HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə67/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   63   64   65   66   67   68   69   70   ...   76

Bəhmən Əliyev-Ayvazalı
204
Mahatma  Qandinin  daim  belə  papaq  qoyması  bu  baş  geyimini 
məşhurlaşdırmış,  Qucarat,  Maharaştra,  Uttar  Pradeş  və  Qərbi 
Bengal  kimi  ştatlarda  siyasətçilərin  baş  geyiminə  çevrilmişdir. 
Hər  bir  bölgənin  özünəməxsus  geyimləri  olsa  da  bir  çox 
hallarda  bu  eyni  geyimin  müxtəlif  cür  adlandırılmasından, 
yaxıd da istifadə olunan parçanın növü, rəngi və s. ilə seçilir. 
Pəncab  kişiləri  üst  paltarı  kimi  “kurtı-paca”  (köynək),  “aç-
kan” (jilet), “lunqi”, “çadar” (şal), “paca”, “patiala”, “pati-
ala kamiz” ( şalvar), “pardi” və ya “dastar” (türban), dəridən 
“cutti”  ayaqqabı”  geyinirlər.
Cammu-Kəşmirdə ən populyar paltarlar həm kişi, həm də qa-
dınların geyindiyi “pheran”dır. Bu don şalvarla geyinilir. Burada 
hinduist kişilər “pheran”ı “çuridar”la (ensiz şalvarla), müsəlman 
kişilər isə “pheran”ı enli balaq şalvarla geyinirlər. 
Burada  kişilər  “pathani”  (“xan  dress”,  uzun  köynək,  enli 
şalvar), geyinir, türban qoyurlar. Himaçal Pradeşdə isə brahman 
kişilər  “dhoti”,  “kurta”,  “açkan”,  “çadar”,  “loi”də  (yun  şal) 
gəzirlər, “topi” (papaq), “kinnauri topi”, “malana topi”, “lahau-
li topi” qoyur, “pulla” və ya “şapal” adlanan otlardan toxunmuş 
ayaqqabı,  “lapti”  (yüngül  səndəl)  geyinirlər. 
Racput kişilər isə “kurta”nı “çuridar”la geyinir, “salvar-ka-
miz”,  “salvar”,  “anqarkhi”  (köynək),  “patha”  (şarf),  “açkan”, 
“qhaqra  çoli”yə,  “turban  safa”ya  üstünlük  verirlər. 
Uttar-Pradeşdə kişilər əsasən “kurta” (geniş köynək), “paca” 
(enli şalvar), “lunqa” (budlara dolanan parça), “çadar” (uzun 
şal), “şervani” (uzun cübbə) geyinirlər. Müsəlman kişilər başla-
rına “təkkə”, hinduistlər isə “paqri” (türban), siqhlər “dastar”(tür-
ban) qoyurlar. 
Kerala  ştatında  kişi  və  qadınlar  ənənəvi  olaraq  ağ  və  açıq 
sarı rəngə üstünlük verirlər. Kişilər “mundu” adlanan, bədənin 
aşağı hissəsinə dolanan, ağ parçadan paltar geyinirlər. Şimali və 
Mərkəzi  Hindistanda  bu  parça  “lunqa”  adlanır.


Hindistan etnoqrafiyası
205
 “Mundu”nun müxtəlif variantları-“kasavu mundu”, “kaa-
vi mundu”, “kalli mundu” mövcuddur. “Kalli mundu”nu kişilər-
lə yanaşı qadınlar da geyinir. Maraqlıdır ki, bu paltara hind-ari 
xalqları deyil, dravid xalqları üstünlük verirlər. Ağ və sarı rəngdə 
parçadan kustar üsulla tikilən “mundu” adi köynəklə geyinilir, çi-
yinə “veşti”, “thortu” pambıq şarf geyinilir. 
Müasir dövrdə hindlilər ənənəvi geyim mədəniyyətini qoru-
yub saxlasalar da ictimai həyatda Qərbin təsiri get-gedə daha çox 
hiss olunur. Gənclər ümumi dünya dəbinə meyl etsələr də, evlər-
də ənənəvi geyimlər üstünlük təşkil edir.
 Toy geyim və bəzəkləri. Hindistanda toydan bir gün əvvəl 
gəlinin paltarlarını, ziynət əşyalarını oğlanın bacısı, qardaş arva-
dı və bəy evinin subay qızları gətirir, qohumlar sarinı açıb baxır 
və  sabaha  hazır  qoyurlar.  Eləcə  də  oğlana  öz  bəylik  geyimini, 
ayaqqabısını göndərirlər. Toy günü isə gəlini xususi toy salonuna 
aparmaq üçün bəy və qohumları gəlirlər. Gəlinin bacısı və ya qo-
humu qızın yanında, oğlan tərəfdən isə bacı və ya qardaş arvadı 
bəyin yanında olur.
Bəy və gəlinin toy paltarı çox gözəl və zərif olur. Ənənəvi 
olaraq, paltar müxtəlif rəngli, qızılı iplərlə bəzədilmiş və “çuri-
dar”la  (dar  şalvar)  tamamlanan  “şervani”dən  (yaxası  bağlanan 
uzun sürtük) ibarətdir. Bu paltarla ənənəvi muncuqlarla bəzədil-
miş “cuti” adlanan dik burunlu tufli, “paqdi” və ya “safa” adlanan 
türban geyinilir. Pəncabda bəyin boynuna “sehra” adlanan, çiçək 
və muncuqlarla bəzədilmiş boyunbağılar taxılır. Toylarda bəy və 
gəlinin kifayət qədər gözəl geyinməsinə çalışılır və bu təntənə qo-
naqlarda xoşbəxt cütlük haqqında müsbət fikir yaratmalıdır. Gə-
linin “Solah Çrinqar” adlanan paltar və bəzəklərində 16 mühüm 
element olmalıdır:
1.  Ənənəyə görə gəlin paltarı “sari”, “lenqa çoli” (lehenqa) 
və ya salvar kamizdən ibarət olmalıdır. Pəncab toylarında gəlin 
qırmızı (bəzən çəhrayı və bənövşəyi rəngli) “dupatta” ilə “sari” və 


Bəhmən Əliyev-Ayvazalı
206
ya “lehenqa” (“lenqa-çoli”), bəy isə “açkan” adlanan uzun paltar, 
“çuridaram” şalvarı geyinir. “Paqdi” adlanan türbandan üzü örtən 
“sehra”, yəni çiçək çələngi və ya muncuqlar asılır. Bəy və gəlinin 
ayağında “cut” adlanan muncuqla bəzədilmiş ayaqqabı olur. Bəy 
və gəlinin paltarlarını anasının qohumları, yəni dayı tərəfi alır. 
Vedalara görə gəlin paltarı qırmızı rəngdə olmalıdır, amma ağ 
pur-pur, çəhrayı, tünd göy, qızılı, yaşıl (Maharaşta) rəngli gəlin 
paltarları da olur. Qara və ağ rəng qadağandır. Belə ki, qara rəng 
hörmətsizliyin,  natəmizliyin  simvolu,  ağ  rəng  isə  dul  qalmağı 
və mətəmi bildirir. Maharaştada gəlinlərin ənənəvi sariləri qızılı 
ornamentli yaşıl və sarı rəngdə olur, yaşıl rəngli qolbağı taxılır. 
Kəşmirdə isə gəlinin əsas paltarı incə “kəşmir ipəyi”ndən hazırla-
nan, boynunda, qollarında bəzəklər olan “pheran” adlanan uzun, 
enli don, eləcə də şalvardır. Ağ rəngli baş geyimi “kalpuş” qızılı 
iplərlə, muncuqlarla bəzədilir.
Qucaratda iki cür - qırmızı xətləri, bəzədilmiş naxışları olan 
ağ  “panetar”  sarisi  və  “gharçola”  adlanan  ənənəvi  qırmızı  sari 
vardır. Ənənəyə görə, gəlin qırmızı sari geyinməlidir, qırmızı rəng 
qadın başlanğıca, ehtirasa, aktivliyə işarədir. Bəyin ənənəvi geyi-
mi isə dhoti və sarı-limon rəngli kurtadır. Bəzən isə “çuridar”la 
(dar şalvar) “şervani” (uzun plaş) geyinilir. Lakin müasir dövrdə 
ənənəvi geyimlərdən daha çox klassik kostyumlar geyinilir.
Qərbi Benqalda “Kone Saac” mərasimi zamanı gəlinə qırmı-
zı və ya sarı rəngli sari geyindirilir, bəzədilir, gəlinin qollarına 
balıqqulaqlarından  (“Sankh  Pola”,  “Şankha”)  ibarət  qolbağlar 
bağlayırlar, başına “mukut” adlanan tac qoyurlar. Ənənəyə görə, 
bütün  mərasimlərdə  benqal  gəlin  əlində  “qaaç  kouto”  (qırmızı 
rəngli sindurun olduğu qab) adlanan ağac qab saxlamalıdır. Oris-
sada da gəlinin paltarı çoxlu qızıl bəzəklərlə, “mukut” adlanan 
qızıl  tacla  zənginləşdirilir.
2.  Keşanaşaraçana.  Toyda  saç  bəzəyi  üçün  gəlinin  saçla-
rı  yağlanır,  çiçəklərlə,  zərgərlik  məmulatları  ilə  bəzədilir. Veda 
ənənələrinə görə, qadının uzun, hörüklü saçlarının olması yüksək 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə