Bəhmən Əliyev-Ayvazalı
178
proses şəhər planlaşdırılması, infrastrukturun yaradılması və s.
məsələlərdə ciddi problemlər yaradır. Hindistanın bir neçə şəhə-
rini çıxmaqla, əksər şəhərlərdə kasıb təbəqələrin antisanitar şərt-
lərdə yaşadıqları rayonlar, məhlələr mövcuddur.
Mənzil çatışmazlığı problemi də dərinləşməkdədir, XX əsrin
ortalarında 1-2 mərtəbəli evlər tikildiyi halda indi daha çox 3-4
mərtəbəli və ya daha yüksək yaşayış binaları inşa edilir. Böyük
şəhərlərdə iqlim şəraitinə uyğun qalareya tipli evlərin tikintisi ge-
niş yayılmışdır.
Sual və tapşırıqlar:.
1. Hindistanda kənd yaşayış evləri.
2. Harappa mədəniyyətinə (e.ə. 3000 -e.ə1750) aid şəhərlər.
3. “Yüz sütun”lu zal.
4. VI-VIII əsrlərin mağara məbədləri
5. Baburşahlar dövründə memarlıq.
6. Tac Mahal sarayı.
7.Hindistanda urbanizasiya prosesi.
4.2. Yemək və içkilər
Xalqların yemək mədəniyyətlərini müəyyənləşdirən ən vаcib
аmillər sırasında təsərrüfat həyatı (əkinçilik, maldarlıq, ovçuluq
və s.) tarixən ən qədim olsa da, bu tendensiya öz yerini tədricən
dini inanc, dini təlimlərə vermişdir. Minillərdir ki, dini təlimlərin
həyatın ayrılmaz parçası olduğunu düşünsək, bunun ictimai həya-
ta, o cümlədən bəşəriyyəti ayaqda saxlayan mətbəx mədəniyyə-
tinə təsirini nəzərə аlmаq lаzımdır.
Müasir dövrdə
hind mətbəxinin mаhiyyətini tаm bаşа düş-
mək üçün hinduizm dini təliminin əsas prinsipləri haqqında
təsəvvürə malik olmaq vacibdir. İkinci bir mühüm məqam isə,