Hindistan etnoqrafiyası
219
hindlilərin “çhint”, holland tacirlərinin “chintz” adlandırdıqları
çit parçadan Avropada yalnız ən məşhur, varlı adamlar paltar ge-
yinə bilərdilər.
Hind pаrçаlаrının pоpulyаrlığı pаrçаnın rənglənməsi zаmаnı
аşılаnmа və yа kimyəvi üsullа nахışаçmаdаn istifаdə оlunmаsı-
dır. Qucаrаt və Rаcаstаndа pоpulyаr оlаn bu rəngləmə tехnikа-
sı ilə pаrçаnın üzərində “dünyа аğаcı” mоtivləri əks edilirdi. Bu
motiv хüsusilə Kоrоmаndеl sаhillərində gеniş yаyılmışdı, rəng-
ləmə üçün qəlib və yа əllə rəngləmədən istifаdə оlunurdu.
Döymə rəngli hind pаrçаlаrı Avropada pаmbıq pаrçа (chintz)
və yа bаsmаnахış çit (cаlicо) kimi məşhur idi. Son orta əsrlərdə
pаrçа iхrаcı tədricən ədviyyаt iхrаcını vurub sırаdаn çıхаrırdı.
Assamda hər bir qadın toxucu dəzgahında işləməyi bacarır,
bu işi bacarmaq qızların ərə getməsində böyük üstünlük sayılır.
Assam parçaları çiçək, quş, fil, gül və geometrik motivlər, in-
san fiqurları ilə bəzədilir, burada “eri”, qızılı rəngli “muqa” və
“pat” adlı ipək parçalar toxunur. “Eri” ipəyi (“endi” və ya “er-
rani”) keyfiyyətcə daha aşağı olmasına baxmayaraq, “ahimsa”
( zorakılıq etməmə) prinsipi ilə istehsal olunur, tut ipəkqurdu-
nun öldürülməməsi ilə xarakterikdir. Buna görə də “ahimsa”
prinsipini qəbul edən bir sıra hinduizm, caynizm, buddizm tərəf-
darları arasında çox geniş yayılmışdır. Sıx toxunmuş ağ ipəkdən
ənənəvi kişi və qadın şalı, sari, örtük və s. geyimlər hazırlanır.
Hindistanda parçaların rənglənməsində bir sıra üsullardan is-
tifadə edilir. Məsələn, burada iki min ildir ki, batik üsulu ilə par-
çalar bəzədilir. Bu üsul əsasən İndaurda (İndor) geniş yayılmışdır.
Bu üsulla ərimiş mum və ya parafin parçanın üstünə tökülür, bu-
nanla da həmin hissə rənglənmir. Bundan sonra parça soyuq rən-
gin içinə salınır, beləliklə qəribə naxışlar yaranır. Əvvəllər indiqo
yarpaqlarından alınan rəngdən istifadə edilirdi, zaman keçdikcə
başqa təbii və sintetik boyaqlardan istifadə edilməyə başlanılmış-
dır. Madhya-Pradeşdə batik vasitəsi ilə sari, köynək, örtük və s.
bəzədilir, batiklə naxışlanan sari isə “multi sari” adlandırılır.
Bəhmən Əliyev-Ayvazalı
220
“Bandhani” və ya “bandan” (Madhya Pradeşdə “bndhec”)
üsulunda isə bir neçə yerindən sarınmış və ya xüsusi rənglən-
məyən materiallarla işlənmiş parça boyağın içinə salınır, maraqlı
rənglər alınır. “Bandhani” üsulu İndaur, Udcayne və Mandsaurda
yayılmışdır.
XIX əsrdə Maharaştrada yayılan “svadeşi” hərəkatı (yerli
istehsalı dəstəkləmək) İngiltərənin iqtisadi siyasətinin əleyhinə
çıxırdı. Pune şəhərində 1849-cu ildə Qopalpa Deşmuk adlı yazar
yerli “Prabhakar” qəzetinin səhifələrində əcnəbi mallarla müqa-
yisədə yerli malları müdafiə etmişdir. Benqaliyada Naboqopa
Mitra 1867-ci ildə “Hind Mila” (Milli Yığıncaq) təşkil etmişdir,
bu təşkilatın əsas vəzifəsi yerli məhsul istehsalçısını həvəslən-
dirmək, yerli məhsul istehsalını inkişaf etdirmək idi. “Svadeşi”
nümayəndələri bunun üçün öz mübarizələrində Hindistan üçün
ənənəvi olan kustar üsulla (sənətkarlıq və toxuculuq) məhsul is-
tehsalının genişləndirilməsinə çalışırdılar. “Svadeş” XX əsrin əv-
vəllərində də hind iqtisadi düşüncəsini inkişaf etdirmişdir.
Xalçaçılıq. Hindistanda xalçaçılıq sənəti XVI əsrdən geniş
şəkildə inkişaf etməyə başlamışdır. Xovlu xalça toxuma təcrübə-
sinin Hindistana İrandan, Azərbaycandan gətirildiyi ehtimal olu-
nur. Baburşahlar zamanı bu sənət sahəsi Aqra, Delhi və Lahorda
yayılmışdır. Kəşmir toxucuları hələ XV əsrdə Zeynul Abidinin
hakimiyyəti illərində ənənəvi üsullarla İran və Orta Asiya motiv-
li xalçalar toxumuşlar. Hindistanda xalçaçılığın əsas mərkəzləri
Şrinaqar (Kəşmir ştatı), Amritsar (Pəncab), Caypur (Racastan),
Mirzapur, Aqra (Uttar Pradeş), Varanqal, Elur (Andhra Pradeş)
şəhərləri sayılır.
Amritsarda xalçaçılıq XIX əsrin əvvəlində inkişaf etməyə
başlamışdır. Burada istehsal olunan “muri” xalçaları incə toxu-
nuşu, geometrik naxışları, əla keyfiyyəti ilə seçilir. Burada Çin
motivləri ilə də xalçalar toxunur. Aqrada xalçalar qırmızı, ağ,
qara, yaşıl rənglə bol olur. Caypur (Racastan), Mirzapur şəhər-
Hindistan etnoqrafiyası
221
lərində və Badoli kəndində toxunan xalçalarda bir düymdə (2,54
sm.kv.) 80-120 ilmə, Andrha ştatında orta keyfiyyətli xalçada 30-
60 ilmə olur. Kəşmirdə döşəməyə salınan “namda” və “qabba”
adı ilə məşhur xalılar, kilimlər toxunur. “Namda” yolunma yun və
pambıqdan toxunur, “ahri” adlanan zəncirvari tikmə üsulu tətbiq
edilir. Bəzən tikmə ilə bəzədilmiş qaba cut parçasından istifadə
olunur. “Qabba” bir növ köhnəlmiş yun örtüyün yenidən emal
olunmuş variantı, növü sayıla bilər.
Hindistanda evlərdə çarpayıların üstünə salınan, bayramlar-
da istifadə olunan, yaxud süfrə kimi yerə, mizin üstünə salınan
naxışılı “darri” (“durri”) adlanan qalın pambıq parça-xalı toxu-
nur. Pəncab və Haryanada “cat” əkinçi kastasına mənsub qadın-
lar evdə istifadə üçün pambıq parça toxuyurlar. Racastan ştatının
Caysalmer və Barmer rayonlarında da yun “dari” toxunur. Bu
xalça ənənəvi olaraq geometrik naxışlar, ulduzlu motivlərlərlə
bəzədilir. Navalqund (Karnataka ştatı) rayonunda toxunan “da-
ri”lər isə “camhan” adi ilə məşhurdur. Bu xalı tutuquşu, tovuzqu-
şu rəsmləri ilə, qırmızı, sarı və qara rəngləri ilə fərqlənir. Bhavani
şəhərində isə adətən mərkəzində lotos çiçəyi motivi olan, ətrafları
və sərhədləri çiçək naxışları ilə bəzədilən ipək və pambıq qarışıqlı
“dari salema” xalçası toxunur. Varanqala (Heydarabad) rayonun-
da “bandha” və “ikat”adlanan “dari-dari”, “panca dari” toxunur.
Sahəsinin uzunu 2.29 m və eni 1.52 m. olan “dari” kifayər qədər
möhkəm olur və uzun müddət istifadə olunur.
Dulusçuluq. Bu sənət qədimdə olduğu kimi müasir dövrdə də
hindlilərin həyatında mühüm rol oynayır, dulus sənətində texniki
və dekorativ üsullar indi də tətbiq edilir. Hinduizm ənənələrinə
görə dulusçular memarların tanrısı Vişvakarmanın nəslindən
sayılırlar, burada hər bir dulus məmulatı bir əfsanə va ya rəvayət-
lə bağlıdır. Hər bir reginn bir dulusçuluq üslubu ilə məşhurdur.
Delhi və Caypur (Racastan) ağ-mavi rəngli dulus qabları, Alvar
(Racastan), həddindən artıq nazik, “kağzı” adlanan dulus məmu-
Dostları ilə paylaş: |