HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə69/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   65   66   67   68   69   70   71   72   ...   76

Bəhmən Əliyev-Ayvazalı
210
əsrlər)  Hindistanın  şimalında  qara-qırmızı  dulus  mədəniyyəti, 
Qanq vadisində (e.ə 1100-350-ci illər) “boz saxsı qablar” mədə-
niyyəti, şərqdə “sarı saxsı qablar” mədəniyyəti (e.ə.II əsr) möv-
cud  olmuşdur.
Qədim  şəhər  yerlərində  aparılan  qazıntılar  Qanq  vadisində 
sənətkarlığın müxtəlif növlərinin (dəmirçilik, dulusçuluq, dülgər-
lik, zərgərlik, silahsazlıq və s.) inkişaf etdiyini göstərir. Harap-
pa sivilizasiyasının tənəzzülündən sonra çiçəklənən Qanq vadisi 
mədəniyyəti dəmirlə tanış idi. Sənətkarlar arasında əmək alətləri, 
silahlar hazırlayan dəmirçilər, ağac emalı ilə məşğul olan dülgər-
lər xüsusi yer tuturdu. 
Maqadha-Mauri  dövründə  şəhərlərdə  sənətkarlıq,  хüsusən 
tохuculuq, metalişləmə, zərgərlik geniş inkişaf etmişdir. Maqa-
dha-Mauri dövründə, eləcə də sonrakı dövrlərdə silah istehsalına 
хüsusi nəzarət оlmuş, hökmdar silahsazlarından başqa dəmirçilər 
də fəaliyyət göstərmiş, sifarişləri yerinə yetirmişlər. 
Hindistanda qədimdən toxuculuq geniş inkişaf etmişdir. Ən 
keyfiyyətli parçalar Varanasi (Benares), Mathura, Ucayananın ağ 
pambıq parçaları idi. Bu parçalar Bariqazi yolu ilə başqa ölkələrə 
aparılırdı. 
“Arthaşastra”da Qandharanın yun parçaları haqqında məlu-
mat əksini tapmışdır. Bu qədim mənbədə metal emalı, silahsazlıq 
barədə də məlumatlar verilmişdir. 
Maqadha-Mauriya zamanında mübadilə vasitəsi kimi sikkə 
kəsilməsi inkişaf edirdi. Sanskrit qrammatiki Panini məlumat ver-
mişdir ki, e.ə. VI əsrdə Hindistanda sikkə kəsilməsinə başlanmış-
dır. E.ə. V-IV əsrlərdə mis və gümüşdən hazırlanmış damğa sik-
kələr, o cümlədən “karşapanı” (gümüş və misdən hazırlanırdı), 
“kakani” (mis), “suvarna” (qızıl) və s. yayılmışdır. “Arthaşast-
ra”da sikkə və pul tədavülünə nəzarət edən məmurun vəzifələri 
haqqında  geniş  və  dəqiq  məlumat  verilmişdir.  Maqadha-Mauri 
dövründə girоv, kredit, bоrc və s. kimi pul-mübadilə əməliyyatla-


Hindistan etnoqrafiyası
211
rı məlum idi. Dövlət ticarət məhsullarının qəbulu və satılmasına 
ciddi nəzarət еdirdilər. Bəzi məhsulların satışı hökumətin ciddi 
nəzarətində idi. “Manu qanunları”nda qеyd оlunurdu ki, hökm-
dar оnun inhisarında оlan məhsulların alvеri ilə məşğul оlan ta-
cirlərin əmlakını müsadirə еdə bilər. Rəqabət ayrı-ayrı tacirlərlə 
yanaşı, ticarət birlikləri arasında da gеdirdi.
Hələ Maqadha-Mauri zamanında, Kuşan dövründə sənətkar-
ların “şren” adlanan “cati”ləri, icmaları mövcud idi. Sənətkarlıq 
sahələri kimi ticarət də iхtisaslaşmışdı. Maqadha-Mauriya zama-
nında yоlların çəkilişi genişlənmiş, dəniz və çay gəmiçiliyinin in-
kişafı ticarət əlaqələrini intensivləşdirmişdir. 
Qədimdən  hind  ustaları  metalişləmədə  müxtəlif  üsullardan 
istifadə etmişlər, ən geniş yayılmış üsul isə tunc tökmə olmuşdur. 
Bu tökmə üsulu indiyədək ciddi şəkildə dəyişikliklərə uğrama-
mışdır. Öncə fiqur mumdan düzəldilir, sonra gil ilə üstü suvanır, 
sonra mumu əritmək üçün gil qızdırılır, bişirilir. Daha sonda isə 
tunc əridilərək fiqurun içinə tökülür, ərinti tam soyuduqdan son-
ra gildən təmizlənir, üstü sürtülür, qızılı və s. rənglərdə boyanır. 
Heykəltaraşlar hinduizm ənənələrinə uyğun olaraq tanrıları təsvir 
edirdilər, heykəlin tökülməsi qədim hinduizm, buddizm, cayniz-
min sirlərini, ölümsüzlüyünü ifadə edirdi. 
Tamil Çola sülaləsinin hakimiyyəti dövründə (II əsr) hökm-
darların dəstəyi ilə tunc tökmə sənəti xeyli inkişaf etmişdi. Həmin 
dövrün ustalarının əsərləri kifayət qədər dəqiqliyi ilə diqqəti çəkir 
və Çola sülaləsi dövrünə aid “Rəqs edən Şiva” adlanan Nataraca 
heykəlçiyi indi də məşhurdur. 
İlk orta əsrlərdə dəmirçilik yüksək səviyyədə inkişaf etmişdir. 
Qupt imperiyası dövründə, II Çandraquptanın ölümündən iki il 
sonra, 415-ci ildə tanrı Vişnunun şərəfinə 7 metr hündürlüyün-
də, 6 ton ağırlığında dəmir sütun hazırlanmışdır. Həmin sütun 
indi də Delhinin mərkəzində, Qütbəddin minarəsi yanında durur. 
Bu sütun bəzən “Tanrı İndra sütunu” və ya “Qutbəddin sütunu” 


