Bəhmən Əliyev-Ayvazalı
106
raha” kampaniyasının gedişində Mahatma Qandinin “duz yürü-
şü” ümummilli kampaniyaya çevrildi, ingilislər onu 1930-cu ilin
may ayında həbs etdilər. Qandi-İrvin Paktı 1931-ci il martın 5-də
imzalandı, HMK vətəndaş itaətsizliyi kampaniyasını dayandırdı.
M.Qandi 1931-ci ilin sentyabrında Londonda “dairəvi ma-
sa”ya qoşuldu. Toplantı uğursuzluqla nəticələnsə də iki fərqli
yanaşma ortaya çıxdı. HMK rəhbərliyi düşünürdü ki, Hindista-
na özünüidarə verildiyi təqdirdə icmadaxili mübahisələrin həlli
hindlilərin daxili işidir. Artıq həmin dövrdə Hindistanın qarşısın-
da duran ən böyük problemin etnoslararası münasibətlər olduğu
ortaya çıxmışdı. Hətta Hindistan Milli Konqresinin 1931-ci ildə
qəbul etdiyi bayrağın rəngləri ölkənin iki əsas etnosunu-hindliləri
və müsəlmanları ifadə edirdi. Bayraqdakı zəfəran rəngi hindi və
yaşıl rəngi müsəlmanları, ağ rəng isə bu iki etnos arasında arzula-
nan sülhü və doğruluğu təmsil edirdi. Digər şərhə görə isə, zəfə-
ran rəngi cəsarət və fədakarlığı, ağ rəng saflıq və doğruluğu, yaşıl
rəng bərəkət və inancı ifadə edirdi. Bayrağın üstündəki 24 telli
təkər (çarx) 24 saatın və sonsuz bir həyat dönüşünün ifadəsidir.
Xatırladaq ki, Hindistan bayrağı rəsmən 1947-ci ilin 22 iyu-
nunda qəbul edilmişdi Hind milli bayrağı “üç rəngli” mənasını
verən “tiranqa” adı ilə məşhurdur.
İngilis siyasətçilərin rəyinə görə, hind nümayəndələr öz ara-
larında razılığa gəlmədikləri təqdirdə hökumət bu problemi qanu-
ni yolla həll etməlidir. Ottavada 1932-ci ildə keçirilən İmperiya
konfransında “İngiltərə və dominonlar arasında ikitərəfli ticarət
haqqında” müqavilə imzalandı. Britaniya parlamenti 1935-ci
ildə “Hindistanın idarə olunması qanunu”nu qəbul etdi. Qanuna
görə, federasiyanın yaradılması ora qoşulmaq istəyən knyazlıq-
ların arzusundan asılı olurdu. Vitse-kral və onun icra orqanının
(Hindistan hökuməti) idarəetməsi təsdiqlənir, xeyli səlahiyyət
əyalətlərə keçirdi.
Əyalət qanunverici şuralarına 1937-ci ilin yazında keçirilən
seçkilərdə qalib gələn HMK 11 əyalətdən 7-də yerli hökumətləri
Hindistan etnoqrafiyası
107
formalaşdırdı. İki il yarım davam edən idarəetmə zamanı məlum
oldu ki, konqresçilər müsəlmanların hüquqları haqqında düşün-
mək istəmirlər.
Müsəlman Liqasının Lahor konfransında (1940) M.Ə.Cinna
müsəlmanların öz dövlətini qurmasının vacibliyini bildirdi. İkinci
dünya müharibəsi ərəfəsində artıq məlum idi ki, müsəlmanların
ayrıca dövlətinin yaranması zamanın məsələsidir, artıq Böyük
Britaniya bu konsepsiya ilə razılaşmışdı.
Britaniyanın Hindistanda kolonial siyasətinin güclənməsinə,
sərtləşməsinə İkinci dünya müharibəsi mühüm təsir göstərdi. İn-
giltərə ilə yanaşı, onun bir sıra dominonları, o cümlədən Hindis-
tan 1939-cu il sentyabrın 3-də müharibəyə qoşuldu.
HMK metropoliyanı müharibədə dəstəkləmək əvəzində bir
sıra tələblər irəli sürdü. Bu, Hindistanın öz müqəddəratını təyin
etmə hüququnun tanınması, yeni hökumətin təcili olaraq yaradıl-
ması və s. idi. ML isə dəstək əvəzində qanunverici orqanlarda
müsəlmanların rolunun artırılması tələbini irəli sürürdü.
İngilis hakimiyyətinin 1939-cu il oktyabrın 17-də nəşr etdiyi
“Ağ kitab”da müharibədən sonra Hindistanın yeni konstitusiya-
sının hazırlanması nəzərdə tutulurdu, yeni hökumətin yaradılması
tələbi qəbul edilmirdi, bunun əvəzində icra komitəsinin üzvlərinin
sayının artırılması, məşvərətçi şuranın yaradılması təklifi irəli sü-
rülürdü. Oktyabr ayının 23-də HMK yeni hökumətin yaradılması
tələbini təkrarladı. İlk dəfə olaraq, xüsusi çağırılmış təsis yığın-
cağı tərəfindən Hindistan konstitusiyasının hazırlanması ideyası
irəli sürüldü. Müsəlman Liqasının 1940-cı il Lahor konfransının
“Pakistan” adını almış qətnaməsində müsəlman dövlətinin qu-
rulması əksini tapdı.
ABŞ-ın təzyiqi ilə ingilis hökuməti 1942-ci ilin mart ayında
Hindistana tanınmış leyborist S. Krippsin başçılığı ilə nümayəndə
heyəti göndərdi. Müharibə dövründə ingilislər hind hökumətinin
yaradılması ilə razılaşmır, hindlilərin məsləhətçi rolunun artırıl-
masına çalışırdılar.
Bəhmən Əliyev-Ayvazalı
108
Müharibə dövründə hind hökumətinin yaradılmasına icazə
verilməməsi HMK-nin ingilis-hind hökuməti ilə əməkdaşlıq-
dan imtina etməsinə gətirib çıxardı. Mаhаtmа Qаndi 1942-ci
ilin аvqust аyındа yenidən vətəndаş itаətsizliyi kаmpаniyаsınа
bаşlаdı. Aksiyаlаrdа əsаs tələb ingilis qоşunlаrının təcili surətdə
ölkədən çıхаrılmаsı idi. Bu aksiyaların yatırılması zamanı qanlı
olayar baş verdi.
HMK rəhbərliyinin həbsi 1939-cu ildə bu təşkilаtı tərk еt-
miş Subhаs Bоsun proseslərə təsir gücünü аrtırdı. Subhаs Bоs
ölkəni ingilis işğаlındаn аzаd еtmək üçün Аlmаniyа və Yаpоniyа
ilə əməkdаşlıq еtməyə bаşlаdı. Yаpоnlаrın köməyi ilə Hind Mil-
li Оrdusunu yаrаtdı. Yаpоnlаr onu Аzаd Hindistаnın müvəqqəti
hökumətinin bаşçısı kimi tаnıdılаr. Sinqаpurun yenidən ingilislə-
rin əlinə kеçməsi zаmаnı Hind Milli Оrdusu təslim oldu, 1945-
ci ilin sоnundа HMО əsgərləri mühаkimə edildi, Subhas Bоs isə
аviаqəzаdа həlаk оldu.
İngilislər 1944-cü ilin yaz aylarında yenidən HMK rəhbərləri
ilə danışıqlara başladılar. May ayında M.Qandi həbsdən buraxıl-
dı, payızda onun M. Cinna ilə görüşü baş tutdu. Qandi müsəlman-
ların Hindistanın tərkibindən ayrılaraq müstəqilliklərini elan et-
mələri ilə razılaşdı. Müharibə başa çatsa da, iqtisаdi vəziyyətin
pisləşməsi tətil hərəkаtını gücləndirdi, silahlı üsyanlar baş verdi.
Böyük Britaniya İkinci dünya müharibəsindən sonra nəinki
böyük dövlət statusuna iddia edə bilirdi, hətta beynəlxalq siyasət-
də ciddi rolu görünmürdü, nəhəng imperiya statusundan imtina
edərək kiçik tərəfdaş rolunu oynayırdı. İkinci Dünya müharibəsi
ingilis imperializminin iqtisadi və siyasi mövqeyinin daha da zəif-
ləməsi ilə nəticələndi. Hərbi-iqtisadi baxımdan Birləşmiş Ştat-
lardan asılı vəziyyətə düşən İngiltərə Hindistan da daxil olmaqla
dünyanın müxtəlif bölgələrində öz iqtisadi maraqlarından Va-
şinqtonun xeyrinə imtina etdi. Atom silahının kəşfi, hərbi-strateji
üstünlüyün ABŞ-ın əlinə keçməsi İngiltərənin beynəlxalq mövqe-
Dostları ilə paylaş: |