Hindistan etnoqrafiyası
225
ənənələrini qəbul edən bu miniatür məktəbi sujetləri Krişna ayin-
ləri ilə əlaqələndirərək illustrativ janrı inkisaf etdirmişdir.
XVI əsr Baburşah (Moğol) və Racastan miniatür məktəbləri
bu sənətin sonrakı inkişafını müəyyənləşdirmişdir. Əkbər şahın
hakimiyyəti illərində (1556-1605) miniatür sənətində yeni ça-
larlar ortaya çıxmışdır. Əkbər şahın islamla yanaşı, digər dinlərə
marağı, o cümlədən yezuit ruhaniləri ilə tanışlığı, onların vasitəsi
ilə Avropa miniatür sənətini öyrənməsi XVI əsrin axırıncı onil-
liklərində miniatür məktəbində dəyişiklik yaratdı, əlyazmaların
sayı artdı, bu məktəbin mövqeyi gücləndi. “Ramayana”, “Maha-
bharata”, “Hari Vayşa” mifik mətnləri fars dilinə çevrilərək, il-
lüstrasiyalara köçürülürdü. İmperator Əkbər şah həmin mətnlərdə
“həqiqət olduğuna” inanırdı. Bunun nəticəsində Moğol saray mi-
niatür sənəti ilə hindus ikonoqrafiyasının gözəl çulğalaşması baş
verirdi. Tarixi əsərlərin miniatürlərə köçürülməsi, “Əkbərnamə”,
“Tavarihe handane Teymuri”, “Əkbər şahın fil Havayı sakitləş-
dirməsi” kimi əsərlərin meydana çıxması bu sənətin inkişafının
sübutu idi. Moğol minatür sənəti ilkin dövrdə daha çox İslam dini
ilə bağlı motivlərlə zəngin idisə, Əkbər şahın zamanından baş-
layaraq, müxtəlif dinlərin (hinduizm, buddizm, xristianlıq və s.)
motivləri miniatürlərdə daha çox əks olunmağa başlayırdı.
Moğol-Baburşah miniatür sənətinin inkişafı Cahangir şahın
(1605-1627) naturalizmi bütün elementləri ilə qəbul etmək baca-
rığı ilə əlaqədar idi. Onun təbiəti müşahidə və dərk etməyə çalış-
ması saray miniatür sənətində əksini tapırdı. Cahangir şahın mi-
niatürlərində öz tərcümeyi halı –“Tazake-Canqiri”də əks olunur.
Onun 1617-ci ildə Ucayna bölgəsindəki müqəddəs Çidpuraya
səfərinə həsr olunan miniatür məşhurdur. Cahangirin hakimiyyəti
illərində yaranmış saray miniatürçüsü Bişan Dasın yaratdığı Bha-
rat Kala Bhavan toplusundan olan məşhur bir miniatürdə Aqra-
dakı bazar əksini tapmışdır, burada müxtəlif taleləri olan insanlar
sufi şeyxi Phula doğru dayanmışlar. Rəssam may səhərinin çəh-
rayı rəngini gözəl şəkildə təqdim etmişdir.
Bəhmən Əliyev-Ayvazalı
226
Baburşahlar sarayının gətirdiyi yenilik rəssamlara Çakravar-
tina konsepsiyasını təzahür etdirməyə imkan verir. Bu konsepsiya
Cahangirə “dünyanın hökmdarı” titulunu daşımağa imkan verir-
di, o, kürənin üzərində və ya ovcunda kürə şəklində təsvir olunur-
du. Burada daha mürəkkəb kompozisiya özünü göstərir, hökmdar
qum saatının üstündə oturur, bu isə zaman üzərində hakimiyyə-
ti simvolizə edir. Məlakələr imperatoru alqışlayır, göydəki iki
məlakə işıqdan sifətlərini qapayıb, onların oxları qırılıb və on-
lar imperatorun qarşısında gücsüzdürlər. Ay və günəş hökmdarın
başının üstündə dayanmışdır. Bu miniatürdə rəssam Əbül Həsən
özünü incə və yaradıcı usta kimi göstərmişdir.
Şah Cahanın hakimiyyəti illərində (1627-1657-ci illər) Mo-
ğol miniatür sənətində naturalizm yüksək inkişaf səviyyəsinə
çatmışdır, hər bir incəlik “əkbal pardaz” (“hər bir tük”) və kölgə
əsərdə əksini tapırdı. İmperatorun həyatını əks etdirən “Padşah-
namə” illüstrasiyalarında əsasən saraydan kənarda baş verən sa-
ray mənzərələri-ov səhnələri, ziyafətlər əksini tapırdı.
Övrənqzəb şahın hakimiyyəti ilərində (1657-1707-ci illər)
Cahan şahın dövründə yaranmış məktəbin ənənələri davam etmiş,
bir sıra portretlər və saray səhnələrinin əks olunduğu miniatürlər
yüksək səviyyədə işlənmişdir. Məhəmməd şahın hakimiyyətinin
(1719-1748-ci illər) ilk 10 ilində imperatorun gündəlik həyatın-
dan kənarda müxtəlif kompozisiyalar yaranmağa başladı, XVII
əsr Moğol miniatür məktəbinin nəfisliyi, özünəməxsusluğu it-
məyə başladı.
Nadir şah Əfşarın (1739-cu il) və əfqan Əhməd şah Abdalın
(1757-ci il) hücumlarından sonra Moğol miniatür sənəti özünün
şöhrətini itirməyə başladı, artıq həmin dövrdən başlayaraq, rəs-
samlar Hindistanın şimalında yerli hökmlarların saraylarında sı-
ğınacaq tapırdılar, onların təsiri altında yerli miniatür üslubları
meydana çıxırdı. XIX əsrin ortalarında ingilis işğalının başlanma-
sı, Baburşahların hakimiyyətinə son qoyulması ilə miniatür sənə-
Hindistan etnoqrafiyası
227
tinin tam olaraq çökməsi prosesi başlamışdır. Buna baxmayaraq,
Moğol-Baburşah miniatür məktəbi Racastan, Malva, Dhodpur
və Bikaner, Kişanqarh, Dekan, Pahar miniatür məktəblərinə təsir
göstərmiş, Çamba, Nurpur, Quler, Qarhval rəssamlıq məktəbləri
formalaşmışdır.
Sual və tapşırıqlar:.
1. Qədim Hindistanda sənətkarlıq
2. Hindistanda toxuculuq.
3. Hindistanda xalçaçılıq.
4.Hinduizmə görə dulusçular memarların tanrısı Vişvakar-
manın nəslindən sayılırlar.
5. Miniatür sənəti.
Bəhmən Əliyev-Ayvazalı
228
ETNOQRAFİK SÖZLÜK
Avatara- Bu təlimə görə, tanrı tarixin hər səhifəsində müxtə-
lif şəxsiyyətlərin cildində gələrək insanlara özünü tanıtdırır, pis-
liyi yox еdir və insanların еhtiyac duyduqları vəzifələri bildirir.
Bu prosеs sonsuza qədər davam еdəcək, qurtarıcı, qoruyucu tanrı
Vişnu dünyaya gəlib və müxtəlif şəkillərdə olacaqdır. Onun şəkil-
ləndiyi iki önəmli avatarı (yəni, şəxsi) Rama və Krişnadır.
Annaprasana- Hindistanda bu mərasim süddən kəsilən
körpənin ilk dəfə yemək yeyəcəyi zaman, təxminən altı aylığında
keçirilir. Veda duaları oxuna-oxuna mərasim yeməyi hazırlanır,
söz tanrısı Vaç, güc tanrısı Urcaya və s. tanrılara niyyət olunur,
qurbanlar verilir.
Airavata- Hinduizmdə tanrı İndranın fili. Okeanın çalxalan-
ması zamanı ortaya çıxmışdır. Mifologiyada dünyanın dörd tərə-
findən birini qoruyan bir canlı kimi göstərilir.
Amaravati- Hinduizmdə tanrı İndranın dünyasındakı əzəmət-
li şəhərdir. Meru dağında olduğu bildirilir. Bəzən Devapura (tan-
rıların şəhəri) və ya Pushabhasa (günəş parıltısı) kimi adlarla xa-
tırlanır. Kathasaritsaqarada nağıllarında haqqında söhbət açılır.
Anasuya- Bu söz “yaxşılıq, mərhəmət” mənalarında işlədilir.
Müdrik Atrinin arvadının adıdır. “Ramayana” dastanında Çitra-
kuta təpələrində əriylə birlikdə yaşayır. Çox dindar, özünə əziyyət
verəndir, və bu sayədə fövqəladə güclər qazanmışdır. Sita ona hər
zaman gözəl görünməsi üçün yağ vermişdir.
Antyesthi- Hinduizmdə ölü yandırılması mərasimi. Cəsəd
taxtadan xərəyə qoyularaq yandırılacağı yerə gətirilir. Yas tutan-
ların önündə gələn şəxsin başı keçəl qırxılır, mərasim zamanı o,
öndə gedir. Digər qohumları “Ram Nam Satya He”, yəni “Rama-
nın adı gerçəkdir” (yaxud Tanrının adı gerçəkdir) deyə oxuyaraq
onun arxasınca gedirlər. Cəsəd yuyulur, xüsusi hazırlanmış yerə
Dostları ilə paylaş: |