HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə66/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   62   63   64   65   66   67   68   69   ...   76

Hindistan etnoqrafiyası
201
Haat”  bayramında  görmək  olar.  Bu  bayramda  bhil  və  “bhilala 
tayfalarının qız və oğlanları bir-birini bəyənir, gələcək həyat yol-
daşı seçirlər. Qız seçən gənc oğlan onun sifətinə qırmızı toz tökür, 
əgər qız razıdırsa, o da oğlanın üstünə qırmızı toz atır, sonra oğlan 
və qız bayram yerindən qaçırlar, bundan sonra onlar cəmiyyətdə 
ər-arvad kimi qəbul edilirlər. 
Madhya-Pradeş  əl  istehsalı  olan  ən  yaxşı  “çanderi  sari”  və 
“maheşvari sari”nin  vətənidir.  “Çanderi” Aşoknaqar  vilayətinin 
Çanderi şəhərində kustar dəzgahlarda əl ilə toxunur. Bu ipək və 
pambıq sari isti havada geymək üçün ideal paltar sayılır. “Çanderi 
sari”nin əsas xüsusiyyəti “pallu və ya “pallav”da qızıl haşiyə və 
qızıl zolağın olmasıdır. Bu sari varlı qadınlar, hind kinoaktrisaları 
arasında populyardır. 
Mаrаqlıdır ki, hind qаdınlаrı kişilərə nisbətən dаhа mühа-
fizəkаrdır, onlar ənənəvi gеyimlərə dаhа çох üstünlük vеrirlər
Bunun əksinə оlаrаq, kişilər ənənəvi hind geyimləri ilə yanaşı, 
Аvrоpа gеyimlərindən çox istifadə edirlər. 
Kişi paltarları. Hindistanda kişilərin geyimi əsasən ipək və 
pambıq parçalardan hazırlanır, bütün bölgələrdə kişilər “kurta”, 
“şervani”, “longi”, “pаnt” “dhoti”, “kurta-pijama”, “çuridari” 
və s. geyinir. Şəhərlərdə kişilərin əsаs gеyimləri köynək və şalvar, 
kəndlərdə isə hind “kurta”sıdır. 
Uzunluğu dizə qədər olan köynəyə bənzəyən “kurta” çox sər-
bəst və rahat geyimdir. İpək və yun parçadan tikilən “kurta”nı həm 
kişilər, həm də qadınlar geyinə bilər. Əsasən ipək parçadan tikilən 
qadın  “kurta”larına  rəngli  saplardan  və  muncuqlardan  naxışlar 
vurulur. Kişilər isə sadə kurtalardan istifadə edirlər. Zövqdən asılı 
olaraq kurta “çuridar” (dar şalvar) və ya “pacam” (enli şalvar) ilə 
geyinilir. Ənənəvi “kurta”ların boyunluğu və kəsiyi olmur, lakin 
müasir dövrdə müəyyən dəyişiklər baş vermişdir. Yuxarı hissədə 
“kurta”nın qolu biləyə qədər uzun olur, dizə qədər, yanları kəsik 
və yaxası düyməli olur. “Şervani” və “kurta” çalmasız (türban) 
geyinilmir, belə olduqda paltar natamam sayılır.


