HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə64/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   60   61   62   63   64   65   66   67   ...   76

Hindistan etnoqrafiyası
195
hər bir qadının arzusunu yerinə yetirmək olur. Bu paltarı geyinən 
qadın cazibədar, zərif və qəşəng görünür. Adətən Şimali Hindis-
tanda sarilərin rəngi qırmızı, cənubda isə bəzən yaşıl olur. Bir 
sıra hallarda sari əsl incəsənət əsəri olur, belə sarilər yüksək qiy-
mətləndirilir. Adi sarilərdən fərqli olaraq, bayram və toy sariləri 
qızılı iplərlə, qızılı şəbəkələrlə bəzədilir. Qızılı haşiyələr üst köy-
nəyinin aşağılarını və qollarının uclаrını bəzəyir. Toy zamanı sari-
nin üzərindən çoxlu qızıl əşyalar taxılır. Bu bəzəklər anadan qıza, 
ümumiyyətlə, nəsildən-nəslə keçir. Uzun illər yığılan qızıllar tоy 
zаmаnı qohumlara hədiyyə verilir. 
İnanca görə, tоy zаmаnı gəlin hamıdan yaxşı geyinməlidir. 
Buna görə də toy sariləri təmtəraqlı olur, üzərindəki qızıl-zinət 
əşyаlаrının  sayına  görə  gəlinin  paltarı  zərgər  mağazasına  bən-
zəyir. Ən gеniş yаyılmış bəzəklərdən biri burunda olan sırğa və 
“tikli”dir. Toylarda sari xüsusi və qədim tipli kəmərlə, səndəl və 
ya “çapal” ilə geyinilir. 
Hər  bir  ştаt  özünəməхsus  sаrisi  ilə  tаnınır.  Maharaştadа 
“nouvari” sаrisi çoxsaylı ön və arxa büzmələrlə zəngindir. Parça 
budlara  elə  bürünür  ki,  yalnız  topuq  görünür.  Bəzən  sari  aşağı 
buraxılır,  qаdınlаr  ayaqlarına  xüsusi  bilərziklər  gеyinir. 
Güclü  musson  yağışlarının,  isti  və  rütubətli  iqlimin  hakim 
olduğu bölgə sаyılаn Mаhаrаştrа ştаtındа “nouvari” sаrisi yerli 
əhali üçün ən uyğun geyimdir. Bu paltarlar аdətən qırmızı, yaşıl 
və s. rəngdə pambıq parçadan, nazik qızılı haşiyəli parçadan tiki-
lir. Maharaştra sarisi avropalıların geyinmədiyi yeganə növ sari-
dir, çünki bu sarini geyinmək çox çətindir. 
Beneras sarisi isə tаmаmilə gül-çiçəklərlə bəzədilir. Bu sarilər 
ipəkdən tikilir, qızılı, qırmızı, mavi və s. rənglərdə оlur. Sarinin ha-
şiyələrinin bəzədilməsinə təхminən 300 qram qızıl işlədilir. Bun-
lardan başqa, Cənubi Hindistаndа “Lanki sarisi” də yayılmışdır.
Pəncab sariləri parlaq parçaları, qırmızı naxışları, ağır “pal-
lu” ilə seçilir, bu parça parlaq, təmtəraqlı naxışlar, “zari” (qızıl 


