HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə33/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   29   30   31   32   33   34   35   36   ...   76

Bəhmən Əliyev-Ayvazalı
100
rilərdən tоplаnmış kоlоniаl оrdulаr burахılmış, lоyаllıq göstərən 
siqh və bəluclаrdаn ibаrət qоşun toplanmışdı.
Üsyandan  sonra,  1860-1890-cı  illərdə  hind  milli  azadlıq 
hərəkatının mühüm mərhələsi baş vermiş, siyasi, iqtisadi, sosial 
və dini axınlar ortaya çıxmış, Hindistanın müstəqilliyi ideyası 
formalaşmışdı.
  İngilis  burjuaziyası  siyasi  hömranlığından  istifadə  edərək 
Hindistanın müstəqil iqtisadi inkişafını əngəlləyirdi. Hind burju-
aziyası formalaşdığı ilk dövrdən imperializmin siyasi və iqtisadi 
təzyiqləri ilə üzləşirdi. Kolonial istismarın güclənməsi, kapitaliz-
min inkişafı yeni siniflərin yaranmasına gətirib çıxarmaqla yana-
şı, hind cəmiyyəti ilə ingilis imperializmi arasında ziddiyyətləri 
kəskinləşdirirdi. Benqaliya, Bombey və Maharaştra ölkənin əsas 
iqtisadi-siyasi  mərkəzləri,  kolonial  Hindistanı  başqa  ölkələrlə, 
dünya  bazarı  ilə  bağlayan  bölgələr  idi.  XIX  əsrin  sonunda  bu 
şəhərlər  kapitalizmin  möhkəmləndiyi  nəhəng  yaşayış  məkanla-
rı idi. Burada ilk dəmiryolları çəkilmiş, ilk fabriklər tikilmiş, ali 
məktəblər fəaliyyətə başlamışdır. Hind xalqı ingilis hakimiyyəti-
nin yerli əhaliyə qarşı ədalətsizliyini görürdü. Siyasi-iqtisadi dis-
kriminasiya, sosial ayrı-seçkiliklərlə müşayiət olunurdu.
  Hind  milli-azadlıq  hərəkatının  mahiyyətində  duran  məsə-
lələrdən  birinin  dini  səbəblər  olduğunu  qeyd  etmək  lazımdır. 
Hindistana  gəldikləri  gündən  ingilislər  müxtəlif  dinlərin-islam, 
hinduizm, siqhizm və s. nümayəndələrinin adət-ənənələri ilə üz-
ləşdilər.  XIX  əsr  və  XX  əsrdə  konfessional  fərqliliklər  koloni-
al siyasətin və Avropa mədəniyyətinin təsiri altında hinduizmin 
intibahı başladı, müsəlmanlar arasında islam məktəbləri yarandı, 
siqhlərin dini fəaliyyətləri inkişaf etdi. XIX əsrin ikinci yarısın-
da  varna-cati  prinsiplərinin  hökm  sürdüyü,  kasta  adətlərinin 
mövcud olduğu cəmiyyətdə siyasi ideyalar islahatçı dini axınlar 
vasitəsi ilə yayılırdı. Bu səbəbdən hinduizmdə islahatlar ideya-
sı sürətlə möhkəmlənirdi. İdeyalar hinduizmi cəmiyyətin burjua 


Hindistan etnoqrafiyası
101
inkişafına uyğunlaşdırmaq idi. Digəri isə hinduizmin dirçəlişinə 
çalışır, onu milli mədəniyyətin təcəssümü sayır, yadelli hakimiy-
yətlə  assosiasiya  olunan  xristianlığa  qarşı  qoyulurdu.  Beləliklə, 
1860-cı illərdə Hindistanda azad düşünən ziyalılar nəslinin yetiş-
məsi üçün münbit şərait formalaşmış, milli-azadlıq hərəkatı üçün 
zəmin yaranmışdı. Hindistan yeni bir mərhələyə daxil olmuşdu, 
bu  dövr  azadlıq  hərəkatının  inkişafı, dini təşkilatların  aktivləş-
məsi,  milli  təşkilatların  və  hind  tarixinin  yeni  qəhrəmanlarının 
ortaya çıxması dövrü idi.
Hindistanda  hakimiyyət  institutları  kasta  sistemindən  asılı 
olmayaraq inkişaf edirdi. Tam olaraq ölkənin idarə olunmasına 
buraxılmasalar da hindlilər bu sahədə aparıcı Avropa dövlətindən 
nümunə  götürürdülər.  İctimai-siyasi  proseslərə  ən  mühüm  təsir 
göstərən məsələlər qəzetlərin nəşri, ucuz poçt xidməti, teleqraf, 
yollar  və  s.  böyük  birləşdirici  rol  oynamışdır.  Hindistanın  bö-
yük şəhərləri-Bombey, Delhi, Kəlküttə (Kolkata), Madras daxil 
olmaqla  müxtəlif  bölgələri  arasında  əlaqələr  artmış,  ölkədaxili 
ticarət  intensivləşmiş,  ölkə  xarici  ilə  ticarət  əlaqələri  genişlən-
mişdir.  Kapitalizmin  inkişafı  Hindistanın  sosial  strukturunda 
dəyişikliyə  səbəb  olur,  burjuaziya  və  proletariat  sinifləri,  milli 
ziyalılar  təbəqəsi  yaranırdı.  Hind  ziyalıları  xalqın  narazılıqları-
nın ifadəçisinə, milli-azadlıq hərəkatının hərəkətverici qüvvəsinə 
çevrildilər. 
Şimali və cənubi Hindistanda milli təşkilatlarının yaranması 
xüsusiyyətləri Benqaliya və Bombeydən fərqlənirdi, bu bölgələr-
də kapitalist sahibkarlığı ciddi inkişaf etməmişdi. 
Allahabadda 1880-ci ildə “Hindu Samac” təşkilatı yaradıldı, 
bu təşkilatın əsas tələblərindən biri hindi dillərində ibtidai təhsilin 
təşkili idi. Onlar təhsil sahəsində müstəqillik əldə etmək niyyətin-
də idilər. 
Şimali  Hindistanda  milli-azadlıq  hərəkatı  daha  çox  dini 
mahiyyət  daşıyırdı.  Bu  sırada  Məhəmməd  Kasminin  rəhbərliyi 


Bəhmən Əliyev-Ayvazalı
102
ilə  Dobandda  “Darululum”  müsəlman  icması  “Nayya  Mahaz” 
hərəkatını yaratdı, onlar əsas məqsədlərinin müsəlman və hindus-
ların ingilislərə qarşı birgə mübarizə aparmasını vacib sayırdılar. 
Lakin Deband kolonial rejimə qarşı mərkəzə çevrilmədi, təşkilat 
üzvləri daha çox teologiya ilə məşğul olduqlarından digər təşki-
latlarla əlaqə qura bilmədilər.
Xalq  hərəkatının  liberal-burjua  qanadı  ilə  birləşməsindən 
qorxuya  düşən  ingilislər  ölkə  üzrə  siyasi  təşkilatın  yaradılması 
ideyasını irəli sürdülər. Hindistan Milli Konqresinin ilk qurul-
tayı 1885-ci ildə keçirildi. Konqres Hindistan milli-burjuaziya-
sının yuxarı dairələrinin və millətçi dövlət məmurlarının məna-
feyinə cavab verirdi. Kоnqrеsin liberal qanadı tərəfindən hazır-
lanmış proqramda milli sənayenin yaradılması, vergilərin azaldıl-
ması və s. məsələlər öz əksini tapmışdı. Konqresdən ingilislər öz 
məqsədləri  üçün  yararlanırdılar. 
Hind milli azadlıq hərəkatında Hindistаn Milli Kоnqrеsinin 
xüsusi rolu vardır. ХIХ əsrin sоnlаrındа HMK əsаsən hind bur-
juаziyаsının  yuхаrı  təbəqələrinin  hüquqlаrını  qоruyаrаq,  milli 
mövqеli  zədəganlаrı,  yеrli  ziyаlılаrın  mаrаqlаrındаn  çıхış  еdir, 
ingilis  müstəmləkə  hаkimiyyətinə  lоyаl  yаnаşırdı. 
XIX  əsrin  sonuna  doğru  Hindistanda  milli  hərəkat  3  is-
tiqamətdə  inkişaf  edirdi:  mühafizəkar  (Britaniya  Hindistanı 
Assosiyası), liberal (Hind Assosiyası), radikal (kiçik burjuaziya 
demokratları). İqtisadi və siyasi əlaqələrin artması milli qüvvələ-
rin siyasi və iqtisadi maraqlarının vahidliyini təmin edirdi, ümu-
mi rəqib isə kolonial rejim idi.
Hindistanda kolonial hakimiyyətə qarşı iki müxalif cəbhə ya-
ranmışdı. Birincisi, “mülayim xətt” tərəfdarları işgüzar elit da-
irələrini təmsil edir, proteksionizmə qarşı konstitusion tələblər irəli 
sürür, iri milli sənayenin müdafiə etməyə çalışırdılar. İkincisi isə, 
“svadeşi” (sərt xətt) tərəfdarları idi, onlar ənənəvi milli istehsalı 
inkişaf etdirməyi, xarici malları boykot etməyə çağırırdı və kiçik 
burjuaziya da daxil olmaqla xalqın kütləvi dəstəyini alırdılar.


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə