HiNDİstan etnoqrafiyasi (Maddi mədəniyyət)



Yüklə 141,51 Kb.
Pdf görüntüsü
səhifə63/76
tarix26.11.2017
ölçüsü141,51 Kb.
#12770
1   ...   59   60   61   62   63   64   65   66   ...   76

Bəhmən Əliyev-Ayvazalı
192
.Sual və tapşırıqlar::
1. Hindlilər inək əti, müsəlmanlar donuz əti, buddistlər isə 
heç bir ət yеməyi yеmir.
2.Hinduizm ət yeməklərinə (xüsusi ilə inək ətinə) qadağa qoyur.
3. Ədviyyat hind kulinariyasının sehirli təməlidir.
4. Hindistan mətbəxinin əsas məhsulları buğda, düyü və lo-
byadır.
5. Yeməklərin bişirilmə üsulu nəinki ştatdan-ştata, hətta ev-
dən-evə  fərqlənir.
4.3. Geyimlər
Hind geyimlərinin unikallığı özündə tarixi gedişatın təsirlə-
rini, ənənəviliyi, milli-etnik kimliyi saxlamasıdır. Bu geyim mə-
dəniyyəti tarixin müəyyən dövründə digər mədəniyyətlərin təsiri 
altında olsa belə, özü üçün ən yaxşılarını seçib saxlamış, təkmil-
ləşdirmiş,  özününküləşdirmişdir.
 Hind paltarları kifayət qədər rahat və uyğundur. Bir sıra hal-
larda kişi, qadın, uşaq geyimləri bir-birindən mahiyyətcə, ciddi 
şəkildə fərqlənmir, lakin dini, etnik, regional müxtəliflik geyim-
lərə də sirayət etmişdir. Əhalisinin sayı bir milyard nəfəri keçən 
bir ölkədə geyimlər fərqliliklərin simvoluna çevrilmişdir. 
Qərb dəbinin təsirinə baxmayaraq, hindlilər milli geyimləri 
ilə  fəxr  edir,  gündəlik  həyatlarında,  bayramlar,  ailə  ziyafətləri, 
rəsmi mərasimlər zamanı ənənəvi paltarlarını geyinməyə üstün-
lük verirlər. Hətta bir sıra geyimlər rəsmi status qazanmışdır. 
Arxeoloji və ədəbi materiallar göstərir ki, hələ e.ə. III-II mi-
nillikdə, Harappa sivilizasiyası dövründə geyimlər şəhər mədə-
niyyəti,  toxuculuq  sənətinin,  ticarətin  inkişafı  fonunda  kifayət 
qədər inkişaf etmişdir. Harappa sivilizasiyasına, Veda dönəminə, 
Maqadha-Mauri imperiyası dövrünə aid maddi materiallar, mö-


Hindistan etnoqrafiyası
193
hürlər, məbəd rəsmləri, çoxsaylı tanrı heykəlləri, barelyefləri qə-
dim Hindistanda sadə tuniki, müasir sariyə bənzəyən geyimlərin 
yayıldığını təsdiqləyir. Bu sadə geyimlərin formalaşmasında ilk 
növbədə  iqlim  şəraiti,  təsərrüfat  məişəti,  dini  inanclar  əsaslı 
rol oynamışdır. Vedalar dövründə brahmanların sadə geyimləri, 
caynistlərin geyimlərə (ağgeyinənlər, işıq geyinənlər) görə məz-
həblərə ayrılması qədimdən bəri Hindistanda geyimlərin əhalinin 
məişətindəki rolunu göstərir.
Hindistanın kişi və qadın geyimləri tаriхən dini, еtnik mən-
subiyyətinə görə bir-birindən sеçilmişdir. Maddi mədəniyyət nü-
munələrinin tədqiqindən məlum olur ki, e.ə. II əsrdə Kəşmirdə 
kişi və qadınların əsas paltarları köynək və şalvardan ibarət ol-
muşdur, bu da Kuşan imperiyası dövrünün təsiri ilə bağlıdır. Çin 
səyyahı, filosofu Syuantsyan (602-664-cü illər) yazırdı ki, kəş-
mirlilər dəri gödəkcə və ağ parçadan paltar geyinirlər. “Nilamata 
Purane”də isə bildirilirdi ki, qışda “pravana”ya bənzər sırıqlıya 
bürünür, varlılar incə yun parçadan şal (şarf) örtür, əhalinin ək-
səriyyəti qaba yun parçadan paltar geyinirdi, kişilər baş geyimi 
kimi “türban” qoyurdular. 
İslamiyyətin Hindistana gəlməsi ilə hindlilərin geyimində də-
yişikliklər baş vermiş, müsəlman adət-ənənələrinə uyğun geyim-
lər hind ənənələri ilə uzlaşmağa başlamışdır.
Hind paltarları rəng dolğunluğu, rahatlığı ilə tanınır. Qadın 
geyimləri, məsələn, sari qadına xas zərifliyi göstərir, kişi geyim-
ləri isə isti iqlimdə çox rahatdır. Hind xalqlarının geyimləri hind 
mədəniyyəti kimi rəngarəngdir. Hər kənd, şəhər bir-birindən tək-
cə  həyat  şəraitinə,  dilinə,  dininə,  yeməklərinə  və  s.  görə  deyil, 
geyimlərə, onların rəng çalarlarına, paltarların geyinilməsi üsul-
larına görə fərqlənirlər. 
XVI əsrə aid “Baburnamə”də Hindistanda şudralara və “toxu-
nulmazlar”a aid geyim bu şəkildə təsvir edilir: “Qullar və aşağı 
təbəqə tamamilə çılpaq gəzir. Lüngutə deyilən bir şeyi bağlayır 


Bəhmən Əliyev-Ayvazalı
194
və göbəkdən aşağı iki qarışlıq bir bez parçası asırlar. Bu asılan 
bez parçasının üstündə bir bez parçası daha var. Bunun bir ucunu 
lüngutənin ipinə bağlayır, digər ucunu isə iki budun arasından 
keçirərək lüngutənin arxa bağından keçirib bərkidirlər. Qadın-
ları uzun bir lüng bağlayır. Yarısını bellərinə bağlayır, yarısını 
başlarına  örtürlər”. 
Qadın geyimləri. Hindistanın milli qürur mənbəyi olan sari 
geyinilməsi ənənəsi min illərdir ki davam edir. Sarilər dаim də-
yişikliklərə məruz qalsalar da, bu paltar hindli qadınların ən se-
vimli  paltarı  kimi  daim  gündəmdədir.  Sari  düzbucaqlı  şəklində 
təxminən 5 x 9 metr uzunluğunda olan pambıq və ipək parçadan 
ibarətdir. Hind sarisinin saysız-hesabsız variantları vardır. Adətən 
bu paltar bir rəngli və ya rəngarəng olur, sadə gündəlik və qızılı 
iplərlə bəzədilmiş mərasim sarilərinə ayrılır. Müxtəlif cür geyinil-
məsi üsulları olsa da, ən geniş yayılmış üsula görə, hindli qadın-
lar sarini bədənlərinə dolayır, qabaqda büzmə əmələ gəlir. Ümu-
miyyətlə, “sari”nin çox hissəsi büzmələrdən (qırçınlar) ibarətdir, 
yelpik və “ikinci yubka” funksiyasını oynayır. Sarinin daxildəki 
ucu  paltarın  əsasıdır,  bütövlükdə  sarini  və  ya  kəmərin  altından 
geyinilmiş yubkanı (dоnu, ətəyi) saxlayır. Parçanın ucu (“pallu”) 
isə sinəni, çiyini örtür, onun kənarlarının lentləri daha çox diqqəti 
cəlb edir. “Pallu”suz sarilər də vardır. Əgər paltarda bu elementlər 
yoxdursa, onda digər bəzəklərindən istifadə olunur. Məsələn, sari 
öz rənginə uyğun köhnə sırğa və muncuqlarlа, qızılı və gümüşü 
iplər, müxtəlif enli haşiyələrlə bəzədilir. Sari “çoli” adlanan kofta 
və alt ətəklə geyinilir. Bəzən “çoli”ni saçaqlı parçadan hazırlanan, 
uclarında qotaz olan “dupatta” adlanan çiyinlik əvəzləyir. 
 Toy  və  mərasimlər  üçün  dərzilərin  kustar  üsullarla  xüsusi 
olaraq hazırladığı sarı daha yüksək qiymətləndirilir, belə sarilə-
rin naxışları fərdi olur, iş sona çatdıqdan sonra dərzi həmin naxış 
eskizlərini məhv edir. Belə bir sarini geyən qadın bilir ki, onun 
paltarı təkrarolunmazdır. Sarinin rəng seçimi o qədər çoxdur ki, 


Yüklə 141,51 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə