Bəhmən Əliyev-Ayvazalı
198
tikilişinə 12 metr ipək parça, atlas və ya qumaş istifadə olunur.
Qırmizi rəngdə olan bu geyim adətən müsəlman qadınların toy
paltarı olur.
Uttar Pradeşdə hinduist qadınlar “sari” və ya “salvar kami-
zi”, “dupatta” (geniş şalvar, tunik, şal) və ya “lenqa-çoli” (ətək
və köynək), müsəlman qadınlar isə “kurta”, “paca” geyinir, baş-
larını “dupatta” ilə örtürlər. Müsəlman qadınlar ənənəvi dini ge-
yimlər də geyinirlər.
“Qhaqra” Racastan qadın paltarlarının ən gözəl elementlə-
rindən biridir. Özünün baxımlılığı, rəngarəngliyi, parlaq rəsvirlə-
ri ilə Hindistanın digər bölgələrinin qadın ətəklərindən fərqlənir,
maraqlı tikmələri, güzgü və hörgüsü ilə maraq doğurur. “Kalidar
qhaqra” onlarla vertikal dilimləri, çox geniş ətəyi ilə seçilir. Hətta
bir ətəyin tikilməsinə 20 metr parça gedir, ətəyin rahat geyinilməsi
üçün qadınlar bədənlərinə tor parça sarıyırlar ki, müxtəlif bəzək-
lərdən istfadə edə bilsinlər. Qədimdə Racastanda yuxarı təbəqələrə
aid racputlar arasında sərt qaydalar hökm sürürdü, qadınları başqa
gözlərdən qorumaq üçün onları “hərəm”in yüksək divarları arasın-
da görünməz edir, örtülü kəcavədə, “parda” altında gizlədirdilər.
Lakin evin qadınlar hissəsində geyimlərə qadağalar qoyulmurdu.
Geyimlər qadınların ayaqlarında, qollarında olan qolbağları gör-
məyə imkan verirdi. Bu gün də Racastanda qadın “qhaqraları” to-
puğu belə örtəcək qədər uzundur. Qədimdən Racastanda qadınların
sevimli geyimi “odhna” və ya “odhni” adlanan pambıq və ya ipək
şal 3-4 metr uzunluğunda, 1,5-2 metr enində olur, bədənə dolanır.
Bu şal qızılı çiçək və geometrik damğalarla rənglənir, tikmə və
güzgü ilə bəzədilir. Racastanda qadınlar “odhni”dən sifəti örtmək
üşün istifadə edirlər. Bundan başqa, sifəti örtmək üçün “qhunhat”
parçası və ya “pallu”nun boş hissəsi istifadə olunur.
Yetkinlik yaşına çatmamış Racastan qızları, eləcə də yaşlı və
dul qadınlar “puthiya” adlanan kofta geyinirlər. Bu hələ yetkinlik
yaşına çatmamağı və uşaq doğmağın mümkün olmadığını göstə-
Hindistan etnoqrafiyası
199
rir. Yalnız ərə getdikdən və ya ərgənlik çağına çatdıqdan sonra qız
bu koftanı geyinmir.
Racastanın aşağı kastalarında erkən nikahlara tez-tez rast gə-
linir. Kişi “anqarkha” köynəyinə çox bənzəyən “puthiya” uzun
və qısaqollu olur, qaba pambıq parçadan tikilir, bəzi icmalarda isə
nazik çit, ipək parça istifadə olunur. Bəzən parçaya qənaət etmək
üçün kəsiklərdən əldə edilən geometrik fiqurlar birləşdirərək is-
tifadə edirlər. Ənənəyə görə, kiçik qızlara yaşıl haşiyəli qırmızı
“puthiya” geyindirilir. Bir sıra icmalarda ilk “Holi” bayramından
sonra körpə qızın qırmızı “puthiya”sı ağ rənglə əvəzlənir.
Racastanın əksər icmalarında ərli qadınlar gödək, kürəyində
V şəkilli kəsik olan, bəzən kürəyi tam açıq “kançli” ( “çoli” və
ya “anqiya”) geyinir. Bir sıra hallarda köynəyin qarşısında dörd-
künc və ya üçkünc formalı uzun parça tikilir, belə parça “petivali
kançli” adlanır. Dini-etnik fərqliliklərdən asılı olaraq bu kofta-
nın uzun və qapalı variantlarına da rast gəlinir. Bu paltar əsasən
pambıq parçadan tikilsə də ipək, məxmər və ya atlasdan da istifa-
də olunur. “Kançli” təmtəraqlı şəkildə qızılı rəngli iplər və kiçik
güzgülərlə bəzədilir. Bu köynəyin tikilməsində istifadə olunan
qırmızı rəngli parça zəfəran rəngli parça ilə birlikdə evli qadının,
evliliyin simvolu olan çiçəyi xatırladır.
“Odhni”nin naxışları “bandhani” (palrat parçası ya bütöv, ya
da hissələri bir neçə yerdən bağlanaraq rəngin içinə salınır) üsu-
lu istifadə olunaraq rənglənir, qeyri-adi rənglər alınır. Bu rəsmlər
qadının həyatı haqqında məlumat verir. Şalın ucundakı qırmızı
rəngdə böyük “bandhani” dairəsi göstərir ki, qadın ana olub.
Tünd, solğun rəngli “odhni” və “bandhani” qadının dul olmasın-
dan xəbər verir. Qırmızı lotos çiçəkləri ilə bəzədilmiş sarı rəngli
“odhni” oğulun anadan olması münasibəti ilə qayınana-qayına-
tanın gəlinə hədiyyəsidir.
Assam ştatında qadınlar iki hissədən, birincisi, ətək forma-
sında aşağı hissə “mekhla” və çiyini, sinəni örtən yuxarı hissə
Bəhmən Əliyev-Ayvazalı
200
“çadar”a üstünlük verirlər. “Çadar”ın altından “çoli” köynəyi
geyinilir, başa isə “riha” adlanan qırmızı ornamentli ağ örpək ör-
tülür. Ənənəvi “mekhla-çadar” pambıq, ipək, cut parçadan tikilir,
müasir dövrdə isə pambıq qarışıq ipək parçaya üstünlük verilir.
“Mekhla” adətən buta” adlanan kiçik təsvirlə, tikmə ilə “çadar”
isə heyvan rəsmləri, geometlik üsullu təsvirlərlə bəzədilir. As-
samda “capi” adlanan, geniş kənarları olan, bambuk və qamış-
dan hazırlanan şlyapa geyinilir. Bu ştatın dini-mədəni həyatında
“qamoça” adlanan ağ düzbucaqlı, kənarlarında qırmızı naxışlar
olan parça mühüm əhəmiyyət daşıyır. Tikilməsində əsasən pam-
bıq parça, bəzən də ipək istifadə olunan “qamoça” ilə mehrab,
müqəddəs kitablar örtülür, ağsaqqallara, qonaqlara verilir, “bihu”
rəqsində kişilər bu parçanı başlarına bağlayırlar.
Keralada qadınlar “kerala sari”, yarı sari sayılan “pava-
da davani”, parlaq rəngli, gözəl naxışlı “kalli-mundu” (ətək və
şal), “pavadai” (ətək), “davani” (köynək), ipək parçadan “pattu
pavai”, “mundum” (ətəkdən yuxarıda bədənə dolanan parça),
“neriyathum” (sağ buddan başlamaqla bədənə sarınır və sol çi-
yindən arxaya atılır), qısa “çoli”, bayram paltarı olan “kasavu
mundum neriyathum”, budlara dolanan “onnara” və ya “thaar”,
baş örtüyü sayılan “thorthu” geyinirlər. Bu ştatda qadınlar “sal-
var-kamiz” və ya “çuridar-kamiz, hətta cinsə də üstünlük verir-
lər. Keralanın xristian qadınları ənənəvi olaraq ağ rəngli köynək
olan “çatta”, köynəyin altından geyinilən “neriyattu”, müsəl-
man qadınlar qara və ya “paranca” ilə qara və ya mavi rəngli
don, “mindu”, uzun qollu köynək geyinir, “thatta” adlanan ağ
parça ilə saçlarını bağlayırlar.
Madhya-Predeş ştatında müxtəlif tayfalara mənsub qadınla-
rın paltarları bəzəklərlə zəngindir Gümüş, qızıl və alüminum, qiy-
mətli daş-qaş, qolbaq, muncuq, zinət əşyaları, sırğa, üzük, medal-
yon və s. qadınlara xüsusi gözəllik verir. Bu gözəlliyi hər il mart
ayında keçirilən, “Holi” bayramınadək davam edən “Bhaqoriya
Dostları ilə paylaş: |