Reqressiya analizi
116
Bu çatışmamazlığı aradan qal-
dırmaq üçün robust (yəni kobud)
reqressiya üsulu işlənmişdir. O,
robustluğu artırmaq üçün əlavə
olaraq M-qiymətləndiricisini da-
xil edir. Reqressiya analizi fizi-
ka, iqtisadiyyat, texnika və digər
sahələrdə ölçmələrin nəticələrinin
emalında geniş istifadə olunan
üsullardan biridir. Maşınqayır-
mada istifadə olunan →dispersiya
analizi
və
→eksperimentlərin
planlanması reqressiya model-
lərinə əsaslanır.
(alm. die Regressionsanalyse, ingl.
Regression analysis)
Reley dalğaları sərbəst, yastı sət-
hi dalğalardır. Onun gərginlik və
genişlənmə sahəsi dərinlik art-
dıqca azalır (şəkil 1). Elastik mühitin uzununa
və eninə dalğaları Lord Reyleyin (ingl.
Rayleigh) adını daşıyan, yarım fəzada qüvvə
təsir etməyən səthdə yayılan dalğalarla təsvir
olunur. Enerji təsiri səthin üst qatına yaxın
sahədə cəmləşdiyindən, burada söhbət fəzada
yayılan dalğalarla müqayisədə enerji dolu, ya-
yılma sürəti eninə dalğalarından azca fərqlənən
dalğalardan gedir.
Şəkil 1. Reley dalağaları
(alm. die Rayleigh-Welle, ingl.
Rayleigh waves)
Rels ilk dəfə dəmir yolunda tətbiq olunduğun-
dan onun adı da bu nəqliyyat növü ilə bağlıdır.
Bərkitmə, kərənlər, balastlar və qoruyucu ör-
tüklə o, dəmir yolunun üst qatını təşkil edir.
Relsin iki əsas funksiyası vardır: çarxların təz-
Şəkil 1. Rels profilləri
yiqini qəbul edib onu kərənlərə ötürmək. Yük
götürmək üçün relsin profili böyük əhəmiyyət
kəsb edir (şəkil 1). Profildən asılı olaraq ya-
ranan müqavimət momenti relsə təsir edən
əyilmə-dartılma-gərginliyini, həmçinin onun
uzunömürlülüyünü müəyyən edir. Qatarların
sürətləri artdıqca yaranan dinamik qüvvələrin
meyillənməsi də artır. Profil ölçüləri dəyiş-
mədikdə bu ona təsir edən gərginliyin art-
masına gətirib çıxarır. Onları yalnız bura-
xılabilən gərginliyin sərhəd qiymətinə qədər
yükləmək olur. Gərginlik buraxılabilən qiy-
mətin yuxarı həddinə çatdıqda başqa profil gö-
türmək məsləhət görülür. Bu halda yeyilmənin
qiyməti ikinci dərəcəli rol oynayır.
Yönəldicilik baxımından relslərin materia-
lının xassələri, əsasən yeyilmənin qiyməti en-
siz qövslərdə möhkəmliyə müəyyən dərəcədə
təsir göstərir. O, çarxların relslə təmasda ol-
duğu zonalarda səthin zədələnməsini və çarx-
ların yan tillərinin dağılmasına gətirb çıxara
bilir. Ona görə də, ensiz qövslər olan sahələr-
də daha yüksək keyfiyyətli poladlardan hazır-
lanmış relslərdən istifadə etmək tövsiyyə olu-
nur.
Son illərdə işlənmiş çoxlu sayda rels profil-
Rels
117
lərdən enli ayağa malik olanı daha geniş
yayılmışdır. Onun en kəsiyi simmetrik olub,
boyun, ayaq və keçiddən ibarətdir. Müxtəlif
relslər bir metrəyə düşən çəkilərinə görə
fərqləndirilirlər.
Relslərdə istismar zamanı yaranan riflər son
illər aparılan tədqiqatların mərkəzində durur.
Rif dedikdə hündürlüyü 0,1÷0,3 mm, addımı
3-6 mm olan dalğavarilik başa düşülür. Yüksək
sürət qatarlarında riflər yüksək tezlikli səslər
yaradır və titrəmələr sayəsində bərkidici vasi-
tələrin boşalmasına gətirib çıxarırlar. Əgər
relslərin dəyişdirilməsi nəzərdə tutulmayıbsa,
onda riflər pardaqlama yolu ilə aradan
qaldırılır.
(alm. die Schiene, ingl. Rail profile)
Rels emaledən maşın relslərin üzərindəki qey-
ri-hamarlıqları çıxaramq üçün müxətlif me-
xaniki emal üsullarından istifadə edən ma-
şındır. Kiçik dərinlikdə olan nahamarlıqlar
pardaqlama ilə çıxarılır. Bunun üçün pardaq
dairələri hidravlik olaraq relsin üzərinə sıxılır
və osillyasiya edərək irəliyə hərəkət etdirilir.
Pardaqlama osillyasiya və irəli hərəkətin cəmi
nəticəsində relsin üzərindən metal qatını
çıxarır. Paradqlama rejimləri səthın keyfiy-
yətindən asılı olaraq seçilir.
Dərinliyi çox olan kələkötürlüklər, səthdəki
ovuntular və böyük deformasiyalar daha çox
material çıxarmağı tələb edir. Bu da pardaq-
lama ilə həyata keçirilə bilmədiyindən,
çoxgedişli yonmadan istifadə edilir. Yonma
aqreqatı çoxlu diyircəklərlə relsə söykənir.
Üfüqi diyircəklər yan tərəfdən yönəltməyə
xidmət edir. Aqreqatın relsə sıxılması hidravlik
baş verir. Yonma aqreqatında müxtəlif ölçülü
kəskilərin tətbiqi mümkündür. Relsin uzunluğu
boyunca çoxlu sayda diyircəkdən istifadə
etməklə kəskilərin relsin səthindəki dal-
ğavarilik boyunca hərəkətinin qarşısı alınır.
Yonma zamanı aqreqatla hərəkət edən yon-
qaryığıcı maqnit qüvvəsinin təsiri altında
çıxarılan yonqarları yığıb lentlə əsas qurğuya
nəql edir.
(alm. die Schienenbearbeitungsmaschine, ingl. Rail
grinding machine)
Resipiyent vakuum texnikasında istifadə olu-
nan çəndir (şəkil 1). Bu çəndən hava vakuum
nasosu ilə sorularaq orada vakuum yaradılır.
Resipiyentlər adətən paslanmayan poladdan
hazırlanır, əvvəllər şüşədən də istifadə olu-
nurdu.
Şəkil 1. Resipiyent
Vakuumun stabil qalması üçün resipiyent elə
kipləşdirilir ki, o ətraf mühitlə qaz və maye
mübadiləsinə girməsin. Resipiyntin sökülə-
bilən hissələri arasında elastomer və ya metal
kipləşdiriciləri yerləşdirilir. Kipləşdirici mate-
rial kimi çox vaxt vitondan istifadə edilir.
Ultrayüksək vakuumlarda mis kipləşdiricilər
də tətbiq tapırlar.
Ultrayüksək vakuumu əldə etmək üçün
resipiyent 200°C-yə, vakuuma daha yüksək
tələblər qoyulduqda isə hətta 400°C qədər qız-
dırılır. Qızdırma resipiyentin daxilində yer-
ləşmiş istilik ötürücüləri ilə əldə edilir.
(alm. die Rezipient, ingl. Vacuum chamber)
Ressorlar yükdaşıyıcı maşınlarda (avtomobil,
lokomotiv, qatar, araba, traktor) qat-qat yığıl-
mış, zəif ellips formasına malik lövhlərdən
hazırlanaraq təkərlərdən (çarxlardan, tırtılar--
dan) gövdəyə gələn titrəmələrin söndürül-
məsində tətbiq olunur.