HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə75/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   68   69   70   71   72   73   74   75   76

Hindistan etnoqrafiyası
229
qoyularaq  üstünə  quru  ağac  budaqları  yığılır.  Veda  dualarının 
müşayiəti altında yas tutanların başında gələn şəxs odun yığınını 
yandırır, cəsəd yanır kül olur. Küllər müqəddəs sayılan çaylara 
atılır. Ölü yandırılmasından 10 gün keçəndən sonra qaynadılmış 
düyüdən hazırlanmış on dənə “pinda” (kürə) hazırlanır, bununla 
ölünün sonrakı yaşamında ruhunun yaxşı bir bədənə girəcəyinə 
inanılır. Ölünün yaxınları hər il onun adına “şraddha” mərasimi 
keçirirlər. Ən məşhur ölü yandırma yeri Benaresdə Qanq çayının 
sahilindədir.
Atman- Ruh. Atman təkcə insanın düşünən ruhu, zehni-dü-
şüncəsi deyil, Brahmanın özüdür. Atman-brahman dini baxımdan 
bütün varlıqların müştərək ruhu sayılır. Sanskrit dilində bu məna 
“tet tom isi” (“sən odsan”) kimi qəbul edilir. 
Aranyaka - “Meşə kitabları” adı ilə məşhurdur və meşələrdə 
asketik həyat tərzi keçirən tərki-dünya zahidlərə həsr olunmuşdur.
Brahman- Hinduizmdə yaradıcı tanrı. Brahman, yaxud Brah-
ma tanrısı varlığın özü, həqiqəti, başlanğıcı və sonudur. O, əbədi 
və həmişəlikdir, hər yerdə vardır, onun vücudunda səma və yer, 
maddi və ya qeyri-maddi olmasından asılı olmayaraq dünyanın 
bütün varlıqları əhatə olunmuşdur. Upanişadlara görə, ən uca ger-
çəklik Brahmandır. Brahman əzəli, əbədi, hər şeyə qadir, hər şeyi 
bilən və bilgisi özündən olandır.
 Brahmana- Dua və qurbanlıq mərasiminin keçirilməsi ilə 
əlaqədar  şərh  və  söhbətlər  toplusu.
Brahmanizmin ideoloji prinsipləri- Brahmana etiqad, Atma-
na etiqad, Karma, Sansara, Mokşa. 
Drahoma-  Şimali  Hindistanda  qız  ailəsinin  oğlan  ailəsinə 
verdiyi  puldur  (başlıq  pulu).
Ədədlər (“Baburnamə”): 
  1 lek = 100.000. 
  100 lek = 1 kürur və ya 10.000.000.
  100 kürur = 1 ərb və ya 1.000.000.000. 


Bəhmən Əliyev-Ayvazalı
230
  100 ərb = 1 kərb və ya 100.000.000.000. 
  100 kərb = 1 nil və ya 100.000.000.000.000. 
  100 nil = 1 pədəm və ya 100.000.000.000.000.000. 
  100 pədəm = 1 sanq və ya 100.000.000.000.000.000.000. 
Ərk- qala, içqala, bürc, daxili qala, qala içində qala. Ətrafı 
divarlarla əhatə olunan, əksərən yüksəkdə və divarla təkrar hörül-
müş qala. Hökmdarın və ya həmin yerin ən böyük əmirinin sarayı 
və mühafizlərinin olduğu məkan.
Geri (hindcə, ghari)- Hindistanda zaman ölçüsü.
Geriyal-  müəyyən  fasilələrlə  bürünc  bir  lövhəyə  vurmaqla 
saatın bildirilməsi. Bu işlə xüsusi bir kasta məşğul olurmuş. 
Həftənin  günləri  (“Baburnamə”yə  görə):  Şənbə  -  saniçer; 
Bazar - eytvar; Bazar ertəsi- somvar; Çərşənbə axşamı- manqal-
var; Çərşənbə - budvar; Cümə axşamı - prispatvar; Cümə - sükr-
varə 
Hinduizmin qaynaqları- Şrutilər, Smiritilər, İtihasalar, Pura-
nalar, Aqamalar, Darşanalar.
Hindutva-hind mühafizəkar dinçi, millətçi hərəkatı.
Hicra-Kastalardan  (cati)  biri.  Əfsanəyə  görə  Arcunanın 
ilanlar çariçası ilə nikahından “hicra” catisi yaranmışdır. Bunlar 
üçüncü cinsə mənsub insanlardır, onlar özlərini nə qadın, nə də 
kişi sayırlar, axtalanma mərasimindən keçirlər. “Hicra” catisinin 
üzvləri dəvət olunmadan toylara gəlir, oxuyur, oynayır, pul istə-
yirlər. Bu catiyə transseksuallar, biseksuallar, germafroditlər və 
s. qəbul olunur. “Hicra” catisinin üzvləri Bahuçara Mata qadın 
tanrısına  ibadət  edirlər. 
Karnavidhna-  Hind  ailələrində  qulaq  deşmə  mərasimidir, 
1-4 yaşları arasında həyata keçirilir. Qız uşaqlarının sırğa taxması 
üçün vacibdir.
Karma- Atmanı  özünə  tabe  edərək  onun  ruhunu  müəyyən 
şəklə salmış insani əməl və rəftarlardır. Hinduizmə görə, “karma 
qanunu” kainat nizamıdır, insanın taleyinə (başına gələcək işlərə) 


Hindistan etnoqrafiyası
231
təsir  еdir.  Brahmanlara  görə,  hər  fərdin  “varna”sı  “karma”  və 
“sansara” əsasında təyin olunur.
Krişnaizm-Mənbəyini hindiuzmdən götürən, vişnuizm icması-
dır. Özlərini müstəqil dini təlim tərəfdarı kimi təqdim edən krişna-
çılar Brahma, Vişnu və Şiva tanrılarına ibadət edir. Krişnaçılar öz 
təlimlərini hindiuzm dini saymır, krişnaizmi din deyil, “Tanrı, yəni 
Krişna haqqında elm” hesab edirlər. Krişnaçıların geyimi, gündəlik 
dini həyatı, dini terminləri hindiuzmlə eynidir. Bu təlim tərəfdarları-
nın inamına görə, Krişna (“krişna” sanskritcə “qara” deməkdir) tan-
rı Vişnunun avatarıdır, İnanca görə, Krişna 5 min il əvvəl yaşamış, 
həmin dövrdən onun 29 dəfə yenidən təcəssümü (avatarı) baş ver-
mişdir. Yalnız birinci təcəssüm tam olmuş, digərləri isə isə tam ol-
mamışdır. Bu dini təlimə görə, Krişnanın əsas həyat yoldaşı Şrimati 
Raharanidən başqa, 16108 arvadı vardır ki, onların da hər birinin 
sarayı, 10 uşağı və çoxsaylı nəvələri var. Bu dini təlimdə Krişnanın 
Ratha ilə münasibətləri, Rathanın nakam məhəbbəti xüsusi yer tu-
tur. Krişnaizm təliminin inkişafında Çaytanya və onun şagirdi, şair 
və filosof Rupa Qosvami (hərfən “inəklərin sahibi”) mühüm rol oy-
namışlar. Rupa Qosvami “Srimad-Bhaqavatam”a (“İlahi şəxsiyyət 
haqqında gözəl povest”) əsaslanmış, vişnuit monastırlar şəbəkəsi 
yaratmışdır. Onun varisi isə Svami Praphupada (1896-1977-ci il) 
olmuşdur. Krişnaçılar Çaytanya, Qosvami və Praphudanı Krişna-
nın təcəssümü sayırlar. Azərbaycanda da Beynəlxalq Krişna Şüuru 
Cəmiyyəti fəaliyyət göstərir. 
Luli-qaraçı.
Lüng-Hindistanda qadınların paltar yerinə istifadə etdikləri 
uzun bir parçanın adı, sari. 
Lüngutə-Hindistanlı  kişilərin  paltar  yerinə  bellərinə  bağla-
dıqları bez parçasının adı.
Mokşa- Brahmanizmdə nicat və qurtuluş yalnız “mokşa” va-
sitəsilə mümkündür. “Mokşa” isə maddiyyatı tərk edib “nirvana”-
ya çatmaqdan ibarətdir. 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə