HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə73/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   68   69   70   71   72   73   74   75   76

Bəhmən Əliyev-Ayvazalı
222
latları,  Moleledə  (Molele),  Qucaratda  tanrı  təsvirləri  ilə  zəngin 
bişmiş saxsı lövhələr (“murtikala”), Caypur, Sikar, Acmer, Bha-
ratpurda (Racastanda növbənöv saxsı qablar) istehsalı ilə məşhur-
durlar. Kaç (Qucarat), Mohali, Ludhiana, Hoshiarpurda (Pəncab) 
dulus qabları, Kəşmirdə “dalqeyt” adlanan şirli qablar, Şrinaqar-
da  (Kəşmir)  ənənəvi  dini  keramika,  Ladakhda  ənənəvi  mətbəx 
avadanlıqları, Kanqra, Mandi, Kulu, Chamba, Shimla (Himaçal 
Pradeş)  şəhərlərində  ev  avadanlıqları,  hədiyyələr,  Kanqra  qa-
ra-qırmızı gildən hazırlanan, ənənəvi olaraq qara-ağ rənglərlə bo-
yadılan qablar, Nizamabad və Azamqarhda (Uttar Pradeş) iki dəfə 
bişirilən, möhkəm, qara dulus qabları və s. istehsal olunur. 
Madhya Pradeş ştatının Seoni vilayətinin Paçdhar kəndində 
yaşayan “kumhaar” dulusçu icması sifarişlərə uyğun olaraq du-
lus qabları və qazanları, işıq fənərləri, sikkə qutuları və digər əş-
yalar hazırlayır, hər həftə dulus məmulatlarını Madhya-Pradeş və 
Maharaştra ştatlarına satış üçün göndərirlər.
Maharaştrada isə dulusçuluq işi dulusçu icmalarının yaşadığı 
Bhadravati və Mumbay şəhərlərində cəmləşmişdir, burada əsasən 
qara saxsı məmulatları hazırlayırlar, bu işlə əsasən müxtəlif za-
vod və fabriklərdə çalışan kişilər, eləcə də qadınlar məşğul olur-
lar. Dulusçular üçün ən gəlirli dövr fevral ayı sayılır, çünki Şiva-
ratri bayramı zamanı tanrılara qurban aparan hinduistlərin dulus 
qablarına təlabatı artır. 
Assamda  isə  dulus  sənəti  ənənəviliyini  qoruyub  saxlayır, 
burada “hira” və “kumar” adlanan iki dulusçu icması fəaliyyət 
göstərir. “Kumar” icması dulus çarxından istifadə edərək gildən 
tanrıların  fiqurlarını  düzəldir.  “Hira”  icmasının  dulusçuları  isə 
dulus  şarxından  istifadə  etməyərək  gilin  möhkəm  yoğrulması 
yolu ilə məhsul hazırlayırlar. Goalpara, Kamrup, Barpetada yaşa-
yan “hira”lılar arasında dulusçuluqla əsasən qadınlar məşğul olur, 
kişilər gil gətirir, məhsulu bazarlarda satırlar. 
Tamilnad  ştatında  dulusçuluqla  “kuyavar”,  “kulalaar”, 
“velar” adlanan sənətkarlıq catiləri məşğul olur, gündəlik lazım 


