HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə59/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   55   56   57   58   59   60   61   62   ...   76

Bəhmən Əliyev-Ayvazalı
180
çox qısa buynuzlu buğa və hörgüclü brahmi öküzünə rast gəli-
nir. Qısa buynuzlu öküzlərin boğazına bəzən çələng taxılmışdır. 
Mohenco-Daroda bu gün hinduizmdə əsas üç tanrıdan biri olan 
Şivanın prototipi olan təkbuynuzlu heykəl də tapılmışdır, indi də 
Şiva tanrısı buğa kultu ilə birgə təsəvvür edilir. 
Hinduizmin ən böyük və birinci mənbəyi olan “Riq Veda”da 
hər hansı bir heyvana tapındığına dair aydın işarə yoxdur, lakin 
burada buğanın ikinci yerə keçməsini, inəklə bağlı daha müqəddəs 
heyvan inancının yaranmağa başladığını görürük. “Artharveda”da 
isə inəyin müqəddəsləşdirilməsi təmayülü artmış, ona tapınmağa 
başlanmışdır.  “Riq  Veda”da  inək  “aqhanya”,  yəni  “öldürül-
məməsi gərəkən”-deyə, adlandırılır, bu anlayış isə hinduizmin, 
caynizmin mühüm prinsiplərindən biri olan “ahimsa” (şiddətsiz-
lik) ideyası ilə sıx bağlıdır. Şiddətsizlik doktrinasının kök salması 
inək, öküz kəsilməsi yasağını gücləndirmişdir. “Riq Veda” da 16 
dəfə “aqhanya” adlandırılan inək işıq şüalarına, kosmosa, təbiətə, 
sözə bənzədilmişdir. “Artharvaveda”da inəklərin insanlara səadət 
gətirdikləri, onlara oğru və quldurların belə toxunmadıqları yazıl-
mışdır. Vedada inəklərin prototipi olan “Vasa”ya ünvanlanan du-
ada inək kainatın yaradıcısı olaraq göstərilir, bu funksiyada öküz 
də iştirak edir. Sanskrit qrammatikası mütəxəssisi Yaska Nirukta 
inək kəlməsinə sinonim olaraq “nəğmə söyləyən” sözünü işlədir, 
hindcə “qo” inək, “qa” nəğmə söyləmək, “gir” isə söz deməkdir. 
Şatapatha Brahmanada “Surabhi” inəklərin anası kimi göstərilir, 
inək ətinin yeyilməsi qadağan edilir. 
E.ə.  VI  əsrdə  brahmanizmlə  mübarizə  aparan  buddizm  və 
caynizmin də heyvanın kəsilməsi ilə qurban verməni pisləmələri 
inəyin öldürülməməsi inancının yayılıb kök salmasında mühüm 
rol  oynamışdır. 
Hələ 1017-ci ildə Hindistana səfər edən məşhur səyyah, fi-
losof Biruni də hindlilərin inək əti yeməməsinin səbəblərini belə 
izah  etmişdir:  “Səyahət  edərkən,  tarlasını  şumlarkən,  biçərkən, 


Hindistan etnoqrafiyası
181
yük daşıyarkən insanlara yardım edən, südü ilə ev ehtiyaclarının 
çoxunu ödəyən, hətta soyuqda nəfəsi ilə sahibini isıdən inəyə qar-
şı qoruyucu bir hiss duyulması təbiidir. Bundan başqa, isti Hin-
distan iqlimində hər növ ətin həzminin çətin olduğu da bioloji bir 
vaqiədir”.
Sadə hindlinin gözündə inək mistik qüvvəyə malik bir canlıdır, 
o, inək gördüyü gün taleyinin açıq olacağına inanır. İnəyi görmək 
brahmandan  xeyur-dua  almağa  bərabər  tutulur.  Mahar  xalqının 
inancına görə, inək evin açıq qapısının qarşısından keçərkən əgər 
evdə sakitlikdirsə, ora yaxşılıq, əgər evdə səs-küydürsə ora xəstə-
lik və fəlakət gələcək. Sind bölgəsində hindli anbara girən inəyi 
qovmaq üçün səsini çıxarmaz, çünki inəyin bərəkət və uğur gətirə-
cəyinə inanır. Uğursuz hesab edilən ulduzun altında doğulan şəxs 
“qoprasav” adəti ilə inəyin qarnının altında yatızdırılır, bununla 
“günahlardan  təmizlənir”.  Hətta  inanca  görə,  inəyin  ayaq  izləri 
uğur gətirir, Krişna bir qadına işləmiş olduğu günaha görə, inəyin 
ayaq izlərinə tapınmasını tapşırmışdır. İnəyinin ayağından çıxar-
dığı tozu (“qorac”) bəzi kasta mənsubları yeni doğulmuş uşağın 
bədəninə sürtürlər. “Kalyan” deyilən bir adətə görə “aşvin” ayının 
ikinci həftəsində hamilə qadınlar axşama qədər oruc tutur, inəyə 
tapınır, bununla doğumun asanlaşacağına inanırlar. Ölənin adına 
ölümünün  12-ci  günündə  brahmanlara  inək  hədiyyə  edilməlidir, 
çünki o, dünyaları ayıran “Vaitrani” çayını bu inəyin quyruğundan 
tutaraq keçəcək. “Pradakşina” adətinə görə, kimsə doğmaqda olan 
bir inəyi üç dəfə qucaqlayarsa, Benaresə həccə getmiş qədər savab 
qazanır. “Pancaqavita” deyilən inək südü, yağı, qatığından və s. 
ibarət qarışıq bir sıra mərasimlərdə istifadə olunur. 
Hindistanın qərbindəki Qucarat ştatının parlamentinin 2017-
ci ildə “Heyvan qoruma haqqında” qanuna etdiyi dəyişikliklə inə-
yin öldürülməsi, kəsilməsi ömür boyu həbslə cəzalandırılır. Ştatın 
daxili işlər nazir Pradeepsinq Cadeca “hind müqəddəslərinin yolu 
ilə  gedərək  qanuna  dəyişikliyi  həyata  keçirdik.  Bu  ölkənin  ən 


Bəhmən Əliyev-Ayvazalı
182
ağır qanunudur”-demişdir. Dəyişikliyə görə, inək əti saxlayanlar 
7-10 il həbs və ya 500-7 min 500 dollar cərimə olunacaqlar. Bu 
dəyişiklik hakimiyyətdə olan Hindistan Xalq Partiyasının (Bha-
rata Janata Parti) seçki kampaniyası ərəfəsində hinduist əhalinin 
dəstəyini qazanmaq niyyəti ilə əlaqələndirilir. Lakin təkcə Hin-
distanın baş naziri Narendra Modinin doğma ştatı olan Qucaratda 
deyil, ölkənin digər ştatlarında da inək kəsilməsini sərt şəkildə 
cəzalandıran  qanunlar  mövcuddur.  Bu  qanunlar  müsəlmanların 
müqəddəs saydığı qurban kəsmə adətinə yasaq gətirdiyindən cə-
miyyətdə ixtilaflara səbəb olur. 
Qədimdə hinduizmdə ət yeməklərinə, inək kəsilməsinə ciddi 
qadağa qoyulsa da, bu hamının vegeterian olması anlamına gəl-
mirdi. Qupt dövründə yuxarı kastaların nümayəndələri ümumiy-
yətlə ət yemirdilər. “Arthaşastra” traktatından məlumdur ki, ət 
yemək mümkün idi, lakin bu inək əti deyil, ov əti olurdu, kənd 
əhalisi ov heyvanlarının ətindən istifadə edirdilər. Şəhər əhalisi 
isə  ovçuların  xidmətindən  yararlanırdılar.  Onu  da  qeyd  etmək 
lazımdır ki, müsəlman və xristianlardan başqa, hinduizmi dərin-
dən mənimsəməmiş, yaxud ilkin inanclara mənsub, ovçuluq, yı-
ğıcılıqla, maldarlıqla məşğul olan yerli kiçik tayfalar arasında ət 
yeməyinə qadağa qoyulmur. Xüsusilə dəniz sahillərində “seer” 
(balıq), “tandoori” (baharat-ətviyyatlı kəsmik içində döyülmüş 
toyuq əti), “tikka” (açıq közdə bişirilən döyülmüş toyuq və ya 
balıq əti) istifadə olunur.
Qida məhsulları yerli iqlim şəraitindən, təsərrüfat həyatından 
və  s.  çox  asılıdır.  Nisbətən  sərin  şimal  ştatlarında il  boyu  taxıl 
və arpa becərilir. Düzənlik ərazilərdə suvarma əkinçiliyinin geniş 
yayıldığı  yerlərdə  çəltiyə  üstünlük  verilir,  dəmyə  torpaqlarından 
ibarət Dekan yaylalarında isə darı əkini geniş yayılmışdır. Demək 
olar ki, Hindistanın hər yerində şəkər çuğunduru, tərəvəzlər, balqa-
baq, küncüt, paxlalılar -noxud, lobya və mərcimək becərilir. Cə-
nubi  Hindistan  isə  daha  çox  ədviyyatlar  xəzinəsi  sayılır,  burada 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə