HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə39/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   35   36   37   38   39   40   41   42   ...   76

Hindistan etnoqrafiyası
119
ğış az yağdığından məhsul süni suvarma yolu ilə əkilib-becərilir, 
tədricən hava qızır, artıq aprel ayının sonunda şimal düzənliklə-
rində istilik 40 dərəcəyə çatır, quru küləklər əsir, torpaq çat-çat 
olur, heyvanlar susuzluqdan məhv olur, insanlar kölgədə gizlənir. 
İyunun sonunda yağışlar başlayır, torpaq tez bir zamanda canla-
nır, yaşıllaşır. Mussonlar dövrü iki aydan sonra başa çatır, yağış 
tədricən azalmağa başlayır. Hindistanın iqlimi də ziddiyyətlərlə 
doludur,  bol  məhsul  bəxş  edən  yağış  bir  anda  ölüm  də  gətirir. 
Çaylar məcralarından çıxır, tez-tez daşqınlar baş verir, böyük əra-
zilər sel sularının altında qalır, böyük dağıntı və fəlakətə səbəb 
olur. Buna baxmayaraq, mussonlar dövrünün başlaması həmişə 
insanları əhalini sevindirir, insanlar tanrılarına şükür edirlər.
“Baburnamə”də  Hindistanın  iqlimi  orta  əsr  müəllifinin, 
yəni  Baburşah-Moğol  imperatorluğunun  yaradıcısı  Zəhirəddin 
Məhəmməd Baburun dilindən etnoqrafik baxımdan maraq doğu-
ran şəkildə təsvir edilmişdir : “Bizim tərəflərdə (Orta Asiya) dörd 
fəsil, Hindistanda isə üç fəsil var. Dörd ay yay, dörd ay yağmur 
fəsli, dörd ay da qış olur. Ayların başlanğıcını hilala görə hesab-
layırlar. Hər üç ildə bir yağmur fəsli aylarına, üç ildə bir qış ay-
larına, üç ildə bir də yaz aylarına bir ay əlavə edirlər. Bu aylar 
“visokos” (“kəbisə” ayına qriqori təqvimində “visokos ay”, yəni 
fevral, 29 gün olan ay deyilir) ayları sayılır...”. 
“Baburnamə”  dən  məlum  olur  ki,  yay  fəslinin  ayları-  çitar 
– hut (balıq bürcü) 21 fevraldan başlanır, bisaq – həməl (qoç bür-
cü) – 22 martda, çit – səvr (buğa bürcü) 22 apreldə başlayır, şid-
dətli isti olur. Əsar – cövza (əkizlər bürcü) 22 mayda başlayır, 
şiddətli isti olur. Yağmur fəsli ayları-savən – sərətan (xərcəng) 22 
iyunda başlayır, badun – əsəd (şir bürcü) 24 iyulda başlanır, bu 
aylarda şiddətli yağış yağır. Küvar – sünbülə (başaq, qız bürcü) 
24 avqustda başlayır. Katik – mizan (tərəzi bürcü) 24 sentyabrda 
başlayır. Qış fəsli ayları-aqan – əqrəb bürcü – 24 oktyabrdan baş-
layır. Pus–qövs (yay, oxatan) 23 noyabrda, maq – cədi (oğlaq) 23 


Bəhmən Əliyev-Ayvazalı
120
dekabrdan başlayır, bu aylarda şiddətli soyuq olur. Fagün – dəlv 
(dolça bürcü) isə 22 yanvardan başlayır.
Göründüyü kimi, “Hind eli dörd ay olaraq müəyyənləşdirdiyi 
fəsillərin hər birində iki ayı istinin, iki ayı yağmurun, iki ayı da 
soyuğun şiddətli olduğu ay saymışdır. Yay aylarının son iki ayı çit 
ilə əsardır şiddətli isti bu iki aydadır. Yağmur fəslinin ilk iki ayı 
savən ilə badundur, şiddətli yağmur bu iki aydadır. Qış fəslinin 
ortadakı iki ayı pus ilə maqdır, şiddətli soyuq da bu iki aydadır. 
Bu münvalla bunların fəsillərinin sayı altı olur”.
İqlimlə yanaşı, minillərdir ki, intensiv becərilən münbit tor-
paqlar  Hindistanın  ən  böyük  zənginliklərindən  biridir.  Ölkədə 
əkinçilik üçün ən münbit torpaqlar Hind-Qаnq çaylarının vаdi-
si sayılır. Bu vаdidən bаşqа ölkənin şərqində və şimаl-şərqində, 
mərkəzi və cənub hissələrində əkinçilik üçün geniş münbit ərа-
zilər  vardır. 
Аrхеоlоji  və  еtnоqrаfik  mаtеriаllаr  əsаsındа  Hindistanda 
ərаzilərin  istifаdəsində  5  dövr  fərqləndirilir:  Qədim  əkinçilik 
(е.ə.III-II minilliklər), mаldаrlıq (е.ə. I minillik), dəmyə əkin-
çiliyi (е.ə. III əsr-b.е. ХIV əsrləri), primitiv dəmyə və suvаrmа 
əkinçiliyi  (ХХ  əsrin  birinci  yаrısı)  və  dаhа  intеnsiv  əkinçilik 
(ХХ əsrin оrtаlаrındаn). Əhalinin qida tələbatını ödəmək üçün 
intensiv becərmə həyata keçirilmiş, tоrpаqlаr ciddi şəkildə şum-
lаmalаrа, təkrаr istifаdələrə məruz qаlmışdır. Bu əsаsən Pəncаb, 
Hind-Qаnq və digər çаy vаdiləri və dеltаlаrı, sаhilyаnı düzənlik-
lər, Dеkаn düzənliyi, Tаr səhrаsı vadilərinin suvаrılmаsı nəticə-
sində  bаş  vеrmişdir.
Arxeoloji materiallar ibtidai insanların neolit dövründən əkin-
çiliklə məşğul olduğunu, dövrünə görə kifayət qədər təkmil əmək 
alətlərinin  istifadə  edildiyini  təsdiqləyir.  Hindistanda  təsərrüfa-
tın, xüsusən məhsuldar əkinçiliyin və maldarlığın inkişaf etdiyi 
dövr Harappa sivilizasiyasının mövcud olduğu e.ə. III-II minil-
liklər sayılır. Ümumiyyətlə, Hind vadisi Şərqdə ən qədim əkinçi-


Hindistan etnoqrafiyası
121
lik mərkəzlərindən biri kimi məşhurdur. Sarasvati (Hind vadisi) 
sivilizasiyasının əhalisinin əksəriyyəti əkinçiliklə məşğul olmuş, 
əsasən kənd yaşayış yerlərində yaşamış, yaxud şəhər əhalisinin 
böyük hissəsi əkinçilik və maldarlıqla məşğul olmuşlar. Qazıntı-
lardan əldə olunan materiallara görə, Harappa əhalisi taxılçılıqla 
geniş məşğul olmuş, iki buğda növü, darı, küncüt əkib-becərmiş-
lər. Burada e.ə. V minillikdən başlayaraq pambıq, e.ə. IV minil-
likdən isə şəkər çuğunduru əkilib-becərilirdi. Torpağın əkilməsi 
üçün isə xışa çaxmaqdaşından hazırlanmış gavahın bərkidilirdi. 
Əkinçilər hökmdara natural vergilər verən icma üzvləri idi, sa-
raylarda, böyük torpaq sahiblərinin mülklərində qul əməyindən 
istifadə olunurdu.
Çəltik  qalıqları  daha  çox  Lothala  və  Sauraştredə  tapılmış-
dır. Ehtimal ki, buranın əhalisi taxılçılıqla yanaşı, çəltikçiliklə də 
məşğul  olmuşdur.  Mohenco-  Daro  şəhərinin  qazıntıları  zamanı 
pambıq parça qalığının tapılması isə burada pambığın əkilib-be-
cərilməsindən, emalından, parça toxuculuğundan xəbər verir. Bu-
rada əhali bağçılıq və süni suvarma ilə də məşğul olmuş, təsər-
rüfat  həyatında  maldarlıq  da  mühüm  rol  oynamışdır. Arxeoloji 
materiallar göstərir ki, Sarasvati sivilizasiyası əhalisi qoyun, keçi, 
inək və s. saxlamış, onların ətindən, südündən, yunundan istifadə 
etmişdir. 
Veda dönəmində əhalinin əsas məşğuliyyəti əkinçilik və mal-
darlıq  idi.  Əkinçiliyin  sürətli  inkişafı  dəmirdən  şum  alətlərinin 
hazırlanması və istifadə olunması ilə bağlı idi. Arxeoloji material-
lar “Riq Veda”nın yaradıcılarının e.ə. XI əsrdən dəmirlə tanış ol-
duğunu üzə çıxarmışdır. Ağac kotanları dəmir gavahınlı kotanlar 
əvəzləmişdir, bu da torpaqların keyfiyyətlə, sürətlə əkilib-becə-
rilməsində mühüm rol oynayırdı. Dəmir alətlərlə meşəlik ərazilər 
mənimsənilir, “tala əkinçiliyi” tətbiq olunur, eləcə də çayların lil-
lə  məhsuldarlığını  artırdığı  torpaqlar  becərilir,  “çala  əkinçiliyi” 
sistemi həyata keçirilirdi. “Bharat” adlanan ari tayfalarının Veda 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə