Yüksək sürətli pardaqlama
396
çox vaxt dərin yüksək sürətli pardaqlama da
adlandırırlar.
Prosesin yüksək sürətlərdə aparılması tətbiq
olunan pardaq dairəsinə xüsusi tələbat qoyur.
Pardaq dairəsi yüksək dağılma möhkəmliyi və
titrəmələri
söndürmə
xassələrinə
malik
olmalıdır. Yüksək proses təhlükəsizliyi və ki-
fayət qədər kəsicilik qabiliyyəti onun tətbiq
olunan proses üçün uyğunluğunu müəyyən
edən şərtlərdəndir. Ona görə də, bu prosesdə
ilk növbədə, yüksək möhkəmlikli birləşdirici
əsasında hazırlanmış, yüksək bərkliyə malik
abraziv materiallardan istifadə edilir.
80÷120 m/s arasında yerləşən sürətlərdə
işlənilən pardaq dairəsinin çevrəvi sınma sürəti
250 m/s-ə bərabər olur. Birləşdirici kimi
keramika və bronza, abraziv material kimi
kubik bor nitrid və almaz geniş tətbiq edilir.
Adi pardaqlamada əldə edilən nailiyyətlər
qətran əsaslı korund pardaq dairələrinin 120
m/s-yə sürətlərdə tətbiqini mümkün etmişdir.
Bu dairələrin üstünlüyü ucuz olmaları və asan
profilləşdirilmələridir.
Dərin pardaqlamada olduğu kimi burada da
güclü soyuducu yağlayıcı maye sisteminə
ehtiyac vardır. Yüksək sürətlərdə adətən saf
pardaqlama yağı tətbiq edilir. O, yüksək təzyiq
(20 bar) altında dəqiqədə 100÷500 l həcmdə
kəsmə zonasına vurulur. Eyni zamanda
dairənin işçi səthi əlavə olaraq vurulan maye
ilə yonqarlardan təmizlənir. Təzyiqi 20÷100
bar olan soyuducu yağlayıcı maye dairənin
səthinə
püskürdülür.
Məqsəd
dənəciklər
arasında piylənmə effektini zəiflətməkdir ki,
onun kəsicilik qabiliyyəti aşağı düşməsin.
Şəkil 1. Yüksək sürətli pardaqlamada tətbiq olunan
soyutma sistemi
(alm. das Hochgeschwindigkeitsschleifen, ingl.
Hihg speed grinding)
Yüksək tezlikli (YT) şpindel mexaniki emal
prosesinin yüksək kəsmə sürətlərində apa-
rılması üçün böyük dövrlər sayına malik
şpindel mühərrikidir. Baş ötürmənin tərkib his-
səsi olan bu mühərrik daha dəqiq komponent-
lərdən təşkil olunmuş, xüsusi alət bərkitmə və
soyuducu-yağlayıcı mayenin verilmə sisteminə
malikdir (şəkil 1).
İlk dəfə 1970-ci illərdə Darmstadt Texniki
Universitetində yüksək sürətli emal üçün layi-
hələndirilmiş elektromaqnit şpindeli dəqiqədə
maksimal 35000 dövrlər sayına malik idi.
Praktikada özünü doğrultduqdan sonra o,
sürətlə yayılmağa başlayır. Hal-hazırda diyir-
lənmə və elektromaqnit yastıqlı YT mühərrik-
lərdən istifadə edilir.
Şəkil 1. Yüksək tezlikli şpindel mühərriki
Diyirlənmə yastıqları ilə təchiz olunmuş
şpindel digərlərindən ucuz başa gəlməsi,
təhlükəsiz və böyük yükgötürmə qabiliyyəti ilə
fərqlənir. Çatışmayan cəhəti rotorun diametri-
nin məhdud olması və bununla bağlı aşağı
sərtlik, titrəmənin uzunömürlülüyə təsiri və
məxsusi tezliyin zəif sönməsindən ibarətdir.
Bundan əlavə YT-şpindellərin fırlanma mo-
menti dövrlər sayından kəskin asılıdır. Onlar
lazımi momenti yalnız müəyyən dövrlər
sayından sonra alır və heç də tam dövrlər sayı
diapozunu üzrə sabit saxlamır. Yəni sona yaxın
momentin qiyməti aşağı düşür ki, bu da dövr-
lər sayının diapazonundan tam səmərəli
istifadə etməyə imkan vermir.
Üstün cəhəti elektromaqnit yastıqlı elektrik
mühərriklərini aşağı sürtünmə momentinə,
yüksək dövrlər tezliyi və böyük diametrə malik
olmasıdir (şəkil 2). Bu şpindellərlə 200000
dövrlər sayını əldə etmək mümkündür.
Yüksək tezlikli şpindel
397
.
Şəkil 2. YT-şpindelin moment-dövrlər say diaqramı
(Fişer firması)
Şpindellərdə təhlükəsizlik işi soyutma, qida-
lanma, dolaqların qızması və yükləmə senzor-
larla izlənir.
Şpindelin emal zamanı təmin etdiyi dəqiqlik
əsasən alətin şpindeldə bağlanması üsulu və
mexanizmin dəqiqliyindən asılıdır. Frezləmə,
burğulama, zenkerləmə kimi emallarda tətbiq
olunan şpindellərdə alətlərin bərkidilməsi şpin-
delin daxilində, rotora inteqrasiya olunmuş
sıxıcı sistemlə həyata keçirilir (şəkil 3). Bu
mexanizmlərdə quyruq hissəsi konusvari olan
alət tutqaclarının bərkidilməsi yayla, açılması
isə hidravlik və ya pnevmatik yerinə yetirilir.
Yüksək dövrlər sayında yaranan mərkəzdən-
qaçma qüvvəsinin təsirindən şpindel sisteminin
təşkiledicilərinin deformasiyasını və radial
vurmasını azaltmaq üçün onların həndəsi for-
maları optimallaşdırılır və sonda tarazlaşdırılır.
Müasir YT şpindellərdə kəsici alətərin emal
zamanı daxildən soyudulması üçün deşiklər
nəzərdə tutulur.
Şəkil 3. Yüksək sürətli frezləmə şpindelində tətbiq
olunan daxili sıxıcı mexanizmi
(alm. die Hochfrequenzspindel, ingl. High Frequen-
cy Spindle )
Yüksək sürətli fotoqrafiya tez baş verən pro-
seslərin (məsələn: kəsmədə yonqarın əmələ-
gəlməsi) fotokamera ilə çəkilib insan gözü ilə
reallaşdırıla bilən formaya salmaq üçün şəkil-
çəkmə üsuludur. Xüsusi yüksəktezlikli kame-
ranın tətbiqi ilə proses çəkilərək aşağı şəkil-
dəyişmə (ŞD) tezliyində nümayiş etdirilir.
Yüksəksürətli fotoqrafiya qurğusu aşağıdakı
hissələrdən ibarətdir:
Obyektiv,
Qapayıcı mexanizm, bu işığın obyektivə
daxil olmasını tənzim edir,
Yaddaş, bu rəqəmli və ya sərt ola bilər,
Ötürmə mexanizmi.
Nisbətən aşağı ŞD-ə mexanizmlərinin hərəkəti
elektromotor mühərriklə yerinə yetirilir.
Hal-hazırda bu məqsədlə tətbiq olunan kame-
ralar rəqəmli yaddaşa malikdirlər. Onlar sa-
niyədə 500÷1000 şəkil çəkə bilirlər (müqayisə
üçün: normal filmçəkmədə bir sanyədə 25 şə-
kil çəkilir). Rəqəmli kameralarda CCD (→Ka-
mera ölçmə texnologiyası) və ya CMOS
(“Complementary-symmetry/metal-oxide semi-
conductor”, yəni “
Metal oksidli tranzistorlu
yarımkeçiricilərdə komplementar məntiq”)
tipli senzorlardan istifadə olunur. Çəkmə sürəti
bir başa alınan şəklin və ya filmin keyfiyyətinə
təsir edir, çünki kameranın mikroprosessoru
yalnız müəyyən həcmdə verilənləri yaddaşa ala
bilir. Ona görə də, sürət artdıqca vahid za-
manda əldə olunan şəkillərin sayı azalır. Ən
son kameraların şəkil elementi 2048×2048
piksel olsa da, sənayedə 1024×768 piksel ilə
işləyən yüksəksürətli kameralardan istifadə
olunur.
Şəkil 1.Yüksək sürətli kamera ilə çəkilmiş şəkil