HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə72/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   68   69   70   71   72   73   74   75   76

Hindistan etnoqrafiyası
219
hindlilərin “çhint”, holland tacirlərinin “chintz” adlandırdıqları 
çit parçadan Avropada yalnız ən məşhur, varlı adamlar paltar ge-
yinə bilərdilər.
Hind pаrçаlаrının pоpulyаrlığı pаrçаnın rənglənməsi zаmаnı 
аşılаnmа və yа kimyəvi üsullа nахışаçmаdаn istifаdə оlunmаsı-
dır. Qucаrаt və Rаcаstаndа pоpulyаr оlаn bu rəngləmə tехnikа-
sı ilə pаrçаnın üzərində “dünyа аğаcı” mоtivləri əks edilirdi. Bu 
motiv хüsusilə Kоrоmаndеl sаhillərində gеniş yаyılmışdı, rəng-
ləmə üçün qəlib və yа əllə rəngləmədən istifаdə оlunurdu.
Döymə rəngli hind pаrçаlаrı Avropada pаmbıq pаrçа (chintz) 
və yа bаsmаnахış çit (cаlicо) kimi məşhur idi. Son orta əsrlərdə 
pаrçа iхrаcı tədricən ədviyyаt iхrаcını vurub sırаdаn çıхаrırdı.
 Assamda hər bir qadın toxucu dəzgahında işləməyi bacarır, 
bu işi bacarmaq qızların ərə getməsində böyük üstünlük sayılır. 
Assam parçaları çiçək, quş, fil, gül və geometrik motivlər, in-
san fiqurları ilə bəzədilir, burada “eri”, qızılı rəngli “muqa” və 
“pat” adlı ipək parçalar toxunur. “Eri” ipəyi (“endi” və ya “er-
rani”) keyfiyyətcə daha aşağı olmasına baxmayaraq, “ahimsa” 
( zorakılıq etməmə) prinsipi ilə istehsal olunur, tut ipəkqurdu-
nun  öldürülməməsi  ilə  xarakterikdir.  Buna  görə  də  “ahimsa” 
prinsipini qəbul edən bir sıra hinduizm, caynizm, buddizm tərəf-
darları arasında çox geniş yayılmışdır. Sıx toxunmuş ağ ipəkdən 
ənənəvi kişi və qadın şalı, sari, örtük və s. geyimlər hazırlanır. 
Hindistanda parçaların rənglənməsində bir sıra üsullardan is-
tifadə edilir. Məsələn, burada iki min ildir ki, batik üsulu ilə par-
çalar bəzədilir. Bu üsul əsasən İndaurda (İndor) geniş yayılmışdır. 
Bu üsulla ərimiş mum və ya parafin parçanın üstünə tökülür, bu-
nanla da həmin hissə rənglənmir. Bundan sonra parça soyuq rən-
gin içinə salınır, beləliklə qəribə naxışlar yaranır. Əvvəllər indiqo 
yarpaqlarından alınan rəngdən istifadə edilirdi, zaman keçdikcə 
başqa təbii və sintetik boyaqlardan istifadə edilməyə başlanılmış-
dır. Madhya-Pradeşdə batik vasitəsi ilə sari, köynək, örtük və s. 
bəzədilir, batiklə naxışlanan sari isə “multi sari” adlandırılır. 


Bəhmən Əliyev-Ayvazalı
220
“Bandhani” və ya “bandan” (Madhya Pradeşdə “bndhec”) 
üsulunda  isə  bir  neçə  yerindən  sarınmış  və  ya  xüsusi  rənglən-
məyən materiallarla işlənmiş parça boyağın içinə salınır, maraqlı 
rənglər alınır. “Bandhani” üsulu İndaur, Udcayne və Mandsaurda 
yayılmışdır.
XIX  əsrdə  Maharaştrada  yayılan  “svadeşi”  hərəkatı  (yerli 
istehsalı  dəstəkləmək)  İngiltərənin  iqtisadi  siyasətinin  əleyhinə 
çıxırdı. Pune şəhərində 1849-cu ildə Qopalpa Deşmuk adlı yazar 
yerli “Prabhakar” qəzetinin səhifələrində əcnəbi mallarla müqa-
yisədə  yerli  malları  müdafiə  etmişdir.  Benqaliyada  Naboqopa 
Mitra 1867-ci ildə “Hind Mila” (Milli Yığıncaq) təşkil etmişdir, 
bu  təşkilatın  əsas  vəzifəsi  yerli  məhsul  istehsalçısını  həvəslən-
dirmək, yerli məhsul istehsalını inkişaf etdirmək idi. “Svadeşi” 
nümayəndələri  bunun  üçün  öz  mübarizələrində  Hindistan  üçün 
ənənəvi olan kustar üsulla (sənətkarlıq və toxuculuq) məhsul is-
tehsalının genişləndirilməsinə çalışırdılar. “Svadeş” XX əsrin əv-
vəllərində də hind iqtisadi düşüncəsini inkişaf etdirmişdir.
Xalçaçılıq.  Hindistanda  xalçaçılıq  sənəti  XVI  əsrdən  geniş 
şəkildə inkişaf etməyə başlamışdır. Xovlu xalça toxuma təcrübə-
sinin Hindistana İrandan, Azərbaycandan gətirildiyi ehtimal olu-
nur. Baburşahlar zamanı bu sənət sahəsi Aqra, Delhi və Lahorda 
yayılmışdır.  Kəşmir  toxucuları  hələ  XV  əsrdə  Zeynul Abidinin 
hakimiyyəti illərində ənənəvi üsullarla İran və Orta Asiya motiv-
li xalçalar toxumuşlar. Hindistanda xalçaçılığın əsas mərkəzləri 
Şrinaqar  (Kəşmir  ştatı), Amritsar  (Pəncab),  Caypur  (Racastan), 
Mirzapur, Aqra (Uttar Pradeş), Varanqal, Elur (Andhra Pradeş) 
şəhərləri  sayılır. 
Amritsarda  xalçaçılıq  XIX  əsrin  əvvəlində  inkişaf  etməyə 
başlamışdır. Burada istehsal olunan “muri” xalçaları incə toxu-
nuşu, geometrik naxışları, əla keyfiyyəti ilə seçilir. Burada Çin 
motivləri  ilə  də  xalçalar  toxunur.  Aqrada  xalçalar  qırmızı,  ağ, 
qara, yaşıl rənglə bol olur. Caypur (Racastan), Mirzapur şəhər-


Hindistan etnoqrafiyası
221
lərində və Badoli kəndində toxunan xalçalarda bir düymdə (2,54 
sm.kv.) 80-120 ilmə, Andrha ştatında orta keyfiyyətli xalçada 30-
60 ilmə olur. Kəşmirdə döşəməyə salınan “namda” və “qabba” 
adı ilə məşhur xalılar, kilimlər toxunur. “Namda” yolunma yun və 
pambıqdan toxunur, “ahri” adlanan zəncirvari tikmə üsulu tətbiq 
edilir. Bəzən tikmə ilə bəzədilmiş qaba cut parçasından istifadə 
olunur.  “Qabba”  bir  növ  köhnəlmiş  yun  örtüyün  yenidən  emal 
olunmuş variantı, növü sayıla bilər. 
Hindistanda evlərdə çarpayıların üstünə salınan, bayramlar-
da istifadə olunan, yaxud süfrə kimi yerə, mizin üstünə salınan 
naxışılı “darri” (“durri”) adlanan qalın pambıq parça-xalı toxu-
nur. Pəncab və Haryanada “cat” əkinçi kastasına mənsub qadın-
lar evdə istifadə üçün pambıq parça toxuyurlar. Racastan ştatının 
Caysalmer  və  Barmer  rayonlarında  da  yun  “dari”  toxunur.  Bu 
xalça  ənənəvi  olaraq  geometrik  naxışlar,  ulduzlu  motivlərlərlə 
bəzədilir.  Navalqund  (Karnataka  ştatı)  rayonunda  toxunan  “da-
ri”lər isə “camhan” adi ilə məşhurdur. Bu xalı tutuquşu, tovuzqu-
şu rəsmləri ilə, qırmızı, sarı və qara rəngləri ilə fərqlənir. Bhavani 
şəhərində isə adətən mərkəzində lotos çiçəyi motivi olan, ətrafları 
və sərhədləri çiçək naxışları ilə bəzədilən ipək və pambıq qarışıqlı 
“dari salema” xalçası toxunur. Varanqala (Heydarabad) rayonun-
da “bandha” və “ikat”adlanan “dari-dari”, “panca dari” toxunur. 
Sahəsinin uzunu 2.29 m və eni 1.52 m. olan “dari” kifayər qədər 
möhkəm olur və uzun müddət istifadə olunur.
Dulusçuluq. Bu sənət qədimdə olduğu kimi müasir dövrdə də 
hindlilərin həyatında mühüm rol oynayır, dulus sənətində texniki 
və dekorativ üsullar indi də tətbiq edilir. Hinduizm ənənələrinə 
görə dulusçular memarların tanrısı Vişvakarmanın nəslindən 
sayılırlar, burada hər bir dulus məmulatı bir əfsanə va ya rəvayət-
lə bağlıdır. Hər bir reginn bir dulusçuluq üslubu ilə məşhurdur. 
Delhi və Caypur (Racastan) ağ-mavi rəngli dulus qabları, Alvar 
(Racastan), həddindən artıq nazik, “kağzı” adlanan dulus məmu-


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə