Bəhmən Əliyev-Ayvazalı
192
.Sual və tapşırıqlar::
1. Hindlilər inək əti, müsəlmanlar donuz əti, buddistlər isə
heç bir ət yеməyi yеmir.
2.Hinduizm ət yeməklərinə (xüsusi ilə inək ətinə) qadağa qoyur.
3. Ədviyyat hind kulinariyasının sehirli təməlidir.
4. Hindistan mətbəxinin əsas məhsulları buğda, düyü və lo-
byadır.
5. Yeməklərin bişirilmə üsulu nəinki ştatdan-ştata, hətta ev-
dən-evə fərqlənir.
4.3. Geyimlər
Hind geyimlərinin unikallığı özündə tarixi gedişatın təsirlə-
rini, ənənəviliyi, milli-etnik kimliyi saxlamasıdır. Bu geyim mə-
dəniyyəti tarixin müəyyən dövründə digər mədəniyyətlərin təsiri
altında olsa belə, özü üçün ən yaxşılarını seçib saxlamış, təkmil-
ləşdirmiş, özününküləşdirmişdir.
Hind paltarları kifayət qədər rahat və uyğundur. Bir sıra hal-
larda kişi, qadın, uşaq geyimləri bir-birindən mahiyyətcə, ciddi
şəkildə fərqlənmir, lakin dini, etnik, regional müxtəliflik geyim-
lərə də sirayət etmişdir. Əhalisinin sayı bir milyard nəfəri keçən
bir ölkədə geyimlər fərqliliklərin simvoluna çevrilmişdir.
Qərb dəbinin təsirinə baxmayaraq, hindlilər milli geyimləri
ilə fəxr edir, gündəlik həyatlarında, bayramlar, ailə ziyafətləri,
rəsmi mərasimlər zamanı ənənəvi paltarlarını geyinməyə üstün-
lük verirlər. Hətta bir sıra geyimlər rəsmi status qazanmışdır.
Arxeoloji və ədəbi materiallar göstərir ki, hələ e.ə. III-II mi-
nillikdə, Harappa sivilizasiyası dövründə geyimlər şəhər mədə-
niyyəti, toxuculuq sənətinin, ticarətin inkişafı fonunda kifayət
qədər inkişaf etmişdir. Harappa sivilizasiyasına, Veda dönəminə,
Maqadha-Mauri imperiyası dövrünə aid maddi materiallar, mö-
Hindistan etnoqrafiyası
193
hürlər, məbəd rəsmləri, çoxsaylı tanrı heykəlləri, barelyefləri qə-
dim Hindistanda sadə tuniki, müasir sariyə bənzəyən geyimlərin
yayıldığını təsdiqləyir. Bu sadə geyimlərin formalaşmasında ilk
növbədə iqlim şəraiti, təsərrüfat məişəti, dini inanclar əsaslı
rol oynamışdır. Vedalar dövründə brahmanların sadə geyimləri,
caynistlərin geyimlərə (ağgeyinənlər, işıq geyinənlər) görə məz-
həblərə ayrılması qədimdən bəri Hindistanda geyimlərin əhalinin
məişətindəki rolunu göstərir.
Hindistanın kişi və qadın geyimləri tаriхən dini, еtnik mən-
subiyyətinə görə bir-birindən sеçilmişdir. Maddi mədəniyyət nü-
munələrinin tədqiqindən məlum olur ki, e.ə. II əsrdə Kəşmirdə
kişi və qadınların əsas paltarları köynək və şalvardan ibarət ol-
muşdur, bu da Kuşan imperiyası dövrünün təsiri ilə bağlıdır. Çin
səyyahı, filosofu Syuantsyan (602-664-cü illər) yazırdı ki, kəş-
mirlilər dəri gödəkcə və ağ parçadan paltar geyinirlər. “Nilamata
Purane”də isə bildirilirdi ki, qışda “pravana”ya bənzər sırıqlıya
bürünür, varlılar incə yun parçadan şal (şarf) örtür, əhalinin ək-
səriyyəti qaba yun parçadan paltar geyinirdi, kişilər baş geyimi
kimi “türban” qoyurdular.
İslamiyyətin Hindistana gəlməsi ilə hindlilərin geyimində də-
yişikliklər baş vermiş, müsəlman adət-ənənələrinə uyğun geyim-
lər hind ənənələri ilə uzlaşmağa başlamışdır.
Hind paltarları rəng dolğunluğu, rahatlığı ilə tanınır. Qadın
geyimləri, məsələn, sari qadına xas zərifliyi göstərir, kişi geyim-
ləri isə isti iqlimdə çox rahatdır. Hind xalqlarının geyimləri hind
mədəniyyəti kimi rəngarəngdir. Hər kənd, şəhər bir-birindən tək-
cə həyat şəraitinə, dilinə, dininə, yeməklərinə və s. görə deyil,
geyimlərə, onların rəng çalarlarına, paltarların geyinilməsi üsul-
larına görə fərqlənirlər.
XVI əsrə aid “Baburnamə”də Hindistanda şudralara və “toxu-
nulmazlar”a aid geyim bu şəkildə təsvir edilir: “Qullar və aşağı
təbəqə tamamilə çılpaq gəzir. Lüngutə deyilən bir şeyi bağlayır
Bəhmən Əliyev-Ayvazalı
194
və göbəkdən aşağı iki qarışlıq bir bez parçası asırlar. Bu asılan
bez parçasının üstündə bir bez parçası daha var. Bunun bir ucunu
lüngutənin ipinə bağlayır, digər ucunu isə iki budun arasından
keçirərək lüngutənin arxa bağından keçirib bərkidirlər. Qadın-
ları uzun bir lüng bağlayır. Yarısını bellərinə bağlayır, yarısını
başlarına örtürlər”.
Qadın geyimləri. Hindistanın milli qürur mənbəyi olan sari
geyinilməsi ənənəsi min illərdir ki davam edir. Sarilər dаim də-
yişikliklərə məruz qalsalar da, bu paltar hindli qadınların ən se-
vimli paltarı kimi daim gündəmdədir. Sari düzbucaqlı şəklində
təxminən 5 x 9 metr uzunluğunda olan pambıq və ipək parçadan
ibarətdir. Hind sarisinin saysız-hesabsız variantları vardır. Adətən
bu paltar bir rəngli və ya rəngarəng olur, sadə gündəlik və qızılı
iplərlə bəzədilmiş mərasim sarilərinə ayrılır. Müxtəlif cür geyinil-
məsi üsulları olsa da, ən geniş yayılmış üsula görə, hindli qadın-
lar sarini bədənlərinə dolayır, qabaqda büzmə əmələ gəlir. Ümu-
miyyətlə, “sari”nin çox hissəsi büzmələrdən (qırçınlar) ibarətdir,
yelpik və “ikinci yubka” funksiyasını oynayır. Sarinin daxildəki
ucu paltarın əsasıdır, bütövlükdə sarini və ya kəmərin altından
geyinilmiş yubkanı (dоnu, ətəyi) saxlayır. Parçanın ucu (“pallu”)
isə sinəni, çiyini örtür, onun kənarlarının lentləri daha çox diqqəti
cəlb edir. “Pallu”suz sarilər də vardır. Əgər paltarda bu elementlər
yoxdursa, onda digər bəzəklərindən istifadə olunur. Məsələn, sari
öz rənginə uyğun köhnə sırğa və muncuqlarlа, qızılı və gümüşü
iplər, müxtəlif enli haşiyələrlə bəzədilir. Sari “çoli” adlanan kofta
və alt ətəklə geyinilir. Bəzən “çoli”ni saçaqlı parçadan hazırlanan,
uclarında qotaz olan “dupatta” adlanan çiyinlik əvəzləyir.
Toy və mərasimlər üçün dərzilərin kustar üsullarla xüsusi
olaraq hazırladığı sarı daha yüksək qiymətləndirilir, belə sarilə-
rin naxışları fərdi olur, iş sona çatdıqdan sonra dərzi həmin naxış
eskizlərini məhv edir. Belə bir sarini geyən qadın bilir ki, onun
paltarı təkrarolunmazdır. Sarinin rəng seçimi o qədər çoxdur ki,
Dostları ilə paylaş: |