89
Bütün müctəhidlərin rə`yi: Əgər həqiqətən
bağışlayarsa və bu məbləğ onun şə`ninə uyğun olarsa icazə
verilir və xümsü yoxdur.
1
XÜMS VƏ MEHRİYYƏ
Sual 124: Bir şəxs həyat yoldaşına borclu olduğu
mehriyyəni (üzərinə xüms düşməməsi üçün) ilin gəlirindən
ona verə bilərmi?
Bütün müctəhidlərin rə`yi: Bəli, verə bilər.
2
1
“Ürvətül-vüsqa”, 2-ci cild, 72-ci məsələ; Məkarim, “İstiftaat”, 2-ci
cild, səh.579; Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.632; Xamenei,
“Əcvibə”, səh.855; Sistani, Behcət və Təbrizi, Sistani və Vəhidin
katibliyi.
2
Xamenei, “Əcvibə”, səh.873; Nuri, “Tovzihul-məsail”, 1782 və
1783-cü məsələ; “Tovzihul-məsaili mərace”, 1786 və 1787-ci məsələ;
Vəhid, “Tovzihul-məsail”, 1794 və 1795-ci məsələ.
90
İYİRMİNCİ FƏSİL
XÜMSÜ VERİLMƏMİŞ ƏMLAK
XÜMSÜ VERİLMƏMİŞ ƏMLAKDAN İSTİFADƏ
ETMƏK
Sual 125: Xümsü verilməmiş maldan istifadə
etmək olarmı?
(Təbrizi
və
Vəhiddən
başqa)
Bütün
müctəhidlərin rə`yi: Xeyir. Üzərinə xüms gəlmiş malın
xümsü verilməyənədək şər`i hakimin icazəsi olmadan
ondan istifadə etmək olmaz. Baxmayaraq ki, xümsü
vermək məqsədi olsun.
1
Təbrizi: Əgər xüms vermək məqsədi olmasa,
üzərinə xüms gəlmiş maldan şər`i hakimin icazəsi olmadan
istifadə etmək olmaz. Əgər xüms vermək məqsədi olarsa,
vacib ehtiyata əsasən bu maldan istifadə etmək olmaz.
2
Vəhid: Xeyir. Xümsü verilməyənədək üzərinə
xüms gəlmiş maldan şər`i hakimin icazəsi olmadan istifadə
etmək olmaz. Baxmayaraq ki, xümsü vermək məqsədi
olsun! Malının xümsünü verməmiş şəxs onu, xümsünü
vermək üçün satmağa və öz payından istifadə etməyə
ixtiyarlıdır.
3
Sual 126: Bir şəxs üzərinə xüms gəlmiş mallardan
istifadə etmək üçün xümsü öhdəsinə götürüb xüms əhlinə
borclu qala bilərmi?
Bütün müctəhidlərin rə`yi: Xeyr. Müctəhidin (ya
da onun nümayəndəsinin) icazəsi olmadan və ya ona
1
“Tovzihul-məsaili mərace”, 1790-cı məsələ; Xamenei, “Əcvibə”,
səh.936; Nuri, “Tovzihul-məsail”, 1786-cı məsələ.
2
“Tovzihul-məsaili mərace”, 1790-cı məsələ.
3
Vəhid, “Tovzihul-məsail”, 1798-ci məsələ.
91
ödəyib sonradan borc götürmək yolundan istifadə etmədən
bu maldan istifadə etməyə icazə verilmir.
1
XÜMSÜ TƏRK EDƏN ŞƏXSLƏ ÜNSİYYƏT
Sual 127: Xüms verməyən ailə ilə gəl-get etməyin
hökmü nədir?
(Sistani, Təbrizi və Vəhiddən başqa) Bütün
müctəhidlərin rə`yi: Bu şəxslərlə gəl-get etməyin eybi
yoxdur. Əgər yeməklərinə xüms düşdüyünü yəqin etməzsə
yemək yeməyə də icazə verilir. Tə`sirli olacağını ehtimal
verərsə, onları düz yola də`vət etsin.
2
Sistani və Təbrizi: Onlarla ünsiyyət saxlamağın
eybi yoxdur və yeməklərindən istifadə edə bilər, əgər
tə`sirli olacağını ehtimal verərsə, onları düzgün yola də`vət
etsin.
3
Vəhid: Onlarla ünsiyyət saxlamağın eybi yoxdur.
Əgər yeməklərinə xüms düşdüyünü yəqin etməsə və şəkki
olarsa vacib ehtiyata əsasən bu yeməklərdən istifadə
etməyə icazə verilmir.
4
XÜMSÜ TƏRK ETMİŞ VALİDEYN
Sual 128: Əgər ata xüms məsələsinə riayət etməsə,
onun himayəsi altında olan şəxslərə xüms vermək
vacibdirmi?
1
“Tovzihul-məsaili mərace”, 1791 və 1792-ci məsələ; Nuri,
“Tovzihul-məsail”, 1787 və 1788-ci məsələ; Xamenei, “Əcvibə”,
səh.983; Vəhid, “Tovzihul-məsail”, 1799-cu məsələ.
2
“Tovzihul-məsaili mərace”, 1795-ci məsələ; Nuri, “Tovzihul-
məsail”, 1791-ci məsələ; Behcət, “Tovzihul-məsail”, 1408-ci məsələ;
Xamenei, “Əcvibə”, səh.932 və 933.
3
“Tovzihul-məsaili mərace”, 1795-ci məsələ.
4
Vəhid, “Tovzihul-məsail”, 1803-cü məsələ.
92
(Sistani, Təbrizi və Vəhiddən başqa) Bütün
müctəhidlərin rə`yi: Onun əmlakına xüms düşdüyünə
yəqinləri olmasa bu mallardan istifadə etməyə icazə verilir
və onların üzərinə heç bir vəzifə düşmür.
1
Sistani və Təbrizi: Onların üzərində heç bir vəzifə
yoxdur və onun yeməyindən istifadə edə bilərlər.
2
Vəhid: Yeməklərə xüms düşdüyünə yəqinləri
olmasa və şəkk etsələr, vacib ehtiyata əsasən onları
yeməyə icazə verilmir.
3
XÜMSÜ VERİLMƏMİŞ YEMƏK
Sual
129:
Qonaqlıqda
yediyimiz
xümsü
verilməmiş yeməklərin hökmü nədir?
(Sistani
və
Təbrizidən
başqa)
Bütün
müctəhidlərin rə`yi: Xümsü verilmədən və ya şər`i
hakimin icazəsi olmadan bu yeməklərdən istifadə etməyə
icazə verilmir.
4
Sistani və Təbrizi: Qonaqların bu yeməkdən
istifadə etməyinin eybi yoxdur. Lakin ev sahibi xümsə
cavabdehdir.
5
Qeyd: Ayətullah Məkarim, “İstiftaat” kitabında
xümsü verilməmiş yeməkdən istifadə edib onun xümsünün
ehtiyaclı seyidlərə verilməsinə icazə verir.
1
1
“Tovzihul-məsaili mərace”, 1795-ci məsələ; Nuri, “Tovzihul-
məsail”, 1791-ci məsələ; Behcət, “Tovzihul-məsail”, 1408-ci məsələ;
Xamenei, “Əcvibə”, səh.932, 933 və 928.
2
“Tovzihul-məsaili mərace”, 1795-ci məsələ.
3
Vəhid, “Tovzihul-məsail” 1803-cü məsələ.
4
“Tovzihul-məsaili mərace”, 1795-ci məsələ; Nuri, “Tovzihul-
məsail”, 1791-ci məsələ; Xamenei, “Əcvibə”, səh.930 və 928; Vəhid,
“Tovzihul-məsail”, 1803-cü məsələ; Behcət, “Tovzihul-məsail”,
1407-ci məsələ, katiblik.
5
“Tovzihul-məsaili mərace”, 1763 və 1795-ci məsələ.
Dostları ilə paylaş: |