Bəhmən Əliyev-Ayvazalı
212
adlandırılır. Tədqiqatlar göstərir ki, bu sütun 99, 7 faiz təmiz də-
mirdir, hətta müasir şəraitdə belə keyfiyyətdə dəmir sütun hazır-
lamaq kifayət qədər çətin məsələdir. O da məlumdur ki, XVIII 
əsrdə bu sütuna topdan atəş açılsa da onda heç bir iz qalmamışdır. 
  Orta  əsrlərdə  sənətkarlar  kənd  icmasında,  eləcə  də  şəhər-
lərdə xüsusi yer tuturdular. Hazırladığı məhsulun, əmək alətinin 
təsərrüfatda əhəmiyyəti sənətkarın icmadakı rolunu artırırdı. La-
kin  sənətkarlar  kənd  icmasında  müxtəlif  yerlərdə  dayanırdılar. 
Məsələn,  hazırladıqları  məhsul  kifayət  qədər  vacib  olmasına 
baxmayaraq, dəriçilik peşəsi ilə məşğul olanlar “pariya” (toxu-
nulmazlar) sayılırdı, çünki onun əmək fəaliyyəti ölü heyvanlara 
toxunmaqla bağlı idi. Dəriçi və pinəçilər ayaqqabı, səndəl ilə ya-
naşı, dəri tuluqlar, dəri yəhərlər hazırlayırdılar. Balıqçılar, qəssab-
lar, ovçular da bu kateqoriyadan sayılırdılar. 
Qupt dövründə əkinçiliyi inkişaf etdirmək məqsədi ilə sənət-
karlara kəndlərdə torpaq sahələri ayrılırdı, hətta VI əsrdə belə tor-
paqlar barədə mis qablar üzərində yazılar döyülməsi ənənəsi ge-
niş yayılmışdı. Yaxud dülgər müqaviləyə əsasən kəndlinin məh-
sulunun iki faizini və toxum ala bilərdi, bunu öz torpağına səpə 
bilərdi. Onun əvəzində əkinçinin kotanını və su quyusunun ağac 
çarxını həmişə saz vəziyyətdə saxlamalı idi. Metal avadanlıqların 
təmiri üşün dəmirçi az məhsul, ondan bir az isə ev üçün dulus 
qabları hazırlayan dulusçu alırdı. Dülgər və dulusçu daha çox iş 
gördükləri halda əlavə haqq alırdılar. Dəmirçi körüyü işlətmək, 
dəmiri döymək üçün özünə köməkçi şagirdlər götürürdü. Bərbərə 
zəhməti müqabilində taxıl payı verilir, yaxud ona ayrılmış torpaq 
sahəsi əkilib-becərilirdi.
Sənətkarlar  arasında  ən  yüksək  statusa  malik  dülgərlər  idi, 
çünki onlar yaşayış evi üçün ağacdan avadanlıqlar hazırlamaqla 
yanaşı, evin tikintisində həyata keçirilən dini rituallarda da işti-
rak edir. Dülgər arabalar, çarpayılar, uşaqlar üçün oyuncaqlar da 
hazırlayırdı. Daş ustaları statuslarına görə nisbətən aşağıda durur-


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə