ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   2   3   4   5   6   7   8   9   ...   26

 

Qur`andan  savay  imamlardan  nəql  olunmuş  bir  çox 



rəvayətlər gəlirin xümsünün vacib olmasını bildirir.

1

 Bütün 



şiə  fəqihləri  bu  rəvayətlərə  istinad  edib,  onları  öz 

kitablarında yazmışlar. 

Sünnə  əhlinin  əksər  hissəsi  savaş  qənimətlərindən 

başqa  şeylərdə  xümsün  olmasını  inkar  edirlər.  Digər  bir 

tərəfdən  isə  zəkat  büdcəsinin  Bəni-Haşim  seyidlərinə 

çatmasını  haram  sayırlar.  Lakin  bu  insanların  arasında  da 

başqaları kimi yetim və miskinlər var. Belə bir sual yaranır 

ki, Bəni-Haşim seyidlərinin fəqirləri hansı büdcə ilə tə`min 

olunmalıdır?  Bütün  dövrlərdə  və  bütün  cəmiyyətlərdə 

döyüşlər olmadığı üçün yalnız savaş qənimətlərinin xümsü 

ilə tə`min olunmaq mümkün deyil.

2

 



XÜMS NƏ VAXT VACİB OLDU? 

Sual 3:  İş və  ticarət  gəlirinin xümsü vacibdirsə  nə 

üçün  bu  iş  sonradan  qanuniləşərək  gec  bir  zamanda 

mə`sum imamlar tərəfindən vacib edildi? 

Həqiqətən də xüms ayəsi risalət dövründə nazil oldu. 

Əziz  Peyğəmbər  bu  qanunu  icraya  saldı.  Həzrət 

Peyğəmbər  (s)  döyüş  qənimətlərinin  xümsünü  yığırdı.  İş 

və ticarət gəlirinin xümsü zərurət olaraq məsləhət əsasında 

imamların  dövrünə  kimi  tə`xirə  salındı.  Bu  zərurəti  bir 

neçə işlə əlaqələndirmək olar: 

1.  Xümsün  zəkat  ilə  fərqi  bundadır  ki,  zəkat  bütün 

müsəlmanlara,  xüms  isə  yalnız  peyğəmbər  və  onun 

                  

 

1

 Müraciət edin: “Vəsailuşşiə”, əbvabu ma yəcibu fihil-xüms; əbvabul 



ənfal. 

2

 “Mustənədul ürvətül-vüsqa”, kitabul-xüms, səh.343. 




 

10 


qohumlarına məxsusdur. Peyğəmbər (s) də onu icra etməyi 

məsləhət bilmirdi.

1

 

2.  Risalət  dövründə  kasıbçılıq  cəmiyyəti  bürümüşdü. 



Müsəlmanlar  kasıbçılıq  səbəbindən  xümsü  ödəyə 

bilmirdilər.  Buna  görə  də  girami  peyğəmbər  iş  və  ticarət 

gəliri xümsünü yığmaqdan daşındı. 

3.  Mə`sum  imamları  imam  Baqirin  (ə)  dövründən 

sonrayadək  xümsün  icrasından  daşındıran  ən  mühüm 

səbəb  siyasi  durum  idi.  Verginin  toplanması  sultanın 

vəzifələrindən  idi.  Onlarla  rəqabət  aparan  hər  bir  kəs 

qanunu  pozan  və  hökumətlə  müxalif  olan  fərd  kimi  rejim 

əleyhinə  çevriliş  və  silah  toplamaqda  ittiham  edilərək 

tə`qib  olunurdu.  Abbasilər  dövründə  nisbi  azadlıq 

yaranması  və  mövcud  şərait  imamlara  gizli  şəkildə 

müsəlmanlardan xüms yığmağa imkan yaratdı.

2

 

4.  Əziz  Peyğəmbər  (s)  qeyblə  rabitədə  olduğu  üçün 



yaxın  gələcəkdə  xilafətin  qəsbkarların  əlinə  keçəcəyini 

bilirdi. Xüms dövlət vergisi sayılır və hakim, ya da sultana 

verilməlidir.  Həzrət  Peyğəmbər  (s)  iş  və  gəlir  xümsünün 

vacibliyini bəyan etsəydi bu göstəriş müsəlmanların malını 

qarət  edib,  öz  zülmlərini  artırmaqda  qəsbkar  hökmdarlar 

üçün  bəhanə  olacaqdı.  Həzrətin  uzaqgörənliyi  və  iti 

baxışlılığı  bu  İlahi  hökmün  gizli  pərdə  arxasında 

qalmasına səbəb oldu.

3

 

XÜMSÜN FƏLSƏFƏSİ 



Sual 4: Xümsün fəlsəfəsi nədir? 

                  

 

1

 Xoyi, Seyid Əbül-Qasim, “Mustənədul-ürvətil-vüsqa”, kitabul-xüms, 



səh.196. 

2

 Müdərrisi, Məhəmməd Təqi, “Əhkamul-xüms”, səh.16. 



3

 Haşimi, Şahrudi, Seyid Mahmud, “Kitabul-xüms”, 2-ci cild, səh.45. 




 

11 


Deyəcəklərimiz  kitab  və  sünnədən  öyrəndiklərimiz 

əsasındadır. Xümsün bizim bilmədiyimiz bir çox səbəb və 

hikmətləri ola bilər: 

1.  Şübhəsiz  ki,  İslam  təkcə  əxlaqi,  fəlsəfi  və  ya 

e`tiqadi  bir  məktəb  kimi  zühur  etməmişdir.  İslam  bütün 

maddi və mə`nəvi ehtiyaclar nəzərə alınmış ictimai bir din 

olaraq  zühur  etdi.  Bu  məktəb  peyğəmbər  dövründə 

hökumət  tə`sis  olunan  vaxtdan  vardı.  Hökumətin  idarəsi 

üçün  nizamlı  və  yetərli  tə`minat  mənbəsi  lazım  idi. 

Bununla  da  İslami  hökumət  təşkili  sayəsində  cəmiyyətin 

imkansızlarına,  xəstələrinə,  himayəsizlərinə,  əlillərinə  və 

yetimlərinə kömək edib iqtisadi boşluğu doldurmaq olardı. 

Allah-təala  zəkat  ayəsini  nazil  etməklə  sonsuz  rəhmət  və 

yardım  əlini  peyğəmbərə  uzatdı.  O,  zəkatı  vacib  etməklə 

bu  çatışmazlıq  və  nöqsanı  aradan  qaldırdı.  Zəkat  bütün 

İslam  cəmiyyətinə  məxsus  olan  büdcələrdəndir.  Zəkat 

Bəni-Haşimə (seyidlərə) yox, qeyd olunanlara çatır. Lakin 

hökumət başçısı olaraq imamın da tə`min olunası xərcləri 

vardır.  İslam  quruluşunun  inkişafı  və  cəmiyyətin  idarəsi 

üçün  ona  böyük  büdcə  lazımdır.  Bu  məqsədlə,  xüms 

vermək  imkanlı  şəxslər  üçün  vacib  olub.

1

  Xüms 



rəvayətlərdə hökumət vergisi kimi qeyd olunub.

2

 



2.  Allah-təala  İslam  peyğəmbərinin  izzət  və 

kəramətini  qoruyaraq  Bəni-Haşim  və  onun  yaxınlarından 

olan  fəqirlərin  tə`min  olunması  üçün  xümsü  vacib  etdi. 

Allah onların səhmini Özü və peyğəmbərin səhminə yaxın 

bildi.  Bununla  da  onların  təhqir  olunması  üçün  yaranmış 

zəmin  aradan  götürüldü.  Bə`zi  şəxslərin  fəqirlərə  zəkat 

                  

 

1



 Məkarim Şirazi, Nasir, “180 sual-cavab”, səh.423, 425; “Tə`liqat 

ələl-ürvə”, kitabul-xüms, səh.392. 

2

 Müraciət edin: “Vəsailuş-şiə”, 6-cı cild, kitabul-xüms, 2-ci bab, 12-ci 



hədis. 


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə