HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə35/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   31   32   33   34   35   36   37   38   ...   76

Bəhmən Əliyev-Ayvazalı
106
raha” kampaniyasının gedişində Mahatma Qandinin “duz yürü-
şü” ümummilli kampaniyaya çevrildi, ingilislər onu 1930-cu ilin 
may ayında həbs etdilər. Qandi-İrvin Paktı 1931-ci il martın 5-də 
imzalandı, HMK vətəndaş itaətsizliyi kampaniyasını dayandırdı. 
M.Qandi  1931-ci  ilin  sentyabrında  Londonda  “dairəvi  ma-
sa”ya  qoşuldu.  Toplantı  uğursuzluqla  nəticələnsə  də  iki  fərqli 
yanaşma ortaya çıxdı. HMK rəhbərliyi düşünürdü ki, Hindista-
na özünüidarə verildiyi təqdirdə icmadaxili mübahisələrin həlli 
hindlilərin daxili işidir. Artıq həmin dövrdə Hindistanın qarşısın-
da duran ən böyük problemin etnoslararası münasibətlər olduğu 
ortaya çıxmışdı. Hətta Hindistan Milli Konqresinin 1931-ci ildə 
qəbul etdiyi bayrağın rəngləri ölkənin iki əsas etnosunu-hindliləri 
və müsəlmanları ifadə edirdi. Bayraqdakı zəfəran rəngi hindi və 
yaşıl rəngi müsəlmanları, ağ rəng isə bu iki etnos arasında arzula-
nan sülhü və doğruluğu təmsil edirdi. Digər şərhə görə isə, zəfə-
ran rəngi cəsarət və fədakarlığı, ağ rəng saflıq və doğruluğu, yaşıl 
rəng bərəkət və inancı ifadə edirdi. Bayrağın üstündəki 24 telli 
təkər (çarx) 24 saatın və sonsuz bir həyat dönüşünün ifadəsidir. 
Xatırladaq ki, Hindistan bayrağı rəsmən 1947-ci ilin 22 iyu-
nunda qəbul edilmişdi Hind milli bayrağı “üç rəngli” mənasını 
verən “tiranqa” adı ilə məşhurdur. 
İngilis siyasətçilərin rəyinə görə, hind nümayəndələr öz ara-
larında razılığa gəlmədikləri təqdirdə hökumət bu problemi qanu-
ni yolla həll etməlidir. Ottavada 1932-ci ildə keçirilən İmperiya 
konfransında “İngiltərə və dominonlar arasında ikitərəfli ticarət 
haqqında”  müqavilə  imzalandı.  Britaniya  parlamenti  1935-ci 
ildə “Hindistanın idarə olunması qanunu”nu qəbul etdi. Qanuna 
görə, federasiyanın yaradılması ora qoşulmaq istəyən knyazlıq-
ların arzusundan asılı olurdu. Vitse-kral və onun icra orqanının 
(Hindistan  hökuməti)  idarəetməsi  təsdiqlənir,  xeyli  səlahiyyət 
əyalətlərə  keçirdi. 
Əyalət qanunverici şuralarına 1937-ci ilin yazında keçirilən 
seçkilərdə qalib gələn HMK 11 əyalətdən 7-də yerli hökumətləri 


Hindistan etnoqrafiyası
107
formalaşdırdı. İki il yarım davam edən idarəetmə zamanı məlum 
oldu ki, konqresçilər müsəlmanların hüquqları haqqında düşün-
mək istəmirlər. 
Müsəlman Liqasının Lahor konfransında (1940) M.Ə.Cinna 
müsəlmanların öz dövlətini qurmasının vacibliyini bildirdi. İkinci 
dünya müharibəsi ərəfəsində artıq məlum idi ki, müsəlmanların 
ayrıca  dövlətinin  yaranması  zamanın  məsələsidir,  artıq  Böyük 
Britaniya bu konsepsiya ilə razılaşmışdı. 
Britaniyanın Hindistanda kolonial siyasətinin güclənməsinə, 
sərtləşməsinə İkinci dünya müharibəsi mühüm təsir göstərdi. İn-
giltərə ilə yanaşı, onun bir sıra dominonları, o cümlədən Hindis-
tan 1939-cu il sentyabrın 3-də müharibəyə qoşuldu. 
HMK  metropoliyanı  müharibədə  dəstəkləmək  əvəzində  bir 
sıra tələblər irəli sürdü. Bu, Hindistanın öz müqəddəratını təyin 
etmə hüququnun tanınması, yeni hökumətin təcili olaraq yaradıl-
ması  və  s.  idi.  ML  isə  dəstək  əvəzində  qanunverici  orqanlarda 
müsəlmanların rolunun artırılması tələbini irəli sürürdü. 
İngilis hakimiyyətinin 1939-cu il oktyabrın 17-də nəşr etdiyi 
“Ağ kitab”da müharibədən sonra Hindistanın yeni konstitusiya-
sının hazırlanması nəzərdə tutulurdu, yeni hökumətin yaradılması 
tələbi qəbul edilmirdi, bunun əvəzində icra komitəsinin üzvlərinin 
sayının artırılması, məşvərətçi şuranın yaradılması təklifi irəli sü-
rülürdü. Oktyabr ayının 23-də HMK yeni hökumətin yaradılması 
tələbini təkrarladı. İlk dəfə olaraq, xüsusi çağırılmış təsis yığın-
cağı tərəfindən Hindistan konstitusiyasının hazırlanması ideyası 
irəli sürüldü. Müsəlman Liqasının 1940-cı il Lahor konfransının 
“Pakistan” adını almış qətnaməsində müsəlman dövlətinin qu-
rulması əksini tapdı. 
ABŞ-ın təzyiqi ilə ingilis hökuməti 1942-ci ilin mart ayında 
Hindistana tanınmış leyborist S. Krippsin başçılığı ilə nümayəndə 
heyəti göndərdi. Müharibə dövründə ingilislər hind hökumətinin 
yaradılması ilə razılaşmır, hindlilərin məsləhətçi rolunun artırıl-
masına çalışırdılar. 


Bəhmən Əliyev-Ayvazalı
108
Müharibə  dövründə  hind  hökumətinin  yaradılmasına  icazə 
verilməməsi  HMK-nin  ingilis-hind  hökuməti  ilə  əməkdaşlıq-
dan  imtina  etməsinə  gətirib  çıxardı.  Mаhаtmа  Qаndi  1942-ci 
ilin  аvqust  аyındа  yenidən  vətəndаş  itаətsizliyi  kаmpаniyаsınа 
bаşlаdı. Aksiyаlаrdа əsаs tələb ingilis qоşunlаrının təcili surətdə 
ölkədən çıхаrılmаsı idi. Bu aksiyaların yatırılması zamanı qanlı 
olayar  baş  verdi. 
HMK  rəhbərliyinin  həbsi  1939-cu  ildə  bu  təşkilаtı  tərk  еt-
miş  Subhаs  Bоsun  proseslərə  təsir  gücünü  аrtırdı.  Subhаs  Bоs 
ölkəni ingilis işğаlındаn аzаd еtmək üçün Аlmаniyа və Yаpоniyа 
ilə əməkdаşlıq еtməyə bаşlаdı. Yаpоnlаrın köməyi ilə Hind Mil-
li Оrdusunu yаrаtdı. Yаpоnlаr onu Аzаd Hindistаnın müvəqqəti 
hökumətinin bаşçısı kimi tаnıdılаr. Sinqаpurun yenidən ingilislə-
rin əlinə kеçməsi zаmаnı Hind Milli Оrdusu təslim oldu, 1945-
ci ilin sоnundа HMО əsgərləri mühаkimə edildi, Subhas Bоs isə 
аviаqəzаdа həlаk оldu. 
İngilislər 1944-cü ilin yaz aylarında yenidən HMK rəhbərləri 
ilə danışıqlara başladılar. May ayında M.Qandi həbsdən buraxıl-
dı, payızda onun M. Cinna ilə görüşü baş tutdu. Qandi müsəlman-
ların Hindistanın tərkibindən ayrılaraq müstəqilliklərini elan et-
mələri ilə razılaşdı. Müharibə başa çatsa da, iqtisаdi vəziyyətin 
pisləşməsi tətil hərəkаtını gücləndirdi, silahlı üsyanlar baş verdi. 
Böyük Britaniya İkinci dünya müharibəsindən sonra nəinki 
böyük dövlət statusuna iddia edə bilirdi, hətta beynəlxalq siyasət-
də ciddi rolu görünmürdü, nəhəng imperiya statusundan imtina 
edərək kiçik tərəfdaş rolunu oynayırdı. İkinci Dünya müharibəsi 
ingilis imperializminin iqtisadi və siyasi mövqeyinin daha da zəif-
ləməsi  ilə  nəticələndi.  Hərbi-iqtisadi  baxımdan  Birləşmiş  Ştat-
lardan asılı vəziyyətə düşən İngiltərə Hindistan da daxil olmaqla 
dünyanın  müxtəlif  bölgələrində  öz  iqtisadi  maraqlarından  Va-
şinqtonun xeyrinə imtina etdi. Atom silahının kəşfi, hərbi-strateji 
üstünlüyün ABŞ-ın əlinə keçməsi İngiltərənin beynəlxalq mövqe-


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə