ХүМСҮН ҺӨкмләРИ


Bütün  müctəhidlərin  rə`yi



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   ...   18   19   20   21   22   23   24   25   26

 

89 


Bütün  müctəhidlərin  rə`yi:  Əgər  həqiqətən 

bağışlayarsa və bu məbləğ onun şə`ninə uyğun olarsa icazə 

verilir və xümsü yoxdur.

1

 



XÜMS VƏ MEHRİYYƏ 

Sual  124:  Bir  şəxs  həyat  yoldaşına  borclu  olduğu 

mehriyyəni (üzərinə xüms düşməməsi üçün) ilin gəlirindən 

ona verə bilərmi? 

Bütün müctəhidlərin rə`yi: Bəli, verə bilər.

2

 



                  

 

1



 

“Ürvətül-vüsqa”, 2-ci cild, 72-ci məsələ; Məkarim, “İstiftaat”, 2-ci 

cild, səh.579; Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.632; Xamenei, 

“Əcvibə”, səh.855; Sistani, Behcət və Təbrizi, Sistani və Vəhidin 

katibliyi. 

2

 Xamenei, “Əcvibə”, səh.873; Nuri, “Tovzihul-məsail”, 1782 və 



1783-cü məsələ; “Tovzihul-məsaili mərace”, 1786 və 1787-ci məsələ; 

Vəhid, “Tovzihul-məsail”, 1794 və 1795-ci məsələ. 




 

90 


İYİRMİNCİ FƏSİL 

XÜMSÜ VERİLMƏMİŞ ƏMLAK 

XÜMSÜ VERİLMƏMİŞ ƏMLAKDAN İSTİFADƏ 

ETMƏK 

Sual  125:  Xümsü  verilməmiş  maldan  istifadə 

etmək olarmı? 



(Təbrizi 

və 

Vəhiddən 

başqa) 

Bütün 

müctəhidlərin  rə`yi:  Xeyir.  Üzərinə  xüms  gəlmiş  malın 

xümsü  verilməyənədək  şər`i  hakimin  icazəsi  olmadan 

ondan  istifadə  etmək  olmaz.  Baxmayaraq  ki,  xümsü 

vermək məqsədi olsun.

1

 

Təbrizi:  Əgər  xüms  vermək  məqsədi  olmasa, 



üzərinə xüms gəlmiş maldan şər`i hakimin icazəsi olmadan 

istifadə etmək olmaz. Əgər xüms vermək məqsədi olarsa, 

vacib ehtiyata əsasən bu maldan istifadə etmək olmaz.

2

 



Vəhid:  Xeyir.  Xümsü  verilməyənədək  üzərinə 

xüms gəlmiş maldan şər`i hakimin icazəsi olmadan istifadə 

etmək  olmaz.  Baxmayaraq  ki,  xümsü  vermək  məqsədi 

olsun!  Malının  xümsünü  verməmiş  şəxs  onu,  xümsünü 

vermək  üçün  satmağa  və  öz  payından  istifadə  etməyə 

ixtiyarlıdır.

3

 

Sual 126: Bir şəxs üzərinə xüms gəlmiş mallardan 



istifadə etmək üçün xümsü öhdəsinə götürüb xüms əhlinə 

borclu qala bilərmi? 



Bütün müctəhidlərin rə`yi: Xeyr. Müctəhidin (ya 

da  onun  nümayəndəsinin)  icazəsi  olmadan  və  ya  ona 

                  

 

1



 

“Tovzihul-məsaili mərace”, 1790-cı məsələ; Xamenei, “Əcvibə”, 

səh.936; Nuri, “Tovzihul-məsail”, 1786-cı məsələ. 

2

 



“Tovzihul-məsaili mərace”, 1790-cı məsələ. 

3

 



Vəhid, “Tovzihul-məsail”, 1798-ci məsələ. 


 

91 


ödəyib sonradan borc götürmək yolundan istifadə etmədən 

bu maldan istifadə etməyə icazə verilmir.

1

 

XÜMSÜ TƏRK EDƏN ŞƏXSLƏ ÜNSİYYƏT 



Sual 127: Xüms verməyən ailə ilə gəl-get etməyin 

hökmü nədir?  



(Sistani,  Təbrizi  və  Vəhiddən  başqa)  Bütün 

müctəhidlərin  rə`yi:  Bu  şəxslərlə  gəl-get  etməyin  eybi 

yoxdur. Əgər yeməklərinə xüms düşdüyünü yəqin etməzsə 

yemək  yeməyə  də  icazə  verilir.  Tə`sirli  olacağını  ehtimal 

verərsə, onları düz yola də`vət etsin.

