ХүМСҮН ҺӨкмләРИ



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix30.10.2018
ölçüsü1,34 Mb.
#76222
1   2   3   4   5   6   7   8   9   ...   26

 

20 


göstərsinlər. Bu sayaq maaş digər gəlirlərdən fərqlənmir və 

ona da xüms tətbiq olunur. 



TƏLƏBƏYƏ YARDIMIN XÜMSÜ 

Sual  17:  Universitetdə  təhsil  zamanı  kömək 

məqsədi ilə alınan pula xüms düşürmü? 



Bütün müctəhidlərin rə`yi: Xeyr, xüms düşmür.

1

 



Qeyd  1:  Tələbə  üçün  olan  yardım  təhsil 

müddətində  ona  verilən  borcdur.  Bir  neçə  il  sonra  bu 

borcun müəyyən hissəsi alınır. 

Qeyd  2:  Təhsilə  göstərilən  yardım  bir  hissəsi 

xərcləndikdən  sonra  büdcədə  toplanarsa  onun  özünə  və 

qazancına xüms düşür. 

Qeyd  3:  Təhsilə  edilən  yardımdan  əldə  olunan 

gəlir xüms ilindən artıq qalarsa ona xüms düşür. 

 

 

 



 

ZƏHMƏT HAQQININ XÜMSÜ 

Sual  18:  Tələbənin  zəhmət  haqqına  xüms 

düşürmü? 



Bütün  müctəhidlərin  rə`yi:  Bəli,  universitetdə 

görülən  iş  və  araşdırma  müqabilində  alınan  məbləğ  xüms 

ilindən artıq qalarsa ona xüms düşür.

1

 



                  

 

1



 İmam (r) “İstiftaat”, 1-ci cild, səh.165; Xamenei, “Əcvibə”, səh.974; 

Məkarim, “İstiftaat”, 2-ci cild, səh.527; Fazil, “Camiul-məsail”, 1-ci 

cild, səh.850; Behcət, “Tovzihul-məsail”, 1379-cu məsələ; Nuri, 

“İstiftaat”, 2-ci cild, səh.332; Təbrizi, “Siratun-nəcat”, 1-ci cild, 

səh.1389; Sistani, Xüms; Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.727; 

Vəhidin katibliyi. 




 

21 


ŞƏHİD AİLƏSİNİN XÜMSÜ 

Sual  19:  Şəhid  ailələrinə  yardım  cəmiyyəti 

tərəfindən onlara verilən maaşa (ildən artıq qaldıqda) xüms 

düşürmü? 

İmam (r), Xamenei və Nuri: Xeyr, xüms düşmür.

2

 



Fazil,  Behcət və Məkarim:  Vacib  ehtiyata  əsasən 

xüms düşür.

3

 

Sistani və Safi: Bəli, xüms düşür.



4

 

Təbrizi və Vəhid: Artıq qalan məbləğ çox olduqda 

xüms düşür.

5

 



Qeyd  1:  Şəhid  ailələrinin  maaşı  iş  müqabilində 

əldə olunan gəlir yox, bir növ hədiyyədir. Bu səbəbdən də 

bu barədə fəqihlərin fətvaları müxtəlifdir. 

Qeyd  2:  Şəhid  ailələrinin  maaşından  əldə  olunan 

gəlirə (xüms ilindən artıq qalarsa) xüms düşür. 



Qeyd 3: Ayətullah Nuri belə deyir: Hədiyyə hesab 

olunarsa, xüms düşür. 



TƏQAÜDÜN XÜMSÜ 

Sual 20: İşçilərin təqaüdünə nə vaxt xüms düşür? 

İmam  (r),  Sistani  və  Vəhid:  Müqaviləyə  əsasən, 

maaş  təqaüdə  çıxdıqdan  sonra  alınarsa,  ilin  gəlirindən 

                                   

1

 “Tovzihul-məsaili mərace”, 1752-ci məsələ; Nuri, “Tovzihul-



məsail”, 1748-ci məsələ; Xamenei, “Əcvibə”, səh.995; Vəhid, 

“Tovzihul-məsail”, 1760-cı məsələ. 

2

 İmam (r), “İstiftaat”, 1-ci cild, səh.197; Xamenei, “Əcivbə”, səh.949; 



Nuri, “İstiftaat”, 2-ci cild, səh.353. 

3

 Fazil, “Camiul-məsail”, 1-ci cild, səh.118; Behcət, “Tovzihul-



məsail”, 1377-ci məsələ; Məkarim, “İstiftaat”, 1-ci cild, səh.335. 

4

 Sistani, “Tovzihul-məsail”, 1723-cü məsələ; Safi, “Camiul-əhkam”, 



1-ci cild, səh.629. 

5

 Təbrizi, “Tovzihul-məsail”, 1762-ci məsələ; Vəhid, “Tovzihul-



məsail”, 1761-ci məsələ. 


 

22 


hesab  olunur  və  xüms  ilindən  artıq  qaldıqda  ona  xüms 

düşür.  İş  dövrü  maaşın  bir  miqdarı  saxlanılıb,  təqaüdə 

çıxdıqdan  sonra  verildikdə  onun  xümsü  dərhal 

verilməlidir.

1

 

(İmam  (r),  Sistani  və  Vəhiddən  başqa)  bütün 



müctəhidlərin  rə`yi:  Təqaüd  maaşı  həmin  təqaüd  ilinin 

gəliri hesab olunur və ildən artıq qaldıqda xüms düşür.

2

 

TƏ`XİRƏ SALINMIŞ MAAŞIN XÜMSÜ 



Sual 21: Ötən il tə`xirə düşüb, bu il verilən maaşın 

xümsü dərhal ödənməlidirmi? 



(Sistani,  Vəhid  və  Təbrizidən  başqa)  bütün 

müctəhidlərin  rə`yi:  Xeyir,  tə`xirə  düşmüş  maaş  əldə 

olunan  ilin  gəliri  hesab  olunur.  Xüms  ilindən  artıq 

qaldıqda ona xüms düşür.

3

 



Sistani: Bəli, onun xümsü dərhal ödənməlidir.

4

 



Vəhid:  Vacib  ehtiyata  əsasən  onun  xümsü  dərhal 

ödənməlidir.

5

 

Təbrizi:  Xüsusi  şəxs  və  ya  şirkət  üçün  işlədikdə 



maaşının  xümsünü  işlədiyi  il  ödəməlidir.  Dövlət  üçün 

işlədikdə  isə  aldığı  maaş  əldə  olunan  ilin  gəliri  hesab 

olunur və xüms ilindən artıq qaldıqda ona xüms düşür.

6

 



                  

 

1



 İmam (r), “İstiftaat”, 1-ci cild, səh.130, 134; Sistani və Vəhidin 

katibliyi. 

2

 Məkarim, “Tovzihul-məsail”, 1524-cü məsələ; Təbrizi, “İstiftaat”, 



səh.899; Xamene, “Əcvibə”, səh.871; Fazil, “Camiul-məsail”, 1-ci 

cild, səh.864; Behcət, Safi və Nurinin katibliyi. 

3

 İmam (r) “İstiftaat”, 1-ci cild, səh.141; Fazil, “Camiul-məsail”, 1-ci 



cild, səh.839; Safi, “Camiul-əhkam”, 1-ci cild, səh.622; Xamenei, 

“Əcvibə”, səh.898; Nuri, Behcət və Məkarimin katibliyi. 

4

 Sistaninin katibliyi. 



5

 Vəhidin katibliyi. 

6

 Təbrizi, “İstiftaat”, səh.867. 




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə