Hindistan etnoqrafiyası
229
qoyularaq üstünə quru ağac budaqları yığılır. Veda dualarının
müşayiəti altında yas tutanların başında gələn şəxs odun yığınını
yandırır, cəsəd yanır kül olur. Küllər müqəddəs sayılan çaylara
atılır. Ölü yandırılmasından 10 gün keçəndən sonra qaynadılmış
düyüdən hazırlanmış on dənə “pinda” (kürə) hazırlanır, bununla
ölünün sonrakı yaşamında ruhunun yaxşı bir bədənə girəcəyinə
inanılır. Ölünün yaxınları hər il onun adına “şraddha” mərasimi
keçirirlər. Ən məşhur ölü yandırma yeri Benaresdə Qanq çayının
sahilindədir.
Atman- Ruh. Atman təkcə insanın düşünən ruhu, zehni-dü-
şüncəsi deyil, Brahmanın özüdür. Atman-brahman dini baxımdan
bütün varlıqların müştərək ruhu sayılır. Sanskrit dilində bu məna
“tet tom isi” (“sən odsan”) kimi qəbul edilir.
Aranyaka - “Meşə kitabları” adı ilə məşhurdur və meşələrdə
asketik həyat tərzi keçirən tərki-dünya zahidlərə həsr olunmuşdur.
Brahman- Hinduizmdə yaradıcı tanrı. Brahman, yaxud Brah-
ma tanrısı varlığın özü, həqiqəti, başlanğıcı və sonudur. O, əbədi
və həmişəlikdir, hər yerdə vardır, onun vücudunda səma və yer,
maddi və ya qeyri-maddi olmasından asılı olmayaraq dünyanın
bütün varlıqları əhatə olunmuşdur. Upanişadlara görə, ən uca ger-
çəklik Brahmandır. Brahman əzəli, əbədi, hər şeyə qadir, hər şeyi
bilən və bilgisi özündən olandır.
Brahmana- Dua və qurbanlıq mərasiminin keçirilməsi ilə
əlaqədar şərh və söhbətlər toplusu.
Brahmanizmin ideoloji prinsipləri- Brahmana etiqad, Atma-
na etiqad, Karma, Sansara, Mokşa.
Drahoma- Şimali Hindistanda qız ailəsinin oğlan ailəsinə
verdiyi puldur (başlıq pulu).
Ədədlər (“Baburnamə”):
1 lek = 100.000.
100 lek = 1 kürur və ya 10.000.000.
100 kürur = 1 ərb və ya 1.000.000.000.
Bəhmən Əliyev-Ayvazalı
230
100 ərb = 1 kərb və ya 100.000.000.000.
100 kərb = 1 nil və ya 100.000.000.000.000.
100 nil = 1 pədəm və ya 100.000.000.000.000.000.
100 pədəm = 1 sanq və ya 100.000.000.000.000.000.000.
Ərk- qala, içqala, bürc, daxili qala, qala içində qala. Ətrafı
divarlarla əhatə olunan, əksərən yüksəkdə və divarla təkrar hörül-
müş qala. Hökmdarın və ya həmin yerin ən böyük əmirinin sarayı
və mühafizlərinin olduğu məkan.
Geri (hindcə, ghari)- Hindistanda zaman ölçüsü.
Geriyal- müəyyən fasilələrlə bürünc bir lövhəyə vurmaqla
saatın bildirilməsi. Bu işlə xüsusi bir kasta məşğul olurmuş.
Həftənin günləri (“Baburnamə”yə görə): Şənbə - saniçer;
Bazar - eytvar; Bazar ertəsi- somvar; Çərşənbə axşamı- manqal-
var; Çərşənbə - budvar; Cümə axşamı - prispatvar; Cümə - sükr-
varə
Hinduizmin qaynaqları- Şrutilər, Smiritilər, İtihasalar, Pura-
nalar, Aqamalar, Darşanalar.
Hindutva-hind mühafizəkar dinçi, millətçi hərəkatı.
Hicra-Kastalardan (cati) biri. Əfsanəyə görə Arcunanın
ilanlar çariçası ilə nikahından “hicra” catisi yaranmışdır. Bunlar
üçüncü cinsə mənsub insanlardır, onlar özlərini nə qadın, nə də
kişi sayırlar, axtalanma mərasimindən keçirlər. “Hicra” catisinin
üzvləri dəvət olunmadan toylara gəlir, oxuyur, oynayır, pul istə-
yirlər. Bu catiyə transseksuallar, biseksuallar, germafroditlər və
s. qəbul olunur. “Hicra” catisinin üzvləri Bahuçara Mata qadın
tanrısına ibadət edirlər.
Karnavidhna- Hind ailələrində qulaq deşmə mərasimidir,
1-4 yaşları arasında həyata keçirilir. Qız uşaqlarının sırğa taxması
üçün vacibdir.
Karma- Atmanı özünə tabe edərək onun ruhunu müəyyən
şəklə salmış insani əməl və rəftarlardır. Hinduizmə görə, “karma
qanunu” kainat nizamıdır, insanın taleyinə (başına gələcək işlərə)
Hindistan etnoqrafiyası
231
təsir еdir. Brahmanlara görə, hər fərdin “varna”sı “karma” və
“sansara” əsasında təyin olunur.
Krişnaizm-Mənbəyini hindiuzmdən götürən, vişnuizm icması-
dır. Özlərini müstəqil dini təlim tərəfdarı kimi təqdim edən krişna-
çılar Brahma, Vişnu və Şiva tanrılarına ibadət edir. Krişnaçılar öz
təlimlərini hindiuzm dini saymır, krişnaizmi din deyil, “Tanrı, yəni
Krişna haqqında elm” hesab edirlər. Krişnaçıların geyimi, gündəlik
dini həyatı, dini terminləri hindiuzmlə eynidir. Bu təlim tərəfdarları-
nın inamına görə, Krişna (“krişna” sanskritcə “qara” deməkdir) tan-
rı Vişnunun avatarıdır, İnanca görə, Krişna 5 min il əvvəl yaşamış,
həmin dövrdən onun 29 dəfə yenidən təcəssümü (avatarı) baş ver-
mişdir. Yalnız birinci təcəssüm tam olmuş, digərləri isə isə tam ol-
mamışdır. Bu dini təlimə görə, Krişnanın əsas həyat yoldaşı Şrimati
Raharanidən başqa, 16108 arvadı vardır ki, onların da hər birinin
sarayı, 10 uşağı və çoxsaylı nəvələri var. Bu dini təlimdə Krişnanın
Ratha ilə münasibətləri, Rathanın nakam məhəbbəti xüsusi yer tu-
tur. Krişnaizm təliminin inkişafında Çaytanya və onun şagirdi, şair
və filosof Rupa Qosvami (hərfən “inəklərin sahibi”) mühüm rol oy-
namışlar. Rupa Qosvami “Srimad-Bhaqavatam”a (“İlahi şəxsiyyət
haqqında gözəl povest”) əsaslanmış, vişnuit monastırlar şəbəkəsi
yaratmışdır. Onun varisi isə Svami Praphupada (1896-1977-ci il)
olmuşdur. Krişnaçılar Çaytanya, Qosvami və Praphudanı Krişna-
nın təcəssümü sayırlar. Azərbaycanda da Beynəlxalq Krişna Şüuru
Cəmiyyəti fəaliyyət göstərir.
Luli-qaraçı.
Lüng-Hindistanda qadınların paltar yerinə istifadə etdikləri
uzun bir parçanın adı, sari.
Lüngutə-Hindistanlı kişilərin paltar yerinə bellərinə bağla-
dıqları bez parçasının adı.
Mokşa- Brahmanizmdə nicat və qurtuluş yalnız “mokşa” va-
sitəsilə mümkündür. “Mokşa” isə maddiyyatı tərk edib “nirvana”-
ya çatmaqdan ibarətdir.
Dostları ilə paylaş: |