Hindistan etnoqrafiyası
201
Haat” bayramında görmək olar. Bu bayramda bhil və “bhilala
tayfalarının qız və oğlanları bir-birini bəyənir, gələcək həyat yol-
daşı seçirlər. Qız seçən gənc oğlan onun sifətinə qırmızı toz tökür,
əgər qız razıdırsa, o da oğlanın üstünə qırmızı toz atır, sonra oğlan
və qız bayram yerindən qaçırlar, bundan sonra onlar cəmiyyətdə
ər-arvad kimi qəbul edilirlər.
Madhya-Pradeş əl istehsalı olan ən yaxşı “çanderi sari” və
“maheşvari sari”nin vətənidir. “Çanderi” Aşoknaqar vilayətinin
Çanderi şəhərində kustar dəzgahlarda əl ilə toxunur. Bu ipək və
pambıq sari isti havada geymək üçün ideal paltar sayılır. “Çanderi
sari”nin əsas xüsusiyyəti “pallu və ya “pallav”da qızıl haşiyə və
qızıl zolağın olmasıdır. Bu sari varlı qadınlar, hind kinoaktrisaları
arasında populyardır.
Mаrаqlıdır ki, hind qаdınlаrı kişilərə nisbətən dаhа mühа-
fizəkаrdır, onlar ənənəvi gеyimlərə dаhа çох üstünlük vеrirlər.
Bunun əksinə оlаrаq, kişilər ənənəvi hind geyimləri ilə yanaşı,
Аvrоpа gеyimlərindən çox istifadə edirlər.
Kişi paltarları. Hindistanda kişilərin geyimi əsasən ipək və
pambıq parçalardan hazırlanır, bütün bölgələrdə kişilər “kurta”,
“şervani”, “longi”, “pаnt” “dhoti”, “kurta-pijama”, “çuridari”
və s. geyinir. Şəhərlərdə kişilərin əsаs gеyimləri köynək və şalvar,
kəndlərdə isə hind “kurta”sıdır.
Uzunluğu dizə qədər olan köynəyə bənzəyən “kurta” çox sər-
bəst və rahat geyimdir. İpək və yun parçadan tikilən “kurta”nı həm
kişilər, həm də qadınlar geyinə bilər. Əsasən ipək parçadan tikilən
qadın “kurta”larına rəngli saplardan və muncuqlardan naxışlar
vurulur. Kişilər isə sadə kurtalardan istifadə edirlər. Zövqdən asılı
olaraq kurta “çuridar” (dar şalvar) və ya “pacam” (enli şalvar) ilə
geyinilir. Ənənəvi “kurta”ların boyunluğu və kəsiyi olmur, lakin
müasir dövrdə müəyyən dəyişiklər baş vermişdir. Yuxarı hissədə
“kurta”nın qolu biləyə qədər uzun olur, dizə qədər, yanları kəsik
və yaxası düyməli olur. “Şervani” və “kurta” çalmasız (türban)
geyinilmir, belə olduqda paltar natamam sayılır.
Bəhmən Əliyev-Ayvazalı
202
“Kurta” keyfiyyətinə, parçasına, tikilmə üsuluna və s. görə
fərqlənir. İsti vaxtlarda pambıq və ipək parçadan tikilmiş “kur-
ta”ya üstünlük verilir, soyuqlarda isə sıx toxunmuş yun və ya
“çarka” (qadınların əldə toxuduqları parça) adlanan parçadan
istifadə olunur. Ağac və metal düymələr parçaya tikilmir, bağ-
lanır. Zinət əşyaları ilə bəzədilmiş “kurta” hind ənənəsinin mü-
hüm xüsusiyyətidir.
“Şervani” uzun don və ya cübbəyə bənzəyir, yaxalığa kimi
bağlanır. Hindlilər bayramlar, toylar münasibəti ilə “şervani” al-
mağa xəsislik etmirlər. Bu geyim adətən “şalvar” (şarovar) və ya
“çuridar” (ensiz şalvar) ilə birgə geyinilir.Toy şervanisi müxtəlif
naxışlı, yaxalığı muncuqlarla bəzənmiş həmdə rəngarəng geyim-
dir. Müxtəlif variantlardan ibarət olan “şervani” ipək və ya atlas
parçadan tikilir, tikmələrlə bəzədilir. Dizə qədər uzаnаn, yаха-
sı düyməli “şervani” Delhi sultanlığı və Baburşahlar imperiyası
dövrlərində hökmdar sülaləsi üzvlərinin, zədаganlаrın gеyimi sа-
yılırdı, əsаsən müsəlmаnlаr gеyinirdilər, sоnrаkı dövrlərdə, dаhа
dəqiq dеsək, XVIII əsrin sonundan bаşlаyаrаq bu gеyim bütün
Hindistаnа yаyıldı. Bаş gеyimi kimi “dastar”_(çalma),__“Qandi_kap”'>“türban”, “dastar” (çalma),
“Qandi kap”dаn istifаdə оlunur.
“Dhoti kurta” Hindistanda kişilərin geydiyi ənənəvi paltar-
lardan biridir. “Dhoti”nin bel və ayaq ətrafları bağlıdır, 5 metr
uzunluğda parçadan tikilir. Özünəməxsus geyinmə üsulu olan
“dhoti” düzbucaqlı formalı, ağ və ya digər eyni rəngli parçadan
ibarətdir. Hindistanın mərkəz və şimal bölgəsində, teluqu, Pən-
cabda “laacha”, Benqalda “dhuti”, Tamildə “veşti”, Kannada-
da “pancihe”, Malayalamda “mundu”, Marathidə “dhota” və
“pancha” kimi adlarla bilinən kurta “dhoti kurta” olaraq adlan-
dırılır. Cənubi Hindistanda “dhoti” bir qədər fərqlidir, Burada
kişilər çiyinlərinə saldıqları parçanı “angovastran” bəzən isə
“chokka” adı ilə tanınan köynəklə geyinirlər. Bəzi bölgələrdə ki-
şilər “lunqa”nı (2 metr uzunu, 1,5 metr eni olan parça) ətək kimi
Hindistan etnoqrafiyası
203
bədənlərinə dolayırlar. “Dhoti” adətən bayramlarda, ailə ziyafət-
lərində geyinilsə də, bir sıra hallarda kişilər çox rahat olduğundan
gündəlik də bu paltarı geyinirlər.
“Salvar” (şalvar) kifayət qədər rahat, yuxarıdan enli, büzmə-
li, aşağıdan dar olur. “Kamiz” uzun tuniki paltardır, dizə qədər
uzanır, böyürlərində belədək uzanan kəsiklər olur, bu da hərəkət
zamanı rahatlıq yaradır. Müxtəlif üsullarla tikilən “kamizlər” en-
siz “çuridar”la, “patial” formalı “salvar”, “şarara” (şalvar) ilə bir-
gə geyinilir.
“Lenqa” kəndlilərin geyindiyi “pijama”ya bənzəyən şalvar-
dır. Müxtəlif variantları olan “lenqa-çoli” -ətək (“lenqa”), Köy-
nək (“çoli”) və qolsuz üst geyimdən ibarətdir. “Lenqa” geyim
digərlərindən fərqli olaraq topuğa qədər uzanır. Ümumiyyətlə isə
“lenqa” iki tipdə olur: açıq “lenqa” və calanıb tikilən “lenqa”.
Açıq “lenqa” pambıq və ipək parçadan hazırlanır. Calaq “lenqa”
isə iki parçanın bir birinə birləşdirilib müəyyən formaya salın-
masından ibarətdir. Kəndlərdə geniş yayılmış “lenqa”nı əsasən
kişilər, bəzən də yaşlı qadınlar geyinirlər.
Regionlara və dini-etnik mənsubiyyətə görə fərqlənən tür-
banın ölçüsü insanların cəmiyyətdə tutduğu statusa görə də
fərqlənir. “Türban”ın hindlilərin həyatında mühüm yeri vardır,
başın ətrafına sarılan 5 metrlik parçadan ibarətdir. “Paqri” adı
ilə tanınan türban istidən qorunmaq üşün gözəl vasitədir. Çölün
isti iqlim şərtlərində uzun parça suda isladılır və başa dəfələrlə
dolanır. Türbanın layları gün ərzində yaş qalır və beləcə sərinlik
yaradır. Hindistanda Racastani və siqh türbanları xüsusilə məş-
hurdur. Siqhlər kəsmədikləri saçlarını “dastar”ın (türban) altın-
da gizlədirlər, bu çalma onlar üçün şücaət, şərəf kimi dəyərlərin
simvoludur. Maysurda maharacaların türbanı “peta”, Maharaş-
tada “pheta” adlanır.
“Qandi kap” ağ rəngli parçadan hazırlanmış baş geyiminin
maraqlı tarixçəsi vardır. Hindistanın azadlıq hərəkatının lideri
Dostları ilə paylaş: |