Hindistan etnoqrafiyası
223
olan əşyalarla yanaşı, ibadət üçün ritual predmetləri, oyuncaqlar 
istehsal edirlər. Ənənəvi olaraq tamil kəndlərinin girişində yerli 
tanrı sayılan Ayyanarın (kəndin mühafizəçisi) atlı heykəli qoyu-
lur. Ayyanar kultu bütün Tamilnadu və Şri-Lankada yayılmışdır. 
Onun xidmətçiləri brahmanlar deyil, dulusçu catisinə aid yerli ru-
hanilərdir. Böyük gözləri, uzun bığları və iri dişləri olan Ayyanar 
öz atı və döyüşçüləri ilə kəndin girişində dayanır. Onun 6 metrlik 
heykəli gil, qum və samandan hazırlanır.
Ağacişləmə. Hindistanda qədimdən ən geniş yayılmış sənət 
növlərindən biri ağacişləmədir. Burada ağac daim əlçatan, asan-
lıqla emal olunan material olmuşdur. Ağac materialları silahlar, 
əmək alətləri, ev tikintisi, məişət avadanlıqlarının hazırlanmasın-
da istifadə edilmişdir. Tik, sal, palıd, manqo, qaraağac, qırmızı 
ağac, səndəl ağacı, gül ağacı, qoz ağacından ağacişləmə üçün ma-
terial alınır. Kəşmirdə “khatumband” və ya “khatam”, “picraki” 
kimi ağacişləmə üsulları yayılmışdır. “Khatumband” (keçirtmə) 
üsulu ilə evin tavanı və divarları üçün qoz və iynəyarpaqlı ağacla-
rın gövdəsindən ağac lövhələr hazırlayırlar, bu zaman mismardan 
istifadə olunmur, nəticədə geometrik rəsmlər alınır. İndi bu üsul 
ilə Şrinaqarda üzən otellər (hausbot), mebellər, şkaflar və s. hazır-
lanır. “Pincrakari” üsulu ilə isə yapışqansız və mismarsız oyma 
barmaqlılar, çardaqlar, dekorativ arakəsmələr və onların müxtəlif 
elementləri  düzəldilir.  Bu  üsulların  ən  məşhur  nümunələrindən 
biri Şriniqarda (Kəşmir) Celam şayı sahilində 1395-ci ildə tikil-
miş və 1731-ci ildə bərpa olunmuş Şahi Həmədan məscididir.
Assamda bambuk ağacı məişət avadanlıqları, mebel, dekora-
tiv əşyalar, çərçivələr, hədiyyələr və s. hazırlanmasında istifadə 
edilir. Mərkəzi Hindistanda mebellər, məişət avadanlıqları, əmək 
alətləri  ilə  yanaşı,  dini  inanclarla  bağlı  bir  çox  əşyalar,  Qaneş, 
Krişna  və  s.  tanrıların  heykəlləri  yonulur,  “dhol”  (zərb  musiqi 
aləti), “cvarmandal” (hind sitrası, kiçuk simli alət) və s. musiqi 
alətləri düzəldilir. Hindistanda ağacişləmənin mərkəzi Bhuc (Kaç 


Bəhmən Əliyev-Ayvazalı
224
vilayəti) sayılır, burada ağac ustaları çarpayı, uşaq beşikləri, kitab 
şkafları, mətbəx avadanlıqları və s. üzrə ixtisaslaşırlar. Racastan 
tanrıların ağac heykəlləri, “kathpuli” (kukla) hazırlanması sahə-
sində məşhurdur. 
 Miniatür sənəti. Baburşah imperatoru Əkbər sah və onun va-
risləri dövründə (XVI əsrin axırı-XVII əsrin əvvəlləri) Hindistan 
müniatür sənəti geniş şəkildə inkişaf etmişdi. Hindistanda Moğol 
miniatür məktəbinin təşəkkülü və inkişafinda isə istedadli təbriz-
li rəssam Mir Seyid Əlinin təsirini xüsusi qeyd etmək lazımdır. 
Onun  Moğol  sarayına  təşrif  buyurması  dövrün  hərbi-siyasi  ha-
disələri ilə sıx bağlı idi. Əfqan əmiri Şirxan Babur hökmdarı Hu-
mayun şahı məğlub edərək Hindistani ələ keçirmiş və Humayun 
şah Səfəvi şahı I Təhmasibin sarayına sığınmışdı. Humayun şahın 
kömək üçün müraciətinə cavab olaraq şah I Təhmasib 12 min-
lik ordunu sərkərdə Budaq xan Qacarın rəhbərliyində Hindistana 
göndərmiş, Səfəvi qoşunları əfqanları ölkədən qovub çıxartmış, 
Humayun şah yenidən hakimiyyətə qayıtmışdır. Humayunun hələ 
Təbrizdə olarkən öz sarayına dəvət etdiyi Mir Seyid Əli basqa 
rəssam  və  xəttatlarla  birlikdə  Kabilə,  sonra  Delhiyə  getmişdir. 
Mir Seyid Əli atası Mir Müsəvvirlə birlikdə uzun müddət Hin-
distanda imperator Humayun Mirzə və Əkbər şahın (1556-1605) 
saray  kitabxanasında  işləmiş,  sarayın  baş  rəssamı  kimi  40-dan 
artıq rəssamın yaradıcılıq fəaliyyətinə rəhbərlik etmişdir. Hindis-
tanda olarkən yaratdiğı ilk məşhur əsəri – “Teymurun sarayi” adli 
coxfiqurlu monumental kompozisiyasina görə rəssama “nadir ul-
mulk” adi verilmişdir. Mir Seyid Əlinin və onun rəhbərliyi altın-
da işləyən saray rəssamlarının məşhur “Əmir Həmzə” dastanına 
çəkilmiş  illüstrasiyaları  Moğol-Baburşah  miniatür  məktəbinin 
şah əsərləridir. 
XVI-XVII  əsrlərdə  Racastan,  Pəncab,  Dekanda  rəngkarlıq 
işinin yerli məktəbləri inkişaf etdirildi ki, bu da Racput minia-
turləri kimi tanınırdı. Qədim və Orta əsrlər hind rəngkarlığının 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə