Bəhmən Əliyev-Ayvazalı
52
də “sarı keramika” mədəniyyəti “mis xəzinələr” mədəniyyətini
əvəzləmişdir.
Etnik tərkib. Qədim Hindistan əhalisinin etnik tərkibi barədə
müfəssəl məlumat yoxdur. Hazırda Hindistan əhalisinin əksəriy-
yəti hind-ari (hindi, benqali, pencabi, qucarati, marathi, nepal və
s.) və dravid (tamil, teluqu, malayali, kannada, toda, tulu, braqui
və s.) dillərində danışırlar. Son illərdə aparılmış tədqiqatlar Hin-
distanın ən qədim əhalisinin dravidlərdən ibarət olduğunu üzə
çıxarır, bu qədim əhali qrupu “protodravid” adlandırılır.
E.ə. II minilliyin ikinci yarısında hind-ari tayfaları Hindistan-
da məskunlaşmışlar, onların izi e.ə. II minilliyə aid het, Mitanni və
kassi mətnlərində qalmışdır. Bu mətnlərdə hind-pers tanrıları Mit-
ra, Varuna, İndra, Nasatya, Şimaliya, Suriyaşın adlarına, bir sıra
atçılıq məfhumlarına və s. rast gəlinir. Həmin minillikdə hind-a-
ri tayfaları Hindistanda yayılmışlar. Ari-arya məfhumu qədimdə
bir qayda olaraq, hind-İran tayfalarına tətbiq olunurdu. Ehtimal
ki, o zaman tayfa ittifaqlarında yüksək mövqe tutan üzvlər özlə-
rini ari-arya adlandırmışlar. Yəni, bu anlayış tayfa ittifaqında öz
əsli-nəcabəti ilə fərqlənən yuxarı ictimai təbəqələrə aid edilirmiş.
XIX-XX əsrlərdə “ari-arya” sözünün mənası ilə bağlı müla-
hizələr irəli sürülmüşdür. Məsələn, “ari-arya” sözünü “gəlmə”,
“yadelli” (Veda mətnləri), “qonaqpərvər”, “nəcib”, “azad adam”
kimi mənalandırmışlar və s. Bütün hallarda qədim dövrlərdə
“ari-arya” sözü irqi mənsubiyyət bildirməmiş, müəyyən tayfalara
aid edilmişdir. Bir sıra Qərb alimləri isə “ari” adını irqi baxımdan
mənalandırırlar. Lakin hind-Avropa dillərində danışan tayfaların
heç də hamısı “ari” adlanmamışdır. Bu məfhum müxtəlif dillərdə
danışan etnoslara şamil edilirdi.
Uzun illərdir ki, ari probleminə dair müzakirələr aparılır. Bəzi
alimlərin iddialarına görə, yüksək inkişaf etmiş arilər Hindistana
sivilizasiya gətirmiş, yerli tayfaları özlərinə tabe etmişlər. Bəzən
isə arilərin köçəri tayfa olduqları, yerli dravid əhalini assimlya-
Hindistan etnoqrafiyası
53
siyaya məruz qoyduqları iddia olunur. Köçərilərin Harappa si-
vilizasiyasını yaratmış dravid əhalini assimlyasiyaya uğratması
şübhə doğursa da, mübahisələr hələ də davam edir. İndiyədək
arilərin Mərkəzi Asiya (Maks Muller), Tibet (Dayanand Saras-
vati), Alman düzənliyi (Prof. Penka), Pamir (Mayor), Turküstan
(Hurz Feld), Baktriya (J. C. Rod), Böyük çöl (Brandstein), Ark-
tika (B.G. Tilak), Mərkəzi Hindistan (Racbali Pandey), Kəşmir
(L. D. Kala), Sapta Sindhu ( A. C. Das) bölgələrindən gəlməsi
haqqında iddialar irəli sürülmüşdür.
Dilçilik üzrə müqayisəli araşdırmalar onu deməyə imkan ve-
rir ki, qədim hindlilər və qədim perslər nə vaxtsa bir yerdə ya-
şayaraq hind-pers cəmiyyəti yaratmışlar. Bəzi alimlər hesab edir
ki, hind-arilər İran yaylalarından gəlmişlər, başqaları Əfqanıstanı
göstərirlər.
Qədim yazılı mənbələrə əsasən, hesab etmək olar ki, hind-a-
rilər Şərqi Pəncab və yuxarı Qanqda məskunlaşmışlar. Bu göstə-
ririr ki, hind-arilər ərazi baxımdan Harappa sivilizasiyası ilə bağlı
olmamışdır.
Arxeoloji materialların radiokarbon analizləri sübuta yetirir
ki, Harappa şəhərlərinin tənəzzülü e.ə.XIX-XVII əsrlərdə ol-
muşdur, hind-arilərin bura müdaxiləsi isə bir neçə əsr sonra baş
vermişdir. Onu da qeyd etmək lazımdır ki, son dövrlərdə hind-a-
rilərin Hindistana gəlmə olmadığını, əksinə, Sarasvati vadisinin
şimalında yaşadıqlarını, Harappa sivilizasiyasının tənəzzülə uğ-
raması ilə qərbə, eləcə də Hindistanın şərqinə, cənubuna doğru
irəlilədiklərini, protodravid dillərini tədricən unudaraq, hind-ari
dillərinə keçdikləri tezisini irəli sürürlər.
Hind-arilərin ən qədim ədəbi abidəsi olan Riq Vedanın e.ə.
XI-X əsrlərdə meydana gəldiyi ehtimal olunur. Bu tarixi dövrü
hind-arilərlə bağlayan bir sıra arxeoloji materiallar tapılmışdır.
Məlum olmuşdur ki, Yamun və Qanqın tənəzzülünə (müasir Al-
lahabad bölgəsi də daxil olmaqla) qədər “boz naxışlı keramika”
Bəhmən Əliyev-Ayvazalı
54
mədəniyyəti Şərqi Pəncabda yayılmışdır. Yəni, “Riq Veda”nın
yayıldığı dönəmdə hind-arilərin yayıldığı əraziləri əhatə etmişdir.
Bu ədəbi abidənin təhlili “Riq Veda”nın Pəncabın şimali-şərq ra-
yonlarında, Ambal rayonunda yaranması barədə rəy formalaşdır-
mışdır. “Boz naxışlı keramika” mədəniyyətinin aşağı sərhədi e.ə.
XII-XI əsrlərə düşür ki, bu da “Riq Veda”nın yaranması dövrü ilə
eynidir. Ehtimal ki, “Riq Veda” dönəminin hind-ari tayfaları “boz
naxışlı keramika” mədəniyyəti ilə bağlı olmuşlar. Belə çoxsaylı
faktlar əsas götürülərək hind-arilərin Hindistana gəlməsinin e.ə.
XV-XIII əsrlərdə baş verməsi iddiası irəli sürülür.
Hind-arilərin məskunlaşması.Veda mətnləri və bir sıra arxe-
oloji materiallar ari tayfalarının şərqə doğru irəliləməsini, Qanq
vadisində məskunlaşmalarını izləməyə imkan verir. Bu bir neçə
yüz ili əhatə edən uzun proses olmuşdur. “Riq Veda” himnlərinə
görə, ari tayfalarının məskunlaşdığı əraziləri müəyyənləşdirmək
mümkündür. Əsas müqəddəs çay Sindhu adi ilə tanınan Saras-
vati çayı, Qumal və Pəncabın bir neçə çayı idi. Maraqlıdır ki,
“Riq Veda”da hinduistlər üçün müqəddəs olan Qanq çayının adı
yalnız bir dəfə çəkilmişdir. Veda mətnlərində Himalay dağları,
Şərqi Hindistan vilayətləri haqqında danışılmışdır. Linqvistik və
arxeoloji materiallara əsasən Pəncabda ari tayfaları dravid tay-
falarıyla əlaqəyə girmişlər, burada assimlyasiya prosesi kifayət
qədər sürətlə baş vermişdir, arilər yerli əhali ilə sıx əlaqə qurmuş-
lar. “Riq Veda”nın təhlili göstərir ki, dravid dilləri hind-ari di-
linə müəyyən təsir göstərmişdir. Mund tayfaları ilə münasibətlər
müəyyən qədər fərqli olmuş, Qanq vadisində assimlyasiya elə də
intensiv getməmişdir. Veda tayfaları mund tayfalarını meşəliklərə
sıxışdırmışlar, buna görə də mund dili veda dövrü hind-arilərinin
dilinə az təsir göstərmişdir.
Veda tayfalarına məxsus “boz naxışlı keramika” mədəniyyəti
Mərkəzi və Qərbi Hindistanın (yəqin ki, draviddilli) eneolit mə-
dəniyyətinə aid olunur. “Boz naxışlı keramika”nı e.ə. VI-II əsr-
Dostları ilə paylaş: |