HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə40/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   36   37   38   39   40   41   42   43   ...   76

Bəhmən Əliyev-Ayvazalı
122
mətnlərində əhalinin şum, səpin, suvarma, məhsulun yığılması, 
buğdanın döyülməsi və s. ilə məşğul olduğu göstərilir. 
“Riq Veda”da “qadağan olunmuş su”, “təkərlə suyun çəkil-
məsi”,  yəni  su  çarxının  işləməsi,  əkin  sahələrinin  suvarılması, 
irriqasiya  üçün  kanalların  çəkilməsi  barədə  məlumatlar  əksini 
tapmışdır. 
Veda dönəmi əhalisinə bir çox mədəni bitkilər-darı, düyü, buğ-
da, pambıq və s. tanış idi. Çəltikçiliyin inkişafı isə əsasən Qanq 
çayı vadisinin mənimsənilməsinin nəticəsi idi. Arilər isə Hindista-
na gələndən sonra çəltikçiliklə məşğul olmağa başlamışdılar. 
Veda tayfaları əkinçiliklə yanaşı, maldarlıqla da geniş məşğul 
olurdular. Tarixi- arxeoloji materiallara görə, e.ə.II minilliyin or-
talarında Hindiquş dağlarından enən arilər yeni örüş yerləri əldə 
etmək üçün əvvəlcə Hind, sonra isə Qanq çayı vadisini ələ keçir-
dilər. Bunu qazıntı məskənlərindən əldə edilən müxtəlif heyvan 
sümükləri də təsdiqləyir. Məsələn, Hastinapur qazıntıları zamanı 
“boz naxışlı keramika” mədəniyyətinə məxsus öküz, keçi, qoyun, 
donuz, at sümükləri tapılmışdır. Mətnlərdə dönə-dönə vurğulanır 
ki, mal-qara əsas var-dövlətdir. Vedalardakı himnlərin müəllifləri 
dönə-dönə tanrılara üz tuturlar ki, insanlara inək versin. Tayfala-
rarası müharibələr də inək, öküz əldə etmək üçün vasitə sayılır-
dı. Buna görə də əkinçilikdə və nəqliyyatda qoşqu qüvvəsi kimi 
istifadə olunan məhsuldar mal-qaranın ələ keçirilməsi veda tay-
faları arasında münaqişələrə səbəb olurdu. Bu baxımdan Veda-
larda əksini tapan “aqhnya” (“öldürülməməli olan”) termini ma-
raq doğurur, bu anlayışda inək nəzərdə tutulurdu. Dini inanclara 
görə, inəklərin öldürülməsinə qadağa qoyulsa da arilər qaramalı 
kəsmiş, ətindən istifadə etmişlər. Veda dövründə iribuynuzlu hey-
vanlara  müqəddəs  kimi  baxılırdı,  mal-qaranı  və  taxılı  müxtəlif 
fəlakətlərdən qorumaq üçün mərasimlər həyata keçirilirdi.
Veda dövründə (e.ə. XIII-VII əsrlər) Şimal-Şərqi Hindistanın 
əhalisi tropik iqlim və uğurlu əkin nəticəsində buğda, arpa, düyü, 


Hindistan etnoqrafiyası
123
lobya, qovun, pambıq, kətan, şəkər qamışı becərir ildə 2-3 dəfə 
məhsul yığırdılar. İntensiv əkinçilik meşələrin təmizlənməsi, ba-
taqlıqların qurudulması sayəsində inkişaf etmişdir. Kənd təsərrüfa-
tındakı tərəqqi, yeni bitkilərin əkilməsi təkmil əkinçilik alətlərinin 
ortaya çıxmasına səbəb olurdu. Qədim zamanlardan bəri Hindis-
tan təsərrüfatında maldarlıq mühüm iqtisadi rol oynayırdı. Veda 
dövründə  Qanq  vadisində  on  minlərlə  baş  iribuynuzlu  mal-qara 
saxlanılırdı. Ölkə əhalisi mal-qaranın südündən yararlanır, qoşqu 
qüvvəsi kimi istifadə edirdi, bəzən bir kotana üç cüt (6 baş) kəl 
qoşulurdu. Maraqlıdır ki, hinduizmdə tanrının təzahürlərindən biri 
sayılan Balarama (Baladeva, Balyadeva, Haladyuha) əkinçi kimi 
təsvir olunur. Qardaşı Krişnanın əksinə olaraq, daim parlaq sifətli, 
ağbəniz təsvir olunan mavi paltarlı Balaramanın əsas silahları ko-
tan və gürzdür. Balarama böyük gücə malikdir, “bala” sanskrit di-
lində “güc” deməkdir. “Bhaqavata-puran”da Balarama Krişnanın 
böyük qardaşı, Vişnunun avatarlarından biri kimi təqdim olunur. 
Vayşnavizmdə  (vişnuizm)  Balarama  Vişnunun  kosmik  okeanda 
üzərində dayandığı ilahi ilan Anantaşeşinin təcəssümü kimi qəbul 
edilir. Veda dönəmində Hindistanda fillərdən də təsərrüfatda geniş 
istifadə olunurdu, hindlilər fili müqəddəs sayırdılar.
Maqadha-Mauriya sülalərinin hakimiyyəti dönəmində Şima-
li Hindistanın Qanq sularının suvardığı tоrpaq sahələri və zən-
gin metal yataqları ölkənin inkişafında mühüm rоl оynayırdı. Bu 
dövrdə dəmir istehsalı və emalının geniş yayılması intensiv əkin-
çiliyin inkişafını təmin edirdi. 
Minillər  ərzində  kotanın  quruluşu  az  dəyişmişdir.  Kоtanlar 
üçün dəmir gavahınlar hazırlanırdı, bu da əkin işlərinin keyfiyyə-
tini artırırdı. Qədim hind mənbələrində gavahınlar haqqında mə-
lumat verilmişdir. Buddizmin ən qədim mənbələrindən оlan “Sut-
tanipate”də tоrpağı kоtanla əkən brahman haqqında danışılır. Bu 
dini mənbədə göstərilir ki, əkin zamanı gavahın elə qızmışdır ki, 
brahman onu soyutmaq üçün suya salmağa məcbur оlmuşdu. 


Bəhmən Əliyev-Ayvazalı
124
E.ə. I minillikdə əkinçilik təsərrüfatın mühüm sahələrindən 
birinə çevrilmişdi. “Panini qrammatikası”nda da qədim əhalinin 
dilində yaz və payız əkinini izah edən terminlər Maqadha-Mauri 
dövründə hindlilərin bacarıqlı əkinçilər olduğunu təsdiqləyir. Bu 
dövrdə düyü, buğda, darı əkinçiliyi genişlənmişdi. 
Maqadha-Mauriya epохasında süni suvarma yayılmışdı. Bir 
çох qədim mənbələrdə tarlaların suvarılması üçün çəkilən хüsu-
si kanallar, su qurğuları haqqında məlumat verilirdi. Daha geniş 
tоrpaqların suvarılmasını dövlət həyata keçirirdi. Bundan başqa, 
suvarma ilə kənd icmaları və ayrı-ayrı təsərrüfatlar məşğul оlur-
du. Sauraştanın e.ə. II əsrə aid mətnində qeyd оlunur ki, Mauriya 
hökmdarı Çanqraquptanın zamanında Kathiyavar yarımadasında 
yerləşən Qirnar su bəndi tikilmiş, Aşokanın zamanında möhkəm-
ləndirmə işləri görülmüş, Rudradamanenin hakimiyyəti (e.ə.150-
ci il) illərində yenidən qurulmuşdur. Bu bənd sonuncu dəfə Qupt 
hökmdarı Skandaquptanın hakimiyyəti illərində, təxminən 456-cı 
ildə bərpa edilmişdir. Əkin sahələrinin suvarılması, suyun pay-
lanmasıyla məşğul оlan məmurlar barədə e.ə. 324-300-cü illərdə 
Mauriya  hökmdarı  Çandraquptanın  sarayında  olan  yunan  səfiri 
Meqasfen də məlumat vermişdir.
Arхeоlоji  qazıntılarda  Maqadha-Mauriya  dövründə  Şimali 
və Mərkəzi Hindistanda çəltikçiliyin inkişafını təsdiqləyən mad-
di  materiallar  tapılmışdır.  Budda  mətnlərində  Maqadhada  key-
fiyyətli düyü məhsulunun оlması haqqında məlumat əksini tap-
mışdır. Patancalinin sanskrit qrammatikasına aid əsərində хüsusi 
qeyd edilir ki, Maqadhada becərlən əsas dənli bitki düyüdür. 
 Qədimdən Hindistanda ən ağır əkin işlərindən biri düyü be-
cərilməsidir, çəltik əkinləri suyun altında qalır, qızmar günəşin al-
tında isə ləklər düzəldilir, çəltik becərilirdi. Qədimdə hind kəndli-
si çəltiyi yağışlar dövrü ilə yanaşı, quru dövrdə də (qış ayları) süni 
suvarma ilə becərə bilirdi. Payızda məhsul geniş ağızlı iti oraqla 
yığılır, sonra çəltik döyülürdü. Bunun üçün düyü kürəklə göyə atı-


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə