Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə67/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   63   64   65   66   67   68   69   70   ...   211

Rəqs    

 

130 


 

Yaranma  hərəkətlərinə  görə  rəqslər  aşağıda-

kılara bölünürlər: 

Sərbəst  rəqslər.  Əlavə  enerji  daxil  edilmədən 

tədricən sönən rəqslərə sərbəst rəqslər deyilir. 



Özü  həyacanlanan  rəqslər.  Sistemin  özü  tərə-

findən törədilən rəqslərə deyilir. 



Kənardan  həyacanlandırılmış  rəqslər.  Xarici 

qüvvənin  təsiri  nəticəsində  yaranan  rəqslərə 

deyilir.  

 

(alm. die Schwingung, ingl. Oscillation



 

Rəqsedən  sistemin  keyfiyyət  əmsalı  rəqsin 

bir  dövründə  sistemin  yığdığı  enerjinin  rəqs 

üçün  sərf  olunan  enerjiyə  nisbəti  ilə  səciy-

yələnən göstəricisidir.  Bu,  sistemin  keyfiyyəti 

haqqında  təsəvvür  yaradır.  Belə  ki,  sistemin 

keyfiyyət  əmsalı  nə  qədər  yuxarı  olarsa,  onda 

sistemdə bir dövr ərzində enerji itkisi bir o qə-

dər  aşağı  olur.  Bu  göstəricidən  əsasən  elek-

trotexnikada geniş istifadə edilir.   

 

(alm. der Gütefaktor des schwingenden Systems



ingl. Quality factor of the oscillating system

 

Rəqsin zəiflədilməsi maşın dinamikasında öy-

rənilən  sahələrdən  olub,  maşınların  istismarı 

zaman  yarana  biləcək  rəqslərin  aradan  qal-

dırılması  və  ya  minimallaşdırılmasına    çalışır. 

Bu  rəqslərə  özü  və  kənardan    həyacanlanan, 

eləcə  də  zərbə  təsirləri  nəticəsində  yarana 

biləcək rəqslər  də  aid  edilir.   Rəqslərin zəiflə-

dilməsi  tədbirləri  rəqsin  mənbəyi  və  həya-

canlandırma  mexanizminin  məlum  olmasını 

əsas götürür. Rəqslərin zəiflədilməsi üçün aşa-

ğıdakı imkanlar mövcuddur: 

 

Rəqsin 



yaranma 

səbəbinin 

aradan 

qaldırılması, 



 

Səbəb və təsirin bir-birindən ayrılması,  

 

Məxsusi yırğalanma halının  



 

dəyişdirilməsi, 

 

Rezonans halının dəyişdirilməsi. 



Ən  effektiv  üsul  rəqsin  yaranma  səbəbini  

aradan  götürməkdən  və  ya  zəiflətməkdən  iba-

rətdir.  Əgər  rəqsləri  yaradan  hər  hansı  bir 

maşın  növü  olarsa,  onda  onu  başqası  ilə  əvəz 

etmək gərəkdir (4 silindrli mühərrik əvəzinə 6-

silindrli,  porşenli  nasos  əvəzinə  mərkəzdən-

qaçma nasosu və s.). Emal texnologiyası baxı- 

mından  tətbiq  olunan  tədbirlər  (lazımsız 

araboşluqlarının  aradan  qaldırılması,  hamar 

yolların  düzəldilməsi)  də  effektivlidir.  Bəzi 

hallarda həyacanlanma mexanizmini sındırmaq 

olur (öz-özünə həyacanlanan vallarda  silindrik 

sürüşmə  yastığı  əvəzinə  bir  neçə  təbəqəli 

yastığın tətbiqi). 

Lazımi  tədbirlərin  ikinci  qrupuna  rəqslərin 

dəf  olunması  və  izolə  edilməsi  daxildir.  Dəf-

etmə  enerjini udan  və  ya  relaksiya  edən  aralıq 

qatlarından  istifadə  olunmaqla    əldə  olunur. 

Çox  vaxt  bunun  üçün  palıd,  rezin  və  ya  lifli 

materiallardan 

hazırlanmış 

ara 


qatından 

istifadə edilir. →Rəqslərin izolyasiyası zamanı  

həyacanlandırıcıda  rəqqasa  ötürülən  enerji 

elastiki  aralıq  qatının  köməyi  ilə  zəif-

lədilməsinə  çalışılır.  Misal  kimi  həssas  qur-

ğunun  rəqslər  yaradan  maşınlardan  qorumaq 

üçün yumşaq bünövrədə öturdulmasını  göstər-

mək olar.   

Maşın  və  maşın  hissələrinin  məxsusi  rəqset-

mə  halı  onun  məxsusi  tezliyini  sürüşdürməklə 

və  ya  əlavə 

rəqssöndürənlər  quraşdrmaqla 



dəyişdirilə  bilər.  Yüklədilmiş  rəqssöndürmə 

qısa  müddətli  zərbələrdən  yaranan  məxsusi 

rəqslərin  tez  sönməsinə  gətirib    çıxarır  (avto-

mobillərdə amortizatorlar zərbəni yox, yaranan 

rəqsləri  söndürür).    Rezonans  tezliyi  yaxınlı-

ğında işləyən maşınların hissələrinin kütləsi və 

ya  sərtliyi  elə  dəyişdirilir  ki,  tezlik  işçi  tez-

likdən  uzaqda  yerləşsin  və  beləliklə  təhlükəli 

hal aradan qaldırılır.  

Rezonans  tezliyin  özünün  minimallaşdı-

rılması  üçün  sistemə  bir  başa  rəqs  söndürcüsü 

və ya uducusu mexanizmlərinin quraşdırılması 

məqsədəuyğundur.  Rəqssöndürən  sistemdən 

enerjini  götürür,  onun  tərəfindən  yaradılan  

qüvvə işçi  qüvvənin əksinə yönəlir və beləiklə 

onun  təsirini  zəiflədir.  →Rəqsudanlar  yırğa-

lanan  sistemə  daxil  edilmiş,  onunla  yayla 

əlaqələndirilmiş əlavə yükdən ibarətdir. İşləmə 

prinsipi  ondan  ibarətdir  ki,  yırğalanan  kütlə 

sistemdəki  rəqsin  yaratdığı  geriyə  qaytarma 

qüvvəsinin əksinə təsir edir və enerji udmadan 

onu  zəiflədir.  Çatışmayan  cəhəti  onun  yalnız 

bir tezlikdə tətbiq oluna bilməsidir. 

 

(alm. die Schwingungsminderung, ingl.  Vibration 



Reduction)


Rəqslərin sönməsi  

 

131 


 

 

Rəqslərin  sönməsi  zaman  keçdikcə  sistemdə 

baş verən enerji itkisi nəticəsində rəqsin inten-

sivliyinin azalması ilə səciyyələnir. Buna misal 

olaraq  mexaniki  sistemlərdə  sürtünmə  nəti-

cəsində  yaranan  enerji  itkisini  (rəqslərin  sön-

məsi) göstərmək olar. Rəqslərin sönməsi qanu-

nauyğunluğu  sistemin  enerji  itkisi  və  digər 

xassələri  ilə  təyin  olunur.  Mexaniki  sistemin 

hərəkət  sürətinin  kvadratı  ilə  mütənasib  olan 

enerji azalması (rəqsin sönmə halı) daha geniş 

öyrənilmişdir.  Bu  halda  rəqsin  sönmə  qa-

nunauyğunluğu  eksponensial  xaraketr  daşıyır 

və həndəsi silsilə üzrə azalır (şəkil 1). 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Rəqsin sönməsi  

Ao- başlanğıc amplituda, T-perioddur 

 

Rəqslərin  sönməsini  yaradan  enerji  itkisi 



onların dövriliyini pozur və ona görə də, rəqsin 

sonməsi  prosesi  dövri  olmur.  Bunun  səbə-

bindən  ona  period  və tezlilik  kimi  parametrlər 

tətbiq  edilə  bilinirlər.  Ancaq  söndürmə  kiçik 

olduqda  sistemin  halı  təkrar  olunur  və  bu  za-

man  şərti  olaraq  period  anlayışından  istifadə 

etmək olar. 

 

(alm.  gedämpfte  Schwingung,  ingl.  Damped  oscil-



lation

 

Rəqssöndürənlər rəqslərin mexaniki enerjisini 

istilik  enerjisinə  çevirməklə  texniki  sistemin 

rəqslərinin  amplitudasını  azaltmağa  çalışan 

hissələrdir. Bunlar o vaxt tətbiq olunur ki, sis-

temin  özünün  yerləşdiyi  yataqlar  rəqsləri  eti-

barlı  həddə  saxlamağa  kifayət  etmir.  Məcburi 

rəqslərdə rezonas  həddindən  kənarda  söndür- 

mənin  tətbiqi az  effektivlidir  və  bəzi  hallarda 

titrəmələri izoləetmə baxımından təhlükəlidir. 

Rəqssöndürənlər  arasında  enerjini  maye  və 

qaz mühitdə çevirməklə və bərk cismlərin sür-

tünməsi sayəsində söndürənlər fərqlənirlər. 

Şəkil  1-də  yaylı  və  yaysız  birləşdirilmiş  fır-

lanan rəqs söndürənlər verilmişdir.Yaysız sön-

dürənlər birləşdirici yaylara düşən yükləri ara-

dan  qaldırmaq  üçün  istifadə  olunur  və  özlü 

rəqssöndrənlər  kimi böyük  dizel  mühərriklə-

rində rast gəlinir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Rəqssöndürənlər 

a-yaylı:  1-söndürücü  kütlə,  2-rezin  yay,  3-şayba,  4-

fırlanma  oxu,  b-sürtünmə:  1-söndürücü  kütlə,  2-

sıxıcı  yay,  3-əyləc  üzü,  4-diyirlənmə    oymağı,  5-

şayba, 6-fırlanma oxu, c-mayeli : 1-söndürücü kütlə, 

2-gövdə, 3-söndürücü maye, 4-fırlanma oxu 



 

(alm. der Dämpfer, ingl. Damper



 

Rəqsudanlar  rəqs  söndürənlərin  xüsusi  növü-

dür.  Ümumi  sistemin  yırğalanmasını  zəiflət-

mək  üçün  mexaniki 

rəqqasa  arzu  olunmaz 



yırğalanmanın  yarandığı  yerdə  elastiki  yayla 

kiçik əlavə yük bağlanır.  Rəqs udanın xarakte-

rik tezlikləri ilə həyacanlanma tezlikləri uzlaş-

dırıldıqda qoşulma yerində rəqsin hərəkəti mi-

nimallaşdırılır. Bu tədbir texniki sistemin rezo-

nans  tezliyində  həyacanlandırıldıqda  daha  ef-

fektli  olur.  Bu  effekt  ona  əsaslanır  ki,  texni-

ki   sistem  udma  qurğusu  ilə  bərabər əlavə  sər-

bəstlik  dərəcəsinə  malik  olur  və  rezonans  tez-

liyi  sürüşür.  Udma  mexanizminin  kütləsi  ilə 

ümumi sistem arasındakı nisbət effekt sahəsinə 

təsir edir. Udanın kiçik kütləsində  effekt sahə- 

si  kiçilir,  belə  ki,  həyacanlanma  tezliyinin



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə