HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə31/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   27   28   29   30   31   32   33   34   ...   76

Bəhmən Əliyev-Ayvazalı
94
dirirdi. Kompaniyanı XVIII əsrin ortalarında qubernator Klayv, 
ondan sonra Uerren Qastinqs idarə etmişdir. U.Qastinqs Lordlar 
Palatasında  vəzifəsindən  sui-istifadəyə  görə  günahlandırılmış-
dır. XVIII əsrin sonunda İngiltərənin gələcək Hindistan siyasəti 
müəyyənləşdi:  Hindistanın  yeganə  sahibi  ingilislər  olmalıdır; 
siyasi  müstəqilliyə  malik  olmayan  hind  racaları  hakimiyyətin 
yalnız zahiri əlamətlərini daşımalıdılar. 
“Ost-Hind” şirkətinin Hindistan siyasəti ingilis sənayesinin 
gəlirlərin  bölgüsü  ilə  bağlı  mübarizədə  əldə  etdiyi  mövqe  ilə 
müəyyənləşməyə başladı. Bunun nəticəsində İngiltərə parlamen-
tinin Hindistanın idarə edilməsində rolu artırdı, hər 10 ildən bir 
müvafiq Xartiya qəbul olunurdu. Parlamentin “Ost-Hind” kam-
paniyasının işinə müdaxiləsi 1773-cü ildə Hindistanın İdarəolun-
ması haqqında Akt ilə özünü göstərdi. Bu akta əsasən şirkət deyil, 
kral general qubernatoru, Benqal Şurası üzvlərini, Kəlküttədəki 
(Kolkata) Ali Məhkəmə üzvlərini təyin edirdi. Hindistana buraxıl-
malarına, ticarət aparmalarına imkan verilməyən tacirlər 1784-cü 
ildə Kampaniyaya qarşı çıxış etdilər. Üstəlik, İngiltərədəki torpaq 
aristokratiyası  da  “nabob”ların  (Hindistanda  varlanaraq  parla-
mentdə yer alanları belə adlandırırdılar) siyasi nüfuzunun güclən-
məsini istəmirdilər. Viqlər partiyası hesab edirdi ki, Kompaniya 
və taxt-tacın əlaqələri ingilis azadlıqlarının əsasını sarsıdır, onlar 
“Ost-Hind”i rüşvətxorluqda, satqınlıqda günahlandırırdılar. Fok-
sun viqlərin adından irəli sürdüyü Bill baş tutmadı, baş nazir U.C.
Foksu isə V. Pitt əvəzlədi. Parlamentdə 1784-cü ildə qəbul olun-
muş Pitt Aktı Kompaniya rəhbərliyinin dəyişməzliyini göstərdi. 
Reallıqda isə üstünlük ingilis nazirlər kabineti tərəfindən təqdim 
olunmuş Hindistanın İdarəedilməsi üzrə Nəzarət Şurasına keçdi, 
bu şura tədricən Hindistanın işləri üzrə ixtisaslaşmış idarəetmə 
qurumuna çevrildi. Lakin bütün mülki və hərbi vəzifələrə (Hin-
distana göndərilər ingilis ordusundan başqa) təyinat Kompaniya-
nın direktorlarının əlində idi.


Hindistan etnoqrafiyası
95
Sual və tapşırıqlar::
1.Ağ hunların hücumları.
2.Harşa dövləti.
3. Оrta əsrlərdə varna və cati sistеmi.
4. Orta əsr Hindistan dövlətləri.
5. “Ost-Hind” şirkəti.
2.3. Britaniya Hindistanı-Hindistan Respublikası
Kolonial  siyasətin  təşəkkül  tapmasında  hüquqi-qanunveri-
ci əsasların yaradılması diqqəti cəlb edir. XVIII əsrin sonundan 
başlayaraq İngiltərə parlamentində hər 10 ildən bir Hindistanın 
idarə edilməsi ilə bağlı müvafiq Xartiya qəbul olunurdu. Pitt Aktı 
ilə (1784) Hindistanın idarə edilməsi üzrə Nəzarət Şurası yaradıl-
mış, kompaniyanın ticarət monopoliyasına (1813) son qoyulmuş, 
1833-cü il Aktı ilə hökumətin Hindistana nəzarəti genişlənmişdi. 
“Sipahi  üsyanı”ndan  sonra  (1857)  Hindistan  birbaşa  İn-
giltərənin koloniyasına çevrildi, “Hindistanın yaxşı idarəolun-
ması  haqqında”  qanuna  (1858-ci  il  2  avqust)  əsasən  bu  ölkə 
Britaniya  imperiyasının  bir  hissəsi  elan  edidi.  Hindistanın 
idarəedilməsi  səlahiyyətləri  1868-ci  il  qərarı  ilə  “Ost-Hind” 
şirkətindən alındı, kraliça Viktoriya 1876-ci ildə “Hindistanın 
imperatoru”  elan  edildi. 
Hindistanın  idarə  olunması  hələ  1813-cü  ildən  İngiltərədə 
parlament mübarizəsinin predmetinə çevrilmişdi. Həmin dövrdə 
Maysor və Maratha vilayətləri ələ keçirilmişdi, ikinci ingilis-ma-
ratha müharibəsi başa çatmışdı. Hindistanın bazar kimi əhəmiy-
yəti artmışdı, ona görə də ingilis burjuaziyası “Ost-Hind” şirkə-
tinin ticarət monopoliyasına qarşı çıxırdı. Kompaniyanın Hindis-
tanın  idarə  olunmasında  üstünlüklərinə  toxunmayaraq  1813-cü 
ildə ticarət monopoliyasına son qoyuldu, yalnız Çinlə çay ticarəti 
monopoliyası saxlanıldı. Parlament nəzarətini həyata keçirən bir 


Bəhmən Əliyev-Ayvazalı
96
təşkilat kimi Nəzarət Şurasının rolu gücləndirildi. Beləliklə, Hin-
distan əvvəlki dövrlərlə müqayisədə kompaniyanın deyil, bütöv-
lükdə ingilis burjuasiyasının koloniyasına çevrildi.
İngilislər 1830-cu  illərdə ilk dəfə  olaraq Hindistanda şəkər 
qamışı  və  pambıq  plantasiyaları  salmağa  başladılar.  Nəticədə 
kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı artmağa başla-
dı. İngiltərə parlamenti 1833-cü ildə “Ost-Hind” şirkətinin ticarət 
hüququnu tam ləğv etsə də, müstəmləkə sisteminin inzibati-siyasi 
və hərbi-polis aparatı rolunu oynayan şirkəti gücləndirmək üçün 
bir sıra tədbirlər həyata keçirdi. Kral tərəfindən Benqal Şurasına 
bütün Hindistan üzrə qanunvericiliklə məşğul olan məmur təyin 
olundu, o, liberal mövqeli tarixçi C.Makoley (1800-1859) idi.
İngiltərənin  Hindistandakı  müstəmləkəçilik  dövründə  hin-
duizm, islam, xristianlıq, eləcə də Şərq və Qərb mədəniyyətinin 
qarşılaşması nəticəsində bir sıra dini dəyişiklər, islahatlar baş ve-
rirdi. XIX əsrdə hinduizm dini kütlələrlə olan əlaqəsini itirərək, 
zəifləməyə başlamışdı. Bu dinin islahatçı liderləri olan Ramakriş-
hna, Svami Vivekananda və Ram Mohan Roy hindi cəmiyyətinə 
təməldən təsir edən görüş və düşüncələriylə müasir hinduizmin 
yaradılması  prosesinə  başlamış,  “Brahma-samac”,“Arya-sa-
mac”, “Rama-Krişna” hərəkatları ortaya çıxmışdı. 
İngilislərin  işğаlı  ilk  növbədə  fеоdаl  üsul-idаrəsinin  ləğvi 
ilə  xarakterizə  olunurdu.  İşğаl  hindliləri  bütün  böyük  mаliyyə 
prоsеslərindən kənаrdа qоydu. Məsələn, cаynlаrdаn ibаrət Mаd-
rаs  tаcirləri  tədricən  ingilis  tаcirlərinin  аgеntlərinə  çеvrildilər. 
Kolonial aparatın ən mühüm elementi “sipahi” ordusu idi. 
Bu ordunun köməyi ilə ingilislər Hindistanı zəbt etmiş, hakimiy-
yətlərini polis funksiyası yerinə yetirən ordu ilə möhkəmləndir-
mişlər.  “Sipahi”  ordusunun  sayı  1830-cu  ildə  223,5  min  nəfər 
idi. Üçüncü ingilis-maratha müharibəsindən sonra (1817—1819) 
Hindistanda 30 il heç bir döyüş olmamışdı. Buna baxmayaraq in-
gilis hökuməti ordunu ləğv etməmişdir, bu ordu vergi yığılmasın-
da, üsyanların yatırılmasında istifadə olunurdu. 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə