ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

 

31 


Təbrizi  və  Vəhid:  Təxminən  ilin  sonunadək 

istifadə  olunan  və  az  dəyərli  mal  olarsa  xüms  düşmür. 

Digər hallarda xüms düşür.

1

 



Safi və Sistani: Xüms düşür.

2

 



Qeyd  1:  Məsələ  o  hala  aiddir  ki,  bir  il  keçsin  və 

“məunə”  (məfhumlar  və  terminlər  bölməsinə  müraciət 

edin) xərclərinə sərf olunmasın. 

Qeyd 2: Müsabiqələrdə verilən mükafatlar bir növ 

bəxşiş hesab olunur. 



DÖVLƏTİN BAYRAM HƏDİYYƏSİNİN XÜMSÜ 

Sual  35:  Dövlətin  işçilərə  nağd  pul  və  qızıl  sikkə 

şəklində verdiyi bayram hədiyyələrinə xüms düşürmü? 



İmam (r) və Xamenei: Xeyir, xüms düşmür.

3

 



Safi,  Sistani, Təbrizi,  Məkarim  və  Vəhid:  Xüms 

ilindən artıq qaldıqda ona xüms düşür.

4

 

Behcət və Fazil: Xüms ilindən artıq qalarsa, vacib 



ehtiyata əsasən, onun xümsü verilməlidir.

5

 



Nuri: Hədiyyə kimi olarsa, xüms düşmür.

6

 



Qeyd:  Mərcələrdən  bə`zisi  dövlətin  mükafat  və 

bayram  hədiyyələrini  gəlir,  bə`ziləri  isə  hədiyyə  hesab 

edir. 

                  



 

1

 Təbrizi, “İstiftaat”, səh.819; Vəhid, “Tovzihul-məsail”, 1761-ci 



məsələ. 

2

 Sistani, “Minhacus-salihin”, kitabul-xüms, əs-sabi; Safi, “Camiul-



əhkam”, 1-ci cild, səh.631. 

3

 İmam, “İstiftaat”, 1-ci cild, səh.191; Xamenei, “Əcvibə”, səh.862. 



4

 Təbrizi, “İstiftaat”, səh.829; Sistani, “Minhacus-salihin”, kitabul-

xüms, əs-sabi; Məkarim və Vəhidin katibliyi. 

5

 Behcət və Fazilin katibliyi. 



6

 Nurinin katibliyi. 




 

32 


İŞÇİLƏRƏ VERİLƏN QİYMƏTLİ KAĞIZIN XÜMSÜ 

Sual  36:  Dövlətin  işçilərə  verdiyi  qiymətli 

kağızlara xüms düşürmü? 



İmam (r), Xamenei və Nuri: Hədiyyə kimi olarsa 

xüms düşmür.

1

 

Sistani  və  Safi:  Xüms  ilindən  artıq  qalarsa,  ona 



xüms düşür.

2

 



Fazil,  Məkarim  və  Behcət:  Hədiyyə  şəklində 

olarsa  və  xüms  ilindən  artıq  qalarsa  vacib  ehtiyata  əsasən 

xüms düşür.

3

 



Vəhid  və  Təbrizi:  Hədiyyə  şəklində,  böyük  və 

nəzərə çarpacaq dəyəri olarsa xüms ilindən artıq  qaldıqda 

ona xüms düşür. Digər hallarda xüms düşmür.

4

 



Qeyd  2:  İşçilərə  verilən  qiymətli  kağızın  hədiyyə 

və  ya maaş şəklində olması mə`lum olmadığı üçün cavab 

şərtlərlə deyilmişdir. 

TƏLƏBƏLƏRƏ VERİLƏN QİYMƏTLİ KAĞIZIN 

XÜMSÜ 

Sual  37:  Tələbələrə  verilən  qiymətli  kağızlara 

xüms düşürmü? 



İmam  (r),  Xamenei  və  Nuri:  Xeyir,  xüms 

düşmür.


5

 

                  



 

1

 İmam (r) “Tovzihul-məsail”, 1753-cü məsələ; Nuri, “Tovzihul-



məsail”, 1749-cu məsələ; Xamenei, “Əcvibə”, səh.850, 862. 

2

 “Tovzihul-məsaili mərace”, 1753-cü məsələ. 



3

 Həmin mənbə, 1753-cü məsələ. 

4

 Təbrizi, “Tovzihul-məsail”, 1762-ci məsələ; Vəhid, “Tovzihul-



məsail”, 1761-ci məsələ. 

5

 İmam (r), “Tovzihul-məsail”, 1753-cü məsələ; Nuri, “Tovzihul-



məsail”, 1749-cı bab; Xamenei, “Əcvibə”, səh.850, 862. 


 

33 


Sistani  və  Safi:  Xüms  ilindən  artıq  qalarsa,  ona 

xüms düşür.

1

 

Fazil,  Məkarim  və  Behcət:  Xüms  ilindən  artıq 



qaldıqda vacib ehtiyata əsasən xüms düşür.

2

 



Vəhid və Təbrizi: Böyük və diqqətə çarpan dəyəri 

olarsa və xüms ilindən artıq qalarsa, ona xüms düşür.

3

 

Qeyd:  Tələbələrə  verilən  qiymətli  kağız  hədiyyə 



hesab olunur. 

TƏQAÜDÇÜLƏRƏ VERİLƏN HƏDİYYƏNİN XÜMSÜ 

Sual  38:  İşçilərə  təqaüdə  çıxdıqdan  sonra  verilən 

mükafatlara xüms düşürmü? 



İmam (r) və Nuri:  Hədiyyə şəklində olarsa xüms 

düşmür.


4

 

Xamenei:  Mükafata  xüms  düşmür.  (Xameneinin 

katibliyi) 

Təbrizi, Vəhid, Safi, Fazil, Behcət və Məkarim: 

Xüms ilindən artıq qaldıqda, ona xüms düşür.

5

 

Sistani: Hədiyyə şəklində olarsa xüms ilindən artıq 



qaldıqda ona xüms düşür.

6

  



TƏHSİL XƏRCİNİN XÜMSÜ 

Sual  39:  Valideynin  övlada  verdiyi  təhsil  xərcinə 

xüms düşürmü?  

                  

 

1



 “Tovzihul-məsaili mərace”. 

2

 Həmin mənbə, 1753-cü məsələ. 



3

 Təbrizi, “Tovzihul-məsail”, 1762-ci məsələ; Vəhid, “Tovzihul-

məsail”, 1761-ci məsələ. 

4

 İmam (r) və Nurinin katibliyi. 



5

 Fazil, “Cameul-Məsail”, 1-ci cild, səh.865; Təbrizi, Vəhid, Safi, 

Behcət və Məkarimin katibliyi. 

6

 “Tovzihul-məsail mərace”, 1753-cü məsələ. 




 

34 


İmam (r), Xamenei və Nuri: Əgər həmin məbləği 

bağışlasalar xüms düşmür.

1

 

Təbrizi  və  Vəhid:  Əgər  həmin  məbləği 



bağışlasalar,  mal  çox  olarsa  və  ildən  artıq  qalarsa  xüms 

düşür.


2

 

Sistani  və  Safi:  Əgər  həmin  məbləği  bağışlasalar 

və xüms ilindən artıq qalsa, xümsü verilməlidir.

3

 



Fazil,  Məkarim  və  Behcət:  Əgər  həmin  məbləği 

bağışlasalar  və  xüms  ilindən  artıq  qalsa,  vacib  ehtiyata 

əsasən xümsü verilməlidir.

4

 



Qeyd:  Valideynin  övlada  verdiyi  pul  bir  növ 

hədiyyədir.  Beləliklə,  hədiyyə  hökmündədir.  Əgər  bu 

məbləğ onların mülkü olmazsa, ildən artıq qalan miqdarın 

xümsünü valideyin verməlidir.

5

 

                  



 

1

 “Tovzihul-məsaili mərace”, 1753-cü məsələ; Xamenei, “Əcvibə”, 



səh.850; Nuri, “Tovzihul-məsail”, 1749-cu məsələ. 

2

 Təbrizi, “İstiftaat”, səh.812; Vəhid, “Tovzihul-məsail”, 1761-ci 



məsələ. 

3

 “Tovzihul-məsaili mərace”, 1753-cü məsələ. 



4

 Həmin mənbə, 1753-cü məsələ. 

5

 “Tovzihul-məsaili mərace”, 1775-ci məsələ; Nuri, “Tovzihul-



məsail”, 1771-ci məsələ; Xamenei, “Əcvibə”, səh.900; Vəhid, 

“Tovzihul-məsail”, 1783-cü məsələ. 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə