Bəhmən Əliyev-Ayvazalı
116
sında uzanır. Şimalda yaylalar Vindiya dağları ilə başlayır. Şərq
və qərbdəki yüksəkliklər isə Şərq Qatları və Qərb Qatları adlanır
(“Qat” nərdivan deməkdir) Qodavari, Krişna və Koveri çayları
qərbdən başlayaraq yaylanı ortadan kəsərək şərqdə dənizə tökü-
lürlər. Yaylanın cənubuna doğru Nilqiri sıra dağları uzanır.
Atlantik okeanı üzərindən gələn hava kütlələri Ural dağlarına
qədər bütün Avropanı əhatə etsə də, Asiyanın mürəkkəb relye-
fi onların Asiyada yayılmasına imkan vermir. Hind okeanından
materikə daxil olan mussonların qarşısını Himalay və digər digər
yüksək sədd şəklində kəsir. Ona görə də dağətəyi hissələrdə illik
yağıntının miqdarı bəzən 10.000 mm-dən artıq olur. Yer kürəsi-
nin ən çox yağıntı olan Çerapunci ərazisi Himalay dağlarının cə-
nub-şərq ətəklərində yerləşir.
Musson iqlimi Hindistan və Hind-cin yarımadaları üçün xü-
susilə səciyyəvidir. Hind okeanından materikə doğru əsən mus-
sonlar olduqca çox yağıntı gətirir. Qışda mussonlar materikdən
dənizə doğru əsir. Yay aylarında materik üzərində aşağı təzyiq
əmələ gəldikdə bura okeanlardan ekvatorial hava kütlələri daxil
olur. Asiyanın okean və dəniz sahillərindən mərkəzi hissələrinə
doğru getdikcə demək olar ki, bütün ərazilərində yağıntıların
miqdarı azalır, eyni zamanda temperatur rejimi də dəyişilir.
Subekvatorial qurşaqda yerləşən Hindistan ərazisinə yağışla-
rı Hind okeanından əsən tropik yay mussonları gətirir, bu yağışlar
iyunun əvvəllərində qərb sahillərində və iyunun ortalarında Benqa-
liyanın şərq sahillərində güclənir. Benqal körfəzi və Ərəbistan də-
nizi üzərindən keçən mussonlar Hindistan üzərində şimal-qərb is-
tiqamətində əsir. Mussonlar Qərbi Qat və Assam dağları üzərindən
qalxaraq 16-24 km/s arasında dəyişən sürətlə buludların yağışla
dolmasına və yağış yağmasına səbəb olur. Sentyabr ayının axırın-
dan oktyabr ayının ortalarına qədər leysanlar kəsilir. Noyabr-fevral
aylarında əsən şimal-şərq küləkləri havanın sərin, günəşli və qu-
raqlıq keçməsinə səbəb olur. Şimali Hindistanda ən soyuq, yəni,
Hindistan etnoqrafiyası
117
dekabrdan fevrala qədər olan dövrdə havanın minimal temperaturu
müsbət 12-15, maksimal temperaturu isə müsbət 26-29 dərəcə olur,
yağıntının miqdarı azalır (ayda 63-70 mm). Mart ayından iyuna qə-
dər isti və quraqlıq mövsüm hökm sürür, aprel və may aylarında
yağışlar azalır. Ən isti dövrdə, yəni iyun-avqust ayında tempera-
tur orta hesabla müsbət 25-35 dərəcə, nisbi rütubət 70-80% olur.
İyun ayının sonunda rütubətlilik artır və Hindistanın düzənliklə-
rində hava dözülməz istilərlə və yağışlarla müşahidə olunur. Lakin
yüksək temperatur asanlıqla dəyişir. Şiddətli külək toz buludlarını
yüksəyə qaldırır, üfüq sarı rəngə boyanır. Buludluluğun artması cə-
nub-qərb musson küləklərinin güclənməsi ilə müşayiət olunur və
bu sentyabra qədər davam edir. Ən yağışlı keçən iyul ayında ya-
ğıntının miqdarı təxminən 300 mm olur, havanın temperaturu 2-3
dərəcə aşağı düşür. Ölkənin şərqində (Benqal körfəzi sahillərində)
musson küləkləri zəifləyir - yağıntıların miqdarı azalır, temperatur
isə günbəgün artır. Oktyabr ayı keçid dövrüdür, yüksək rütubətə
görə düzənliklərin səthinin buxarlanması səbəbindən yağışlar yağır.
Əhalinin təsərrüfat fəaliyyətinə iqlimin təsiri böyükdür. Asi-
yanın soyuq şimal hissələrində kənd təsərrüfatının inkişafına iq-
lim mane olduğu halda, tropik və subekvatorial qurşaqlarda iq-
lim şəraiti ildə 2-3 dəfə məhsul yetişdirməyə imkan verir. Lakin
bəzi ərazilərdə rütubət çatışmazlığı problem kimi qarşıya çıxır.
Musson iqlimi olan ərazilər kənd təsərrüfatı üçün olduqca əlve-
rişlidir. Ona görə də həmin ərazilər lap qədim zamanlardan mə-
nimsənilmişdir. Aralıq dənizi iqlimi subtropik bitkilər, mülayim
iqlim, taxıl, şəkər çuğunduru, üzüm, meyvə, musson iqlimi isə
(həm tropik və həm də subekvatorial) şəkər qamışı, çay, çəltik və
digər bitkilərin yetişdirilməsi üçün əlverişlidir. Hind-Qanq vadisi
düzənliklərində buğda, darı və pambıq yetişdirilir, iri buynuzlu
mal-qara və qoyun bəslənilir. Ən bərəkətli düyü tarlaları ölkənin
şərq sahillərindədir. Bu torpaqlarda darı da geniş şəkildə becərilir.
Qədim zamanlardan Hindistanda geniş meşə sahələri var-
dır. Burada müxtəlif ağac növləri, o cümlədən sidr, qırmızı ağac,
Bəhmən Əliyev-Ayvazalı
118
bambuk, palıd, şam, səndəl və s. ağaclar bitir. Meşələr müxtəlif
heyvanların meymun, şir, pələng, fil, gərgədan, bəbir, canavar,
maral, qaban və s. məskənidir. Himalay silsiləsinin ətəklərində
və Qanq deltasında pələnglərə rast gəlinir. Himalay dağlarının
ətəklərində və yaylalarda yaşayan fillər əhliləşdirilmişdir. Burada
kiçik qara ayı, çaqqal, çöl iti, zolaqlı kaftar, dağ keçisi, çöl öküzü,
meymun yaşayır. Hindistanda zəhərli ilanların ən qorxuncu kob-
ralar və engereklərdir.
Cənubi Hindistanın başlıca məhsulları qəhvə, çay, kauçuk,
düyü, darı, bibər, ədviyyat, portağal, guava, hind cevizi və manqo-
dur. Meşəli dağlarda tikağacı, hind ağacı, abanoz və bambuk var-
dır. Dekanın şimalında pambıq, cənubda qəhvə, çay yetişir.
1.2. Hindistanın təsərrüfat həyatının
xüsusiyyətləri
Hindistаnın xalqlarının həyаtındа, məişətində əsrlərlə fоr-
mаlаşаn ənənələr mühüm rоl оynаyır. Hər bir хаlqın və tаyfаnın
аdətləri ümumhind mаhiyyətli olsa da, dini və еtnik mənsubiy-
yətin özünəməxsus xüsusiyyətləri təsərrüfat həyatı, məişət nоr-
mаlаrı, maddi və mənəvi mədəniyyət, ənənəvi gеyimlər, yаşаyış
еvləri, yemək və içkilərdə və s. əksini tapır.
Hindistanın iqtisadi həyatında iqlimi, coğrafi şəraiti mühüm
yer tutur. Şimaldan cənuba doğru 3200 km uzanan ölkənin böl-
gələri arasında iqlim fərqləri çox böyükdür. Şaxtalı Himalay dağ-
larında qar yağanda Şimali Hindistan düzənliklərində qış günləri
sərin, gecələr çox soyuq olur. Dekanda fəsillər arasında fərqlər
elə də nəzərə çarpmır. Tamildə isti olsa da hava şimaldakı kimi
həddən artıq qızmır.
Hindistanda təsərrüfat həyatı torpağın məhsuldarlığını artıran
musson yağışları ilə sıx bağlıdır. Oktyabrdan may ayına kimi ya-
Dostları ilə paylaş: |