Bəhmən Əliyev-Ayvazalı
180
çox qısa buynuzlu buğa və hörgüclü brahmi öküzünə rast gəli-
nir. Qısa buynuzlu öküzlərin boğazına bəzən çələng taxılmışdır.
Mohenco-Daroda bu gün hinduizmdə əsas üç tanrıdan biri olan
Şivanın prototipi olan təkbuynuzlu heykəl də tapılmışdır, indi də
Şiva tanrısı buğa kultu ilə birgə təsəvvür edilir.
Hinduizmin ən böyük və birinci mənbəyi olan “Riq Veda”da
hər hansı bir heyvana tapındığına dair aydın işarə yoxdur, lakin
burada buğanın ikinci yerə keçməsini, inəklə bağlı daha müqəddəs
heyvan inancının yaranmağa başladığını görürük. “Artharveda”da
isə inəyin müqəddəsləşdirilməsi təmayülü artmış, ona tapınmağa
başlanmışdır. “Riq Veda”da inək “aqhanya”, yəni “öldürül-
məməsi gərəkən”-deyə, adlandırılır, bu anlayış isə hinduizmin,
caynizmin mühüm prinsiplərindən biri olan “ahimsa” (şiddətsiz-
lik) ideyası ilə sıx bağlıdır. Şiddətsizlik doktrinasının kök salması
inək, öküz kəsilməsi yasağını gücləndirmişdir. “Riq Veda” da 16
dəfə “aqhanya” adlandırılan inək işıq şüalarına, kosmosa, təbiətə,
sözə bənzədilmişdir. “Artharvaveda”da inəklərin insanlara səadət
gətirdikləri, onlara oğru və quldurların belə toxunmadıqları yazıl-
mışdır. Vedada inəklərin prototipi olan “Vasa”ya ünvanlanan du-
ada inək kainatın yaradıcısı olaraq göstərilir, bu funksiyada öküz
də iştirak edir. Sanskrit qrammatikası mütəxəssisi Yaska Nirukta
inək kəlməsinə sinonim olaraq “nəğmə söyləyən” sözünü işlədir,
hindcə “qo” inək, “qa” nəğmə söyləmək, “gir” isə söz deməkdir.
Şatapatha Brahmanada “Surabhi” inəklərin anası kimi göstərilir,
inək ətinin yeyilməsi qadağan edilir.
E.ə. VI əsrdə brahmanizmlə mübarizə aparan buddizm və
caynizmin də heyvanın kəsilməsi ilə qurban verməni pisləmələri
inəyin öldürülməməsi inancının yayılıb kök salmasında mühüm
rol oynamışdır.
Hələ 1017-ci ildə Hindistana səfər edən məşhur səyyah, fi-
losof Biruni də hindlilərin inək əti yeməməsinin səbəblərini belə
izah etmişdir: “Səyahət edərkən, tarlasını şumlarkən, biçərkən,
Hindistan etnoqrafiyası
181
yük daşıyarkən insanlara yardım edən, südü ilə ev ehtiyaclarının
çoxunu ödəyən, hətta soyuqda nəfəsi ilə sahibini isıdən inəyə qar-
şı qoruyucu bir hiss duyulması təbiidir. Bundan başqa, isti Hin-
distan iqlimində hər növ ətin həzminin çətin olduğu da bioloji bir
vaqiədir”.
Sadə hindlinin gözündə inək mistik qüvvəyə malik bir canlıdır,
o, inək gördüyü gün taleyinin açıq olacağına inanır. İnəyi görmək
brahmandan xeyur-dua almağa bərabər tutulur. Mahar xalqının
inancına görə, inək evin açıq qapısının qarşısından keçərkən əgər
evdə sakitlikdirsə, ora yaxşılıq, əgər evdə səs-küydürsə ora xəstə-
lik və fəlakət gələcək. Sind bölgəsində hindli anbara girən inəyi
qovmaq üçün səsini çıxarmaz, çünki inəyin bərəkət və uğur gətirə-
cəyinə inanır. Uğursuz hesab edilən ulduzun altında doğulan şəxs
“qoprasav” adəti ilə inəyin qarnının altında yatızdırılır, bununla
“günahlardan təmizlənir”. Hətta inanca görə, inəyin ayaq izləri
uğur gətirir, Krişna bir qadına işləmiş olduğu günaha görə, inəyin
ayaq izlərinə tapınmasını tapşırmışdır. İnəyinin ayağından çıxar-
dığı tozu (“qorac”) bəzi kasta mənsubları yeni doğulmuş uşağın
bədəninə sürtürlər. “Kalyan” deyilən bir adətə görə “aşvin” ayının
ikinci həftəsində hamilə qadınlar axşama qədər oruc tutur, inəyə
tapınır, bununla doğumun asanlaşacağına inanırlar. Ölənin adına
ölümünün 12-ci günündə brahmanlara inək hədiyyə edilməlidir,
çünki o, dünyaları ayıran “Vaitrani” çayını bu inəyin quyruğundan
tutaraq keçəcək. “Pradakşina” adətinə görə, kimsə doğmaqda olan
bir inəyi üç dəfə qucaqlayarsa, Benaresə həccə getmiş qədər savab
qazanır. “Pancaqavita” deyilən inək südü, yağı, qatığından və s.
ibarət qarışıq bir sıra mərasimlərdə istifadə olunur.
Hindistanın qərbindəki Qucarat ştatının parlamentinin 2017-
ci ildə “Heyvan qoruma haqqında” qanuna etdiyi dəyişikliklə inə-
yin öldürülməsi, kəsilməsi ömür boyu həbslə cəzalandırılır. Ştatın
daxili işlər nazir Pradeepsinq Cadeca “hind müqəddəslərinin yolu
ilə gedərək qanuna dəyişikliyi həyata keçirdik. Bu ölkənin ən
Bəhmən Əliyev-Ayvazalı
182
ağır qanunudur”-demişdir. Dəyişikliyə görə, inək əti saxlayanlar
7-10 il həbs və ya 500-7 min 500 dollar cərimə olunacaqlar. Bu
dəyişiklik hakimiyyətdə olan Hindistan Xalq Partiyasının (Bha-
rata Janata Parti) seçki kampaniyası ərəfəsində hinduist əhalinin
dəstəyini qazanmaq niyyəti ilə əlaqələndirilir. Lakin təkcə Hin-
distanın baş naziri Narendra Modinin doğma ştatı olan Qucaratda
deyil, ölkənin digər ştatlarında da inək kəsilməsini sərt şəkildə
cəzalandıran qanunlar mövcuddur. Bu qanunlar müsəlmanların
müqəddəs saydığı qurban kəsmə adətinə yasaq gətirdiyindən cə-
miyyətdə ixtilaflara səbəb olur.
Qədimdə hinduizmdə ət yeməklərinə, inək kəsilməsinə ciddi
qadağa qoyulsa da, bu hamının vegeterian olması anlamına gəl-
mirdi. Qupt dövründə yuxarı kastaların nümayəndələri ümumiy-
yətlə ət yemirdilər. “Arthaşastra” traktatından məlumdur ki, ət
yemək mümkün idi, lakin bu inək əti deyil, ov əti olurdu, kənd
əhalisi ov heyvanlarının ətindən istifadə edirdilər. Şəhər əhalisi
isə ovçuların xidmətindən yararlanırdılar. Onu da qeyd etmək
lazımdır ki, müsəlman və xristianlardan başqa, hinduizmi dərin-
dən mənimsəməmiş, yaxud ilkin inanclara mənsub, ovçuluq, yı-
ğıcılıqla, maldarlıqla məşğul olan yerli kiçik tayfalar arasında ət
yeməyinə qadağa qoyulmur. Xüsusilə dəniz sahillərində “seer”
(balıq), “tandoori” (baharat-ətviyyatlı kəsmik içində döyülmüş
toyuq əti), “tikka” (açıq közdə bişirilən döyülmüş toyuq və ya
balıq əti) istifadə olunur.
Qida məhsulları yerli iqlim şəraitindən, təsərrüfat həyatından
və s. çox asılıdır. Nisbətən sərin şimal ştatlarında il boyu taxıl
və arpa becərilir. Düzənlik ərazilərdə suvarma əkinçiliyinin geniş
yayıldığı yerlərdə çəltiyə üstünlük verilir, dəmyə torpaqlarından
ibarət Dekan yaylalarında isə darı əkini geniş yayılmışdır. Demək
olar ki, Hindistanın hər yerində şəkər çuğunduru, tərəvəzlər, balqa-
baq, küncüt, paxlalılar -noxud, lobya və mərcimək becərilir. Cə-
nubi Hindistan isə daha çox ədviyyatlar xəzinəsi sayılır, burada
Dostları ilə paylaş: |