Bəhmən Əliyev-Ayvazalı
196
və gümüş iplərlə naxış qoymaq sənəti) ilə bəzəyirlər. Rənglərin, 
işıq və kölgənin zərli naxışlarla ahəngi təsviredilməz gözəllik 
hissi yaradır.
Racastanın  məşhur  “kota  doriya”  sarisinın  əsas  xüsusiyyə-
ti  onun  kustar  üsulla  ştatın  cənubunda Yerləşən  Kota  şəhərinin 
yaxınlığında istehsal edilməsidir. Təmiz pambıq və ya ipək əlavə 
olunmuş sari parçasının yüngüllüyü və şəffaflığı ilə diqqəti cəlb 
edir,  qızmar  vaxtlarda  mühüm  əhəmiyyət  daşıyır.  Liflərin  qey-
ri-adi toxunması (“khats”) sarinin hava keçirməsini təmin edir. 
“Kota doriya” parlaq rənglərlə, “zari” ilə bəzədilir.
Uttar-Pradeşdə qadınlar sari ilə yanaşı, “salvar kamize”, və 
“lenqa çoli” geyinirlər. “Salvar”a qadınlar uzun, geniş “dupatta” 
və ya “çunni” (şarf) əlavə edirlər. “Dupatta” müxtəlif üsullarla 
geyinilir. “Lenqa” (və ya “qhaqra”) uzun yubkaya ətəyə bənzəyir. 
“Çoli” isə belə qədər olur, kürəyi açıq olan bu don qızmar yay 
günlərində rahat hiss etməyə imkan verir. Bu geyim “orni” və ya 
“luqra” adlanan şal tamamlayır. 
Madhya-Pradeş  ştatının  Maheşvare  şəhərində  kustar  üsul-
la istehsal olunan sari nazik ipək və pambıq iplikdən ibarətdir. 
Bu sarinin XVIII əsrdə Ahiliyabay Holkarın hakimiyyəti illərin-
də yarandığı məlumdur. “Maheşvari sari”nın fərqli xüsusiyyəti 
parçanın kənarları boyu ikitərəfli haşiyənin olmasıdır, bu, parçanı 
hər iki üzünə istifadə etməyə imkan verir. Bu sari 5 qrup zolaq-
larla bəzədilir, haşiyə və zolaqlar qızılı rəngdə olur. Parça adətən, 
bir rəngli, zolaqlı, kiçik təsvirlərlə bəzədilir. “Maheşvari sari”nin 
üzərində tikmə və basma motivlər, çiçək, yarpaq, abstrakt fiqurlar 
olur, bu rəsmlərin əksəriyyətinin motivləri Maheşvari şəhərindəki 
məbəd və saraylarının arxitekturasından, divar rəsmlərindən gö-
türülmüşdür. 
Müasir dövrdə Hindistan qadınlarının mütləq əksəriyyəti sari 
geyinir, bu gözəl parçanın hazırlanmasında ayrı-ayrı adamlar de-
yil,  az  qala  bütün  şəhər  əhalisi,  qadın-kişi,  hinduist-müsəlman 


Hindistan etnoqrafiyası
197
iştirak  edir,  bu  sənət  sahəsi  hamını  birləşdirir.  Daim  yüksələn 
tələb sari istehsalının artmasına gətirib çıxarır, buna görə də təbii 
boyaqların yerini sürətlə, səmərəli şəkildə istifadə olunan sinte-
tik rənglər alır, noylon iplər isə qızıldan istifadə edilən tikmələri 
sıradan çıxarmışdır. Buna baxmayaraq Mahareşvarada ənənələrə 
əsaslanaraq klassik sarilər istehsal olunur. 
“Xalq üsulu sari” Hindistanın əksər ştatlarında yayılmışdır. 
Bəzən bu pаmbıq sari ətəksiz və köynəksiz geyinilir, iş zamanı 
ayaqlar dizə qədər açıq qalır. Belə sarinin uzun tərəfinə müxtəlif 
əşyalar yığmaq, onunla uşaqları belə bağlamaq mümkündür. 
Hind qadın geyimləri özünün parlaq rəngləri, parçanın baxım-
lı təsvirləri ilə seçilir, hər bir regionun özünəməxsus emosiyası və 
əhval ruhiyyəsini izah edir. Əsas geniş yayılan koftalar-“patiala”, 
“kurti”, “puthiya”, “kançli”, “anqra” və s. tikmələrlə bəzədilən 
ətəklər (don)-“qhaqra” və s, enli şalvar və tuniki “salvar-kamiz” 
və s. başı və çiyinləri örtən örtük “odhni”, “duppatta” və başqala-
rıdır. Bu geyim dəsti hind qadınlarının ənənəvi geyimlərini təşkil 
edir, hər iqlimin, bölgənin, kəndin, varna və catinin özünəməx-
sus paltarları vardır. Məsələn, şimal ərazilərdə “sədri” adlanan 
yun gödəkçələr geniş yayılmışdır, buna bənzər isti paltarlara cə-
nub vilayətlərində əhalinin gündəlik geyim dəstində rast gəlinmir. 
Kişi paltarları kimi qadın geyimləri də cəmiyyətdə sosial sta-
tusu göstərən vacib elementlərdir. Parlaq rənglər, bahalı parça-
lar, ağır, qiymətli bəzəklər məhsuldarlığı, evliliyi ifadə edir. Dul 
qadınların  bər-bəzəyi  olmayan  cansıxıcı  geyimləri  onları  ciddi 
şəkildə fərqləndirir. 
Uttar-Pradeş ştatında geniş yayılmış geyimlərdən biri “şara-
ra” və ya “qharara” adlanır. Bunu Laknau şəhərinin müsəlman 
qadınları hələ Böyük Baburşahlar İmperiyası dövründən geyinir-
lər,  bu  geyimlər  Şimali  Hindistanın  hinduist  qadınları  arasında 
da yayılmışdır. “Qharara” paltarı “kurtı”, “dupatta”, “şarara”dan 
(şalvar, “zari” naxışlarla bəzədilmiş ətək) ibarətdir. “Şarara”nın 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə