ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   2   3   4   5   6   7   8   9   ...   26

 

təklifləriniz və tənqidləriniz bu qəbildən olan məcmuələrin 



tərtibində bizə yardımçı olacaq. 

Sonda  möhtərəm  müəllif  və  müşavirə,  sorğu 

qurumunun  həmkarlarına,  xüsusi  ilə  höccətul-İslam  Seyid 

Məhəmməd  Təqi  Ələvi  və  Saleh  Qənnadi  cənablarına 

təşəkkür  edirik.  Bu  insanlar  məcmuənin  hazırlanmasında 

xeyli  təlaş  göstərmişlər.  Allah-təaladan  bu  əzizlər  üçün 

daha  çox  tövfiq diləyirik. Onların Əhli-beyt məktəbinə  və 

cəmiyyətin, 

xüsusi 

ilə 


də 

universitetlərin 

dini 

mədəniyyətinə daha çox xidmət edəcəyi ümidindəydik. 



 

Mədəniyyət mərkəzi qurumunun məs`ulu Seyid 

Məhəmməd Riza Fəqihi 

 



 



BİRİNCİ FƏSİL 



XÜMSÜN MƏQAMI

 

XÜMSÜN ƏHƏMİYYƏTİ 

Sual 1: Xümsün əhəmiyyətini bəyan edin. 

“Xüms”  İslamın  vacib  hökmlərindən  biridir.  Qur`an 

xümsün  əhəmiyyətini  bəyan  edərkən  onu  imanla 

əlaqələndirmişdir:  “Əgər  siz  Allaha  və  haqla  batilin 



ayırd  edildiyi  gün  bəndəmizə  nazil  etdiyimiz  ayələrə 

iman  gətirmisinizsə,  bilin  ki,  ələ  keçirdiyiniz  hər  hansı 

qənimətin  beşdə  biri  Allahın,  peyğəmbərin,  onun 

qohum-əqrəbasının, 

yetimlərin, 

yoxsulların 

və 

yolçularındır. Allah hər şeyə qadirdir!”

1

 

Xüms və cihad iman əsilli iki prinsipdir. Bu iki hökmə 



əməl  var-dövlət  toplamaq  həvəsi  ilə  mübarizə,  nəfsi 

aldadıcı  dünya  görüntüləri  və  tamahkarlıqdan  qorumaqla 

gerçəkləşir.  Allah  xümsü  ehtiram  olaraq  peyğəmbər  və 

onun övladlarına məxsus etmişdir. 

Həzrət  Baqir  (ə)  buyurub:  “Bizim  haqqımızı 

ödəmədikdə  heç  bir  kəs  üçün  üzərinə  xüms  gəlmiş  malı 

yemək caiz deyil.”

2

 



İmran ibn Musa deyir: Xüms ayəsini həzrətə oxudum. 

O buyurdu: “Allaha məxsus hər bir şey peyğəmbərə  çatır. 

Peyğəmbərə  məxsus  şeylər  isə  bizə  (Əhli-beytə  (ə)) 

çatacaqdır.” Sonra dedi:  “Allah mö`minlərə verdiyi ruzini 

beş qismə bölüb. Bir qismini Allah yolunda infaq etsinlər, 

dörd qismini isə halallıqla yesinlər...” Bu göstərişlərə əməl 

etmək  çətindir.  Yalnız  iman  yolunda  Allahın  imtahan 

                  

 

1

 “Ənfal” surəsi, ayə 41. 



2

 “Vəsailuş-şiə”, 6-cı cild, 1-ci bab, 4-cü hədis. 




 

etdiyi  şəxslər  bu  göstərişlərə  əməl  edib,  çətinliklərə  səbr 



edirlər.

1

 



XÜMSÜN ZƏRURİLİK DƏLİLİ 

Sual  2:  Xümsün  (xüsusi  ilə  qazanc  xümsünün) 

zərurilik dəlili nədir? 

İslamda  mühüm  maliyyə  vacibatlarından  biri  də 

xümsdür. Xüms əməli hökmlər (fürui-din) və ibadətlərdən 

sayılır.  Beləliklə,  xüms  (Allaha)  yaxınlıq  məqsədi  ilə 

verilməlidir.  Bütün  İslam  məzhəbləri  (şiə  və  sünni) 

xümsün  zərurilik  prinsipində  yekdildirlər.  İxtilaf  yalnız 

xümsün hansı hallarda vacib olması və nəyə sərf olunması 

məsələsindədir. Sünnə əhlinin əksər hissəsi xümsün yalnız 

döyüş  qənimətləri  və  xəzinəyə  vacib  olduğuna  inanırlar.

2

 

Şiə fəqihləri isə xümsün yeddi şeyə vacib olduğunu qəbul 



edirlər: Döyüş qənimətləri; dəniz və çaylara batmaqla əldə 

olunan  qiymətli  əşyalar;  xəzinə;  mə`dən;  ticarət  gəliri; 

harama  qatışmış  halal  mal;  “zimmi”  kafirin  müsəlmandan 

aldığı torpaq. Əvvəlki beş qismdə şiə fəqihləri yekdildirlər. 

Sonuncu  iki  qism  isə  onların  məşhur  nəzəridir. 

Araşdırılmaqda  olan  hazırkı  mövzu  qazanc  xümsü 

məsələsidir.  Allah-təala  buyurur:  “Bilin  ki,  ələ 

keçirtdiyiniz  hər  hansı  qənimətin  beşdə  biri  Allahın, 

peyğəmbərin,  onun  qohum-əqrəbasının,  yetimlərin, 

yoxsulların  və  yolçularındır.”

3

  Şiə  fəqihlərinin  fikrincə 

xüms ayəsi kimi tanınan bu ayə yalnız döyüş qənimətlərinə 

xümsün  vacib  olmasını  göstərmir.  Onların  fikrincə  ayədə 

                  

 

1



 “Vəsailuş-şiə”, əbvabu ma yəcibu fihil-xums,  1-ci bab, 6-cı hədis. 

2

 Müraciət edin: Muğniyə, Məhəmməd Cavad, “Əl fiqhul-ələl-



məzahibil-xəmsə”, səh.186; Xoyi, Seyid Əbül Qasim, “Mustənədul-

ürvətil-vüsqa”, kitabul-xüms, səh.197. 

3

 “Ənfal” surəsi, ayə 41. 




 

hər  növ  qazanc  nəzərdə  tutulur.  “Qənimət”  sözü  lüğətdə 



geniş  mə`na  daşıyır.  İnsanın  əldə  etdiyi  hər  bir  fayda  və 

qazanc qənimət adlanır. 

Savaş  qəniməti  və  ticarət  gəliri  ayənin  nəzərdə 

tutduğu  qənimətlərdəndir.  Ayənin  nazil  olma  şə`ni  döyüş 

qənimətlərinə  aiddir.  Lakin  heç  zaman  ayənin  nazil  olma 

şə`ni  bir  şeyə  məxsus  olmur.  Ayəni  nazil  olma  şə`ni  ilə 

məhdudlaşdırmaq  olmaz.  Həzrət  ayətullah  Bürucirdinin 

dərslərində belə bildirilir: 

«Həqiqətdə ayə xüsusi hal üçün nazil olmuşdur. Lakin 

ayə  heç  zaman  xüsusi  halla  məhdudlaşmır.  Savaş 

qənimətlərindən  başqa  şeylərdə  xümsün  olmasını  inkar 

edən  sünnə  əhli  də  ayənin  nazil  olma  şə`nini  xüsusi  və 

məhdudlaşmış  hesab  etmirlər.  Bədr  döyüşündə  nazil 

olmasına  baxmayaraq,  onlar  ayəni  bütün  döyüşlərə  aid 

edirlər. Ayənin nazil olma şə`ni xüsusi halla məhdudlaşırsa 

onu yalnız Bədr döyüşünə aid etməlidirlər.»

1

 

Əli ibn Məhziyarın səhihi kimi tanınmış mö`təbər bir 



rəvayətdə  imam  Cavad  ayədəki  qənimət  sözünü  geniş 

mə`nalandırmışdı. İmam bu sözü əldə olunan qazanc kimi 

təfsir etmişdir. 

Bu  hədisdə  imam  “fəvaid”  sözünü  “qənaim”  sözü  ilə 

yanaşı  işlədib,  onları  ayənin  ünvanı  kimi  göstərmişdir. 

“Fəvaid”  (faydalar)  dedikdə  insanın  əldə  etdiyi  hər  növ 

gəlir  nəzərdə  tutulur.  Deyilənlərdən  aydın  olur  ki, 

Qur`anda  bütün  gəlirlər  nəzərdə  tutulur  və  gəlir  xümsü 

vacib  sayılır.  İmam  da  ayənin  geniş  mə`na  daşıdığını 

bildirmiş  və  onu  bizim  üçün  aydınlaşdırmışdır.  Bütün 

deyilənləri  qəbul  etməyib,  ayəni  döyüş  qənimətlərinin 

xümsü  ilə  məhdudlaşdıran  şəxsə  belə  cavab  veririk: 

                  

 

1



 “Zübdətul-məqal”, səh.5. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə