HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə74/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   68   69   70   71   72   73   74   75   76

Hindistan etnoqrafiyası
225
ənənələrini qəbul edən bu miniatür məktəbi sujetləri Krişna ayin-
ləri ilə əlaqələndirərək illustrativ janrı inkisaf etdirmişdir. 
XVI əsr Baburşah (Moğol) və Racastan miniatür məktəbləri 
bu sənətin sonrakı inkişafını müəyyənləşdirmişdir. Əkbər şahın 
hakimiyyəti  illərində  (1556-1605)  miniatür  sənətində  yeni  ça-
larlar ortaya çıxmışdır. Əkbər şahın islamla yanaşı, digər dinlərə 
marağı, o cümlədən yezuit ruhaniləri ilə tanışlığı, onların vasitəsi 
ilə Avropa miniatür sənətini öyrənməsi XVI əsrin axırıncı onil-
liklərində  miniatür  məktəbində  dəyişiklik  yaratdı,  əlyazmaların 
sayı artdı, bu məktəbin mövqeyi gücləndi. “Ramayana”, “Maha-
bharata”, “Hari Vayşa” mifik mətnləri fars dilinə çevrilərək, il-
lüstrasiyalara köçürülürdü. İmperator Əkbər şah həmin mətnlərdə 
“həqiqət olduğuna” inanırdı. Bunun nəticəsində Moğol saray mi-
niatür sənəti ilə hindus ikonoqrafiyasının gözəl çulğalaşması baş 
verirdi. Tarixi əsərlərin miniatürlərə köçürülməsi, “Əkbərnamə”, 
“Tavarihe handane Teymuri”, “Əkbər şahın fil Havayı sakitləş-
dirməsi” kimi əsərlərin meydana çıxması bu sənətin inkişafının 
sübutu idi. Moğol minatür sənəti ilkin dövrdə daha çox İslam dini 
ilə bağlı motivlərlə zəngin idisə, Əkbər şahın zamanından baş-
layaraq, müxtəlif dinlərin (hinduizm, buddizm, xristianlıq və s.) 
motivləri miniatürlərdə daha çox əks olunmağa başlayırdı.
Moğol-Baburşah miniatür sənətinin inkişafı Cahangir şahın 
(1605-1627) naturalizmi bütün elementləri ilə qəbul etmək baca-
rığı ilə əlaqədar idi. Onun təbiəti müşahidə və dərk etməyə çalış-
ması saray miniatür sənətində əksini tapırdı. Cahangir şahın mi-
niatürlərində öz tərcümeyi halı –“Tazake-Canqiri”də əks olunur. 
Onun  1617-ci  ildə  Ucayna  bölgəsindəki  müqəddəs  Çidpuraya 
səfərinə həsr olunan miniatür məşhurdur. Cahangirin hakimiyyəti 
illərində yaranmış saray miniatürçüsü Bişan Dasın yaratdığı Bha-
rat Kala Bhavan toplusundan olan məşhur bir miniatürdə Aqra-
dakı bazar əksini tapmışdır, burada müxtəlif taleləri olan insanlar 
sufi şeyxi Phula doğru dayanmışlar. Rəssam may səhərinin çəh-
rayı rəngini gözəl şəkildə təqdim etmişdir. 


Bəhmən Əliyev-Ayvazalı
226
Baburşahlar sarayının gətirdiyi yenilik rəssamlara Çakravar-
tina konsepsiyasını təzahür etdirməyə imkan verir. Bu konsepsiya 
Cahangirə “dünyanın hökmdarı” titulunu daşımağa imkan verir-
di, o, kürənin üzərində və ya ovcunda kürə şəklində təsvir olunur-
du. Burada daha mürəkkəb kompozisiya özünü göstərir, hökmdar 
qum saatının üstündə oturur, bu isə zaman üzərində hakimiyyə-
ti  simvolizə  edir.  Məlakələr  imperatoru  alqışlayır,  göydəki  iki 
məlakə  işıqdan  sifətlərini  qapayıb,  onların  oxları  qırılıb  və  on-
lar imperatorun qarşısında gücsüzdürlər. Ay və günəş hökmdarın 
başının üstündə dayanmışdır. Bu miniatürdə rəssam Əbül Həsən 
özünü incə və yaradıcı usta kimi göstərmişdir.
Şah Cahanın hakimiyyəti illərində (1627-1657-ci illər) Mo-
ğol  miniatür  sənətində  naturalizm  yüksək  inkişaf  səviyyəsinə 
çatmışdır, hər bir incəlik “əkbal pardaz” (“hər bir tük”) və kölgə 
əsərdə əksini tapırdı. İmperatorun həyatını əks etdirən “Padşah-
namə” illüstrasiyalarında əsasən saraydan kənarda baş verən sa-
ray mənzərələri-ov səhnələri, ziyafətlər əksini tapırdı.
Övrənqzəb  şahın  hakimiyyəti  ilərində  (1657-1707-ci  illər) 
Cahan şahın dövründə yaranmış məktəbin ənənələri davam etmiş, 
bir sıra portretlər və saray səhnələrinin əks olunduğu miniatürlər 
yüksək səviyyədə işlənmişdir. Məhəmməd şahın hakimiyyətinin 
(1719-1748-ci illər) ilk 10 ilində imperatorun gündəlik həyatın-
dan kənarda müxtəlif kompozisiyalar yaranmağa başladı, XVII 
əsr  Moğol  miniatür  məktəbinin  nəfisliyi,  özünəməxsusluğu  it-
məyə başladı.
Nadir şah Əfşarın (1739-cu il) və əfqan Əhməd şah Abdalın 
(1757-ci il) hücumlarından sonra Moğol miniatür sənəti özünün 
şöhrətini itirməyə başladı, artıq həmin dövrdən başlayaraq, rəs-
samlar Hindistanın şimalında yerli hökmlarların saraylarında sı-
ğınacaq  tapırdılar,  onların  təsiri  altında  yerli  miniatür  üslubları 
meydana çıxırdı. XIX əsrin ortalarında ingilis işğalının başlanma-
sı, Baburşahların hakimiyyətinə son qoyulması ilə miniatür sənə-


Hindistan etnoqrafiyası
227
tinin tam olaraq çökməsi prosesi başlamışdır. Buna baxmayaraq, 
Moğol-Baburşah  miniatür  məktəbi  Racastan,  Malva,  Dhodpur 
və Bikaner, Kişanqarh, Dekan, Pahar miniatür məktəblərinə təsir 
göstərmiş, Çamba, Nurpur, Quler, Qarhval rəssamlıq məktəbləri 
formalaşmışdır.
Sual və tapşırıqlar:.
1. Qədim Hindistanda sənətkarlıq
2. Hindistanda toxuculuq.
3. Hindistanda xalçaçılıq.
4.Hinduizmə  görə  dulusçular  memarların  tanrısı  Vişvakar-
manın  nəslindən  sayılırlar.
5. Miniatür sənəti.


Bəhmən Əliyev-Ayvazalı
228
ETNOQRAFİK SÖZLÜK
Avatara- Bu təlimə görə, tanrı tarixin hər səhifəsində müxtə-
lif şəxsiyyətlərin cildində gələrək insanlara özünü tanıtdırır, pis-
liyi yox еdir və insanların еhtiyac duyduqları vəzifələri bildirir. 
Bu prosеs sonsuza qədər davam еdəcək, qurtarıcı, qoruyucu tanrı 
Vişnu dünyaya gəlib və müxtəlif şəkillərdə olacaqdır. Onun şəkil-
ləndiyi iki önəmli avatarı (yəni, şəxsi) Rama və Krişnadır. 
Annaprasana-  Hindistanda  bu  mərasim  süddən  kəsilən 
körpənin ilk dəfə yemək yeyəcəyi zaman, təxminən altı aylığında 
keçirilir. Veda duaları oxuna-oxuna mərasim yeməyi hazırlanır, 
söz tanrısı Vaç, güc tanrısı Urcaya və s. tanrılara niyyət olunur, 
qurbanlar  verilir. 
 Airavata- Hinduizmdə tanrı İndranın fili. Okeanın çalxalan-
ması zamanı ortaya çıxmışdır. Mifologiyada dünyanın dörd tərə-
findən birini qoruyan bir canlı kimi göstərilir. 
 Amaravati- Hinduizmdə tanrı İndranın dünyasındakı əzəmət-
li şəhərdir. Meru dağında olduğu bildirilir. Bəzən Devapura (tan-
rıların şəhəri) və ya Pushabhasa (günəş parıltısı) kimi adlarla xa-
tırlanır. Kathasaritsaqarada nağıllarında haqqında söhbət açılır.
Anasuya- Bu söz “yaxşılıq, mərhəmət” mənalarında işlədilir. 
Müdrik Atrinin arvadının adıdır. “Ramayana” dastanında Çitra-
kuta təpələrində əriylə birlikdə yaşayır. Çox dindar, özünə əziyyət 
verəndir, və bu sayədə fövqəladə güclər qazanmışdır. Sita ona hər 
zaman gözəl görünməsi üçün yağ vermişdir.
Antyesthi-  Hinduizmdə  ölü  yandırılması  mərasimi.  Cəsəd 
taxtadan xərəyə qoyularaq yandırılacağı yerə gətirilir. Yas tutan-
ların önündə gələn şəxsin başı keçəl qırxılır, mərasim zamanı o, 
öndə gedir. Digər qohumları “Ram Nam Satya He”, yəni “Rama-
nın adı gerçəkdir” (yaxud Tanrının adı gerçəkdir) deyə oxuyaraq 
onun arxasınca gedirlər. Cəsəd yuyulur, xüsusi hazırlanmış yerə 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə