Hindistan etnoqrafiyası
49
əksəriyyəti hinduizmlə analoq təşkil edir. Burada Şumer süjetləri,
o cümlədən məşhur Gilqamış əfsanəsindəki süjetlərlə oxşarlıq
vardır. Fərq yalnız ondadır ki, Harappa möhürlərində qəhrəman
pələngi deyil, aslanı yüyənləmişdir.
Qazıntılar zamanı qırmızı-sarı gildən düzəldilmiş çoxsay-
lı qadın fiqurları tapılmışdır ki, bu da tanrı-ana kultu haqqında
təsəvvürlərdən xəbər verir. Çoxsaylı daş simvollarda tanrı-ana
müxtəlif şəkillərdə təsvir edilmişdir. Ehtimallara görə, Harap-
pa sivilizasiyası bu və ya digər səviyyədə veda tayfalarına təsir
göstərmişdir.
Harappa sivilizasiyasına məxsus yazılar hələ tam oxunma-
mışdır, amma onun mövcudluğu bu mədəniyyətin yüksək inki-
şafını göstərir. İndiyədək qazıntılar zamanı mindən çox möhür
ticarət cədvəlləri və ya amuletlər tapılmışdır. Ehtimal ki, mətn-
lər təkcə möhürlərlə deyil, həm də yazı üçün istifadə olunan va-
sitələrlə, məsələn palma yarpaqları ilə yazılmışdır. Bu üsul məhv
olduğuna, izləri silindiyinə görə, indiyədək qalmamışdır. Lakin
qazıntılar zamanı gil mürəkkəbqabının tapılması burada yazıda
mürəkkəbdən istifadə edildiyini göstərir.
Ən maraqlı məsələlərdən biri yumşaq daşlardan hazırlanmış
möhürlərin üzərindəki işarələrdir, bu işarələrin sayı 600-ə çatır.
Möhürlər fonetik işarələr, bəziləri isə ideoqramlar olmuşdur. Bir
sıra məşhur alimlər Harrapa yazıları dravid dillərinə aid edir, pro-
todravid dillərinin veda sanskritinə təsir göstərməsi ehtimalını
irəli sürürlər.
Hind vadisi şəhərlərinin tənəzzülü. Yeni arxeoloji qazıntı-
lar Harappanın inkişafının müəyyən səviyyədən sonra tənəzzülə
uğradığını göstərir. Bu Mohenco-Daro, Harappa, Kalibanqan nü-
munəsində aydın görünür. Həmin şəhərlərdə sonralar tikintidə
qaydalara əməl olunmamış, bir sıra böyük ictimai binalar dağıl-
mış, onların yerinə daha kiçik binalar ortaya çıxmış, su təchizatı
dağılmışdır. Arxeoloji materaillar təsdiqləyir ki, e.ə. II minilliyin
Bəhmən Əliyev-Ayvazalı
50
ortalarından başlayaraq, Harappada da bir sıra binalar dağılmış,
ticarət zəifləmişdir. Dulus qablarının hazırlanması texnikası də-
yişmiş, ornament tutqunlaşmış, naxışların keyfiyyəti aşağı düş-
müşdür. Uzun illər Harappa şəhərlərinin tənəzzülünü ari tayfa-
larının hücumu ilə əlaqələndirirdilər. Yeni tədqiqatlar göstərir ki,
bu şəhərlərin tənəzzülü ari tayfalarınin gəlməsindən xeyli əvvəl
baş vermişdi. Bu da şəhərlərin yadelli tayfaların təsirindən deyil,
daxili səbəblərdən məhv olduğunu təsdiqləyir. Daxili səbəblər
dedikdə, torpaqların şoranlaşması, Racastan səhrasının genişlən-
məsi, Hind çayının məcrasının dəyişməsi, dəhşətli daşqınlar, zəl-
zələlər və s. təbii fəlakətlər nəzərdə tutulur. Seysmoloji tədqiqat-
lar göstərir ki, Mohenco-Daro şəhərinin yaxınlığında tektonik
təkan mərkəzi vardır. Ehtimal ki, bu da şəhərin məhvinə gətirib
çıxarmışdır. Eyni zamanda Mohenco- Daronun bir neçə dəfə su
altında qalması nəticəsində əhali yerlərini tərk etməyə məcbur ol-
muşdur. Digər şəhərlərin sakinləri də daşqınlardan qaçmaq üçün
başqa yerlərə köçüb getmişlər. Ehtimal ki, Hind çayının mənsə-
bini dəyişməsi də Mohenco-Daro sakinlərini dəhşətli quraqlıqla
üz-üzə qoymuşdur, nəticədə əhalinin buradan köçüb getməsinə,
şərqə doğru irəliləməsinə gətirib çıxarmışdır. Bütün hallarda Ha-
rappa sivilizasiyasının məhz e.ə. XIX-XVIII əsrlərdə, təxminən
1750-ci ildə tənəzzülə uğraması fikri hələ də geniş şəkildə müza-
kirə olunur
Mərkəzi və Qərbi Hindistanın abidələrində inkişaf etmiş Ha-
rappa ənənələləri izlənilir, cənuba və şərqə doğru bu təsir daha
az hiss olunur. Kathpavara yarımadasında Harappa ənənələri təd-
ricən itir, bu mədəniyyətlə qovuşan yerli mədəniyyət önə çıxır.
XX əsrdə Kathpavaranın şimal-şərqində Banas (çayın adından
götürülüb) mədəniyyətinə məxsus qazıntı məskənləri aşkarlan-
mışdır. Banas mədəniyyətinin yaşı e.ə. 1800-ci illərə aid olunur.
Bu özünəməxsusluq daş alətlərin olmaması və çoxsaylı mis mə-
mulatların tapılmasıyla maraq doğurur. “Daş lövhələr” Hind va-
Hindistan etnoqrafiyası
51
disindəki Harappa mədəniyyətinin və Harrappadan sonrakı Kath-
pavara mədəniyyətinin xarakterik əlamətidir.
Banas mədəniyyətinə mənsub əhali kifayət qədər arxaik daş
və gil tikililərdə yaşamışlar. Yaşayış evləri möhkəm inşaat ma-
teriallarından, eləcə də ağacdan tikilmiş, gillə suvanmışdır. Bu
mədəniyyətə aid yaşayış məskənlərinin birində sütun qalıqları da
tapılmışdır. Hind arxeoloqlarının Navdatoli, Nevas, Nasik və
Corcvedə apardıqları tədqiqatlar Malva və Maharaştranın qə-
dim əhalisinin həyatı barədə təsəvvür yaratmağa imkan verir.
Eneolit dövründə bu zonanın əhalisi əkinçilik və maldarlıqla
məşğul olmuşlar, taxıl, düyü, paxlalı bitkilərin bir neçə növü-
nü əkib-becərmişlər, eyni zamanda qoyun və keçini əhliləşdir-
mişlər. E.ə. XIII əsrə aid təbəqədə ipək sap və pambıq parça
tapılmışdır ki, bu da toxuculuğun səviyyəsini göstərir. Harappa
məskənləri kimi burada da daş lövhələrdən çox istifadə olun-
muşdur, mis məmulatlar isə kifayət qədər azdır. Qazıntılar nə-
ticəsində Navdatoli yaşayış məskənində dairəvi, kvadrat və
uzunsov evlərin qalıqları üzə çıxarılmışdır. Ölçülərinə görə ev-
lər o qədər də böyük deyil, ən böyüyü 4,5X3 metrdir. Arxeoloji
tapıntıların karbon analizlərinin nəticələri göstərir ki, bu rayon-
da Yeni Daş dövrü e.ə. 1700-1600-ci illərə düşmüşdür. Harappa
mədəniyyətinin təsiri Nasik və Corn rayonlarında hiss olunur.
Keramikanın növləri, metal alətlərin formaları eynidir, amma
cənub rayonlarına bu təsir daha az olmuşdur. Corcvedə isə ene-
olit təbəqə e.ə. XIV-XI əsrlərə aid olunur.
Hindistanın şərqində “mis xəzinələr” və “sarı keramika”
adlandırılan eneolit dövrü mədəniyyəti aşkarlanmışdır. Bu mə-
dəniyyətin yaradıcıları əkinçi idilər və balıqçılıq, ovçuluqla da
məşğul olurdular. Mis alətlər özünəməxsusluqları ilə seçilirdi.
Arxeoloji tədqiqatlar zamanı enli ağızlı iskənə balta, kərki, qar-
pun tapılmışdır. Bu mədəniyyətin daşıyıcıları munda xalqının
əcdadları olmuşdur. Cammu-Qanq vadisində e.ə. XII-XI əsrlər-
Dostları ilə paylaş: |