Bəhmən Əliyev-Ayvazalı
96
təşkilat kimi Nəzarət Şurasının rolu gücləndirildi.
Beləliklə, Hin-
distan əvvəlki dövrlərlə müqayisədə kompaniyanın deyil, bütöv-
lükdə ingilis burjuasiyasının koloniyasına çevrildi.
İngilislər 1830-cu illərdə ilk dəfə olaraq Hindistanda şəkər
qamışı və pambıq plantasiyaları salmağa başladılar. Nəticədə
kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı artmağa başla-
dı. İngiltərə parlamenti 1833-cü ildə “Ost-Hind” şirkətinin ticarət
hüququnu tam ləğv etsə də, müstəmləkə sisteminin inzibati-siyasi
və hərbi-polis aparatı rolunu oynayan şirkəti gücləndirmək üçün
bir sıra tədbirlər həyata keçirdi. Kral tərəfindən Benqal Şurasına
bütün Hindistan üzrə qanunvericiliklə məşğul olan məmur təyin
olundu, o, liberal mövqeli tarixçi
C.Makoley (1800-1859) idi.
İngiltərənin Hindistandakı müstəmləkəçilik dövründə hin-
duizm, islam, xristianlıq, eləcə də Şərq və Qərb mədəniyyətinin
qarşılaşması nəticəsində bir sıra
dini dəyişiklər,
islahatlar baş ve-
rirdi. XIX əsrdə hinduizm dini kütlələrlə olan əlaqəsini itirərək,
zəifləməyə başlamışdı. Bu dinin islahatçı liderləri olan Ramakriş-
hna, Svami Vivekananda və Ram Mohan Roy hindi cəmiyyətinə
təməldən təsir edən görüş və düşüncələriylə müasir hinduizmin
yaradılması prosesinə başlamış,
“Brahma-samac”,“Arya-sa-
mac”, “Rama-Krişna” hərəkatları ortaya çıxmışdı.
İngilislərin işğаlı ilk növbədə fеоdаl üsul-idаrəsinin ləğvi
ilə xarakterizə olunurdu. İşğаl hindliləri bütün böyük mаliyyə
prоsеslərindən kənаrdа qоydu. Məsələn, cаynlаrdаn ibаrət Mаd-
rаs tаcirləri tədricən ingilis tаcirlərinin аgеntlərinə çеvrildilər.
Kolonial aparatın ən mühüm elementi
“sipahi” ordusu idi.
Bu ordunun köməyi ilə ingilislər Hindistanı zəbt etmiş, hakimiy-
yətlərini polis funksiyası yerinə yetirən ordu ilə möhkəmləndir-
mişlər. “Sipahi” ordusunun sayı 1830-cu ildə 223,5 min nəfər
idi. Üçüncü ingilis-maratha müharibəsindən sonra (1817—1819)
Hindistanda 30 il heç bir döyüş olmamışdı. Buna baxmayaraq in-
gilis hökuməti ordunu ləğv etməmişdir, bu ordu vergi yığılmasın-
da, üsyanların yatırılmasında istifadə olunurdu.