Zay məhsul
402
Zay məhsul xətalara malik, verilmiş stan-
darta, texniki şərtlərə və normativ sənədlərə
uyğun gəlməyən material, pəstah və ya məmul
adlanır. Zay məhsulun əlamətləri hissənin key-
fiyyətinin və ya texniki tələbatların təmin olun-
mamasıdır.
Məhsulun zay alınmasının səbəbi dəzgahın
düzgün sazlanmaması, avadanlığın və alətin
xətalı işləməsi, sənədlərin səhv
tərtib olunması, işçinin ixtisasının
kifayət qədər olmaması və s. ola
bilər.
Bərpa olunan və son zay məh-
sullar fərqlənirlər. Bərpası texniki
cəhətdən
mümkün
və
iqtisadi
cəhətdən əlverişli olan məmullar
bərpaolunabilənlərə aid edilir. Son
zay məhsulun emalı isə texniki
cəhətdən mümkün deyil və ya sərf
olunan əmək tutumu iqtisadi mey-
yarı ödəmir. Belə məhsullar →utili-
zasiya olunurlar.
Zay məhsulla əlavə xərclər yara-
nır ki, nəticədə istehsal gəliri aşağı
düşür. Məhsulun keyfiyyətinə statistik üsullara
əsaslanan nəzarət keyfiyyət menecmentində
baxılır (→Keyfiyyətin statistik üsulla təmin
olunması).
(alm. der Ausschuß, ingl.
Faulty products
)
Zenker deşiklərin zenkerlənməsi (→Zenker-
ləmə) üçün tətbiq olunan kəsici alətdir. Bu
alətlər adətən mərkəzləyici burğu ilə birlikdə
yığılmış şəkildə tətbiq olunur. Zenkerin ölçü-
ləri emal olunan deşiyin diametrindən asılı
olaraq təyin edilir. Onun təpə bucağı 60° təşkil
edir. Zenkerlər konstruksiyasına görə bütöv,
taxma və yığma (dişləri gövdədə yerləşdiri-
lmiş) olurlar. Diametri 10÷25 mm arasında
olan zenkerlər bütöv (şəkil 1a), böyük olanlar
isə taxma və ya yığma konstruksiyasına malik
olurlar. Zenkerlər kəsən dişlərinin formasına
görə spiral və düzdişli, dişlərin sayına görə isə
üçdişli (bütöv) və dörddişli (taxma) hazırla-
nırlar (şəkil 1).
Burğulardan fərqli olaraq təpəsində eninə
tilin olmaması zenkerlərin dişlərinin işləməsi
üçün əlverişli şərait yaradır. Baş plan bucağı
ϕ
= 45÷60° arasında, qabaq bucaq emal
olunan materialdan asılı olaraq
γ = 0
÷30°
həddində götürülür. Dal bucağın qiyməti kəsi-
lən qatın qalınlığından asılı olub
α = 6
÷15°
intervalından seçilir. Kəsən tilin meyl bucağı
kəskilərdə olduğu kimi müsbət, mənfi və ya
sıfır ola bilir. Dişlərin möhkəmliyi baxımından
λ
=12÷15° məsləhət görülür.
Şəkil 1. Zenklerlər
a-tezkəsən alət poladından hazırlanmış zenker: l
1
-
kəsici til; l
2
-kalibrləyici hissə;
l
3
- boyun; l
4
-quyruq;
l
5
-pəncə; 1-qabaq üz; 2- dal üz; 3-kəsici til, 4-faska;
b-bərk xəlitədən hazırlanmış zenker
Zenker üzərindəki vintvari qanovun meyl
bucağı (
ω
) yonqarəmələgəlmə prosesinə bir
başa təsir etdiyindən qiymətinin əlverişli seçil-
məsi əhəmiyyətlidir. Əlvan metalların ema-
lında
ω
= 25÷40°, bərk poladların emalında
ω
= 15÷20°, çuqunların emalında isə
ω
= 10°
götürülür.
Kəsən hissəsi tezkəsən alət poladından, quy-
ruq hissəsi isə karbonlu poladdan hazırlanır.
Yıqma zenkerlərdə kəsici hissə kimi bərk xəli-
tədən istifadə edilir.
