HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə37/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   33   34   35   36   37   38   39   40   ...   76

Hindistan etnoqrafiyası
113
аdındаn  götürülmüşdür.  Hindlilər  çаyı  Sindhu,  irаnlılаr  Hindu, 
yunаnlаr İndоs аdlаndırmış, sаhil bоyu yaşayan əhаliyə isə hind-
lilər demişlər. Yəni Hindistan аdı аltındа “hindlilərin ölkəsi” bаşа 
düşülmüşdür.  Makedoniyalı  İsgəndərin  Hindistana  yürüşündən 
sonra bu ad yunаn dilindən bаşqа Аvrоpа dillərinə kеçmişdir. 
Müasir Hindistan dövləti Cənubi Asiyanın Hindistan yarıma-
dasını, simaldan böyük Hind-Qanq düzənliyinin çox hissəsini və 
Himalay dağlarının az bir hissəsini əhatə edir. Onun tərkibinə Ərə-
bistan yarımadasında yerləsən Lakkadiv (Laksadvip) mərcan ada-
ları, Benqal körfəzindəki Andaman və Nikobar adaları da daxildir. 
Ölkə simal-qərbdən Pakistan (2912 km) və Əfqanıstanla, simaldan 
Çinlə (3380 km), Nepalla (1690 km) və Butanla (605 km), sərqdən 
Myanma ilə (1463 km), Banqladeşlə (4053 km) həmsərhəddir. 
Hindistanı cənubdan Hind okeanının və Sri-Lankanı ayıran 
Palk  boğazının,  qərbdən  Ərəbistan  dənizinin,  sərqdən  Benqal 
körfəzinin suları əhatələyir. Dövlət sərhəddinin uzunluğu - 14103 
km, sahil xəttinin uzunluğu isə - 7000 km-dən artıqdır. 
Ərazi simaldan-cənuba, yəni dünyanın ən hündür zirvələrinə 
malik  olan  Himalaydan  Komarin  burnuna  qədər  –  3214  km, 
qərbdən-sərqə isə 2933 km məsafədə uzanır. Hazırda Hindista-
nın Banqladeşlə, Çinlə, Pakistanla ərazi mübahisələri mövcuddur. 
Hindistan ərazinin relyefinə əsasən Hind-Qanq ovalığından 
və Dekan yaylasından təşkil olunmuşdur. Dekan yaylası hər tərəf-
dən Sərqi və Qərbi Qat dağları ilə əhatələnərək demək olar ki, 
bütün Hindistan yarımadasını əhatə edir. Ölkə əhalisinin yarıdan 
çoxu şimal-şərqi Hindistandan axan Qanq və Brahmaputra çayla-
rının deltasında yaşayır. 
Hind-Qanq ovalığı 2 hissədən ibarət olmaqla şərqdə rütubətli 
tropik Qanq və Brahmaputra vadilərindən, eləcə də qərbdə Tar 
səhrasından ibarətdir. Relyef simaldan dünyanın ən yüksək zir-
vələri ilə tanınan Himalay dağları ilə daha da mürəkkəbləşir. Bu 
silsilədə  yüksəkliyi  -  8611  metrə  çatan  Çoqari,  8586  m-dən  az 


Bəhmən Əliyev-Ayvazalı
114
olmayan Kançendjanqa və hündürlüyü 8126 m olan Nanqaparbat 
zirvələri vardır. 
Hindistan coğrafi baxımdan əsasən üç hissəyə ayrılır: Şimal-
da  Himalay  dağlarının  ətəkləri  və  bəzi  təpələri  yerləşir.  Ondan 
sonra  Hind,  Qanq  və  Brahmaputranın  çaylarının  suladığı  geniş 
düzənliklər gəlir. Üçüncü hissə isə cənubdakı yaylalardır.
Dünyanın ən yüksək dağ silsiləsi olan Himalay dağları Hin-
distanın şimal sərhədi boyu uzanır. Daha alçaq sıraları şimal-qərb 
sərhədi boyu uzanır. Cənuba doğru uzanaraq Ümid dənizinə qovu-
şur, şimal-şərqdə isə Bengal körfəzinə çatır. Şərqdə Birma dağları 
Hindistanın  sərhəddini  təşkil  edir.  Dağlar  keçid  vermədiyi  üçün 
qonşu ölkələrə quru yoluyla çatmaq çox çətindir. Arada keçidlər 
olsa da, bunlardan bəziləri Alp dağlarından daha yüksəkdir və yal-
nız yay fəslində keçmək mümkündür. Buna baxmayaraq Hindistan 
ilə Tibet  arasında  daim  ticarət  aparılır.  Şimal-qərb  Hindistan  ilə 
Pakistan arasındaki keçidlər nəqliyyat üçün daha əlverişlidir. 
Hindistanın  şimalındakı  və  Pakistandakı  böyük  düzənliklər 
şərqdə Bengal körfəzindən, qərbdə Ümid dənizinə qədər uzanır. 
Himalay dağlarının cənub-qərbində Hind, şərqində isə Qanq çayı 
hövzəsi yerləşir. 
Hindistan çayları milyonlarla kəndli üçün həyati əhəmiyyət 
daşıyır. Qərbdə Celum, Çinap, Ravi, Beas və Satleç kimi qol-
larıyla Hind çayı axır. Beş qolun birdən axdığı yerə “beş çay 
diyarı” anlamına gələn Pəncab deyilir. Hindistanın cənubunda 
Dekan (hindcə Dakşin “cənub” deməkdir) yaylası yerləşir. Onu 
qədim  çay  hövzəsi  mərkəzlərindən  geniş  dağ  silsilələri  təcrid 
edir. Hazırda Hindistan dünyanın ən böyük su anbarlarına ma-
likdir. Böyük Manqla, Sukkur, Tarbela və Çeruthoni ən əhəmiy-
yətli su anbarlarıdır. 
Qanq  Hindistanın  ikinci  böyük  çayıdır.  Qollarıyla  birlikdə 
Himalay dağ silsiləsindən gəlir. Himalay yaylalarındakı Bhaqi-
rathi və Alakmanda sularının birləşməsindən yaranır. Dar və sərt 


Hindistan etnoqrafiyası
115
boğazlarla Sivalik təpələri və kiçik bir ticarət şəhərinin olduğu 
Hardvar ovası boyunca axır. Geniş bir qövs çəkərək Şimali Hin-
distanın  böyük  allüvyal  düzənliyində,  Kanpurdan  Allahabada 
doğru  enir,  burada  Camna  çayı  ilə  birləşir,  şərqə  doğru  irəlilə-
yir. Qanq çayı Varansidən 200 mil sonra sol tərəfindən Qoqra və 
Qanda adlı iki çayla, sağ tərəfində da Patnayı keçdikdən dərhal 
sonra, Dekan yaylalarında Son çayı ilə birləşir. Yağış az yağdı-
ğından Qanq çayının yuxarı axarlarında torpaqlar əsasən kanal-
larla sulanır. Vadinin aşağı hissəsində hər il bir quru, bir də yağışlı 
mövsümə rast gəlinir. Yağışlı mövsümə musson küləkləri səbəb 
olur, bu küləklərin gətirdiyi bol yağmur düyü, şəkər qamışı üçün 
çox əlverişlidir. Qanq vadisinin ən mühüm sənaye bölgəsi delta 
üzərində qurulan, bankların və sənaye investisiyalarının olduğu, 
Kolkata (Kəlküttə) və Hourah şəhərləridir. Bölgədə ən böyük cut 
sənayesi  mövcuddur,  buranın  iqtisadi  həyatında  maşın,  kimya, 
kağız və s. sənayesi də əhəmiyyətli yer tutur. Himalay dağları ilə 
Dekkan yaylaları arasında olan Qanq vadisi əkinçiliyi, sənayesi, 
sıx şəhərləri və sıx nəqliyyat trafiki ilə seçilir.
Qanq  çayı  hinduizmdə  müqəddəs  sayılır.  Hindilər,  ölüləri 
yandıraraq küllərini Qanq çayına tökür və bununla Qanq çayının 
çirklənməyəcəyinə inanırlar. Hindlilər bəzən hamilə ikən ölən qa-
dınları və uşaqların cəsədlərini də Qanqa atırlar. Dini mərasimlər 
zamanı Qanq çayında kütləvi yuyunma sarılıq, tif kimi bir çox 
xəstəliklər yaradır, buna baxmayaraq əhali çayın suyunu şəfalı sa-
yır. Uzun illər ciddi tədbirlər görülmədiyindən çoxlu kanalizasiya 
xətti və fabrik tullantıları çaya boşaldılır. Həddindən artıq çirk-
lənmə yaradan dəri sənayesi ilə birlikdə çaya hər gün təxminən 1 
milyard litr çirkli su axır. 
Tibet  yaylasından  çıxaraq,  şərqdən  axan  Brahmaputra  çayı 
Benqal körfəzinə tökülür. Bu çayın (Can-Pyilieo çayı da) aşağı 
axarlarında iqlim Aşağı Qanqın iqlimi ilə eynidir. 
Cənub  yaylaları  yarımadanın  ucuna  qədər  üçbucaq  forma-


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə