HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə27/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   23   24   25   26   27   28   29   30   ...   76

Bəhmən Əliyev-Ayvazalı
82
təmiz havanın, günəş şüasının, fiziki təlimlərin, düzgün qidalan-
manın  insanın  sağlamlığında  оynadığı  rоlu  düzgün  başa  düşür, 
çохsaylı hеyvan, bitki, minеral mənşəli dərmanlar hazırlayırdılar. 
“Çaraka-samhit”  traktatında  600,  “Suşruta-samhit”  traktatında 
isə 650 növ dərman hazırlanması haqqında məlumat vеrilmişdir. 
Orta əsərlərdə 300 müхtəlif cərrahiyyə əməliyyatı və 120 cər-
rahiyyə aləti təsvir edilir. Hind cərrahlar yaraların müalicəsi, ya-
ralardan охların çıхarılması, şişlərin müalicəsi, sümük qırılması 
və s. sahələri yaхşı bilirdilər. 
Orta əsrlərdə hind həkimləri Bağdad хəlifələrinin saraylarına 
dəvət оlunurdular. Hind həkimlərinin plastik cərrahiyyə sahəsin-
də əldə еtdikləri uğurlara avrоpalı həkimlər yalnız ХVIII əsrdə 
nail olmuşdular.
İslamın Hindistana gəlməsi hind alimlərinə müsəlman riya-
ziyyatçı,  astronom,  təbiblərinin  əsərləri  ilə  tanış  olmaq  imkanı 
verdi.  İslam  memarlığı  Hindistanda  tağ  üsulu  təcrübəsinin  ya-
yılmasına kömək etdi. Çindən ipəkçilik mənimsənildi. Hindlilər 
çinlilərin  digər  bir  kəşfini-  barıtı  mənimsəmişdilər.  Odlu  silah-
lar, toplar Osmanlı dövləti vasitəsi ilə Baburşahlara gətirilmişdi. 
Hindlilər dənizçi ərəblər vasitəsi ilə kompasla, portuqallar vasitə-
si ilə eynəklə tanış olmuşdular, eyni zamanda əldə etdikləri kəşf-
ləri (şəkər emalı, qabın qalaylanması, poladın qəliblərdə əridil-
məsi və s.) başqa xalqlarla bölüşmüşdülər. 
Orta əsr Hindistan dövlətləri. Orta əsrlərin feodal pərakən-
diliyi dövründə Hindistanda bir sıra dövlətlər eyni zamanda möv-
cud olmuş, bir-biri ilə mübarizə aparmışlar. 
Delhi  sultanlığı  1206-1526-cı  illərdə  Hindistanın  şimalın-
da iqtidarda olmuş müsəlman sülalələrinin dövlətidir. Bu dövlət 
Gurlu sülaləsinin Şimali Hindistanı işğal etməsi nəticəsində mey-
dana  gəlmişdir.  Gurlu  sərkərdəsi  və  canişini  Qütbəddin Aybək 
1206-cı ildə Delhidə özünü sultan elan etmiş, ondan sonra haki-
miyyətə gələn kürəkəni Eltutmuş xan (1211-1236) isə “Şəmsiyyə 


Hindistan etnoqrafiyası
83
sülaləsi”nin əsasını qoymuşdur. Eltutmuş Pəncabın böyük hissə-
sini, Multanı, Lahoru, Qəznəni və s. böyük bir ərazini ələ keçirib 
Delhi  dövlətinin  tərkibinə  qatmış,  monqol  istilaları  nəticəsində 
Orta Asiyanı tərk edən türk tayfalarını Hindistanda yеrləşdirmiş-
dir.  Eltutmuş  xandan  sonra  qızı  Raziyə  xatun  hökmdar  olmuş, 
lakin “Qırxlar üsyanı” nəticəsində Raziyə və əri öldürülmüşdür. 
Delhi sultanlığında hakimiyyətə keçən “qırxlar”ın nümayəndəsi 
Sultan Qiyasəddin Balaban monqol hücumlarının qarşısını almış 
və  ordusunu  Səlcuq  ordusunun  nümunəsində  qurmuşdur.  Hin-
distan feodalları ilə mübarizə, tez-tez baş verən qiyamlar nəticə-
sində Delhi sultanlığının əraziləri genişlənir-azalırdı. Müəzziləri 
əvəz edən Halaclar (Xalaclar) sülaləsinin hakimiyyəti dövründə 
(1290-1320) Alaəddin Məhəmməd şah Halaclı (1296-1316) Del-
hi sultanlığının ərazisini genişləndirərək 3,9 milyon km² çatdır-
mış, tarixdə ilk dəfə bütün Hindistanı (Pakistan və Banqladeşlə 
birlikdə) vahid dövlət halında birləşdirmişdir. 
Halaclardan sonra hakimiyyətə digər müsəlman-türk sülaləsi 
Tuğlaqilər (1320-1414) gəlmişdir. Delhi sultanlığı 1399-1413-cü 
illər arasında Böyük Teymur İmperiyasının işğalı altında qalmış, 
bu imperiya çökdükdən sonra Hindistanda çoxlu xırda feodal ha-
kimliklər yaranmışdır. 
Ümumiyyətlə, 1206-cı ildən-1526-cı ilə qədər 34 müsəlman 
sülaləsi-  Müəzzilər  (1206-1290),  I  Halaclar  (1290-  1320),  II 
Halaclar (1436-1531), Bəhməni (1347-1526), Tuğlaqilər (1351-
1388), Seyidi (1414 - 1451), Lodilər (1451 - 1526), Surilər (1540 
- 1555), Qütbşahlar (1512-1687) və s. Delhi sultanlığında hökm-
ranlıq etmişlər. Baburşahlar Lodilərin hakimiyyətinə son qoyduq-
dan sonda bəzi Delhi sülalələri feodal dövlətləri kimi mövcudluq-
larını saxlamışlar.
Vicayanaqar dövləti. XIV əsrin əvvəllərində Dekkanın hin-
du vilayətləri, Devagiri Yadavaları, Varanqaldaki Kakatiya feodal 
dövləti, Maduraidəki Pandyan dövləti, Kampili dövləti şimaldan 


Bəhmən Əliyev-Ayvazalı
84
gələn müsəlmanlar tərəfindən ələ keçirilmişdir. Yalnız hindu döv-
ləti Hoysala İmperatorluğu qalmışdı. 1343-ci ildə Madurai sultanı 
ilə döyüşdə Hoysala imperatoru III Veera Ballalanın həlak olma-
sı nəticəsində imperatorluq parçalandı. I Hariharan və qardaşı I 
Bukka Raya tərəfindən 1336-ci ildə Dekkanda əsası qoyulan Vi-
cayanaqar dövləti Hoysala imperatorluğunun ərazilərini ələ ke-
çirdi. Vicayanaqar hökmdarı I Hariharan Tunqa Bhadra çayının 
cənubundakı torpaqları ələ keçirmiş, “şərq və qərb dənizlərinin 
hökmdarı” (Purvapaschima Samudradhishavara) adını almışdır. I 
Hariharanın yerinə gələn I Bukka Raya 1374-cü ildə Arcot döv-
lətini,  Kondavidudakı  Reddi  dövlətini  məğlubiyyətə  uğratmış, 
qərbdə Qoa ərazilərində, şimalda Tungabhadra və Krişna çayları 
arasındakı bölgədə hakimiyyətini təmin etmişdir. I Bukka Raya-
nın ikinci oğlu II Hariharan krallığı dövründə ölkə torpaqları Kriş-
na çayınadək genişlənmiş, Deva Raya, Orissada hökmranlıq edən 
Qacapati sülaləsininin hakimiyyətinə son qoyulmuşdur. Sangama 
sülaləsinini  ən  bacarıqlı  hökmdarı,  1424-ci  ildə  taxta  çıxmış  II 
Deva Raya cənubda qiyam qaldıran feodal dövlətlərini, Kəlküttə-
dəki (Kolkata) Zamorinlər, Quilonlar sülaləsini, Pequdakı Birma 
krallarını itaət altına aldı, hətta Lanka adasını ələ keçirdi. 
Vicayanaqarın  qurucusu  olan  Sanqama  sülaləsini  devirən 
sərkərdə Saluva Narasimha Deva Raya 1485-ci ildə hakimiyyəti 
ələ keçirdi, 1491-ci ildə onun ölümündən sonra sərkərdə Tuluva 
Narasa Nayaka hökmdar oldu. Bu dövrdə Vicayanaqar imperator-
luğu bütün Cənubi Hindistanı ələ keçirmiş, Dekkan sultanını tor-
paqlarından qovmuşdu. Vicayanaqar hökmdar Krişnadevarayanın 
dövründə ən parlaq dövrünü yaşamış, şimal-şərqi Dekkan, Kalin-
gan ilhaq edilmişdi. Krishnadevarayanın ölümündən sonra haki-
miyyətə kürəkəni Achyuta Deva Raya, sonra Sadasiva Raya keçdi. 
Hind coğrafiyasında ilk uzaq mənzilli toplar Vicayanaqar or-
dusunda olmuşdu. Bu silahları əcnəbi topçular idarə edirdi. Bu 
racəlikdə iki növ ordu- birbaşa imperatorluğa bağlı olan hökmdar 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə