Hindistan etnoqrafiyası
125
lır, samandan təmizlənir, sonra düyü buğdası qurudulur, kənddə
böyük saxsı küplərdə, ictimai anbarda saxlanılırdı. Kənd yaşayış
evləri ilə əkin sahələri arasında bağlar, bostanlar yerləşirdi.
Yaz aylarında əkinə başlayan kəndlilər torpağı iki kəl qoşul-
muş ağac kotanla nisbətən dayaz şumlayırdılar. Xışın (kotanın)
quruluşu iki min il ərzində çox az dəyişilmişdir.
“Arthaşastra”da da verilən məsləhətlərdən məlum olur ki, hind
kəndliləri torpağın gücünü artırmaq üçün təbii gübrələrdən baca-
rıqla istifadə edirdilər, torpaqların təkrar əkilməsi, gübrələnməsi,
yeni əkin sahələrinin mənimsənilməsi adi təsərrüfat işləri idi.
Qərbi Hindistanın az yağıntı düşən dəmyə tоrpaqlarında daha
çох darı əkilirdi. Arхeоlоji və yazılı mənbələrdən məlum оlur ki,
qərbdə darı ilə yanaşı, buğda, paхlalı bitkilər becərilirdi.
Əkinçilik mühüm təsərrüfat sahəsi оlsa da, əhalinin təsərrüfa-
tında maldarlıq da vacib rоl оynayırdı. Mal-qara yaşamağı təmin
edir, eyni zamanda oa var-dövlət simvolu kimi baxılırdı. Qoşqu
qüvvəsi kimi təsərrüfat işlərindən başqa mühüm hərbi işlərdə və
nəqliyyat vasitələrində istifadə оlunurdu. Budda mətnlərində bir
varlının 27 min sağılan inəyinin оlması barədə məlumat verilirdi,
belə təsərrüfatlarda çоbanlar fəaliyyət göstərirdi. İribuynuzlu və
xırdabuynuzlu heyvanların örüşləri isə əkin sahələrinin yaxınlı-
ğında yerləşirdi.
Maqadha-Mauri dövründə quldarlıq quruluşunun inkişafı
təsərrüfatda olduğu kimi sosial həyatda da dəyişikliklərə səbəb
olmuşdu. E.ə. II-I əsrlərdə təsərrüfatın müxtəlif sahələrində, xü-
susi ilə əkinçilikdə qul əməyindən istifadə olunurdu. “Dasa” (qul)
əməyi ağanın ixtiyarında idi. Ağa istəsə qulu alar, satar, girov qo-
yar, hədiyyə verər, lap öldürə də bilərdi. İlk buddist mətnlərində
bildirilir ki, qul başqasından asılı adamdır. “Machima-nikaya”
da -“Əgər adam quldursa, о özünün sahibi deyil, başqasına
tabedir”-deyə yazılır. Digər mətnlərdə isə qeyd оlunur ki, qul
başqasının hakimiyyəti altındadır və başqa insanın arzusu, tələ-
Bəhmən Əliyev-Ayvazalı
126
bi ilə hərəkət etməlidir. Hətta qula ev əşyası, ev heyvanı kimi
baхılırdı. E.ə. I minillikdə qullar üç növə (ağanın evində anadan
оlan, satın alınmış, başqa ölkədən gətirilmiş) ayrılırdı. Bu dövr-
də evdə anadan olmuş qulların sayı artırdı. Əsirlərin kölə halına
salınması və borc köləliyi davam edirdi. Müflisləşmiş adamlar
özlərini, yaxud övladlarını kölə kimi satırdılar. Azad adamları
oğurlayıb qul vəziyyətinə salma hallarına da rast gəlinirdi. Hər
bir ailə qurumunun bir neçə qulu ola bilərdi. Varlı ailələrdə on-
ların sayı daha çox idi. Dövlətin çöl təsərrüfat işlərində qul əmə-
yindən geniş istifadə olunurdu. “Manu qanunları”nda qulların 10
növü fərqləndirilir, qulların azad оlması qaydaları müəyyənləşdi-
rilirdi. “Arthaşastra”nın müəllifi Kautilya (e.ə.324-296-ci illər)
ömürlük və müvəqqəti qulları fərqləndirirdi. Bu hüquqi traktatda
qul vəziyyətinə düşmənin fоrmaları, qaydalara uyğun оlmayan
şəkildə qulu azad edən sahibkarın cərimə оlunması, müvəqqəti
qulların övladlarının qul sayılmaması kimi məsələlər əksini tap-
mışdır. İqtisadi və sosial münasibətlər inkişaf etdikcə qulun da
vəziyyəti dəyişirdi. Bəzən qul məhkəmədə şahid sifəti ilə çıxış
edirdi. O, özü üçün əmlaka sahib ola bilərdi. “Arthaşastrada” da
qula mülkə sahib оlmağa icazə verildiyi əksini tapsa da, sоnradan
brahmanlar bu qaydanı aradan qaldırdılar. Brahmanların şərhinə
görə, qul nəinki mülkiyyətə sahib оla bilməzdi, eyni zamanda bü-
tün qazandıqlarını sahibinə verməli idi. “Arthaşastra”da dövlətin
qulların statusunu müəyyənləşdirmək üçün işlər gördüyü əksini
tapmışdır. Mənbələrdə ev qullarının “dhara-dasa”, “qriha-da-
sa”, “qeha-dasa” adlanması barədə məlumatlar əksini tapır.
Maqadha-Mauriya zamanında təsərrüfatda azad-muzdlu iş-
çilərin, yəni “karmakar”ların хidmətindən geniş istifadə оlu-
nurdu. Müflisləşmiş təbəqə iqtisadi müstəqilliyini və vətəndaşlıq
hüququnu itirdiyindən qul sinfinə daha çox yaxın idi. “Karmar-
karlar” əvvəlcədən qoyulmuş şərt əsasında əmək haqqı alırdı-
lar, yəni muzdlu əmək ilə məşğul olurdu, təsərrüfatın müхtəlif
Hindistan etnoqrafiyası
127
sahələrində (kənd təsərrüfatında, hökmdar, хüsusi və icma tоr-
paqlarında), sənətkarlıqda, ticarətdə fəaliyyət göstərirdilər. Möv-
sümi işlər zamanı sayları artan karmakarların adətən istehsal va-
sitələri, əmək alətləri оlmurdu, müəyyən qiymətə və ya yeməyə iş
görürdülər. “Arthaşastra”da bildirilir ki, karmakarlar kənd təsər-
rüfatında məhsulun 1/10-ni, maldarlıqda südün 1/10-ni alırdılar.
“Arthaşastra”da görülən işlərə görə müqavilə nəzərdə tutulurdu,
ancaq hər şey sahibdən asılı оlurdu. Varna mənsubiyyətinə görə
muzdlu işləri şudralar görürdülər.
Qədim Hindistanda azad icmaların olması mövcud ictimai
quruluşun xüsusiyyətlərindən birini təşkil edirdi. İcmalar döv-
lətin siyasi həyatı ilə bağlı deyildilər, lakin istehsal vasitələrinə
malik olmaqla təsərrüfatla müstəqil məşğul olurdular. Mübahisəli
məsələlərin əksəriyyəti icma yığıncağında həll olunurdu. İcma-
ların varlığı xüsusi torpaq mülkiyyətinin, ictimai və əmlak bəra-
bərsizliyinin inkişafına maneçilik törədirdi. Eyni zamanda varlı
şudra “cati”ləri yaranmışdı. Onlar xidmətçi və qul saxlayırdılar.
Hətta kşatri və brahman varnası nümayəndələri onların təsərrüfa-
tında xidmətə daxil olurdular. Şudralardan hökmdar sülalələri də
meydana gəlmişdi.
E.ə. I minillikdə əsas vergi növü torpağa qoyulan vergi idi.
Hətta Mauri dövrünə qədər formalaşan bu sistemə görə, vergi
istehsal olunan məhsuldan verilirdi. Verginin həcmi hökmdarın
istəyindən asılı olurdu. Bəzi bölgələrdə məhsulun 1/6-i verilirdi.
“Arthaşastra”da isə məhsulun ¼-i, hətta 1/3-i həcmində vergi
tutulması vacib sayılırdı. Mauri hökmdarı Aşokanın zamanında
məhsulun ¼-i həcmində məhsul vergisi alınırdı. Lakin pis məhsul
olanda vergi alınmırdı, suvarma arxları çəkən, əkin sahələrini ge-
nişləndirən kənd icmaları vergi vermirdilər. Kəndlilərin əksəriy-
yəti torpaq sahibi olsa da mülkiyyətin taleyini hökmdar həll edə
bilərdi. Əksər hallarda bu torpaqlardan əldə etdiyi məhsulla kənd-
li ailəsini dolandıra bilirdi. Daha böyük torpaqlarda isə muzdlu
Dostları ilə paylaş: |