Bəhmən Əliyev-Ayvazalı
168
daşı blokları ilə döşənmiş həyətə açılır. Camidə üzəriləri misdən
olan üç qübbə vardır, ortadakı qübbə digər iki qübbədən daha
yüksək və böyükdür. Caminin şimal və cənubunda yüksəkliyi
39,6 metrə çatan, ağ mərmər və qum daşından tikilmiş iki minarə
vardır. Minarələr 130 pilləkandan ibarətdir, çadıra bənzəyən sivri
uclu, səkkizgüşəli, mərmərdən qübbə ilə örtülmüşdür. Cami Məs-
cid planlaşdırma baxımından Aqradakı Moti Məscidə bənzəyir.
Aqrada 11 illik hökmdarlığından sonra Şah Cahan paytaxtını
Delhiyə köçürməyə qərar verdi, memarlarına Aqra və Lahorda-
kı kimi qalaların Delhidə də tikilməsini əmr etdi. Yeni paytaxtda
qalanın inşasına 1638-ci ildə başlandı, 1648-ci ildə başa çatdı.
Əhməd və Həmid adlı mühəndislərin rəhbərliyi altında tikilən qa-
lanın çevrəsi 2,4 km-dir. Çaya baxan hissədə divarların üstünlü-
yü 18,2 metr, quru tərəfdəki divarların hündürlüyü 33,5 metrdir.
Bundan başqa, qalanı 222, 8 metr enində, 9 metr dərinliyində su
kanalı çevrələyir. Qalanın divarları qırmızı daşdan tikilmiş, qalan
qüllələr, qübbələr, divarlar da oyulan rəsmlərlə zəngindir. Buna
görə də qalaya “Qırmızı qala”, yəni “Lal Kila” deyilir. İki önəmli
giriş qapıları olan Lahor və Delhi qapıları qalaya xüsusi gözəllik
verirlər. Qalanın mərkəzində üstü açıq, səkkizgüşəli sahə, dəh-
liz vardır. Qalada xalqa açıq toplantı salonu “Divani An”, Camna
çayına yaxın yerdə dövlət adamlarının toplaşdığı “Divani Has”,
“Rəng Mahal”, “Massaman Burc”, “Səkkizgüşəli qüllə”, “Ha-
bgah” (yuxu otağı), “Yağmurlu bürc” və s. vardır. Tarixin gedi-
şatında qalanın bəzi bölümləri dağılmışdır.
Baburşahlar dövrünün ən zirvə memarlıq əsəri məşhur Tac
Mahal sarayıdır. Şah Cahan xanımı Mümtaz Mahalı (Ərcümənd
Banu) çox sevmiş, onu getdiyi yerlərə özü ilə bərabər götürmüş-
dür. Hökmdarın ikinci xanımı olan Mümtaz Mahal 1632-ci ildə
dünyasını dəyişmişdir. Şah Cahan ondan sonra evlənməmişdir.
Xanımının ölümündən çox üzülən Şah Cahan onun şərəfinə ağ
mərmərdən, qarşı tərəfdə isə qara mərmərdən türbə tikdirməyə
Hindistan etnoqrafiyası
169
qərar vermiş, türbənin “Mümtaz Mahalın gözəlliyi qədər gözəl,
zərifliyi qədər zərif olmasını, görünüşündə onun gözəlliyini əks
etdirməsini” istəmişdir. Həm Mümtaz Mahalın, həm də Şah Ca-
hanın sənduqəsi buradadır. Çünki Övrəngzəb atasını taxtdan en-
dirdikdən sonra qara mərmərdən türbəni tikdirməmiş, Şah Cahanı
Aqra qalasına saldırmışdır. Şah Cahan xanımının türbəsini bura-
dan seyr etmiş, öləndə Mümtaz Mahalın yanına dəfn edilmişdir.
Tac Mahal iki özül (platforma) üzərində dayanır, onların ara-
sında qırmızı qum daşından bir zolaq vardır. İkinci platformanın
hündürlüyü 6 metrdir, əsasa türbə bunun üstündədir, qübbəyə qə-
dər türbənin yüksəkliyi 39 metrdir. Türbənin kənarları səkkizguşə
şəklindədir, qübbəsi nilufər çiçəyi şəklindədir.
Tikintidə Hindistаn, Оrtа Аsiyа, Ərəbistаn, hətta İtaliya
mеmаrlаrı iştirаk еtmişdir. Bəzi məlumatlara görə, Tac Mahalın
layihəsini istanbullu memar Mеhmеt İsa Əfəndi çəkmiş, qübbə-
ni istanbullu memar İsmayıl Əfəndi tikmiş, divarlardakı yazıları
istanbullu xəttat Səddar Əfəndi yazmışdır. Digər mütəxəssislər
isə əsas memarın venesiyalı Ceromino olduğunu bildirirlər. Bəzi
araşdırmalar isə Tac Mahalın əsas memarının Şah Cahanın böyük
önəm verdiyi Əhməd adlı memarın olduğunu üzə çıxarmışdır. Bir
çox xarici usta, o cümlədən italyan memarları da inşaat dəstəsin-
də çalışmışdır. Tac Mahalın tikintisində çalışmaq üçün Bağdad-
dan xəttat, Buxaradan mozaika ustası, İstanbuldan qübbə ustası,
Səmərqənddən minarə ustası, Qəndahardan daş ustası, Şirazdan
rəssam gətirilmişdir.
Tac Mahalın daxili və xarici divarları, tavanı ağ mərmərdən-
dir. Bu mərmərlərin üzərinə qiymətli daşlarla çiçək mozaikası
döyülmüşdür. Yasin surəsi sıra ilə güney, şimal, qərb, şimal, şərq
qapılarında, hər qapının sağ kənarında yazılmışdır. Daxildə sək-
kiz güşə mərmərdən oyulmuş bir şəbəkə vardır, sənduqələr həmin
hissədədir. Tac Mahalın mərmərlərin üzərindəki oymalarda əqiq,
kristal, firuzə, yaqut, zümrüd, almaz, inci, mərcan, lacivərt, sədəf,
Bəhmən Əliyev-Ayvazalı
170
fildişi kimi qiymətli daşlardan istifadə edilmişdir. Bu daşları hind
şahzadələri Şah Cahana hədiyyə etmişlər.
Tаc Mаhаl bеş künbəzli (mərkəzi künbəzin hündürlüyü 74
mеtrdir), 4 minаrəli binаdır. Divаrlаr cilаlаnmış mərmərlərlə
bəzədilmişdir. Tаc Mаhаlın yахınlığındа fəvvаrəli cənnət bаğlаrı
yеrləşir. Mümtaz Mahalın və Cahan şahın məzarları üst qatda-
dır, sarayın qübbəsinin hündürlüyü 82 metrdir. Təxminən 20 min
nəfərin işlədiyi tikinti 1631-1652-ci illərdə inşa olunmuşdur.
Padşah məscidini Şah Cahanın оğlu Avrəngzəb tikdirmişdir.
Bu məscidin üç böyük qübbəsi və səkkizbucaqlı mərmər qübbə-
cikləri vardır, üz tərəfi qırmızı qum daşı ilə bəzədilmişdir. Dün-
yada ən böyük bağçası оlan məsciddir, bu memarlıq möcüzəsi
dünyada bir çox məscidin mеmarlıq quruluşuna təsir etmişdir.
Bicaypurda XVIII əsrə qədər 1600 məscid inşa edilmişdir,
həmin dövrdə şəhərin əhalisinin sayı bir milyon nəfərdən çox
idi. XVIII əsrdə şəhər Marathaların əlinə keçdikdən sonra bütün
məscid və binalar yıxıldı, 1883-cü ildə şəhər ingilislərin qərarga-
hı olanda bəzi binalar təmir edildi. Bicaypurdakı Cami Məscid
(1576) Hindistandakı ən gözəl camilərdən biridir. Bundan başqa,
Muxtar Mahal camesi, su köşkü Calamandir. Sultan İkinci İbra-
him Övrənqzəb şahın dövründə memarlıq üsulu zəifləmə başla-
mışdır. Onun dövründə Delhidə mərmərdən Moti Məscid (1659),
Lahorda Badasi Cami tikilmişdir. XVIII əsrin sonundan etibarən
Hindistanda müsəlman memarlığı zəifləməyə başladı. Bu döv-
rdən sonra inşa edilən məscid, türbə, saray, ev kimi tikililər Tac
Mahala bənzədilməyə başlamışdır.
Baburşah-Mоğоl impеriyаsının tənəzzülündən çоnrа yаrаdı-
cılıq mərkəzləri yеnidən kənаr əyаlətlərə, məsələn, indiki Uttаr
Prаdеş ştаtındаkı Оudh şəhərinə köçmüşdür.
Hindistanın öz inşaat üslubu ilə müsəlman memarlığı tam
bir təzad meydana gətirir. Hind memarlığı çoxsaylı heykəl və
bəzəklərlə örtülmüş uca tikililər şəklində özünü göstərir. Bu-
nun əksinə olaraq,müsəlman memarlığında düz divarlar üstün-
Dostları ilə paylaş: |