2

 

Sistani  və  Təbrizi:  Onlarla  ünsiyyət  saxlamağın 



eybi  yoxdur  və  yeməklərindən  istifadə  edə  bilər,  əgər 

tə`sirli olacağını ehtimal verərsə, onları düzgün yola də`vət 

etsin.

3

 



Vəhid:  Onlarla  ünsiyyət  saxlamağın  eybi  yoxdur. 

Əgər yeməklərinə xüms düşdüyünü yəqin etməsə və şəkki 

olarsa  vacib  ehtiyata  əsasən  bu  yeməklərdən  istifadə 

etməyə icazə verilmir.

4

 

XÜMSÜ TƏRK ETMİŞ VALİDEYN 



Sual 128: Əgər ata xüms məsələsinə riayət etməsə, 

onun  himayəsi  altında  olan  şəxslərə  xüms  vermək 

vacibdirmi? 

                  

 

1

 



“Tovzihul-məsaili mərace”, 1791 və 1792-ci məsələ; Nuri, 

“Tovzihul-məsail”, 1787 və 1788-ci məsələ; Xamenei, “Əcvibə”, 

səh.983; Vəhid, “Tovzihul-məsail”, 1799-cu məsələ. 

2

 



“Tovzihul-məsaili mərace”, 1795-ci məsələ; Nuri, “Tovzihul-

məsail”, 1791-ci məsələ; Behcət, “Tovzihul-məsail”, 1408-ci məsələ; 

Xamenei, “Əcvibə”, səh.932 və 933. 

3

 



“Tovzihul-məsaili mərace”, 1795-ci məsələ. 

4

 



Vəhid, “Tovzihul-məsail”, 1803-cü məsələ. 


 

92 


(Sistani,  Təbrizi  və  Vəhiddən  başqa)  Bütün 

müctəhidlərin  rə`yi:  Onun  əmlakına  xüms  düşdüyünə 

yəqinləri olmasa bu mallardan istifadə etməyə icazə verilir 

və onların üzərinə heç bir vəzifə düşmür.

1

 



Sistani və Təbrizi: Onların üzərində heç bir vəzifə 

yoxdur və onun yeməyindən istifadə edə bilərlər.

2

 

Vəhid:  Yeməklərə  xüms  düşdüyünə  yəqinləri 



olmasa  və  şəkk  etsələr,  vacib  ehtiyata  əsasən  onları 

yeməyə icazə verilmir.

3

 

XÜMSÜ VERİLMƏMİŞ YEMƏK 



Sual 

129: 

Qonaqlıqda 

yediyimiz 

xümsü 


verilməmiş yeməklərin hökmü nədir? 

(Sistani 

və 

Təbrizidən 

başqa) 

Bütün 

müctəhidlərin  rə`yi:  Xümsü  verilmədən  və  ya  şər`i 

hakimin  icazəsi  olmadan  bu  yeməklərdən  istifadə  etməyə 

icazə verilmir.

4

 



Sistani  və  Təbrizi:  Qonaqların  bu  yeməkdən 

istifadə  etməyinin  eybi  yoxdur.  Lakin  ev  sahibi  xümsə 

cavabdehdir.

5

 



Qeyd:  Ayətullah  Məkarim,  “İstiftaat”  kitabında 

xümsü verilməmiş yeməkdən istifadə edib onun xümsünün 

ehtiyaclı seyidlərə verilməsinə icazə verir.

1

 



                  

 

1



 

“Tovzihul-məsaili mərace”, 1795-ci məsələ; Nuri, “Tovzihul-

məsail”, 1791-ci məsələ; Behcət, “Tovzihul-məsail”, 1408-ci məsələ; 

Xamenei, “Əcvibə”, səh.932, 933 və 928. 

2

 

“Tovzihul-məsaili mərace”, 1795-ci məsələ. 



3

 

Vəhid, “Tovzihul-məsail” 1803-cü məsələ. 



4

 

“Tovzihul-məsaili mərace”, 1795-ci məsələ; Nuri, “Tovzihul-



məsail”, 1791-ci məsələ; Xamenei, “Əcvibə”, səh.930 və 928; Vəhid, 

“Tovzihul-məsail”, 1803-cü məsələ; Behcət, “Tovzihul-məsail”, 

1407-ci məsələ, katiblik. 

5

 



“Tovzihul-məsaili mərace”, 1763 və 1795-ci məsələ. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə