Zəncir ötürməsi
404
Şəkil 1. İki cərgəli zəncir ötürməsi
O, oymaq preslənmiş lövhədən (I) ibarət daxili
və çivi preslənmiş xarici bənddən (A) ibarətdir.
Çivi oymağa keçirilərək hərəkətli birləşmə
yaradır. Yeyilməni və səs yaranmasını azal-
tmaq üçün oymağa fırlanan diyircək keçirilir.
İş zamanı bu diyircəklər ulduzcuqlarla təmasda
olaraq səlis iş yaradır. Zəncirlərin birləşdirilib-
açılması üçün ona qıfıl hissəsi əlavə edilir.
Əvvəlcədən tarım çəkilməsinə ehtiyac yoxdur,
çünki birləşmə kinematik ilişmə əsasında baş
verir. Ona görə də, faydalı qüvvə (F
n
) qollarda
yaradılan qüvvəyə (F
1
) bərabər olur. Ancaq
digər tərəfdən zəncirin boş asılması da yol
verilməzdir. Bu, fırlanma zamanı zəncirin ul-
duzcuqlardan çıxmasına səbəb ola bilər.
Zəncir ötürməsinin geniş tətbiq sahəsi
→maşınqayırma, →kənd təsərrüfatı maşınları
və nəqledici maşınlardan ibarətdir. Maşınqa-
yırmada zəncir ötürməsi 15 m/san-yə qədər
sürətlərdə və 100 kVt-a qədər güc ötürməsində
işlədilir. Xüsusi intiqallarda iş sürəti 35 m/san-
yə, güc isə bir neçə min kVt həddində ola bilər.
Bu ötürmənin köməyi ilə hərəkət 8m-ə qədər
bir məsafəyə ötürülə bilir. Bundan əlavə onun
kiçik qabarit ölçülərə, sabit ötürmə ədədi və
yüksək f.i.ə.-na malik olması müəyyən üs-
tünlüklər verir. Zəncir ötürməsinin çatışmayan
cəhətləri ondan ibarətdir ki, ulduzcuqların diş-
lərinin sayı və addımı arasında ciddi asılılıq
mövcuddur. Bu pozulduqda ötürmədə prob-
lemlər yaranır. Məsələn, dişlərin sayı az, ad-
dım böyük olduqda zəncir ötürməsi səsli
işləyir, yeyilmə böyük olur, titrəmələr yaranır.
Ötürmənin istiqamətini dəyişmək üçün ötür-
mədə hərəkəti dayandırmaq lazımdır. Zəncir
ötürməsində hərəkəti yalnız paralel vallar ara-
Şəkil 2. Oymaqlı zəncir birləşməsinin quruluşu
sında ötürmək mümkündür.
Zəncir ötürməsinin davamlığına onun bənd-
lərinin möhkəmliyindən çox oymaq və çivilər
arasında yeyilmə prosesi daha çox təsir edir.
Yeyilmə zamanı bölgünün qiyməti böyüyür və
nəticədə zəncir dişlərdən kənara sıçrayır. Buna
görə də, zəncir yenisi ilə əvəz olunmalıdır.
Zəncir lövhələri tablandırılmış ortakarbonlu
və legirlənmiş poladlardan (40
;
45
;
50
;
30
;
XHZA) hazırlanır. Oymaq və diyircəklər üçün
bərkliyi HRC 40…65 olan sementləşdirilmiş
poladlar (10
;
15
;
20
;
12XHZA
;
20XHZA
;
30XHZA) tətbiq edilir. Ulduzcuqlar bütöv və
ya quraşdırılmış konstruksiyalardan hazırlanır.
Burada da ortakarbonlu poladlardan (40
;
45
;
4X0
;
50Q2
;
35XQCA
;
40XH) istifadə
edilir. Səs-küyü və yeyilməni azaltmaq məq-
sədilə çox vaxt ulduzcuqların dişləri plastmasla
örtülür.
Zəncir ötürməsinin hazırlanması böyük
xərclərlə bağlıdır. Ancaq onlar səssiz iş, aşağı
poliqon effekti, yüksək çevrəvi sürət və diyir-
cəkli quruluşda aşağı yeyilmə göstərirlər.
Zəncir çarxları →evolvent profilə malik olub,
dişlərin yan səthləri 30° bucaq altında maili
hazırlanırlar.
Zəncir ötürməsində ötürmə ədədi bu düsturla
tapılır:
Bu nisbət içşi sürətlərdən asılı olaraq
müxtəlif qiymətlər alır. Adi ötürmədə u
≤
8,
1
2
1
2
2
1
d
d
z
z
n
n
u
=
=
Zəncir ötürməsi
405
aşağı sürətlərdə işlyən ötürmədə isə u
≤
15
götürülür. Ulduzcuqların arasındakı məsafə
emprik olaraq təyin edilir: a= (30...50)
⋅
p,
burada p ulduzcuğun dişinin addımıdır. Zən-
cirin uzunluğu qayış ötürməsində olduğu kimi
tapılır. Bəndlərin sayı cüt olmalıdır, əks halda
aralıq bənddən istifadə etmək lazım gəlir.
Qayış ötürməsindən fərqli olaraq zəncir
ötürməsində gərilmə qüvvəsinin yaradılmasına
ehtiyac yoxdur. Aparan qolda qüvvə belə ta-
pılır: F
aparan
= F
t
+F
g
+F
v
. Burada F
t
= 2
⋅
T
1
/d
1
ötürülən faydalı qüvvədir
;
F
q
=K
t
⋅
q
⋅
a
⋅
g zəncirin
sallanmasından yaranan qüvvədir (q zəncirin 1
metrinin kütləsi, kq/m
;
a mərkəzlərarası məsa-
fə
;
g sərbsətdüşmə təcili, m/san
2
;
K
t
mərkəzləri
birləşdirən xəttin vəziyyətini nəzərə alan əm-
sal, ötürmənin mailliyindən asılı olaraq 1...6
arasında dəyişir)
;
F
v
=qv
2
mərkəzdənqaçma
qüvvəsinin zəncirdə yaratdığı dartıcı qüvvədir.
(alm. die Kettengetriebe, ingl. Chain drive)
Zəncir ulduzcuğu üzərində dişlər olan profil-
lənmiş çarxdır. O, zəncir ötürməsinin tərkib
hissəsi olaraq güc ötürmək üçün məsul hissə
hesab olunur. Ulduzcuğun dişli çarxdan fərqi
ondadır ki, onlar bir biri ilə təmasa girmirlər.
Onlar dişli ötürmələrin tətbiqi mümkün olma-
yan sahələrdə tətbiq olunurlar. →Zəncir ötür-
məsinin tərkib hissəsi kimi ulduzcuqlardan
velosiped, avtomobil, motosikletlər, həmçinin
məişət texnikasında fırlanma hərəkətini iki val
arasında ötürmək üçün geniş istifadə olunur.
Velosipedlərdə istifadə olunan ulduzcuq dəsti
(çox cərgəli) aparan və aparılan val arasında
ötrümə nisbətini ulduzcuğun diametrini dəyiş-
məklə tənzimləməyə imkan verir.
Ulduzcuqların profilləri standartlaşdırılmış-
dır. Onların ölçüləri, materialı tətbiq sahəsin-
dən asılı olaraq cədvəl şəklində verilir. İstehsal
zamanı ulduzcuqların əsas səthləri 45..55 HRC
həddinə qədər bərkidilmiş orta karbonlu və
legirli poladlardan (45, 40X, 50Q2, 35XQCA,
40 XN) hazırlanırlar. Səssiz və səliş işləməsi
tələb olunan ötürmələrdə (P<5kVt və v=8 m/s)
ulduzcuqların çənbərlərini →plastmasdan (tek-
stolit, poliformaldeqid, poliamid) hazırlamaq
məsləhət görülür.
Dişlərinin sayı çox olan ulduzcuqlar zərbə
təsirləri olmadıqda çuqun materialından hazır-
lana bilirlər. →Yeyilmə baxımından əlverişsiz
iş şəraitində işləyən ulduzcuqların hazırlanma-
sında antifriksion və tablandırılmış, yüksək-
möhkəmlikli çuqunlardan istifadə olunur
(məsələn: →kənd təsərrüfatı texnikasında).
(alm. das Ritzel, ingl. Sprocket)
Zərbə (hidravlik) maye ilə dolu sistemdə
sürətin çox qısa bir zaman kəsiyində dəyiş-
məsi nəticəsində yaranır. Boru ventillərinin
sürətlə bağlanması və ya açılması zamanı bu
effekt yarana bilər. Birtinci halda zərbə
müsbət, ikinci halda isə mənfi adlanır. Müsbət
hidozərbələr qorxuludur. Müsbət hidrozər-
bələrdə sıxılabilməyən maye sıxılabilən kimi
baxılır. Hidravlik zərbələr borularda uzununa
çatlar, dağılma və ya boru xəttinin digər
elementlərinin zədələnməsinə gətirib çıxara bi-
lər. Belə zərbələr həmçinin istilik dəyişicilər,
nasoslar və təzyiq altında işləyən nazik borular
üçün təhlükəlidir. Borularda yarana biləcək
hidravlik zərbələrin qarşısını almaq üçün əks-
əlaqə klapanlarından istifadə edilir. Hidravlik
zərbələr həmçinin porşenli mühərriklərdə də
baş verə bilər. Porşenin üst hissəsi su ilə dol-
duqda, porşen son ölü nöqtəsinə qədər çat-
madan mayeni sıxmağa başlayır ki, bu da işin
dayanmasına və mühərrikin hissələrinin (şatun,
silindr başlığının sınması, kipləşdiricinin dağıl-
ması və s.) sınmasına gətirib çıxarır, çünki,
maye sıxılabilməyəndir .
Hidravlik zərbəni ilk dəfə olaraq rus alimi
Jukovski (1897-1899) araşdırmışdır. Zərbədən
yaranan təzyiq artımı üçün o aşağıdakı düsturu
çıxartmışdır:
∆
p=
ρ
(v
0
-v
1
)c
burada:
∆
p-
təzyiqin artımıdır, Pa,
ρ
-
mayenin sıxlığıdır, kq/m
3
,
v
0
və
v
1
-mayenin boruda ventili bağ-
lamadan əvvəl və sonra yaranan orta
sürətləridir, m/s,
c- boru boyunca zərbə dalğasının
yayılma sürətidir.
Jukovski sübut emişdir ki, zərbə dalğasının
yayılma sürəti mayenin sıxılma qabiliyyəti,
borunun divarının materialından asılı olan elas-