Bəhmən Əliyev-Ayvazalı
100
rilərdən tоplаnmış kоlоniаl оrdulаr burахılmış, lоyаllıq göstərən
siqh və bəluclаrdаn ibаrət qоşun toplanmışdı.
Üsyandan sonra, 1860-1890-cı illərdə hind milli azadlıq
hərəkatının mühüm mərhələsi baş vermiş, siyasi, iqtisadi, sosial
və dini axınlar ortaya çıxmış, Hindistanın müstəqilliyi ideyası
formalaşmışdı.
İngilis burjuaziyası siyasi hömranlığından istifadə edərək
Hindistanın müstəqil iqtisadi inkişafını əngəlləyirdi. Hind burju-
aziyası formalaşdığı ilk dövrdən imperializmin siyasi və iqtisadi
təzyiqləri ilə üzləşirdi. Kolonial istismarın güclənməsi, kapitaliz-
min inkişafı yeni siniflərin yaranmasına gətirib çıxarmaqla yana-
şı, hind cəmiyyəti ilə ingilis imperializmi arasında ziddiyyətləri
kəskinləşdirirdi. Benqaliya, Bombey və Maharaştra ölkənin əsas
iqtisadi-siyasi mərkəzləri, kolonial Hindistanı başqa ölkələrlə,
dünya bazarı ilə bağlayan bölgələr idi. XIX əsrin sonunda bu
şəhərlər kapitalizmin möhkəmləndiyi nəhəng yaşayış məkanla-
rı idi. Burada ilk dəmiryolları çəkilmiş, ilk fabriklər tikilmiş, ali
məktəblər fəaliyyətə başlamışdır. Hind xalqı ingilis hakimiyyəti-
nin yerli əhaliyə qarşı ədalətsizliyini görürdü. Siyasi-iqtisadi dis-
kriminasiya, sosial ayrı-seçkiliklərlə müşayiət olunurdu.
Hind milli-azadlıq hərəkatının mahiyyətində duran məsə-
lələrdən birinin dini səbəblər olduğunu qeyd etmək lazımdır.
Hindistana gəldikləri gündən ingilislər müxtəlif dinlərin-islam,
hinduizm, siqhizm və s. nümayəndələrinin adət-ənənələri ilə üz-
ləşdilər. XIX əsr və XX əsrdə konfessional fərqliliklər koloni-
al siyasətin və Avropa mədəniyyətinin təsiri altında hinduizmin
intibahı başladı, müsəlmanlar arasında islam məktəbləri yarandı,
siqhlərin dini fəaliyyətləri inkişaf etdi. XIX əsrin ikinci yarısın-
da varna-cati prinsiplərinin hökm sürdüyü, kasta adətlərinin
mövcud olduğu cəmiyyətdə siyasi ideyalar islahatçı dini axınlar
vasitəsi ilə yayılırdı. Bu səbəbdən hinduizmdə islahatlar ideya-
sı sürətlə möhkəmlənirdi. İdeyalar hinduizmi cəmiyyətin burjua
Hindistan etnoqrafiyası
101
inkişafına uyğunlaşdırmaq idi. Digəri isə hinduizmin dirçəlişinə
çalışır, onu milli mədəniyyətin təcəssümü sayır, yadelli hakimiy-
yətlə assosiasiya olunan xristianlığa qarşı qoyulurdu. Beləliklə,
1860-cı illərdə Hindistanda azad düşünən ziyalılar nəslinin yetiş-
məsi üçün münbit şərait formalaşmış, milli-azadlıq hərəkatı üçün
zəmin yaranmışdı. Hindistan yeni bir mərhələyə daxil olmuşdu,
bu dövr azadlıq hərəkatının inkişafı, dini təşkilatların aktivləş-
məsi, milli təşkilatların və hind tarixinin yeni qəhrəmanlarının
ortaya çıxması dövrü idi.
Hindistanda hakimiyyət institutları kasta sistemindən asılı
olmayaraq inkişaf edirdi. Tam olaraq ölkənin idarə olunmasına
buraxılmasalar da hindlilər bu sahədə aparıcı Avropa dövlətindən
nümunə götürürdülər. İctimai-siyasi proseslərə ən mühüm təsir
göstərən məsələlər qəzetlərin nəşri, ucuz poçt xidməti, teleqraf,
yollar və s. böyük birləşdirici rol oynamışdır. Hindistanın bö-
yük şəhərləri-Bombey, Delhi, Kəlküttə (Kolkata), Madras daxil
olmaqla müxtəlif bölgələri arasında əlaqələr artmış, ölkədaxili
ticarət intensivləşmiş, ölkə xarici ilə ticarət əlaqələri genişlən-
mişdir. Kapitalizmin inkişafı Hindistanın sosial strukturunda
dəyişikliyə səbəb olur, burjuaziya və proletariat sinifləri, milli
ziyalılar təbəqəsi yaranırdı. Hind ziyalıları xalqın narazılıqları-
nın ifadəçisinə, milli-azadlıq hərəkatının hərəkətverici qüvvəsinə
çevrildilər.
Şimali və cənubi Hindistanda milli təşkilatlarının yaranması
xüsusiyyətləri Benqaliya və Bombeydən fərqlənirdi, bu bölgələr-
də kapitalist sahibkarlığı ciddi inkişaf etməmişdi.
Allahabadda 1880-ci ildə “Hindu Samac” təşkilatı yaradıldı,
bu təşkilatın əsas tələblərindən biri hindi dillərində ibtidai təhsilin
təşkili idi. Onlar təhsil sahəsində müstəqillik əldə etmək niyyətin-
də idilər.
Şimali Hindistanda milli-azadlıq hərəkatı daha çox dini
mahiyyət daşıyırdı. Bu sırada Məhəmməd Kasminin rəhbərliyi
Bəhmən Əliyev-Ayvazalı
102
ilə Dobandda “Darululum” müsəlman icması “Nayya Mahaz”
hərəkatını yaratdı, onlar əsas məqsədlərinin müsəlman və hindus-
ların ingilislərə qarşı birgə mübarizə aparmasını vacib sayırdılar.
Lakin Deband kolonial rejimə qarşı mərkəzə çevrilmədi, təşkilat
üzvləri daha çox teologiya ilə məşğul olduqlarından digər təşki-
latlarla əlaqə qura bilmədilər.
Xalq hərəkatının liberal-burjua qanadı ilə birləşməsindən
qorxuya düşən ingilislər ölkə üzrə siyasi təşkilatın yaradılması
ideyasını irəli sürdülər. Hindistan Milli Konqresinin ilk qurul-
tayı 1885-ci ildə keçirildi. Konqres Hindistan milli-burjuaziya-
sının yuxarı dairələrinin və millətçi dövlət məmurlarının məna-
feyinə cavab verirdi. Kоnqrеsin liberal qanadı tərəfindən hazır-
lanmış proqramda milli sənayenin yaradılması, vergilərin azaldıl-
ması və s. məsələlər öz əksini tapmışdı. Konqresdən ingilislər öz
məqsədləri üçün yararlanırdılar.
Hind milli azadlıq hərəkatında Hindistаn Milli Kоnqrеsinin
xüsusi rolu vardır. ХIХ əsrin sоnlаrındа HMK əsаsən hind bur-
juаziyаsının yuхаrı təbəqələrinin hüquqlаrını qоruyаrаq, milli
mövqеli zədəganlаrı, yеrli ziyаlılаrın mаrаqlаrındаn çıхış еdir,
ingilis müstəmləkə hаkimiyyətinə lоyаl yаnаşırdı.
XIX əsrin sonuna doğru Hindistanda milli hərəkat 3 is-
tiqamətdə inkişaf edirdi: mühafizəkar (Britaniya Hindistanı
Assosiyası), liberal (Hind Assosiyası), radikal (kiçik burjuaziya
demokratları). İqtisadi və siyasi əlaqələrin artması milli qüvvələ-
rin siyasi və iqtisadi maraqlarının vahidliyini təmin edirdi, ümu-
mi rəqib isə kolonial rejim idi.
Hindistanda kolonial hakimiyyətə qarşı iki müxalif cəbhə ya-
ranmışdı. Birincisi, “mülayim xətt” tərəfdarları işgüzar elit da-
irələrini təmsil edir, proteksionizmə qarşı konstitusion tələblər irəli
sürür, iri milli sənayenin müdafiə etməyə çalışırdılar. İkincisi isə,
“svadeşi” (sərt xətt) tərəfdarları idi, onlar ənənəvi milli istehsalı
inkişaf etdirməyi, xarici malları boykot etməyə çağırırdı və kiçik
burjuaziya da daxil olmaqla xalqın kütləvi dəstəyini alırdılar.
Dostları ilə paylaş: |