Zenkerlərin yeyilmə həddi diametrdən asılı
olaraq dal üz üzrə h
d
=0,2÷1,5 mm buraxılır.
(alm. der Senker, ingl. Ccountersink cutter)
Zenkerləmə tökmə və ya döymə yolu ilə
alınmış hissələrdə əvvəlcədən mövcud olan və
ya burğulanmış deşiklərin zenker (→Zenker)
aləti vasitəsilə aparılan mexaniki emal üsu-
ludur. Bu üsuldan silindrik deşiklərin bolt və
Zenkerləmə
403
vintlərin başlıqları, həmçinin şayba üçün yu-
vaların hazırlanmasında istifadə edilir (şəkil 1).
Şəkil 1. Xarici və daxili müstəvi səthlərin və profil
səthlərin zenkerlənməsi
Şəkil 2. Zenkerləmədə kəsmə elementləri
Zenkerləmə həmçinin rayberlənən (→Ray-
berləmə) deşiklərin burğulamadan sonra aralıq
emalında tətbiq olunur. Zenker, burğu alətinə
nisbətən böyük kəsmə tillərinə malik oldu-
ğundan daha təmiz və dəqiq səthlər almağa
imkan verir. Zenkerləmə əməliyyatı deşmə
emal mərkəzlərində yerinə yetirilir. Zenker-
ləmədə kəsmənin həndəsi parametrləri şəkil 2-
də təsvir olunmuşdur. Burada parametrlərin
təyini genətlmə burğulamasında olduğu kimi
təyin olunur.
(alm. das Senken, ingl.Counterbore)
Zəncir hazırlayan avtomat qaynaq olunmuş
həlqəli zəncirlərin hazırlanması üçün axın
xəttidir. Avtomat xətti zəncir bağlayan, zəncir
qaynaqedən və kalibrləyici avtomatlardan iba-
rətdir. Zəncir dairəvi məftildən (diametri 25
mm-ə qədər) soyuq halda hörülməklə və
qızdırılaraq (diametri 38 mm-ə qədər) təmas
səthlərini qaynaq etməklə hazırlanır. Zəncir
hazırlayan avtomat zəncirlərin əyilməsi və
bağlanmasını təmin edən məftilin hərəkəti
üçün veriş mexanizminə (tərpənməz matrisa
daxilindən), dayaqda əyilməsi və kəsilməsi
mexanizmlərinə malikdir. Avtomatda qaynaq
edilən zəncir həlqələri kalibrləşdirilir və sonra
sınaq yükü ilə yoxlanılır.
(alm. der Kettenautomat, ingl. Chain assembly ma-
chine)
Zəncir muftası açılıb-bağlana bilməyən sərt
müftadır. O, ilişmə üçün əsas sayılan zəncir
çarxlarından ibarətdir (şəkil 1).
Şəkil 1. Zəncir muftasının təşkilediciləri
Zəncir çarxları arasında əlaqə ikiqat diyircək
zənciri və ya dişli zəncirdən təşkil olunur. Bu
mufta fırlanma momentini kinematik ilişmə
sayəsində yerinə yetirir, o valların çox kiçik
uzununa, eninə və bucaq yerdəyişmələrinə im-
kan verir. Təhlükəsizilik baxımından zəncirli
mufta xaricdən qabıqla qorunur. Zəncirlər həm
metaldan, həm də süni materiallardan hazırlana
bilir. Sonuncu halda zəncir muftası fırlanma
istiqamətində az elastiklik göstərir.
(alm. die Kettenkuplung, ingl. Chain coupling)
Zəncir ötürməsi dartma ötürməsi olub, polad
zəncirlərin köməyi ilə fırlanma hərəkətini pa-
ralel vallar arasında ötürməyə xidmət edir.
Ötürmə oymaq, diyircək və ya dişli zəncirlərin
köməyi ilə yerinə yetirilir. Fırlanma zamanı
böyük mərkəzdənqaçma qüvvəsi yarandığına
görə zəncir ötürməsi aşağı sürətlərdə böyük
çevrəvi qüvvələrin ötürülməsində tətbiq edilir.
Böyük güclərdə işləyən ötürmədə bir neçə
zəncir boltlarla bir-birinə bərkidilir (şəkil 1).
Ən sadə zəncir birləşməsi oymaqlı zəncir ötür-
məsidir (şəkil 2).