Bəhmən Əliyev-Ayvazalı
202
“Kurta” keyfiyyətinə, parçasına, tikilmə üsuluna və s. görə 
fərqlənir. İsti vaxtlarda pambıq və ipək parçadan tikilmiş “kur-
ta”ya üstünlük verilir, soyuqlarda isə sıx toxunmuş yun və ya 
“çarka”  (qadınların  əldə  toxuduqları  parça)  adlanan  parçadan 
istifadə olunur. Ağac və metal düymələr parçaya tikilmir, bağ-
lanır. Zinət əşyaları ilə bəzədilmiş “kurta” hind ənənəsinin mü-
hüm  xüsusiyyətidir.
“Şervani” uzun don və ya cübbəyə bənzəyir, yaxalığa kimi 
bağlanır. Hindlilər bayramlar, toylar münasibəti ilə “şervani” al-
mağa xəsislik etmirlər. Bu geyim adətən “şalvar” (şarovar) və ya 
“çuridar” (ensiz şalvar) ilə birgə geyinilir.Toy şervanisi müxtəlif 
naxışlı, yaxalığı muncuqlarla bəzənmiş həmdə rəngarəng geyim-
dir. Müxtəlif variantlardan ibarət olan “şervani” ipək və ya atlas 
parçadan  tikilir,  tikmələrlə  bəzədilir.  Dizə  qədər  uzаnаn,  yаха-
sı düyməli “şervani” Delhi sultanlığı və Baburşahlar imperiyası 
dövrlərində hökmdar sülaləsi üzvlərinin, zədаganlаrın gеyimi sа-
yılırdı, əsаsən müsəlmаnlаr gеyinirdilər, sоnrаkı dövrlərdə, dаhа 
dəqiq dеsək, XVIII əsrin sonundan bаşlаyаrаq bu gеyim bütün 
Hindistаnа yаyıldı. Bаş gеyimi kimi “dastar”_(çalma),__“Qandi_kap”'>“türban”, “dastar” (çalma), 
“Qandi kap”dаn istifаdə оlunur.
 “Dhoti kurta” Hindistanda kişilərin geydiyi ənənəvi paltar-
lardan  biridir.  “Dhoti”nin  bel  və  ayaq  ətrafları  bağlıdır,  5  metr 
uzunluğda  parçadan  tikilir.  Özünəməxsus  geyinmə  üsulu  olan 
“dhoti” düzbucaqlı formalı, ağ və ya digər eyni rəngli parçadan 
ibarətdir. Hindistanın mərkəz və şimal bölgəsində, teluqu, Pən-
cabda “laacha”, Benqalda “dhuti”, Tamildə “veşti”, Kannada-
da  “pancihe”,  Malayalamda  “mundu”,  Marathidə  “dhota”  və 
“pancha” kimi adlarla bilinən kurta “dhoti kurta” olaraq adlan-
dırılır.  Cənubi  Hindistanda  “dhoti”  bir  qədər  fərqlidir,  Burada 
kişilər  çiyinlərinə  saldıqları  parçanı  “angovastran”  bəzən  isə 
“chokka” adı ilə tanınan köynəklə geyinirlər. Bəzi bölgələrdə ki-
şilər “lunqa”nı (2 metr uzunu, 1,5 metr eni olan parça) ətək kimi 


Hindistan etnoqrafiyası
203
bədənlərinə dolayırlar. “Dhoti” adətən bayramlarda, ailə ziyafət-
lərində geyinilsə də, bir sıra hallarda kişilər çox rahat olduğundan 
gündəlik də bu paltarı geyinirlər. 
“Salvar” (şalvar) kifayət qədər rahat, yuxarıdan enli, büzmə-
li, aşağıdan dar olur. “Kamiz” uzun tuniki paltardır, dizə qədər 
uzanır, böyürlərində belədək uzanan kəsiklər olur, bu da hərəkət 
zamanı rahatlıq yaradır. Müxtəlif üsullarla tikilən “kamizlər” en-
siz “çuridar”la, “patial” formalı “salvar”, “şarara” (şalvar) ilə bir-
gə geyinilir.
“Lenqa” kəndlilərin geyindiyi “pijama”ya bənzəyən şalvar-
dır. Müxtəlif variantları olan “lenqa-çoli” -ətək (“lenqa”), Köy-
nək  (“çoli”)  və  qolsuz  üst  geyimdən  ibarətdir.  “Lenqa”  geyim 
digərlərindən fərqli olaraq topuğa qədər uzanır. Ümumiyyətlə isə 
“lenqa”  iki  tipdə  olur:  açıq  “lenqa”  və  calanıb  tikilən  “lenqa”. 
Açıq “lenqa” pambıq və ipək parçadan hazırlanır. Calaq “lenqa” 
isə iki parçanın bir birinə birləşdirilib müəyyən formaya salın-
masından  ibarətdir.  Kəndlərdə  geniş  yayılmış  “lenqa”nı  əsasən 
kişilər, bəzən də yaşlı qadınlar geyinirlər.
Regionlara və dini-etnik mənsubiyyətə görə fərqlənən tür-
banın  ölçüsü  insanların  cəmiyyətdə  tutduğu  statusa  görə  də 
fərqlənir. “Türban”ın hindlilərin həyatında mühüm yeri vardır, 
başın ətrafına sarılan 5 metrlik parçadan ibarətdir. “Paqri” adı 
ilə tanınan türban istidən qorunmaq üşün gözəl vasitədir. Çölün 
isti iqlim şərtlərində uzun parça suda isladılır və başa dəfələrlə 
dolanır. Türbanın layları gün ərzində yaş qalır və beləcə sərinlik 
yaradır. Hindistanda Racastani və siqh türbanları xüsusilə məş-
hurdur. Siqhlər kəsmədikləri saçlarını “dastar”ın (türban) altın-
da gizlədirlər, bu çalma onlar üçün şücaət, şərəf kimi dəyərlərin 
simvoludur. Maysurda maharacaların türbanı “peta”, Maharaş-
tada “pheta” adlanır. 
 “Qandi kap” ağ rəngli parçadan hazırlanmış baş geyiminin 
maraqlı  tarixçəsi  vardır.  Hindistanın  azadlıq  hərəkatının  lideri 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə