HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə38/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   34   35   36   37   38   39   40   41   ...   76

Bəhmən Əliyev-Ayvazalı
116
sında uzanır. Şimalda yaylalar Vindiya dağları ilə başlayır. Şərq 
və qərbdəki yüksəkliklər isə Şərq Qatları və Qərb Qatları adlanır 
(“Qat” nərdivan deməkdir) Qodavari, Krişna və Koveri çayları 
qərbdən başlayaraq yaylanı ortadan kəsərək şərqdə dənizə tökü-
lürlər. Yaylanın cənubuna doğru Nilqiri sıra dağları uzanır.
Atlantik okeanı üzərindən gələn hava kütlələri Ural dağlarına 
qədər  bütün Avropanı  əhatə  etsə  də, Asiyanın  mürəkkəb  relye-
fi onların Asiyada yayılmasına imkan vermir. Hind okeanından 
materikə daxil olan mussonların qarşısını Himalay və digər digər 
yüksək sədd şəklində kəsir. Ona görə də dağətəyi hissələrdə illik 
yağıntının miqdarı bəzən 10.000 mm-dən artıq olur. Yer kürəsi-
nin ən çox yağıntı olan Çerapunci ərazisi Himalay dağlarının cə-
nub-şərq ətəklərində yerləşir. 
 Musson iqlimi Hindistan və Hind-cin yarımadaları üçün xü-
susilə səciyyəvidir. Hind okeanından materikə doğru əsən mus-
sonlar olduqca çox yağıntı gətirir. Qışda mussonlar materikdən 
dənizə  doğru  əsir. Yay  aylarında  materik  üzərində  aşağı  təzyiq 
əmələ gəldikdə bura okeanlardan ekvatorial hava kütlələri daxil 
olur. Asiyanın okean və dəniz sahillərindən mərkəzi hissələrinə 
doğru  getdikcə  demək  olar  ki,  bütün  ərazilərində  yağıntıların 
miqdarı azalır, eyni zamanda temperatur rejimi də dəyişilir.
Subekvatorial qurşaqda yerləşən Hindistan ərazisinə yağışla-
rı Hind okeanından əsən tropik yay mussonları gətirir, bu yağışlar 
iyunun əvvəllərində qərb sahillərində və iyunun ortalarında Benqa-
liyanın şərq sahillərində güclənir. Benqal körfəzi və Ərəbistan də-
nizi üzərindən keçən mussonlar Hindistan üzərində şimal-qərb is-
tiqamətində əsir. Mussonlar Qərbi Qat və Assam dağları üzərindən 
qalxaraq  16-24  km/s  arasında  dəyişən  sürətlə  buludların  yağışla 
dolmasına və yağış yağmasına səbəb olur. Sentyabr ayının axırın-
dan oktyabr ayının ortalarına qədər leysanlar kəsilir. Noyabr-fevral 
aylarında əsən şimal-şərq küləkləri havanın sərin, günəşli və qu-
raqlıq keçməsinə səbəb olur. Şimali Hindistanda ən soyuq, yəni, 


Hindistan etnoqrafiyası
117
dekabrdan fevrala qədər olan dövrdə havanın minimal temperaturu 
müsbət 12-15, maksimal temperaturu isə müsbət 26-29 dərəcə olur, 
yağıntının miqdarı azalır (ayda 63-70 mm). Mart ayından iyuna qə-
dər isti və quraqlıq mövsüm hökm sürür, aprel və may aylarında 
yağışlar azalır. Ən isti dövrdə, yəni iyun-avqust ayında tempera-
tur orta hesabla müsbət 25-35 dərəcə, nisbi rütubət 70-80% olur. 
İyun  ayının  sonunda  rütubətlilik  artır  və  Hindistanın  düzənliklə-
rində hava dözülməz istilərlə və yağışlarla müşahidə olunur. Lakin 
yüksək temperatur asanlıqla dəyişir. Şiddətli külək toz buludlarını 
yüksəyə qaldırır, üfüq sarı rəngə boyanır. Buludluluğun artması cə-
nub-qərb musson küləklərinin güclənməsi ilə müşayiət olunur və 
bu sentyabra qədər davam edir. Ən yağışlı keçən iyul ayında ya-
ğıntının miqdarı təxminən 300 mm olur, havanın temperaturu 2-3 
dərəcə aşağı düşür. Ölkənin şərqində (Benqal körfəzi sahillərində) 
musson küləkləri zəifləyir - yağıntıların miqdarı azalır, temperatur 
isə  günbəgün  artır.  Oktyabr  ayı  keçid  dövrüdür,  yüksək  rütubətə 
görə düzənliklərin səthinin buxarlanması səbəbindən yağışlar yağır.
Əhalinin təsərrüfat fəaliyyətinə iqlimin təsiri böyükdür. Asi-
yanın soyuq şimal hissələrində kənd təsərrüfatının inkişafına iq-
lim mane olduğu halda, tropik və subekvatorial qurşaqlarda iq-
lim şəraiti ildə 2-3 dəfə məhsul yetişdirməyə imkan verir. Lakin 
bəzi ərazilərdə rütubət çatışmazlığı problem kimi qarşıya çıxır. 
Musson iqlimi olan ərazilər kənd təsərrüfatı üçün olduqca əlve-
rişlidir. Ona görə də həmin ərazilər lap qədim zamanlardan mə-
nimsənilmişdir. Aralıq dənizi iqlimi subtropik bitkilər, mülayim 
iqlim, taxıl, şəkər çuğunduru, üzüm, meyvə, musson iqlimi isə 
(həm tropik və həm də subekvatorial) şəkər qamışı, çay, çəltik və 
digər bitkilərin yetişdirilməsi üçün əlverişlidir. Hind-Qanq vadisi 
düzənliklərində buğda, darı və pambıq yetişdirilir, iri buynuzlu 
mal-qara və qoyun bəslənilir. Ən bərəkətli düyü tarlaları ölkənin 
şərq sahillərindədir. Bu torpaqlarda darı da geniş şəkildə becərilir.
Qədim  zamanlardan  Hindistanda  geniş  meşə  sahələri  var-
dır. Burada müxtəlif ağac növləri, o cümlədən sidr, qırmızı ağac, 


Bəhmən Əliyev-Ayvazalı
118
bambuk, palıd, şam, səndəl və s. ağaclar bitir. Meşələr müxtəlif 
heyvanların  meymun,  şir,  pələng,  fil,  gərgədan,  bəbir,  canavar, 
maral,  qaban  və  s.  məskənidir.  Himalay  silsiləsinin  ətəklərində 
və  Qanq  deltasında  pələnglərə  rast  gəlinir.  Himalay  dağlarının 
ətəklərində və yaylalarda yaşayan fillər əhliləşdirilmişdir. Burada 
kiçik qara ayı, çaqqal, çöl iti, zolaqlı kaftar, dağ keçisi, çöl öküzü, 
meymun yaşayır. Hindistanda zəhərli ilanların ən qorxuncu kob-
ralar və engereklərdir.
Cənubi  Hindistanın  başlıca  məhsulları  qəhvə,  çay,  kauçuk, 
düyü, darı, bibər, ədviyyat, portağal, guava, hind cevizi və manqo-
dur. Meşəli dağlarda tikağacı, hind ağacı, abanoz və bambuk var-
dır. Dekanın şimalında pambıq, cənubda qəhvə, çay yetişir. 
1.2. Hindistanın təsərrüfat həyatının  
xüsusiyyətləri
Hindistаnın  xalqlarının  həyаtındа,  məişətində  əsrlərlə  fоr-
mаlаşаn ənənələr mühüm rоl оynаyır. Hər bir хаlqın və tаyfаnın 
аdətləri ümumhind mаhiyyətli olsa da, dini və еtnik mənsubiy-
yətin özünəməxsus xüsusiyyətləri təsərrüfat həyatı, məişət nоr-
mаlаrı, maddi və mənəvi mədəniyyət, ənənəvi gеyimlər, yаşаyış 
еvləri, yemək və içkilərdə və s. əksini tapır. 
Hindistanın iqtisadi həyatında iqlimi, coğrafi şəraiti mühüm 
yer tutur. Şimaldan cənuba doğru 3200 km uzanan ölkənin böl-
gələri arasında iqlim fərqləri çox böyükdür. Şaxtalı Himalay dağ-
larında qar yağanda Şimali Hindistan düzənliklərində qış günləri 
sərin, gecələr çox soyuq olur. Dekanda fəsillər arasında fərqlər 
elə də nəzərə çarpmır. Tamildə isti olsa da hava şimaldakı kimi 
həddən artıq qızmır. 
Hindistanda təsərrüfat həyatı torpağın məhsuldarlığını artıran 
musson yağışları ilə sıx bağlıdır. Oktyabrdan may ayına kimi ya-


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə