HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə57/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   53   54   55   56   57   58   59   60   ...   76

Bəhmən Əliyev-Ayvazalı
174
Qədim  Delhi  müasir  dövrdə  labirintə  bənzər  ensiz  və  əyri, 
çoxsaylı dükanların, piştaxtaların yerləşdiyi küçələrdən ibarətdir. 
Gediş-gəlişin həddən çox olduğu küçələr sənətkarlıq emalatxa-
naları,  anbarlar,  çoxsaylı  velosipedlər,  velorikşalar,  “rikşa”lar 
(“oto”), avtomobillər, avtobuslarla doludur. Qədim Delhinin əsas 
ticarət  küçəsi  “Çandi  Çouk”  (“Gümüş  küçə”)  Qırmızı  qalaya 
çıxır.  Ümumilikdə,  Qədim  Delhidə  əhalinin  sayı  həddən  artıq 
çoxdur,  burada  ekoloji  vəziyyət  gərgindir. 
Üçüncü şəhər olan, 1321-ci ildə qurulan Tuqhlakabad Qütb 
Minarın 10 km güneyində yerləşir, ücbucağın şimal-şərq hissə-
sində qalır. Dördüncü Delhi Cihanpanah, Qütb Minar ətrafında, 
XIV əsrdə yaradılmışdır. Beşinci Delhi “Firuzabad” adlandırıl-
mış və indi “Old Delhi” ərazisinə daxil olan Firuzşah Kotla böl-
gəsində tikilmişdir. Bu şəhərlərdə müxtəlif memari üsullarlarda 
binalar  tikilmişdir.  Bunların  sırasında  qırmızı  qum  daşından  ti-
kilən Qiyasəddin türbəsi (1325), silindrik, sivri başlı minarəli Ka-
lan məscidi (XIV əsr) və s. binaların adlarını çəkmək olar.
Yeni  Delhi  və  ya  Nyu  Delhi  1911-ci  ildə  Şahcanabaddan 
cənubda  tikilməyə  başlanmışdır.  Buranı  Edvin  Lütens  və  digər 
ingilis  memarları  layihələndirmişlər.  Həmin  dövrdə  İngiltərədə 
şəhər-bağlar memarlıq üsulu yayılmışdı. Yeni Delhi də şəhər-bağ 
kimi yaradılmışdır. Şəhər dəqiq dairəvi palanlaşdırmaya malikdir, 
küşələr mərkəzi ticarət meydanı olan Kannaut-pleys ilə kəsişir. 
Hökumət mərkəzinə parlament və prezident sarayı (Raştra pati 
Bhavan) aiddir, buradan əsas nümayiş küçəsi Rac Path (Dövlət 
prospekti) şərqə doğru uzanır. Yeni Delhinin memarlıq ansamb-
lına Birinci və İkinci dünya müharibələrində həlak olmuş hind 
əsgərlərinin şərəfinə ucaldılmış “Hindistan qapısı” adlanan zəfər 
tağı aiddir. Bundan başqa, şəhər çoxsaylı bank binaları, sığorta 
agentlikləri, mehmanxanalar və s. olan zəngin biznes mərkəzidir. 
Hind və müsəlman memarlıq üslubu ilə tikilmiş Yeni Delhi 
(əhalinin sayı 19 milyon nəfər), Mumbaidən sonra Hindistanın 


Hindistan etnoqrafiyası
175
ikinci böyük şəhəridir, ərazisi 42,7 km kv-dən çoxdur. Hazırda 
Hindistan hökuməti və Delhi şəhər hökumətinin rezidensiyası bu-
rada yerləşir. Hindistanın ittifaq ərazisi statusuna malikdir (Delhi 
milli paytaxt dairəsi). Şəhər Yamuna çayının sahilində yerləşir.
Delhi çox qarışıq və kosmopolit şəhərdir, Hindistanın mədə-
ni, siyasi və ticari mərkəzlərindən biridir. Yeni Delhidə yerləşən 
Hümayun türbəsi və Qütb kompleksi UNESCO Dünya Mirasına 
aid edilir.
Mumbai və ya Bombey, Hindistanın Maharaştra əyalətinin 
paytaxtı, Hindistanın ən böyük və dünyanın üçüncü böyük şəhə-
ridir. E.ə.I əsrdən başlayaraq bölgəyə yerləşən buddistlər, bura-
dakı mağaraları məbədlərə çevirmişdilər. Tarixən burada bir sıra 
dövlətlər yaranmışdır. Portuqaliyalılar 1534-cü ildə Qucarat sul-
tanlığına məxsus liman və adaları, o cümlədən Mumbaini (Bom-
bey) ələ keçirmişdir, buraya “yaxşı körfəz” mənasını verən “Bom 
Bahia”  adını  vermişlər.  Buranı  1668-ci  ildə  ingilis  “Ost  Hind” 
şirkəti kirayəyə götürmüş, bölgə ingilis koloniyasına çevrilmiş, 
şəhər ingiliscə “Bombay” adlandırılmışdır. 
Şəhər  əsasən  Salsette  adası  üzərinə  salınmışdır.  Salsettedə 
II-IX  əsrlərdə  qayalarda  oyulmuş  109  mağara  məbədi  var.  Ən 
məşhurları  şəhərin  şərqindəki  Matheran,  Khandala  və  Lonavla 
məbədləri, Lonavla yaxınlarındakı buddist mağara məbədi (I əsr) 
sayılır. Tarixən şəhər 7 ada üzərində yerləşsə də, 1817-1845-cı 
illərdə  bölgədə  həyata  keçirilən  böyük  tikinti  layihəsilə  adalar 
birləşdirilmişdir. Bombey XIX əsrin ortalarında geniş şəkildə in-
kişaf etmişdir. Dekkanın mərkəzinə doğru quru yolları, daha son-
ra da dəmir yolları çəkilməsi, şəhərin iqtisadi inkişafını sürətlən-
dirmişdi. Hindistanda çoxsaylı pambıq və toxuculuq fabriklərinin 
qurulması həmin dövrə təsadüf edirdi.
Bombey şəhərinin adı 1995-ci ildə hind tanrıçası Mumbadan 
törəmiş mənasını verən “Mumbai” olaraq dəyişdirilmişdir. Ha-
zırda əhalisinin sayı 25-27 milyon nəfər civarındadır, dünyanın 
ən sıx üçüncü şəhəridir. Süveyş kanalının açılması (1869), yeni 


Bəhmən Əliyev-Ayvazalı
176
limanlar inşa edilməsiylə şəhər planlı şəkildə inkişaf etmiş, bey-
nəlxalq ticarət artmış və Hindistanın əsas sənaye, ticarət mərkəz-
lərindən biri halına gəlmiş, 1970-ci illərdə bura böyük köç yaşan-
mışdır.  Şəhər  Hindistanın  ticarət,  maliyyə,  və  mədəniyyət,  elm 
paytaxtıdır.  “Bollywood”  kimi  məşhurlaşan  hind  kino  sənayesi 
burada yerləşir. 
Mumbai ölkənin ən böyük ağır sənaye mərkəzidir, eyni za-
manda  ənənəvi  yüngül  sənaye,  xüsusilə  pambıq  parça  istehsalı 
inkişaf etmişdir. Bura ən böyük dəniz limanıdır, Hindistanın xari-
ci ticarət yükləri bu limandan keçir. Burada aparıcı milli və trans-
milli korporasiyaların, ölkənin mərkəzi banklarının, böyük fond 
birjalarının mərkəzi binaları yerləşmişdir. 
Ən geniş ərazisi olan Bombey adasının eni 6.4 km, uzunlu-
ğu 18.5 km-dir. Adanın “Fort” adlandırılan cənub hissəsi Avropa 
şəhərinə bənzəyir. Burada geniş bulvarlar, parklar, məşhur şirkət-
lər,  banklar,  otellər,  idarə  binaları,  muzeylər,  teatrlar,  stadion, 
Bombey Universiteti (1857), Hind Texnologiya İnstitutu (1958), 
Kanheri Milli Parkı yerləşir. 
Kalkota  (Calcutta-Kəlküttə)  şəhəri  Qərbi  Benqal  ştatının 
paytaxtıdır. Qanq çayı ilə Brahmaputra çayının Benqal körfəzinə 
töküldüyü deltada salınmışdır. İngilislərin gəlməsinə qədər Hin-
distanın dərinliklərinə doğru yolların üzərində yerləşən bu şəhər-
də portuqallar, hollandlar, danimarkalılar faktoriyalar açmışdılar. 
Şəhər 1690-cı ildə Ost-Hind şirkətinin agenti olan “Cob Çar-
nok”  şirkəti  tərəfindən  üç  kənddə  yaranmışdır,  bu  kəndlərdən 
biri Kalkota adlanırdı. Şəhərin sürətli inkişafı 1773-1911-ci ildə 
baş vermişdir, həmin dövrdə şəhər Britaniya Hindistanının pay-
taxtı idi, paytaxt Delhiyə köçürüldükdən sonra şəhərin inkişafı 
zəifləmişdir. Ölkənin 1947-ci ildə iki dominiona ayrılması, Şərqi 
Pakistanın (indiki Banqladeş) yaranması ilə Şərqi Benqaliya ilə 
ənənəvi əlaqələr pozulmuşdur. Buna baxmayaraq müasir dövrdə 
də şəhər Mumbaidən sonra Hindistanın ən böyük sənayə və liman 
şəhəri, mədəni mərkəzidir.


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə