər şah hakimiyyəti illərində Baburşah-
lar səltənəti şimalda Bəlxdən cənubda Qodavari dərəsinə qədər, 
qərbdə Ərəbistan dənizi şərqdə Benqal körfəzinədək genişləndi. 
Səltənətdə mərkəzləşmə məqsədi ilə 1574-cü ildən ciddi islahat-
lar həyata keçirilməyə başladı: yenidən təşkil olunan orduya nə-
zarət gücləndirildi, ölkə yenidən inzibati bölgələrə bölündü, ailə 
bağları qurmaqla racput hökmdarları arasında əlaqələrini güclən-
dirdi,  racputlar  süvari  qoşunlarının  əsasını  təşkil  etməyə  başla-
dı. Böyük torpaq sahiblərinin özbaşınalıqlarının qarşısını almaq 
üçün bir sıra tədbirlər həyata keçirdi, 1574-cü ildə təyin etdiyi 
sərkərdələrə vergi toplanmasını tapşırdı, onlara xəzinədən maaş 
təyin etdi. Hindlilər arasından seçdiyi şəxsləri yüksək vəzifələrə 
təyin etdi, əhali arasında birliyi təmin etmək üçün yeni din-“dini 
ilahi” yaratmağa başladı. Bu yeni din islam, hinduizm, caynizm, 
zərdüştülüyün qarışmasından ibarət idi, dünyəvi və dini hakimiy-
yəti  özündə  mücəssəmləşdirirdi.  Əkbər  şahın  ölümündən  sonra 
bu dinə inananlar kiçik bir təriqətə çevrildilər. Əkbər şah kənd 
təsərrüfatı və ticarətə böyük önəm vermiş, elm və incəsənəti hi-
mayə etmiş, bəzi Avropa ölkələri ilə əlaqələr qurmuşdu .
XVI  əsrdən  etibarən  tacir  sifəti  ilə  Hindistana  ayaq  basan 
ingilislər  hərbi-siyasi  güc  kimi,  bölgədəki  siyasi-iqtisadi  qarı-
şılıqdan  faydalanaraq  Moğol-Baburşahlar  imperiyasını  sıradan 
çıxarmağa başladılar, XVIII əsrin ortalarında isə imperatorluqdan 
yalnız ad qalmış, padşahlar müxtəlif güc mərkəzlərinin istifadə 
etdiyi oyuncaqlar halına gəlmişdilər, yerli feodallar arasında mü-
naqişələr  şiddətlənmişdi. 
Baburşahların ən təlatümlü dövrü Övrəngzəbin (Auranqzeb) 
hakimiyyətinin  (1658-1707)  sonlarında  olmuşdur.  Övrəngzəb 
Aləmgir (əsl adı Mühiddin Məhəmməd, 1618-1707) Şah Cahanın 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə