Bəhmən Əliyev-Ayvazalı
222
latları, Moleledə (Molele), Qucaratda tanrı təsvirləri ilə zəngin
bişmiş saxsı lövhələr (“murtikala”), Caypur, Sikar, Acmer, Bha-
ratpurda (Racastanda növbənöv saxsı qablar) istehsalı ilə məşhur-
durlar. Kaç (Qucarat), Mohali, Ludhiana, Hoshiarpurda (Pəncab)
dulus qabları, Kəşmirdə “dalqeyt” adlanan şirli qablar, Şrinaqar-
da (Kəşmir) ənənəvi dini keramika, Ladakhda ənənəvi mətbəx
avadanlıqları, Kanqra, Mandi, Kulu, Chamba, Shimla (Himaçal
Pradeş) şəhərlərində ev avadanlıqları, hədiyyələr, Kanqra qa-
ra-qırmızı gildən hazırlanan, ənənəvi olaraq qara-ağ rənglərlə bo-
yadılan qablar, Nizamabad və Azamqarhda (Uttar Pradeş) iki dəfə
bişirilən, möhkəm, qara dulus qabları və s. istehsal olunur.
Madhya Pradeş ştatının Seoni vilayətinin Paçdhar kəndində
yaşayan “kumhaar” dulusçu icması sifarişlərə uyğun olaraq du-
lus qabları və qazanları, işıq fənərləri, sikkə qutuları və digər əş-
yalar hazırlayır, hər həftə dulus məmulatlarını Madhya-Pradeş və
Maharaştra ştatlarına satış üçün göndərirlər.
Maharaştrada isə dulusçuluq işi dulusçu icmalarının yaşadığı
Bhadravati və Mumbay şəhərlərində cəmləşmişdir, burada əsasən
qara saxsı məmulatları hazırlayırlar, bu işlə əsasən müxtəlif za-
vod və fabriklərdə çalışan kişilər, eləcə də qadınlar məşğul olur-
lar. Dulusçular üçün ən gəlirli dövr fevral ayı sayılır, çünki Şiva-
ratri bayramı zamanı tanrılara qurban aparan hinduistlərin dulus
qablarına təlabatı artır.
Assamda isə dulus sənəti ənənəviliyini qoruyub saxlayır,
burada “hira” və “kumar” adlanan iki dulusçu icması fəaliyyət
göstərir. “Kumar” icması dulus çarxından istifadə edərək gildən
tanrıların fiqurlarını düzəldir. “Hira” icmasının dulusçuları isə
dulus şarxından istifadə etməyərək gilin möhkəm yoğrulması
yolu ilə məhsul hazırlayırlar. Goalpara, Kamrup, Barpetada yaşa-
yan “hira”lılar arasında dulusçuluqla əsasən qadınlar məşğul olur,
kişilər gil gətirir, məhsulu bazarlarda satırlar.
Tamilnad ştatında dulusçuluqla “kuyavar”, “kulalaar”,
“velar” adlanan sənətkarlıq catiləri məşğul olur, gündəlik lazım
Hindistan etnoqrafiyası
223
olan əşyalarla yanaşı, ibadət üçün ritual predmetləri, oyuncaqlar
istehsal edirlər. Ənənəvi olaraq tamil kəndlərinin girişində yerli
tanrı sayılan Ayyanarın (kəndin mühafizəçisi) atlı heykəli qoyu-
lur. Ayyanar kultu bütün Tamilnadu və Şri-Lankada yayılmışdır.
Onun xidmətçiləri brahmanlar deyil, dulusçu catisinə aid yerli ru-
hanilərdir. Böyük gözləri, uzun bığları və iri dişləri olan Ayyanar
öz atı və döyüşçüləri ilə kəndin girişində dayanır. Onun 6 metrlik
heykəli gil, qum və samandan hazırlanır.
Ağacişləmə. Hindistanda qədimdən ən geniş yayılmış sənət
növlərindən biri ağacişləmədir. Burada ağac daim əlçatan, asan-
lıqla emal olunan material olmuşdur. Ağac materialları silahlar,
əmək alətləri, ev tikintisi, məişət avadanlıqlarının hazırlanmasın-
da istifadə edilmişdir. Tik, sal, palıd, manqo, qaraağac, qırmızı
ağac, səndəl ağacı, gül ağacı, qoz ağacından ağacişləmə üçün ma-
terial alınır. Kəşmirdə “khatumband” və ya “khatam”, “picraki”
kimi ağacişləmə üsulları yayılmışdır. “Khatumband” (keçirtmə)
üsulu ilə evin tavanı və divarları üçün qoz və iynəyarpaqlı ağacla-
rın gövdəsindən ağac lövhələr hazırlayırlar, bu zaman mismardan
istifadə olunmur, nəticədə geometrik rəsmlər alınır. İndi bu üsul
ilə Şrinaqarda üzən otellər (hausbot), mebellər, şkaflar və s. hazır-
lanır. “Pincrakari” üsulu ilə isə yapışqansız və mismarsız oyma
barmaqlılar, çardaqlar, dekorativ arakəsmələr və onların müxtəlif
elementləri düzəldilir. Bu üsulların ən məşhur nümunələrindən
biri Şriniqarda (Kəşmir) Celam şayı sahilində 1395-ci ildə tikil-
miş və 1731-ci ildə bərpa olunmuş Şahi Həmədan məscididir.
Assamda bambuk ağacı məişət avadanlıqları, mebel, dekora-
tiv əşyalar, çərçivələr, hədiyyələr və s. hazırlanmasında istifadə
edilir. Mərkəzi Hindistanda mebellər, məişət avadanlıqları, əmək
alətləri ilə yanaşı, dini inanclarla bağlı bir çox əşyalar, Qaneş,
Krişna və s. tanrıların heykəlləri yonulur, “dhol” (zərb musiqi
aləti), “cvarmandal” (hind sitrası, kiçuk simli alət) və s. musiqi
alətləri düzəldilir. Hindistanda ağacişləmənin mərkəzi Bhuc (Kaç
Bəhmən Əliyev-Ayvazalı
224
vilayəti) sayılır, burada ağac ustaları çarpayı, uşaq beşikləri, kitab
şkafları, mətbəx avadanlıqları və s. üzrə ixtisaslaşırlar. Racastan
tanrıların ağac heykəlləri, “kathpuli” (kukla) hazırlanması sahə-
sində məşhurdur.
Miniatür sənəti. Baburşah imperatoru Əkbər sah və onun va-
risləri dövründə (XVI əsrin axırı-XVII əsrin əvvəlləri) Hindistan
müniatür sənəti geniş şəkildə inkişaf etmişdi. Hindistanda Moğol
miniatür məktəbinin təşəkkülü və inkişafinda isə istedadli təbriz-
li rəssam Mir Seyid Əlinin təsirini xüsusi qeyd etmək lazımdır.
Onun Moğol sarayına təşrif buyurması dövrün hərbi-siyasi ha-
disələri ilə sıx bağlı idi. Əfqan əmiri Şirxan Babur hökmdarı Hu-
mayun şahı məğlub edərək Hindistani ələ keçirmiş və Humayun
şah Səfəvi şahı I Təhmasibin sarayına sığınmışdı. Humayun şahın
kömək üçün müraciətinə cavab olaraq şah I Təhmasib 12 min-
lik ordunu sərkərdə Budaq xan Qacarın rəhbərliyində Hindistana
göndərmiş, Səfəvi qoşunları əfqanları ölkədən qovub çıxartmış,
Humayun şah yenidən hakimiyyətə qayıtmışdır. Humayunun hələ
Təbrizdə olarkən öz sarayına dəvət etdiyi Mir Seyid Əli basqa
rəssam və xəttatlarla birlikdə Kabilə, sonra Delhiyə getmişdir.
Mir Seyid Əli atası Mir Müsəvvirlə birlikdə uzun müddət Hin-
distanda imperator Humayun Mirzə və Əkbər şahın (1556-1605)
saray kitabxanasında işləmiş, sarayın baş rəssamı kimi 40-dan
artıq rəssamın yaradıcılıq fəaliyyətinə rəhbərlik etmişdir. Hindis-
tanda olarkən yaratdiğı ilk məşhur əsəri – “Teymurun sarayi” adli
coxfiqurlu monumental kompozisiyasina görə rəssama “nadir ul-
mulk” adi verilmişdir. Mir Seyid Əlinin və onun rəhbərliyi altın-
da işləyən saray rəssamlarının məşhur “Əmir Həmzə” dastanına
çəkilmiş illüstrasiyaları Moğol-Baburşah miniatür məktəbinin
şah əsərləridir.
XVI-XVII əsrlərdə Racastan, Pəncab, Dekanda rəngkarlıq
işinin yerli məktəbləri inkişaf etdirildi ki, bu da Racput minia-
turləri kimi tanınırdı. Qədim və Orta əsrlər hind rəngkarlığının
Dostları ilə paylaş: |