Bəhmən Əliyev-Ayvazalı
204
Mahatma Qandinin daim belə papaq qoyması bu baş geyimini
məşhurlaşdırmış, Qucarat, Maharaştra, Uttar Pradeş və Qərbi
Bengal kimi ştatlarda siyasətçilərin baş geyiminə çevrilmişdir.
Hər bir bölgənin özünəməxsus geyimləri olsa da bir çox
hallarda bu eyni geyimin müxtəlif cür adlandırılmasından,
yaxıd da istifadə olunan parçanın növü, rəngi və s. ilə seçilir.
Pəncab kişiləri üst paltarı kimi “kurtı-paca” (köynək), “aç-
kan” (jilet), “lunqi”, “çadar” (şal), “paca”, “patiala”, “pati-
ala kamiz” ( şalvar), “pardi” və ya “dastar” (türban), dəridən
“cutti” ayaqqabı” geyinirlər.
Cammu-Kəşmirdə ən populyar paltarlar həm kişi, həm də qa-
dınların geyindiyi “pheran”dır. Bu don şalvarla geyinilir. Burada
hinduist kişilər “pheran”ı “çuridar”la (ensiz şalvarla), müsəlman
kişilər isə “pheran”ı enli balaq şalvarla geyinirlər.
Burada kişilər “pathani” (“xan dress”, uzun köynək, enli
şalvar), geyinir, türban qoyurlar. Himaçal Pradeşdə isə brahman
kişilər “dhoti”, “kurta”, “açkan”, “çadar”, “loi”də (yun şal)
gəzirlər, “topi” (papaq), “kinnauri topi”, “malana topi”, “lahau-
li topi” qoyur, “pulla” və ya “şapal” adlanan otlardan toxunmuş
ayaqqabı, “lapti” (yüngül səndəl) geyinirlər.
Racput kişilər isə “kurta”nı “çuridar”la geyinir, “salvar-ka-
miz”, “salvar”, “anqarkhi” (köynək), “patha” (şarf), “açkan”,
“qhaqra çoli”yə, “turban safa”ya üstünlük verirlər.
Uttar-Pradeşdə kişilər əsasən “kurta” (geniş köynək), “paca”
(enli şalvar), “lunqa” (budlara dolanan parça), “çadar” (uzun
şal), “şervani” (uzun cübbə) geyinirlər. Müsəlman kişilər başla-
rına “təkkə”, hinduistlər isə “paqri” (türban), siqhlər “dastar”(tür-
ban) qoyurlar.
Kerala ştatında kişi və qadınlar ənənəvi olaraq ağ və açıq
sarı rəngə üstünlük verirlər. Kişilər “mundu” adlanan, bədənin
aşağı hissəsinə dolanan, ağ parçadan paltar geyinirlər. Şimali və
Mərkəzi Hindistanda bu parça “lunqa” adlanır.
Hindistan etnoqrafiyası
205
“Mundu”nun müxtəlif variantları-“kasavu mundu”, “kaa-
vi mundu”, “kalli mundu” mövcuddur. “Kalli mundu”nu kişilər-
lə yanaşı qadınlar da geyinir. Maraqlıdır ki, bu paltara hind-ari
xalqları deyil, dravid xalqları üstünlük verirlər. Ağ və sarı rəngdə
parçadan kustar üsulla tikilən “mundu” adi köynəklə geyinilir, çi-
yinə “veşti”, “thortu” pambıq şarf geyinilir.
Müasir dövrdə hindlilər ənənəvi geyim mədəniyyətini qoru-
yub saxlasalar da ictimai həyatda Qərbin təsiri get-gedə daha çox
hiss olunur. Gənclər ümumi dünya dəbinə meyl etsələr də, evlər-
də ənənəvi geyimlər üstünlük təşkil edir.
Toy geyim və bəzəkləri. Hindistanda toydan bir gün əvvəl
gəlinin paltarlarını, ziynət əşyalarını oğlanın bacısı, qardaş arva-
dı və bəy evinin subay qızları gətirir, qohumlar sarinı açıb baxır
və sabaha hazır qoyurlar. Eləcə də oğlana öz bəylik geyimini,
ayaqqabısını göndərirlər. Toy günü isə gəlini xususi toy salonuna
aparmaq üçün bəy və qohumları gəlirlər. Gəlinin bacısı və ya qo-
humu qızın yanında, oğlan tərəfdən isə bacı və ya qardaş arvadı
bəyin yanında olur.
Bəy və gəlinin toy paltarı çox gözəl və zərif olur. Ənənəvi
olaraq, paltar müxtəlif rəngli, qızılı iplərlə bəzədilmiş və “çuri-
dar”la (dar şalvar) tamamlanan “şervani”dən (yaxası bağlanan
uzun sürtük) ibarətdir. Bu paltarla ənənəvi muncuqlarla bəzədil-
miş “cuti” adlanan dik burunlu tufli, “paqdi” və ya “safa” adlanan
türban geyinilir. Pəncabda bəyin boynuna “sehra” adlanan, çiçək
və muncuqlarla bəzədilmiş boyunbağılar taxılır. Toylarda bəy və
gəlinin kifayət qədər gözəl geyinməsinə çalışılır və bu təntənə qo-
naqlarda xoşbəxt cütlük haqqında müsbət fikir yaratmalıdır. Gə-
linin “Solah Çrinqar” adlanan paltar və bəzəklərində 16 mühüm
element olmalıdır:
1. Ənənəyə görə gəlin paltarı “sari”, “lenqa çoli” (lehenqa)
və ya salvar kamizdən ibarət olmalıdır. Pəncab toylarında gəlin
qırmızı (bəzən çəhrayı və bənövşəyi rəngli) “dupatta” ilə “sari” və
Bəhmən Əliyev-Ayvazalı
206
ya “lehenqa” (“lenqa-çoli”), bəy isə “açkan” adlanan uzun paltar,
“çuridaram” şalvarı geyinir. “Paqdi” adlanan türbandan üzü örtən
“sehra”, yəni çiçək çələngi və ya muncuqlar asılır. Bəy və gəlinin
ayağında “cut” adlanan muncuqla bəzədilmiş ayaqqabı olur. Bəy
və gəlinin paltarlarını anasının qohumları, yəni dayı tərəfi alır.
Vedalara görə gəlin paltarı qırmızı rəngdə olmalıdır, amma ağ
pur-pur, çəhrayı, tünd göy, qızılı, yaşıl (Maharaşta) rəngli gəlin
paltarları da olur. Qara və ağ rəng qadağandır. Belə ki, qara rəng
hörmətsizliyin, natəmizliyin simvolu, ağ rəng isə dul qalmağı
və mətəmi bildirir. Maharaştada gəlinlərin ənənəvi sariləri qızılı
ornamentli yaşıl və sarı rəngdə olur, yaşıl rəngli qolbağı taxılır.
Kəşmirdə isə gəlinin əsas paltarı incə “kəşmir ipəyi”ndən hazırla-
nan, boynunda, qollarında bəzəklər olan “pheran” adlanan uzun,
enli don, eləcə də şalvardır. Ağ rəngli baş geyimi “kalpuş” qızılı
iplərlə, muncuqlarla bəzədilir.
Qucaratda iki cür - qırmızı xətləri, bəzədilmiş naxışları olan
ağ “panetar” sarisi və “gharçola” adlanan ənənəvi qırmızı sari
vardır. Ənənəyə görə, gəlin qırmızı sari geyinməlidir, qırmızı rəng
qadın başlanğıca, ehtirasa, aktivliyə işarədir. Bəyin ənənəvi geyi-
mi isə dhoti və sarı-limon rəngli kurtadır. Bəzən isə “çuridar”la
(dar şalvar) “şervani” (uzun plaş) geyinilir. Lakin müasir dövrdə
ənənəvi geyimlərdən daha çox klassik kostyumlar geyinilir.
Qərbi Benqalda “Kone Saac” mərasimi zamanı gəlinə qırmı-
zı və ya sarı rəngli sari geyindirilir, bəzədilir, gəlinin qollarına
balıqqulaqlarından (“Sankh Pola”, “Şankha”) ibarət qolbağlar
bağlayırlar, başına “mukut” adlanan tac qoyurlar. Ənənəyə görə,
bütün mərasimlərdə benqal gəlin əlində “qaaç kouto” (qırmızı
rəngli sindurun olduğu qab) adlanan ağac qab saxlamalıdır. Oris-
sada da gəlinin paltarı çoxlu qızıl bəzəklərlə, “mukut” adlanan
qızıl tacla zənginləşdirilir.
2. Keşanaşaraçana. Toyda saç bəzəyi üçün gəlinin saçla-
rı yağlanır, çiçəklərlə, zərgərlik məmulatları ilə bəzədilir. Veda
ənənələrinə görə, qadının uzun, hörüklü saçlarının olması yüksək
Dostları ilə paylaş: |