Hindistan etnoqrafiyası
119
ğış az yağdığından məhsul süni suvarma yolu ilə əkilib-becərilir,
tədricən hava qızır, artıq aprel ayının sonunda şimal düzənliklə-
rində istilik 40 dərəcəyə çatır, quru küləklər əsir, torpaq çat-çat
olur, heyvanlar susuzluqdan məhv olur, insanlar kölgədə gizlənir.
İyunun sonunda yağışlar başlayır, torpaq tez bir zamanda canla-
nır, yaşıllaşır. Mussonlar dövrü iki aydan sonra başa çatır, yağış
tədricən azalmağa başlayır. Hindistanın iqlimi də ziddiyyətlərlə
doludur, bol məhsul bəxş edən yağış bir anda ölüm də gətirir.
Çaylar məcralarından çıxır, tez-tez daşqınlar baş verir, böyük əra-
zilər sel sularının altında qalır, böyük dağıntı və fəlakətə səbəb
olur. Buna baxmayaraq, mussonlar dövrünün başlaması həmişə
insanları əhalini sevindirir, insanlar tanrılarına şükür edirlər.
“Baburnamə”də Hindistanın iqlimi orta əsr müəllifinin,
yəni Baburşah-Moğol imperatorluğunun yaradıcısı Zəhirəddin
Məhəmməd Baburun dilindən etnoqrafik baxımdan maraq doğu-
ran şəkildə təsvir edilmişdir : “Bizim tərəflərdə (Orta Asiya) dörd
fəsil, Hindistanda isə üç fəsil var. Dörd ay yay, dörd ay yağmur
fəsli, dörd ay da qış olur. Ayların başlanğıcını hilala görə hesab-
layırlar. Hər üç ildə bir yağmur fəsli aylarına, üç ildə bir qış ay-
larına, üç ildə bir də yaz aylarına bir ay əlavə edirlər. Bu aylar
“visokos” (“kəbisə” ayına qriqori təqvimində “visokos ay”, yəni
fevral, 29 gün olan ay deyilir) ayları sayılır...”.
“Baburnamə” dən məlum olur ki, yay fəslinin ayları- çitar
– hut (balıq bürcü) 21 fevraldan başlanır, bisaq – həməl (qoç bür-
cü) – 22 martda, çit – səvr (buğa bürcü) 22 apreldə başlayır, şid-
dətli isti olur. Əsar – cövza (əkizlər bürcü) 22 mayda başlayır,
şiddətli isti olur. Yağmur fəsli ayları-savən – sərətan (xərcəng) 22
iyunda başlayır, badun – əsəd (şir bürcü) 24 iyulda başlanır, bu
aylarda şiddətli yağış yağır. Küvar – sünbülə (başaq, qız bürcü)
24 avqustda başlayır. Katik – mizan (tərəzi bürcü) 24 sentyabrda
başlayır. Qış fəsli ayları-aqan – əqrəb bürcü – 24 oktyabrdan baş-
layır. Pus–qövs (yay, oxatan) 23 noyabrda, maq – cədi (oğlaq) 23
Bəhmən Əliyev-Ayvazalı
120
dekabrdan başlayır, bu aylarda şiddətli soyuq olur. Fagün – dəlv
(dolça bürcü) isə 22 yanvardan başlayır.
Göründüyü kimi, “Hind eli dörd ay olaraq müəyyənləşdirdiyi
fəsillərin hər birində iki ayı istinin, iki ayı yağmurun, iki ayı da
soyuğun şiddətli olduğu ay saymışdır. Yay aylarının son iki ayı çit
ilə əsardır şiddətli isti bu iki aydadır. Yağmur fəslinin ilk iki ayı
savən ilə badundur, şiddətli yağmur bu iki aydadır. Qış fəslinin
ortadakı iki ayı pus ilə maqdır, şiddətli soyuq da bu iki aydadır.
Bu münvalla bunların fəsillərinin sayı altı olur”.
İqlimlə yanaşı, minillərdir ki, intensiv becərilən münbit tor-
paqlar Hindistanın ən böyük zənginliklərindən biridir. Ölkədə
əkinçilik üçün ən münbit torpaqlar Hind-Qаnq çaylarının vаdi-
si sayılır. Bu vаdidən bаşqа ölkənin şərqində və şimаl-şərqində,
mərkəzi və cənub hissələrində əkinçilik üçün geniş münbit ərа-
zilər vardır.
Аrхеоlоji və еtnоqrаfik mаtеriаllаr əsаsındа Hindistanda
ərаzilərin istifаdəsində 5 dövr fərqləndirilir: Qədim əkinçilik
(е.ə.III-II minilliklər), mаldаrlıq (е.ə. I minillik), dəmyə əkin-
çiliyi (е.ə. III əsr-b.е. ХIV əsrləri), primitiv dəmyə və suvаrmа
əkinçiliyi (ХХ əsrin birinci yаrısı) və dаhа intеnsiv əkinçilik
(ХХ əsrin оrtаlаrındаn). Əhalinin qida tələbatını ödəmək üçün
intensiv becərmə həyata keçirilmiş, tоrpаqlаr ciddi şəkildə şum-
lаmalаrа, təkrаr istifаdələrə məruz qаlmışdır. Bu əsаsən Pəncаb,
Hind-Qаnq və digər çаy vаdiləri və dеltаlаrı, sаhilyаnı düzənlik-
lər, Dеkаn düzənliyi, Tаr səhrаsı vadilərinin suvаrılmаsı nəticə-
sində bаş vеrmişdir.
Arxeoloji materiallar ibtidai insanların neolit dövründən əkin-
çiliklə məşğul olduğunu, dövrünə görə kifayət qədər təkmil əmək
alətlərinin istifadə edildiyini təsdiqləyir. Hindistanda təsərrüfa-
tın, xüsusən məhsuldar əkinçiliyin və maldarlığın inkişaf etdiyi
dövr Harappa sivilizasiyasının mövcud olduğu e.ə. III-II minil-
liklər sayılır. Ümumiyyətlə, Hind vadisi Şərqdə ən qədim əkinçi-
Hindistan etnoqrafiyası
121
lik mərkəzlərindən biri kimi məşhurdur. Sarasvati (Hind vadisi)
sivilizasiyasının əhalisinin əksəriyyəti əkinçiliklə məşğul olmuş,
əsasən kənd yaşayış yerlərində yaşamış, yaxud şəhər əhalisinin
böyük hissəsi əkinçilik və maldarlıqla məşğul olmuşlar. Qazıntı-
lardan əldə olunan materiallara görə, Harappa əhalisi taxılçılıqla
geniş məşğul olmuş, iki buğda növü, darı, küncüt əkib-becərmiş-
lər. Burada e.ə. V minillikdən başlayaraq pambıq, e.ə. IV minil-
likdən isə şəkər çuğunduru əkilib-becərilirdi. Torpağın əkilməsi
üçün isə xışa çaxmaqdaşından hazırlanmış gavahın bərkidilirdi.
Əkinçilər hökmdara natural vergilər verən icma üzvləri idi, sa-
raylarda, böyük torpaq sahiblərinin mülklərində qul əməyindən
istifadə olunurdu.
Çəltik qalıqları daha çox Lothala və Sauraştredə tapılmış-
dır. Ehtimal ki, buranın əhalisi taxılçılıqla yanaşı, çəltikçiliklə də
məşğul olmuşdur. Mohenco- Daro şəhərinin qazıntıları zamanı
pambıq parça qalığının tapılması isə burada pambığın əkilib-be-
cərilməsindən, emalından, parça toxuculuğundan xəbər verir. Bu-
rada əhali bağçılıq və süni suvarma ilə də məşğul olmuş, təsər-
rüfat həyatında maldarlıq da mühüm rol oynamışdır. Arxeoloji
materiallar göstərir ki, Sarasvati sivilizasiyası əhalisi qoyun, keçi,
inək və s. saxlamış, onların ətindən, südündən, yunundan istifadə
etmişdir.
Veda dönəmində əhalinin əsas məşğuliyyəti əkinçilik və mal-
darlıq idi. Əkinçiliyin sürətli inkişafı dəmirdən şum alətlərinin
hazırlanması və istifadə olunması ilə bağlı idi. Arxeoloji material-
lar “Riq Veda”nın yaradıcılarının e.ə. XI əsrdən dəmirlə tanış ol-
duğunu üzə çıxarmışdır. Ağac kotanları dəmir gavahınlı kotanlar
əvəzləmişdir, bu da torpaqların keyfiyyətlə, sürətlə əkilib-becə-
rilməsində mühüm rol oynayırdı. Dəmir alətlərlə meşəlik ərazilər
mənimsənilir, “tala əkinçiliyi” tətbiq olunur, eləcə də çayların lil-
lə məhsuldarlığını artırdığı torpaqlar becərilir, “çala əkinçiliyi”
sistemi həyata keçirilirdi. “Bharat” adlanan ari tayfalarının Veda
Dostları ilə paylaş: |